Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR


“Aqrarkredit” QSC-nin sabiq sədri, ictimaiyyətdə “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi maliyyə şəbəkəsinin uzun illər davam edən qanunsuz fəaliyyətinin üstü açılıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, “Aqrarkredit” ətrafında cərəyan edən maxinasiyalar dövlət büdcəsinə on milyonlarla manat zərər vurulması ilə nəticələnib.
Globalinfo.az bildirir ki, ən sensasiyalı məqamlardan biri Məmməd Musayevin bacısı oğlu Süleyman Bəkirovun iştirakı ilə qurulan mexanizmdir. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziya verilmədiyi halda, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. “Amay” ticarət mərkəzi, “Azərinşaat Servis” və “İnter Tabako” kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait “Aqrarkredit”in rəsmi hesablarına deyil, birbaşa bu qanunsuz agentlik üzərindən mənimsənilib.
1 milyonluq mənzil
Bununla yanaşı, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin və əmlaklarının geri qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat vəsait Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb. Faktiki olaraq heç bir əmlak geri qaytarılmayıb, ayrılan vəsaitlərin böyük hissəsi isə “otkat” şəklində geri götürülüb.
Məmməd Musayev öz yaxın qohumlarını — qardaşı oğlu Fəzail Musayevi və digərlərini bu nəhəng sxemlərə cəlb etsə də, onlara yalnız sıravi işçi kimi aylıq məvacib verib. Məsələn, aylıq rəsmi maaşı 2500 manat olan Fəzail Musayevin qısa müddətdə Hüseyn Cavid prospektində 1 milyon manatdan baha apartament alması maliyyə qaynaqlarının mənşəyini aydın göstərir.
Saxlanılanlar var
Artıq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Məmməd Musayevin yaxın çevrəsinə daxil olan bir qrup şəxs saxlanılıb. “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev (Məmməd Musayevin qardaşı oğlu), “Salyansüd” MMC-nin təmsilçisi Fazil Rüstəmov və digərləri barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar kənd təsərrüfatını maliyyələşdirmək adı ilə “Aqrarkredit” QSC-dən 100 milyon manatdan çox güzəştli kredit götürərək təyinatdan kənar xərcləməkdə və dələduzluqda ittiham olunurlar.
“Şapka Mamed” həbs edilə bilər
2001-ci ildən dövlətə məxsus “Aqrarkredit” QSC-yə rəhbərlik edən və bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Məmməd Musayev barəsində də hazırda cinayət təqibi aparılır. Toplanmış təkzibolunmaz sübutlar və saxlanılan şəxslərin ifadələri fonunda, dünyanın müxtəlif ölkələrində milyardlıq əmlaklara sahib olan sabiq sədrin özünün də yaxın günlərdə həbs ediləcəyi gözlənilir.

Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?


Son illər Azərbaycanda avtomobili girov qoyaraq lombardlardan və müxtəlif təşkilatlardan kredit adı altında pul götürənlərin sayı xeyli artıb.

Sosial şəbəkələr vasitəsilə aldadıcı reklamlar yayan belə qurumların əsas hissəsi vətəndaşlara vəsaiti ağır şərtlərlə və yüksək faizlərlə təklif edir.
Yenicag.az-a daxil olan məlumata görə, həmin təşkilatlardan biri də “S Lombard”dır.
Qızıl, avtomobil və mənzil girov götürməklə fəaliyyət göstərən bu qurumda faiz dərəcələri maksimum həddə çatıb. Reklam çarxlarında avtomobilin sürücünün özündə qalacağını və asan şərtlərlə kredit verildiyini elan edən “S Lombard” reallıqda vətəndaşları çətin vəziyyətə salır. Bildirilir ki, dəyəri 25 min manat olan avtomobili cəmi 15 min manat qiymətləndirərək girov götürən qurumun kredit faizləri faktiki olaraq 48 faizə qədər yüksəlir.

Qanunvericiliyə görə, lombard kreditlərinin rəsmiləşdirilməsi “girov bileti” vasitəsilə həyata keçirilir. Həmin sənədin forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və girov qoyulan əşyalar bilet üzərində ətraflı təsvir olunmalıdır. Qanunvericilik qəti şəkildə nəzərdə tutur ki, lombardlarda qoyulan girov heç bir halda birtərəfli qaydada mənimsənilə bilməz. Girov yalnız açıq hərrac vasitəsilə satılmalıdır və bu prosedurlar Mülki Məcəllənin tələblərinə uyğun icra olunmalıdır.

Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu isə o deməkdir ki, borclu şəxsin özü də həmin hərracda iştirak edərək əşyasını geri əldə etmək imkanına malikdir.
Lakin “S Lombard”ın vətəndaşların hüquqlarını kobud şəkildə pozduğu iddia olunur. Məlumata görə, borcalanın cəmi 1 günlük ödəniş gecikməsinə yol verməsi belə qurum tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamənin dərhal ləvğ edilməsi və nəqliyyat vasitəsinin vətəndaşın əlindən alınması ilə nəticələnir.

Araşdırmalar zamanı o da məlum olub ki, “S Lombard”ın sahiblərindən biri Sərval adlı şəxsdir. İddialara görə, bu şəxs tanınmış məmurlardan birinin kürəkənidir və rəhbərlik etdiyi təşkilat vasitəsilə həmin məmurun və onun ətrafının maliyyə vəsaitlərinin dövriyyəsini təmin edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.(Yenicag.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC


İsmayıllı rayon İcra Hakimiyyətinin keçirmək istədiyi tenderin nəticəsi ləğv olunub.
Tribuna.az xəbər verir ki, qurum Zəfər günü, 12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım günü və dünya Azərbaycanlılarının Həmrəyliy günü ilə əlaqədar olaraq tədbirlərin təşkil edilməsi xidmətlərinin satın alınmasını reallaşdıra bilməyib.
Belə ki, İcra Hakimiyyəti bu tərbilərin keçirilməsi üçün tender elan edərək, 52 min 885 manat vəsait ayırıb. Lakin quruma nəzrət orqanının qərarı ilə nəticə ləğv edilib. AİİBNDA konkret olaraq başqa səbəb göstərməyib.
Bəzi məlumatlara görə, İsmayıllının icra başçısı Nahid Bağırov dövlət rəhbərliyinin etimadını qazana bilməyib. Son zamanlar onun verilən tapşırıqları vaxtında yerinə yetirə bilməməsinin buna səbəb olduğu deyilir.
Hətta rayonda dolaşan söhbətlərə görə, Nahid Bağırov ilin sonuna qədər vəzifəsindən gedəcək.

Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT


Təxminən 10 gün əvvəl Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin qənşərində yerləşən küçənin sakinlərinin Prezident İlham Əliyevə müraciətini yaymışdıq.
Onlar Mia.az-a şikayətlərində bir neçə ildir ərazidə yaşayış binaları tikən “Günəş” MTK-nın rəhbərliyinin indi də küçəni tən ortadan bölərək hasarlamasına etiraz edirdilər. Həmin vaxt sakinlər, o cümlədən məhəllədə yaşayan şəhid ailəsi bu özbaşınalığın qarşısının alınmasını xahiş edirdilər.

Lakin görünən odur ki, şikayət ünvana çatmayıb və bundan sui-sitifadə edən şirkət rəhbərliyi başlatdığı qanunsuz hasarlamanı başa çatdırıb.
Yerli sakinlər yeni fotofakt göndərərək bir daha bildirirlər ki, bu hasarlama küçəni daraltmaqla azyaşlıların oynamasını, insanların və avtomobillərin gediş-gəlişini məhdudlaşdırıb:
“Çox xahiş edirik ki, yerli icra qurumları heç olmasa bu qanunsuzluğun qarşısını alsınlar. Belə dərəbəylik olmaz axı…”




"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT


Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Məlumata görə, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı “Tipik İqtisadçı-Ekspert” yayıb.
 
Bundan başqa, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan iş adamı İlyas Möhnətovun kafesinin də fəaliyyətini dayandırdığı bildirilir. Qeyd edək ki, İ.Möhnətovun ötən günlərdə qadın geyim mağazası da bağlanıb.
Kafe və restoranların ardıcıl şəkildə bağlanması paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar yaradıb. Bəs əsas səbəblər nələrdir? Yüksək icarə haqları sahibkarların fəaliyyətinə nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda bəzi restoran və kafelərin bağlanmasını yalnız müştəri sayının azalması ilə izah etmək olmaz. Onun sözlərinə görə, əsas amillərdən biri xərclərin sürətlə artmasıdır:
“ İcarə haqları, əməkhaqqı, kommunal ödənişlər, ərzaq və digər məhsulların qiymətləri yüksəldikcə restoranların maya dəyəri artır. Xüsusilə şəhərin mərkəzində və prestijli ərazilərdə yüksək icarə xərcləri biznes üçün ciddi yük yaradır.
Digər tərəfdən, müştərinin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə restoranda yemək, qəhvə və digər xidmətlərə çəkilən xərclər azala bilir. Restoran üçün isə müştəri sayının nisbətən kiçik azalması belə, yüksək sabit xərclər səbəbindən ciddi maliyyə problemi yarada bilər”.
İqtisadçı vurğulayıb ki, sektorda rəqabət də kifayət qədər güclüdür:
“Bakıda son illərdə kafe və restoranların sayı artıb və müştəri uğrunda mübarizə sərtləşib. Eyni auditoriyaya hesablanan çoxsaylı məkanların olması bəzi obyektlərin kifayət qədər dövriyyə əldə etməsinə imkan vermir. Sosial şəbəkələrdə məşhur olmaq da biznesin mütləq gəlirli olması demək deyil. Tanınmışlıq müştəri axını yarada bilər, amma xərclər gəlirlərdən yüksəkdirsə, belə məkanın uzun müddət fəaliyyət göstərməsi çətinləşir”.
A.Nəsirli əlavə edib ki, digər mühüm məsələ qiymət və keyfiyyət arasındakı balansdır:
“Restoran qiymətləri artırdıqca müştəri daha çox seçim etməyə başlayır və daha münasib qiymətə alternativ məkanlara üz tutur. Buna görə də restoran sahibinin həm keyfiyyəti qoruması, həm qiyməti müştəri üçün məqbul saxlaması, həm də artan xərcləri qarşılamaq üçün kifayət qədər marja əldə etməsi getdikcə çətinləşir.
Ümumilikdə, Bakıda restoranların bağlanmasını ictimai iaşə sektorunda böhrandan daha çox bazarın yenidən formalaşması kimi qiymətləndirmək olar. Xərcləri yüksək, biznes modeli zəif və müştəri axını kifayət qədər olmayan obyektlər bazardan çıxır, daha səmərəli işləyən və qiymət-keyfiyyət nisbətini düzgün quran restoranlar isə fəaliyyətini davam etdirir. Yəni hazırkı proses həm istehlakçı davranışının dəyişməsi, həm də restoran biznesində xərclərin və rəqabətin artması ilə bağlıdır”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, bir çox hallarda obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə fəaliyyət formasını dəyişir, yeni xidmətlər əlavə edir və müvəqqəti olaraq fəaliyyətini dayandıra bilirlər.
O qeyd edib ki, bir obyektin bağlanması əslində digər yeni obyektin yaranması deməkdir:
“Elə ticarət obyektləri olur ki, onlar müəyyən müddət fəaliyyət göstərir, rəqabət nəticəsində müştərilərini itirir, müəyyən iqtisadi problemlərlə üzləşir və ya müştəri bazasının azalması, yüksək icarə haqları səbəbindən fəaliyyətini dayandırırlar. Bu, biznesdə təbii prosesdir. Tanınmış restoran və kafelərin bağlanması yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, onlar mövcud bazarda öz müştərilərini tapsınlar”.
V.Orucun sözlərinə görə, hazırda iaşə obyektlərini işlətmək çox çətindir:
“ Çünki ilk növbədə icarə xərcləri yüksəkdir və qeyd etdiyiniz ərazilərdə bu məbləğlər həddən artıq yüksəkdir. Tanınmış brend obyektlərin, təbii ki, əhali tərəfindən tanınan və prestijli hesab edilən ərazilərdə mövqe tutması daha məqsədəuyğundur. Buna görə də həmin yerlərə yüksək icarə haqqı ödəyərək məhz orada fəaliyyət göstərirlər. Bu da təbii ki, müəyyən ticarət qarşılığı olmadığı halda uzun müddət davam etmir. Bir müddətdən sonra fəaliyyətlərini dayandırmağa məcbur olurlar.
İkincisi, belə obyektləri işlətmək üçün ərzaq məhsullarının, yanacağın və işçi əməkhaqlarının qiymətlərində də çox yüksək artım baş verib. Mövcud durum hər hansı biznesin fəaliyyətini davam etdirməsi üçün çox ciddi maddi bazasının olmasını zəruri edir. Bu baxımdan bir çox obyektin bağlanması normal hadisədir”.
V.Oruc həmçinin mövcud vəziyyətin iqtisadi böhran kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib:
“Çünki Bakı axşamlarında şəhərdəki obyektləri monitorinq etsəniz, görəcəksiniz ki, ümumiyyətlə, boş ticarət və iaşə müəssisəsi tapmaq olduqca çətindir. Əhalinin böyük hissəsi işdən sonra asudə vaxtını belə mərkəzlərdə keçirməyə üstünlük verir. Sadəcə, ola bilər ki, müştərilərin davranışları dəyişib. Prestijli yerlərdə məkanların seçilməsindən daha çox yüksək xidmət göstərən, yaxud məhsullarının keyfiyyətinə görə fərqlənən və yüksək xidmət göstərmək imkanlarına malik obyektlərə üstünlük verilir.
Onu da qeyd etmək olar ki, mövsümi təsirlər də öz rolunu oynayır. Yay aylarında insanlar xaricə üz tutur, daxili bazarlarda müəyyən qədər boşluq yaranır və müştəri bazasının azalması baş verir. Bu prosesi təbii qarşılamaq lazımdır. Bu, köhnə brendlərin sıradan çıxması, yeni brendlərin isə doğulmasıdır”.
Cəmiyyət sədri maraqlı məqam kimi qeyd edib ki, hər il göstərilən xidmətlərin qiymətləri ən azı 10 faizə qədər artır:
“Buna rəğmən yenə kafelərin, restoranların fəaliyyət göstərməsi onu göstərir ki, müştəri bazası var, tələb var və təbii ki, bu istiqamətdə fəaliyyət davam etməlidir.Yəni hazırkı situasiyanı qorxulu və təhlükəli kimi qiymətləndirməyin əleyhinəyəm. Düzdür, ölkədə müəyyən iqtisadi problemlərin olacağı barədə anonslar var və iqtisadi aktivliyin kifayət qədər olmayacağı ilə bağlı proqnozlar səsləndirilir. Buna rəğmən, obyektlərin bağlanması hər hansı süni ajiotaj yaratmamalıdır.Düşünürəm ki, ölkə iqtisadiyyatı öz yükünü, öz ağırlığını qaldıra biləcək səviyyədədir. Bunun üçün də bir sıra addımlar atılmalıdır ki, doğrudan da ölkə iqtisadiyyatı inkişaf etsin”.

Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...


Bakı şəhəri, Sabunçu rayonunda 2-ci Zabrat Maştağa yolu, döngə 2,ev 10A ünvanında yaşayan Məmmədov Aliq Fikrət oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb.

Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:

Çox hörmətli cənab Prezident İlham Əliyev!

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən, 96 nömrəli tam orta məktəbin binasında yerləşən Q. Primiv 2 nömrəli uşaq musiqi məktəbin (Ağdam 2 nömrəli) direktoru Məmmədov Elşad Aydın oğlu məni aldadaraq oğlum Məmmədov
Röyal Aliq oğlunu həmin məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsində işə düzəlmək məqsədilə 5000 manat və qohumum Quliyev Xəqani Nuru oğlunu təlimtərbiyə işləri üzrə müavin vəzifəsinə götürəcəyini vəd verərək 6500 manat pulalmışdır. 18 aprel 2024-cü il tarixində əmrin sürətini “whatsApp” vasitəsi ilə mənim telefonuma göndərmişdir. Röyal və Xəqanini məktəbə çağıraraq müqavilə bağlamış və kollektivə təqdim etmişdir. Şöbə müdiri Sevinc xanima tapşırıb ki, hər ikisinin telefon nömrəsini götür, məktəbin qrupuna daxil et. 051-376-59-71 nömrəsindən Röyala və Xəqaniyə zəng vurulmuş, regionun kadrlar şöbəsinin işçisiyəm deyib və sizə əmək kartı hazırlanır, hazır olanda sizə çatdırılacaq və işə çağırılacaqsınız deyib.
Aprel ayının 24-də (2024) Elşad mənə zəng edib görüşmək lazım olduğunu bildirdi. Görüşdük və mənə təşkilatçı və qardirobçu ştatları olduğunu bildirdi və dedi ki sən mənim əmimsən istəyirəm sən deyən adamları bu işə götürüm. Gör qohumdan tanışdan kim istəyir gətir. Mən sənə inanıram. Röyal və Xəqani son zəngdə iştirak ediblər. Çəkilişləri var.

Mən əvvəlcədən Xəqani vasitəsi ilə tanıdığım Seyidəhmədov Vüqar Mirzəbaba oğluna dedim. Elşad müəllim 4500 manat təşkilatçı üçün, 4000 manat qardirobçu üçün istəyir. Hərəsinə 2000 əvvəl qalıq pul işə əmrdən sonra. Vüqar axşam mənə zəng vuraraq təşkilatçı işinə həyat yoldaşını və qardirobçu işinə dostu Davudun bacısını düzəltmək istəyiblər. Elşadın istədiyi ilk ödənişi Xəqani ilə mənə verdilər bizdə, birlikdə Elşada verdik. 2024-cü ilin aprelin 30-da Elşad “whatsApp”-la mənə əmr göndərib və pulların qalığını istədi. Sonra onları məktəbə dəvət etdi, iş otağında müqavilə bağladı. Qalıq pulu yenə Xəqani və mən Elşada verdik. Sonra Vüqarı çağırıb 3 nəfəri işə götürmək üçün 13.500 manat alıb.

2026-cı ilin yanvarında Sabunçu rayon Məhkəməsinin hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmə iclası başlanmışdır.
İbtidai istintaq zamanı dəlil sübutlar təqdim edilmişdir. Lakin istintaq pozuntularına yol verilmişdir. Üzləşmə zamanı bizi üzləşdirən Rasim Seyfullayev adlı ( Sabunçu rayon Prokurorluğuna heç bir əlaqəsi olmayıb) müstəntiqi Elşad
Məmmədov və Natiq Məmmədov yalan kimi göstərdilər. Dedilər elə adlı adam heç prokurorluğa gəlməyib və üzləşmə aparılmayıb.
Lakin vəkilim Namiq Hacıyev və mən istintaqı Natiq Məmmədovun qərəzli apardığı üçün onun aparmasına etiraz bildirdik. Sübut olundu ki, Rasim Seyfullayev adlı adam həqiqətən orda olub. Vüqar, Təvəkkül, Xəqani, Elşad Qasımov , İsgəndər, Malik adlı şəxslərin də ifadələrin alıb. Həqiqətən Natiq Məmmədov tərəfindən istintaqın sirri yayılıb.

Hakim Vüsal Qurbanova bildirdim ki, biz Məhkəmə istintaqına inanırıq və obyektivlik gözləyirik.
Lakin təqsirləndirilən şəxs tərəfindən 4 dəfə məhkəmə prosesinə gəlməyib və proses pozulub ( 2 dəfə vəkili 2 dəfə də özü)
Elşad Məmmədov 1-ci dəfə xəstə Hepotit B olduğu üçün gəlmədiyini, 2-ci dəfə atasının ( Aydın Məmmədovun) açıq ürək əməliyyatı olunacağını bildirmişdir. Hər iki halda “televiziyaya” çıxmış, “Evdəkilərə Salam” verilişində ailəsi ilə birlikdə iştirak etmişdir. (11.07.2026). Hətta atası da oxudu. Lakin Hakim heç bir hal üçün əsas tələb etmədi.
29.07.2026-cı il Məhkəmə prosesində iştirak edən 5 nəfər zərərçəkmişlərdən 4 nəfəri Polis Nəzarətində Olma Qəti İmkan Tədbirinin dəyişilərək həbs qəti imkan tədbiri ilə əvəz olunmasını istədi. Lakin hakim Vüsal Qurbanov qəbul etmədi.

051 376 59 71 nömrəli telefondan zəng edilərək “hamıya işlərinizin düzəlib, yaxın günlərdə hamınızın şəxsi hesabınıza əmr gələcək” deyib və yalan əmrləri “whatsApp” larına göndərilib. Dəfələrlə tələb etməyimizə baxmayaraq həmin nömrəli telefonun sahibi istintaqa və məhkəməyə dəvət olunmayıb.

Aktualinfo.net

P.S. Q. Primiv 2 nömrəli Ağdam uşaq musiqi məktəbin direktoru olmuş Məmmədov Elşad Aydın oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onlarla insanı aldadaraq işə düzəltmək adı altında pul alması barədə daha ətraflı məlumatları növbəti araşdırmalarda oxucuların diqqətinə çatdıracıq.

Aktualinfo.net

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” - Vətəndaş "Dekoliv"dən şikayətləndi



Vətəndaş Dekoliv mağazasından narazılıq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

Vətəndaşın sözlərinə görə, avqustun 15-də Dekoliv mağazasında alış-veriş zamanı kartından 127,03 ABŞ dolları tutulsa da, ona ödənişin keçmədiyi bildirilib. O, mağazanın məsələ ilə bağlı əlavə təsdiq təqdim etməməsindən narazıdır.

“Avqustun 15-də Dekoliv mağazasında alış-veriş zamanı kartla 127,03 ABŞ dolları ödəniş etdim. Ödəniş prosesində terminalda təsdiqləmə üçün imza da atıldı.

Buna baxmayaraq, mağazada mənə kart ödənişinin keçmədiyi bildirildi və məndən əlavə olaraq nağd ödəniş istəndi. Mənim üzərimdə aldığım bütün məhsulların məbləği qədər nağd pul olmadığı üçün məhsullardan birini çıxartdım və qalan məhsulların pulunu nağd ödədim.

Yəni nağd ödədiyim məbləğ kartdan tutulan 127,03 ABŞ dolları ilə eyni deyil. Buna görə əlimdə olan ikinci çeki banka təqdim etməyim problemi tam sübut etmir.

Mağazadan istədim ki, mənə kart ödənişinin uğursuz olduğu və buna görə nağd ödəniş etdiyim barədə əlavə çek və ya yazılı təsdiq versinlər. Banka müraciət edərkən məhz belə bir sənəd mənim üçün əsas sübut olardı.

Hazırda məqsədim kimisə ittiham etmək və ya mübahisə yaratmaq deyil. Sadəcə baş verən vəziyyəti sənədləşdirib banka təqdim etmək istəyirəm. Təəssüf ki, Dekoliv mağazası ilə əlaqə saxlamağa çalışsam da, cavab ala bilmirəm.

Ümid edirəm məsələ normal şəkildə həll olunacaq və mağaza mənə lazım olan təsdiqi təqdim edəcək”.

Gununsesi.info

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ


Redaksiyanın elektron ünvanına Şahsuvar Vidadi oğlu Əhədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik.
Yazıb sizə bildirirəm ki, 30.05.2024-cü il tarixində Gündüz Akif oğlu Gözəlovdan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev-mənzil 100, bina 1-də sahəsi 208.9 kvm sahəsi olan mənzil almışam. 03.07.2024-cü ildə anamın adına 3 saylı ASAN xidmətdə çıxarış (kupça) verilib. Ailəm ilə birlikdə mənzilimizdə yaşayırdıq. 19.06.2025-ci il tarixində təsadüf nəticəsində evimin üzərində həbs olduğunu öyrəndim. Bu məsələ ilə bağlı dərhal Xətai Rayon Məhkəməsinə müraciət etdim. Hakim Aygün Həsənova təcili olaraq mənzilimizin üzərinə qoyulan həbs qərarını ləğv etdi. Hadisədən bir ay keçdikdən sonra bizə məlumat verildi ki, Eldar Məhərrəm oğlu Rəhimov Bakı şəhəri, Xətai rayonu məhkəməsinə mənzilimizə verilmiş çıxarışın ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət edib.
Cavabdehlər kimi isə Gündüz Akif oğlu Gözəlov (mənzili aldığımız şəxs) və anam Mələk Əziz qızı Əhədova göstərilmişdir. Xatırladım ki, iddiaçı iddiasında göstərilir ki, cavabdeh şəxs kimi göstərilən Gündüz Akif oğlu Gözəlovun(mənzili aldığımız şəxs) iddiaçıya 2025-ci ilədək 70 000 manat ödənilməmiş təqribi borcu qalıb. Həmçinin iddiaçı qeyd edir ki, Gündüz Akif oğlu Gözəlov borcunu ödəmir. Biz isə vicdanlı alıcı olaraq mənzilin pulunu tam ödəməyimizə baxmayaraq, yuxarıda qeyd etdiyim tərəflərin borc mübahisəsinin qurbanına çevrilmişik. Xatırladım ki, mənzili aldığımız vaxt mənzilin əvvəlki sahibi Gündüz Akif oğlu Gözəlova qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunan vergi və rüsumları ödəmək şərti ilə 50 saylı notariusda alqı-satqı etmiş, rüsumların və ödənişlərin qəbzlərini əldə etmişik. Qeyd edim ki, 08.01.2026-cı ildə Gündüz Akif oğlu Gözəlov iddiaçı Eldar Məhərrəm oğlu Rəhimova olan borcunu tam ödəmişdir. Borcun ödənməsi Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin rəisi cənab Abbas Nəsibovun verdiyi möhürlü və imzalı sənədlə öz təsdiqini tapmışdır. İşə baxan hakim Əminə Abbasova borcun tam şəkildə ödənməsinə baxmayaraq, həmçinin işlə bağlı aidiyyatı qurumlara göndərilən sorğunun nəticələrini gözləmədən təcili olaraq ədalətsiz formada mənzilimizə verilən çıxarışı bir qərarla ləğv etdi.
Şübhə edirəm ki, bu qohumluq əlaqəsi işin tam obyektiv araşdırılmasının aparılmasına mane olub

Sonradan öyrəndim ki, sən demə, iddiaçı Eldar Rəhimovun oğlu Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Elmar Eldaroğlu Rəhimovdur. Bununla da məsələ mənə tam aydın oldu.
Şübhə edirəm ki, bu qohumluq əlaqəsi işin tam obyektiv araşdırmanın aparılmasına mane olub.
Hesab edirəm ki, Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki qələbəsidiir.
Xatırladım ki, bu işə baxan əvvəlki hakim hüquq və dövlətçiliyi əsas götürərək ədalətsiz qərar çıxarmamaq üçün özü-özünə etiraz edib işdən imtina etmişdi. Sonrakı hakim Əminə Abbasova isə mənə aidiyyatı olmayan mübahisəli tərəfin iddiasını təmin edərək çıxarışı ləğv etdi.
Diqqətinizə çatdırım ki, hakimin qərarı elan etməsindən 19 gün keçməsinə baxmayaraq, qərar sistemə yüklənməyib.
Bir də təkrar üçün qeyd edirəm ki, notariat qaydasında alqı-satqı müqaviləsi bağlamışam. Ödənişi bank vasitəsilə etmiş və dövlət reyestrindən verilmiş rəsmi çıxarış (kupça) əsasında mənzil əldə edən vicdanlı alıcıyam. Sadə bir vətəndaş olaraq dövlətin rəsmi möhürünə, qanuni sənədinə güvənib mülkiyyət sahibi olmuşam. Tanımadığım adamların borc mübahisəsinin qurbanıyam. Buna baxmayaraq, həyatımda heç vaxt tanımadığım iki şəxsin məhkəmə mübahisəsinə heç bir təqsirim olmadan üçüncü şəxs qismində cəlb olunmuşam. Halbuki əlimdə Ədliyyə müşaviri Abbas Nəsibov tərəfindən imzalanmış və möhürlənmiş, mənzili mənə satan şəxsin borcunun tam ödənildiyini təsdiq edən rəsmi sənəd mövcuddur.

Bütün bunlara baxmayaraq, Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın qəbul etdiyi qərarla mənim dövlət qeydiyyatına alınmış mülkiyyət hüququm ləğv edilib!
Dövlət reyestrindən verilmiş çıxarış, həm bank ödəniş sənədləri, həmçinin borcun tam ödənilməsini təsdiq edən rəsmi sənəd mövcud olduğu halda, mənə məxsus mənzilin əlimdən alınması qərarı qanunsuzdur və anlaşılan deyil.
Azərbaycan Respublikası Konstitusiyasında "Mülkiyyət toxunulmazlığı barədə ayrıca qanunlar var. Bu mənada bilirik ki, dövlət vətəndaşın hüquqlarının təminatçısıdır. Prezident İlham Əliyev hər çıxışında açıq şəkildə bəyan edir və bildirir ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal ciddi araşdırılacaq. Həmçinin dövlət başçısı məhkəmə-hüquq sistemindən şəffaflığı və vətəndaş məmnunluğunu tələb etdiyi halda, Xətai Rayon Məhkəməsinin bu qərarı və 19 günlük prosessual qanunsuzluğu ölkədə aparılan islahatların ruhuna zərbə vurur.
Hörmətli redaksiya, mənə aidiyyatı olmayan məhkəmə mübahisələrinin bizim mənzilimiz üzərində gerçəkləşdirilən ədalətsiz qərarı barədə yazdığım şikayəti mənsub olduğumuz media vasitəsi ilə ictimailəşdirilməsinə köməklik göstərməyinizi, həmçinin üzərimizdə qurulan haqsız və ədalətsiz məhkəmə mübahisələrinin dayandırılmasını tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasından və aidiyyəti dövlət orqanlarından bu özbaşınalığa son qoyulmasını xahiş edirəm!
Mən, Mələk Əziz qızı Əhədovnın oğlu olaraq mənə verdiyi etibarnamə əsasında bu şikayət ərizəsini yazmışam.
Qeyd: KİV haqqında qanunun tələblərinə və peşə davranış qaydalarına uyğun olaraq qarşı tərəflə dəfələrlə əlaqə saxlasaq da, təəssüflər olusn ki, bu zənglərimiz uğursuzluqla nəticələndi.(Arazxeber.az)
Redaksiya olaraq materailda adı hallananların mövqeyini dərc etməyə hazırıq.

Neftçalada fermerlər DAD DEYİR... - "...təcili suya və konkret tədbirə ehtiyac var"


Neftçala rayonunun Xolqaraqaşlı kəndində fermer təsərrüfatının suvarma suyu ilə təmin olunmaması ilə bağlı redaksiyamıza ciddi şikayət daxil olub. Şikayətdə səsləndirilən iddialar təsdiqini taparsa, söhbət sadəcə bir fermerin su problemindən deyil, kənd təsərrüfatı sahəsində insanların əməyinin, çəkdiyi xərcin və aylarla gözlədiyi məhsulun məsuliyyətsiz münasibət nəticəsində təhlükə altına atılmasından gedir.
Xolqaraqaşlı kənd sakini Xuraman Zeynalovanın redaksiyamıza təqdim etdiyi məlumat və ərizəyə görə, atası, fermer Nağıyev Cəmaləddin Həsənağa oğlunun kənd ərazisində təxminən 19 hektar əkin sahəsi var. Ailə uzun illərdir kənd təsərrüfatı ilə məşğul olur. Hazırda həmin təsərrüfatda yonca və pambıq sahələrinin suvarılması ilə bağlı ciddi problem yarandığı bildirilir.

Xuraman Zeynalova şikayətində konkret adlar çəkir. Onun sözlərinə görə, narazılıq Neftçala rayon su idarəsinin rəhbəri kimi təqdim etdiyi Təbriz adlı şəxsin, həmçinin kənd üzrə su təsərrüfatı işçiləri Mübariz və Əfsarağanın fəaliyyəti ilə bağlıdır. Şikayətçi bildirir ki, dəfələrlə müraciət edilməsinə, su veriləcəyinə dair sözlər eşidilməsinə baxmayaraq, fermer təsərrüfatına su vaxtında çatdırılmayıb.

Burada sual yaranır: fermer əkin aparıb, toxum səpib, torpağı becərib, xərc çəkibsə, suvarma növbəsi çatanda onu günlərlə və həftələrlə gözlətmək hansı idarəetmə prinsipinə uyğundur?

Şikayətçinin sözlərinə görə, əvvəlcə yonca sahəsi vaxtında suvarılmayıb və bunun nəticəsində məhsuldarlığın aşağı düşməsi təhlükəsi yaranıb. Daha sonra vəziyyət pambıq sahəsində daha ağır həddə çatıb. Xuraman Zeynalova bildirir ki, torpaq o qədər quruyub ki, kultivator sahəyə daxil olanda bəzi pambıq kolları kökündən çıxıb. Hazırda isə pambığın artıq açmağa başladığı, lakin sahəyə yenə də lazımi suyun verilmədiyi iddia olunur.

Fermer üçün bir gün belə bəzən məhsulun taleyini müəyyən edir. Pambıq və yonca sahəsinin suvarılmasında gecikmənin nəticəsini kabinetdə əyləşən məmur deyil, torpağa pul və zəhmət qoyan fermer çəkir. Məhsul azalanda, sahə quruyanda, çəkilən xərc batanda həmin zərərin məsuliyyətini kim daşıyacaq?

Şikayətdə daha ciddi bir iddia da səsləndirilir. Xuraman Zeynalovanın bildirdiyinə görə, ərazidə suyun fermerlər arasında bərabər və obyektiv bölüşdürülmədiyinə dair şübhələr var. O iddia edir ki, bəzi imkanlı şəxslərin sahələri istədikləri vaxt suvarıldığı halda, onların təsərrüfatı günlərlə gözlədilir. Bu iddia mütləq araşdırılmalıdır. Çünki dövlətin suvarma infrastrukturu hansısa şəxsin şəxsi mülkü deyil və su bölgüsü tanışlıq, nüfuz və yaxud maddi imkan prinsipi ilə həyata keçirilə bilməz.

Xuraman Zeynalova həmçinin bildirir ki, Neftçala rayon su idarəsinin rəhbəri Təbriz, eləcə də Mübariz və Əfsarağa adlı əməkdaşlarla əlaqə saxlamağa çalışsa da, problemin həlli istiqamətində nəticə əldə edə bilməyib. Onun sözlərinə görə, verilən vədlər də faktiki su təminatına çevrilməyib.

Əgər bu şəxslərlə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmirsə, ictimaiyyət qarşısında çox sadə suallara cavab verilməlidir: Cəmaləddin Nağıyevin 19 hektarlıq təsərrüfatına hansı tarixlərdə və nə qədər su ayrılıb? Suvarma növbəsi hansı sənəd əsasında müəyyən edilir? Fermerə su verilməməsinin texniki və ya hüquqi səbəbi olubmu? Eyni ərazidə digər fermerlərin sahələrinə hansı ardıcıllıqla su verilib? Su bölgüsünə kim nəzarət edir?

Əgər fermerə su ayrılıbsa, bunu sənədlə göstərmək çətin olmamalıdır. Əgər ayrılmayıbsa, səbəbi izah edilməlidir. Əgər su mövcud olduğu halda bir təsərrüfat susuz saxlanılıb, digər sahələr suvarılıbsa, onda məsələ artıq adi texniki nasazlıq kimi təqdim edilə bilməz.

Kənd təsərrüfatının inkişafından danışılan bir ölkədə fermeri su üçün qapı-qapı salmaq, telefon zənglərinə cavab verməmək və əkin sahəsini qurumağa buraxmaq qəbuledilən idarəetmə modeli deyil. Fermer dövlət qurumundan xüsusi imtiyaz istəmir. O, sadəcə təsərrüfatının vaxtında suvarılmasını və hamıya tətbiq edilən qaydanın ona da şamil olunmasını tələb edir.

Xüsusilə diqqət çəkən məqam budur ki, Cəmaləddin Nağıyev yaşlı fermerdir, ailənin bildirdiyinə görə həyat yoldaşı da Parkinson xəstəliyindən əziyyət çəkir. Belə bir ailənin dolanışıq mənbələrindən biri olan təsərrüfatın su problemi səbəbindən zərərə düşməsi məsələyə daha həssas yanaşılmasını tələb edir.

İndi cavab verməli olan tərəf fermer deyil. Neftçala rayonunda su təsərrüfatına cavabdeh qurumlar, Təbriz adlı rəhbər şəxs, Mübariz və Əfsarağa adlı əməkdaşlar ictimaiyyətə izah etməlidirlər: Xolqaraqaşlı kəndində Cəmaləddin Nağıyevin sahəsi niyə vaxtında suvarılmayıb?

Qeyd edək ki, redaksiyaya təqdim olunan ərizədə Təbriz, Mübariz və Əfsarağa adlı şəxslərin soyadları göstərilməyib. Aidiyyəti qurumun həmin şəxslərin tam kimliyini və tutduqları vəzifələri açıqlaması məqsədəuyğun olardı.

Redaksiya olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin və ərazidə suvarma suyunun bölüşdürülməsinə cavabdeh strukturun məsələyə dərhal münasibət bildirməsini gözləyirik. Şikayətdə adı çəkilən şəxslərin də mövqeyini olduğu kimi dərc etməyə hazırıq.

Fermerin pambığı artıq açır. Burada aylarla aparılan yazışmaya deyil, təcili suya və konkret tədbirə ehtiyac var. Əks halda sabah qurumuş sahənin qarşısında “araşdırma aparılır” demək fermerin itirdiyi məhsulu geri qaytarmayacaq.
Aknews.az

Naxçıvanda camaatı BU YOLLA QAÇAQ SALIRLAR... - NARAZILIQ VAR...


Naxçıvanda 2018-ci ildən əvvəl istehsal olunan avtomobillərlə taksi fəaliyyətinə qadağa qoyulduğu bildirilir. Sürücülər iddia edirlər ki, bu qadağanın arxasında monopolist taksi şirkətləri ilə yerli Avtomobil Yolları Dövlət Agentliyi arasındakı maraq əlaqələri dayanır.
Onların fikrincə, məqsəd fərdi taksiləri bazardan sıxışdırmaq və taksi şirkətlərinin üstünlük qazanmasına şərait yaratmaqdır.
Yeni maşın almağa imkanı çatmayan sürücülər isə işsiz qaldıqları üçün Naxçıvanı tərk etməyə məcbur olduqlarını deyirlər.
Sürücülərdən H. Məmmədov bildirir ki, tətbiq olunan məhdudiyyət onun gündəlik qazancını tam dayandırıb:
“Maşınım 2017-ci il istehsalıdır. İşləməyə qoymurlar, müştəri götürən kimi gəlib mane olurlar. Qalmışıq çarəsiz. Məncə, bütün bunlar taksi monopoliyasına xidmət edir. Yerli Avtomobil Yolları Dövlət Agentliyinin də həmin şirkətlərlə əlbir olduğunu düşünürük. Şirkətlərdən hər ay pul alındığını, məbləğ artırılanda isə fərdi taksilərin bazardan sıxışdırıldığını deyirlər.
Yeni maşın almağa imkanım yoxdur. İlkin ödəniş edib kreditə götürə bilərəm, amma o krediti necə ödəyəcəyəm? İnsanların sosial vəziyyəti ağırdır. İmkanı olanın da öz maşını var. Hazırda çörək pulumu belə çıxara bilmirəm. Burada başqa iş də yoxdur. Məcburam ailəmi dolandırmaq üçün başqa yerə gedim”.
A. Nuriyev isə bütün sənədlərinin qaydasında və avtomobilinin saz olmasına baxmayaraq işləməsinə icazə verilmədiyini bildirir:
“Avtomobilim 2015-ci il istehsalıdır. Tam saz vəziyyətdədir. Kurs keçmişəm, imtahan vermişəm, sertifikatım var, bütün sənədlərim yerindədir.
Mənə demişdilər ki, avtomobilin 15 ili tamam olana qədər işləyə bilərsən, yəni 2030-cu ilə qədər. İndi isə deyirlər ki, işləyə bilməzsən. Yeni maşın almağa imkanım yoxdur. Məcbur qalıb Türkiyəyə işləməyə gedəcəyəm”.
"Gündəlik Naxçıvan"

Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05