Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar


“Quba Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif maşın və avadanlıqların satın alınması ilə bağlı 51 133,83 AZN dəyərində açıq tender elan edib.

Keçirilən satınalmanın qalibi isə 1402018961 VÖEN nömrəli “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti seçilib. Lakin satınalma şərtlərində və tarixlərində diqqət çəkən bəzi sətiraltı və şübhəli məqamlar suallar doğurur.

Tenderin rəsmi dərc edilmə tarixi 24.08.2026 göstərildiyi halda, satınalmanın başlama tarixinin 20.08.2026 kimi qeyd olunması – yəni tenderin elan olunmazdan 4 gün əvvəl başladılması – prosesin şəffaflığına dair ciddi şübhələr yaradır. Bundan əlavə, adi avadanlıq alışı üçün bitmə tarixinin 18.03.2027-ci ilə qədər, yəni təxminən 7 aylıq uzun bir müddətə uzadılması da ayrılan dövlət vəsaitinin mənimsənilməsi və ya icranın süni şəkildə gecikdirilməsi ehtimallarını gündəmə gətirir. Qalib şirkətin seçilmə meyarları və bu cür tarix uyğunsuzluqları fonunda 51 min manatdan çox büdcə vəsaitinin hansı şərtlər daxilində xərclənəcəyi hüquq-mühafizə və nəzarət orqanlarının diqqətində olmalıdır.

Qarşı tərəfin cavab haqqını tanıyırq.
Faktum.az

Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT


“Expressbank” ASC 2025-ci ilin nəticələri üzrə səhmdarlarına 19 milyon 774 min manat dividend elan edib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 6,2 dəfə çoxdur.

Məlumata görə, bank 2024-cü ildə 3 milyon 202 min manat dividend elan etmişdi. Beləliklə, 2024-2025-ci illər üzrə elan edilmiş dividendlərin ümumi məbləği 22 milyon 976 min manat təşkil edib.

Bundan başqa, 2024-cü ildə bank səhmdarlarına faktiki olaraq 8,664 milyon manat dividend ödəmişdi. Bu məbləğin 5,462 milyon manatı əvvəlki dövrlərdən 2024-cü ilin əvvəlinə qalmış dividend öhdəliyi, 3,202 milyon manatı isə həmin il elan edilmiş dividend olub.

Beləliklə, 2024-cü ilin əvvəlindən 2026-cı ildə son qalıq ödənilənədək səhmdarlara faktiki olaraq ümumilikdə 28 milyon 438 min manat dividend ödənilib. Bunun 5,462 milyon manatı əvvəlki dövrlərdən qalan borc, 22,976 milyon manatı isə 2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlərdir.

“Expressbank”ın ən böyük səhmdarı 48,78% payla “AZENCO Group” MMC-dir. Bankın 30,85%-i “Enerqoservis” MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Səhmdarların paylarına uyğun hesablandıqda, 2025-ci il üzrə 19,774 milyon manat dividendin təxminən 9 milyon 646 min manatı “AZENCO Group”un, 6 milyon 100 min manatı “Enerqoservis”in, 3 milyon 953 min manatı Hafiz Seyidovun, 75 min manatı isə AYNA-nın payına düşüb.

2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlər birlikdə götürüldükdə isə “AZENCO Group”un payına təxminən 11 milyon 208 min manat, “Enerqoservis”in payına 7 milyon 88 min manat, Hafiz Seyidovun payına 4 milyon 593 min manat, AYNA-nın payına isə 87 min manat düşür.

Qeyd edək ki, mediada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “AZENCO Group”un “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir. Qarşı tərəf isə bunu indiyə kimi təkzib etməyib.

Xatırladaq ki, “Expressbank” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır.

Plat.az

Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?


Hər il olduğu kimi Peşə Təhsili üzrə Dövlət Agentliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən keçirilən müəllim və istehsalat təlimi ustaları üzrə imtahanlar artıq geridə qalıb. Bu il əvvəlki illərdən fərqli olaraq imtahanlar bir qədər fərqli vəziyyətdə keçirilib, yəni, əvvəlki Agentlik direktoru Ceyhun Kərəmov olmadığı üçün Təhsil İnstitunun direktoru Elnur Əliev bu il daha rahat istədiklərini edə bilib.

Kiçik bir haşiyə... İşə qəbul prosessində müsabiqə mərhələsi artıq başlayıb. Amma diqqət ediriksə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi sosial şəbəkə hesabında bu barədə bir cümlə də yoxdur. Agentliyin hesabındakı məlumatlara diqqət edin - hansısa layihə bitib, hansısa peşədə açıq qapı günü keçirilib və sairə... Bu layihələrə də böyük vəsaitlər ayrılır, yəni əsas məqsəd başqadır. Layihılər, tenderlər, qazanmalar və maddi maraqlar.

Burdan da görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün müəllimlərin işə qəbulu müsabiqəsi, imtahanlar formaldır və gözə kül üfürmək üçündür. Yəni, Elnir Əliyevlə İlqar Bayramlının oxuduğu Quran deyil...

Məlumata görə, bu il imtahanlarda iştirak etmək üçün portal.edu.az elektron müraciət portalı vasitəsilə 4885 nəfər qeydiyyatdan keçib. Onlardan müsabiqənin şərtlərinə (bu il staj və ixtisas uyğunluğu tamamilə fərqli formada həyata keçirilib) uyğun gələn 1731 nəfər test imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 1364 nəfəri imtahanda iştirak edib.

Şərtlərə görə, 40 balı keçən namizədlər müsabiqə mərhələsinə buraxılıb. Lakin nə Peşə Təhsili üzrə Dövlət Agentliyi, nə də Təhsil İnstitutu 40 balı neçə namizədin keçdiyini açıqlamır və daha doğrusu, bu rəqəmi gizli saxlayır.

Məlumata görə, imtahanda iştirak edən 1364 nəfərdən cəmi 450 nəfəri 40 balı keçərək müsabiqəyə buraxılıb.

Artıq müsabiqə mərhələsi başlayıb və məlumata görə, prosses olduqca primitiv və qeyri-ciddi, nəzarətsiz və əhəmiyyətsiz bir formada keçirilir. Çünki bu mərhələ və ümumiyyətlə, imtahanın özü, sualların tamamilə sistemsiz və proqramdan kənar hazırlanması və əsasən də Təhsil İnstitutunun direktoru Elnur Əliyevin şəxsən nəzarəti altında müzakirəyə çıxarılmasına, sualların açıqlanmasına imkan verilmədən aparılması bu imtahanı əhəmiyyətsiz edir.

Bildiyimiz kimi, peşə məktəblərində keçirilən müəllim və usta imtahanlarının sualları nə açıqlanır, nə də müzakirəyə çıxarılır.

Beləliklə, bu imtahanlarda 40 balı keçən və müsabiqəyə buraxılan təxminən 450 nəfərə yaxın namizədin çox az faizi peşə məktəblərinə müəllim və usta kimi düşə biləcək.

Elə isə sual olunur, bəs bu qədər boş ştat yerləri necə doldurulacaq?

Cavab çox sadə və aydındır. Əvvəlki illərdə olduğu kimi, direktorlar Peşə Agentliyi rəhbərliyi ilə razılaşıb müqavilə ilə işçiləri işə qəbul edəcəklər.

Elə isə müqavilə ilə işə qəbul olan insanlar kimlər olacaq?

Bu isə yenə əvvəlki təcrübələrdən qaynaqlanaraq söyləmək olar ki, müqavilə ilə işə qəbul olunan şəxslər direktorlara yaxın olan, ağzı bütöv, peşə problemlərini gizlədə bilən, dinməz duran və ən əsası, ixtisası bilməyən şəxslər olmalıdır. Yəni bu adamları idarə etmək daha rahat və istədikləri zaman işdən çıxara da biləcəkləri adamlardır.

Burada bəzi məqamlar da var ki, onlar barədə dəqiq faktlarla məlumat verəcəyik.

Daha bir gülməli məqam isə imtahanda iştirak etmək üçün portal.edu.az-a müraciət edən adamlara staj və digər səbəblər əsas gətirilərək imtahanda iştiraka buraxmayıblar. Amma müqavilə ilə işə götürülən şəxslərdə bu şərtlər yoxdur.

Gülməli yanaşmadır.

Təsəvvür edin, hansısa peşəkar bərbər, aşpaz və texnoloq, mütəxəssis imtahanda iştirak etmək istədiyi zaman ona staj və ya digər texniki problemlər yaradılıb. Hansı ki, onlar peşəkardır, illərin təcrübəsinə malikdirlər. Amma sonradan bəlli olur ki, müqavilə ilə işə qəbul edilən şəxslərin ixtisas barədə nəinki təcrübələri var, bir il də bu sahədə fəaliyyət göstərməyiblər. Niyə təcrübəli və peşəkarlarda deyil, təcrübəsiz və stajsız şəxslərlə müqaavilə ilə işləmək istəyirlər? Cavab bəllidir, onlara belələri sərf edir...

Hazırda ölkənin bütün peşə məktəblərində sentyabrın 10-15-dən sonra müqavilə ilə sürətli işə qəbul başlayacaq.

Hər peşə mərkəzi və məktəbi azı 15–20 şəxsi müqavilə ilə 1 illik "işə qəbul" edəcək və faktiki olaraq bununla da imtahan və onun legitimliyi gorbagor olacaq.

Müqavilə ilə işə qəbul Peşə Agentliyini tamamilə nəzarətə götürən və direktorların dayağı sayılan şəxslərlə razılaşdırılacaq və ya artıq razılaşdırılıb.

Bu proses çərçivəsində müqavilə ilə işə qəbul olunan şəxslərin adlarını və sahə üzrə təcrübələrini, ixtisaslarını faktlarla, tək-tək təqdim edəcəyik.

İlkin məlumata görə, müqavilə ilə işə qəbul olmaq istəyən şəxslər artıq direktorlarla razılaşma mərhələsindədir və hər birinə sentyabrın 15-nə kimi gözləyin cavabı verilib.

Hətta ötən il müqavilə ilə işə qəbul olmuş şəxslərlə yenidən müqavilələrin bağlanması üçün danışıqlar aparılır və müəyyən sövdələşmələr həyata keçirilir deyə məlumatda qeyd olunur.

Məlumat üçün bildirək ki, müqavilə ilə işə qəbul prosesini direktorlar Peşə Agentliyinin direktor müavini Simnar Mamedov, Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənli və əsasən İnsan resursları sektorunun müdiri Murad Məmmədovla razılaşdırırlar. Agentliyin direktoru İlqar Bayramlı isə hələ də nə baş verdiyini anlamır. Çünki onun fəaliyyəti Agentlikdəki məmurlar və direktorlar tərəfindən tamamilə bloklanıb.

Müəllif: Ədil Hüseynov
Bizimesr.media

7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO


7A avtobusunda sərnişin yağış altında qalıb: “1 saat yarımlıq yolu saçım və üstüm islanaraq gəldim”. Bakıda 7A marşrut avtobusundan istifadə edən sərnişin avtobusun vəziyyəti ilə bağlı narazılığını bildirib.

Bizimesr.media bildirir ki, vətəndaşın sözlərinə görə, hadisə Əhmədlidən Bakı Dəmiryol Vağzalı istiqamətində hərəkət edən 7A avtobusunda baş verib. O, avtobusda pəncərə kənarında əyləşib və yol boyu üzərinə su axıb.

Şikayətçi bildirib ki, təxminən 1 saat yarımlıq yol ərzində aldığı kitabın klyokunu başının üzərində tutmağa məcbur olub: “Saçım, üstüm islanaraq gəldim. Kondisionerin suyu idi, ya moykadan çıxmışdı, bilinmir”.

Vətəndaş hesab edir ki, suyun haradan axmasından asılı olmayaraq, avtobusun texniki vəziyyətinə nəzarət edən qurum məsuliyyət daşımalıdır.

Şikayətçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək sərnişinlər üçün daha normal və təhlükəsiz nəqliyyat şəraitinin yaradılmasını istəyib.

“Onsuz da bərbad nəqliyyat sisteminizlə söyülürsünüz. Heç olmasa, yığdığınız pullara normal nəqliyyat vasitəsi təqdim edin”, – deyə vətəndaş bildirib.

Bizimesr.media


Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu


Cavabsız sorğular və postmodernistlərin klassik təklifləri…
Azərbaycan təhsil sistemində indiki qədər məsuliyyətsiz dövr olmayıb. Avqustun 12-də nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin tenderlər yolu ilə dövlət büdcəsini talamasına dair (sənədlərlə) məqalə dərc etdik. Ardınca nə baş verdi? Onlarla vəzifəli şəxs telefonuma zəng edərək məni “yola gətirməyə” çalışdılar. Mən onlardan soruşdum ki, yazdıqlarım doğrudur, yoxsa yalan? Təbii ki, səhv yazmadığımı bildirdilər.
Onlara dedim, bir daha deyirəm, mənim nə E.Əmrullayevə, nə də Nazirliyə qarşı bir qərəzim var, ola da bilməz. Amma dünənə qədər nə iş gördüyü bilinməyən N.Hənifəyevin tenderlər yolu ilə büdcəni talamasına necə göz yummaq olar!? Təbii ki, onun bütün bunları Nazirin himayəçiliyi altında etməsi heç bir şübhə doğurmur.
Mən E.Əmrullayevin karyera yoluna da qərəzsiz və fərqli yanaşıram. Məsələn, E.Əmrullayev 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında “Təhsildə rüşvətə son” aksiyasının əsas iştirakçılarından biri idi. Maraqlı tərcümeyi-hala sahibdir, ölkədə belə nümunələr çox azdır, bir dövlət qurumunu rüşvətdə ittiham et, cəmi 3 il sonra həmin qurumda sektor müdiri ol, daha sonra da nazir postuna qədər yüksəl.
Müəllim, həkim, müstəntiq, alim özü işini gördüyü kimi mən də jurnalist kimi öz işimlə məşğulam. Əslində mediaya saymazyana münasibət, hamını “müqavilə” və pulla ələ almaq üsulu həyata keçirdikləri qanunsuzluqların təsdiqidir. Göndərilən sorğulara da cavab verməmək Nazirlik haqqında yazılan məqalələrdə qurumun mövqeyinin əks olunmaması ilə nəticələnir. Nə edək indi? Ya biz qeyri-peşəkarıq, ya da sizin dünya-aləm vecinizə deyil. Sonuncu sorğu avqustun 17-də gğndərilib, amma hələ də sorğuda göstərilən suallara cavab yoxdur.
Biz əvvəlki araşdırmada nə yazmışdıq? Yazmışdıq ki…
Nazirin qohumları və dostları STEAM avadanlıqlarının satın alınması ilə bağlı çoxpilləli bir mexanizm formalaşdırıb və dövlət büdcəsini amansızcasına talamaqla məşğuldular.
Bu gün həmin mexanizmi qısa şəkildə xatırladıb N.Hənifəyevin daha bir çoxmilyonluq tenderi ilə bağlı suallar ünvanlayacam.
Mexanizm belə qurulub:avadanlıqlar xaricdən idxal olunur və həmin məhsullar ilk əldən, əvvəlcə nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin rəhbərlik etdiyi “İSTEAM” MMC tərəfindən nisbətən aşağı qiymətə alınır (xarici təchizatçıların tək alıcısıdır). Nazirin qaynı daha sonra həmin məhsullar üzərinə əlavə məbləğ qoyaraq, “VİVA GROUP” MMC-yə satır. “VİVA GROUP” da qiymətin üzərinə öz marjasını əlavə edir. Nəticədə avadanlıqlar dövlət büdcəsi hesabına Elm və Təhsil Nazirliyinə daha yüksək qiymətə satılır. Yəni, eyni məhsul bir neçə mərhələdən keçdikcə bahalaşır və sonuncu mərhələdə onun haqqını dövlət büdcəsi ödəyir. Sadə dildə ifadə etsək, ilk əldən 5 manata alınan məhsul nəticədə dövlətə 50 manata başa gəlir.
Əvvəlcə məktəb və mərkəzlərin ehtiyacı müəyyən edilərək ona uyğun məhsul seçilib, yoxsa əvvəlcədən mövcud olan məhsul çeşidi əsasında tələbat formalaşdırılıb?
Qayıdaq redaksiyamıza daxil olan əsas mövzuya…

Hazırda nazirin qaynı N.Hənifəyevin 7,4 milyon manatlıq tenderinin şəffaflıq təhlilini aparırıq. (Bu məsələ ilə bağlı Nazirliyə ünvanlanan sorğu da cavabsız qaldı. Lakin Nazirliyin mövqeyini mətnə əlavə etməyə, əlavə dərc etməyə də hazırıq).
353229 nömrəli satınalmada təhlil etdiyimiz 28 STEAM mövqeyi üzrə avadanlıqların miqdarı 1 ədəddən 283 dəstədək dəyişir. Bəli, bu fərq təkbaşına pozuntu demək deyil. Çünki müxtəlif avadanlıqların müxtəlif proqramlar və müəssisələr üçün nəzərdə tutulması mümkündür.
Lakin əsas sual budur: 21 STEAM Mərkəzi və yüzlərlə məktəbi əhatə edən sistemdə bu miqdarlar hansı əsasla müəyyənləşdirilib? Şəffaflığını təhlil etdiyimiz tenderin hüquqi və reputasiya baxımından həssas olduğunu nəzərə alaraq, faktlar üzərində dəqiq dayanacağıq.

Aşağıda qoyulan suallara cavab yoxdursa, belə nəticə çıxır ki, Nihad Hənifəyev Elm və Təhsil naziri ilə olan qohumluqdan sui-istifadə edərək (eləcə də Elm və Təhsil nazirliyindəki digər havadarların dəstəyi ilə) “İSTEAM” MMC-nin anbarını dövlət büdcəsi hesabına “təmizləməklə” məşquldur.
İlk olaraq Elm Təhsil Nazirliyi bu suallara cavab verməlidir:
1) Nihad Hənifəyevin “İSTEAM MMC”-də hüquqi və ya faktiki rolu varmı?
2) “İSTEAM” MMC ilə tender iştirakçıları arasında 2024-2026-cı illərdə hansı müqavilələr bağlanıb?
3) Tenderdəki marka və texniki göstəricilərin hazırlanmasında bu şirkət və ya onun nümayəndələri iştirak edibmi?
4) Mümkün qohumluq və kommersiya əlaqələri satınalma komissiyasına bəyan edilibmi?
5) İdxal, daxili satış və dövlətə yekun satış qiymətləri arasında fərq necə əsaslandırılıb?

Elm və Təhsil Nazirliyinin rəsmi məlumatına görə STEAM layihəsi 407 ümumtəhsil məktəbini və 303 403 şagirdi əhatə edir, ölkədə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. Bu, satınalma miqdarlarının ünvanlar və proqramlar üzrə izahını xüsusilə vacib edir.

Məsələn, bir ədəd vakuum formalaşdırma aparatı bütün şəbəkə üçün vahid ixtisaslaşmış mərkəzdə istifadə edilə bilər. İki interaktiv panel yalnız iki yeni laboratoriya üçün nəzərdə tutula bilər. 283 sensor dəsti isə bir çox məktəb və şagird qrupu arasında bölünə bilər.
İnd gəlirik vacib məqama…(Fotolarda əks olunan avadanlıqların cədvəlinə, infoqrafikaya diqqət)
- 1, 2 və 3 ədədlik satınalmalar: bəzi avadanlıqlardan cəmi 1, 2 və ya 3 ədəd alınması nəzərdə tutulur. Məsələn, 1 vakuum formalaşdırma aparatı, 2 interaktiv panel, 2 divar montaj qurğusu və 3 lazer kəsmə dəsti. Sual budur: Bu avadanlıqlar konkret hansı məktəb və ya STEAM mərkəzi üçün alınır? Ünvanlar və seçim səbəbləri göstərilməyib, bu səbəbdən sayların hansı ehtiyaca əsasən müəyyənləşdirildiyini başa düşmək də çətindir.
- 170-283 dəstlik satınalmalar: bəzi avadanlıqlardan yüzlərlə dəst alınması nəzərdə tutulur. Məsələn, 170 sensor dəsti, 177 kimya təcrübə dəsti, 225 elektronika və DIY dəsti, 268 işıq-kölgə dəsti və 283 micro sensor dəsti.

Burada da aydın olmalıdır ki, bu dəstlər neçə məktəbə, nə qədər şagirdə və hansı sayda müəllimə hesablanıb? Bu məlumatlar göstərilməsə, alınan böyük miqdarların real tədris ehtiyacına uyğun olub-olmadığını yoxlamaq mümkün deyil.
Digər vacib məsələ avadanlıqların texniki xüsusiyyətləridir. Əgər tenderdə yazılan tələblər konkret bir məhsulun və ya markanın xüsusiyyətlərinə çox uyğun hazırlanıbsa, başqa şirkətlərin həmin tenderdə iştirak etmək imkanı da məhdudlaşır.
Haşiyə: “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma təsdiqlənmiş satınalma planına uyğun təşkil edilməli, plan predmetin adını, miqdarını, icra müddətini, metodu və ehtimal olunan qiyməti əks etdirməlidir. Plana daxil olmayan predmetə təcili tələbat yaranarsa, əsaslandırılmış müraciət və nəzarət orqanının təsdiqi tələb olunur. Ehtimal olunan qiymət təsdiqlənmədən satınalmaya başlamaq olmaz.

Bu o deməkdir ki, bütün təşkilatlar üçün eyni adda açıq “tələbnamə” sənədinin dərc olunması ayrıca tələb olmasa da, miqdarların arxasında təsdiqlənmiş plan, ehtiyac hesablaması, texniki şərtlər və qiymət əsaslandırması olmalıdır. Satınalma planının rəsmi forması isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.

Bizimesr.media

Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək



Marketlərdə “50 faiz”, “70 faiz”, hətta daha yüksək endirimlər alıcıların diqqətini cəlb edən əsas marketinq vasitələrindən birinə çevrilib.

Xüsusilə mövsüm sonlarında, bayramlar və müxtəlif kampaniyalar zamanı marketlərin vitrinlərində böyük endirim rəqəmləri ilə qarşılaşmaq mümkündür.

Bu isə istehlakçıda məhsulu əvvəlki qiymətindən xeyli ucuz əldə etdiyi təəssüratı yaradır.

Lakin bəzi hallarda endirimdən əvvəlki qiymətin nə qədər real olduğu və məhsulun həqiqətən ucuzlaşıb-ucuzlaşmadığı sual doğurur.

Bəs böyük endirimlər həqiqətən ucuzluq deməkdirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, böyük faizlə göstərilən endirimlərin hamısını real ucuzlaşma kimi qəbul etmək düzgün deyil:

“Bəzi hallarda marketlər həqiqətən məhsulun qiymətini aşağı salır, xüsusilə mövsüm sonu, stokların təmizlənməsi və kampaniyalar zamanı.

Amma “50 faiz”, “70 faiz” kimi rəqəmlər həm də güclü marketinq alətidir. Endirimin böyüklüyü istehlakçıda məhsulun çox sərfəli qiymətə satıldığı təəssüratı yaradır, halbuki real qənaət daha az ola bilər.

Endirimdən əvvəl qiymətin süni şəkildə artırılması və sonra böyük endirim göstərilməsi də istehlakçının diqqət etməli olduğu məsələlərdəndir.

Məsələn, məhsul uzun müddət 100 manata satılıbsa, kampaniyadan əvvəl onun qiymətini 150 manata qaldırıb, sonra “33 faiz endirim”lə yenidən 100 manata satmaq real endirim deyil.

İstehlakçı bunu müəyyən etmək üçün məhsulun əvvəlki qiymətini müqayisə etməli, eyni məhsulun digər mağazalardakı qiymətlərinə baxmalı və mümkün qədər qiymət tarixçəsini izləməlidir. Xüsusilə böyük məbləğli alış-verişlərdə yalnız endirim faizinə deyil, kassada ödəniləcək son qiymətə diqqət etmək lazımdır".

Onun sözlərinə görə, Azərbaycanda istehlakçıların yanlış və aldadıcı məlumatla yönləndirilməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən tələblər və dövlət nəzarəti mexanizmləri mövcuddur:

"Satıcı məhsulun qiyməti, endirimin şərtləri və digər mühüm məlumatlar barədə istehlakçıya düzgün məlumat verməlidir. Endirim adı altında istehlakçının aldadılması aşkar edilərsə, müvafiq dövlət qurumlarına müraciət etmək mümkündür.

Lakin praktik baxımdan əsas problem nəzarətin bütün marketlərdə hər bir kampaniyanı əvvəlcədən izləməsinin çətin olmasıdır. Ona görə də qanunvericiliklə yanaşı, istehlakçının özünün də qiymətləri müqayisə etməsi və şübhəli hallarda sübutları, məsələn, reklamın və əvvəlki qiymətin görüntüsünü saxlaması vacibdir”.

İqtisadçı qeyd edib ki, bütün mallara 70 faiz endirim yazısını avtomatik olaraq “məhsul 70 faiz ucuzlaşıb” kimi başa düşmək olmaz:

“Əsas göstərici məhsulun əvvəlki real satış qiyməti ilə indiki qiyməti arasındakı fərqdir”.

Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO


Bakının Nəsimi rayonunda, Novruzov qardaşları küçəsində hündürmərtəbəli yaşayış binasının cəmi bir neçə metrliyində aparıldığı bildirilən svay işləri ilə bağlı sakinlərin narazılığı artır. Vətəndaşların təqdim etdiyi video görüntülərdə ağır texnikanın fəaliyyəti, yaşıllıq sahəsində aparılan işlər və ərazidə çalışan bəzi şəxslərin xüsusi geyim formasında olmaması ilə bağlı görüntülər əks olunur.

Sual sadədir: Bu işlərə kim icazə verib və kim nəzarət edir?

Daha vacib sual isə budur: Nəsimi Rayon İcra Hakimiyyəti, şəhərsalma üzrə aidiyyəti dövlət qurumları və Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bu vəziyyətdən xəbərdardırmı?Əgər xəbərdarlarsa, niyə ərazidə araşdırma aparılmır? Xəbərsizdirlərsə, onda dövlət nəzarəti mexanizmi harada işləyir? Sakinlərin verdiyi məlumata görə, svay işləri hündürmərtəbəli yaşayış binasına təxminən 5 metr məsafədə aparılır. Belə bir vəziyyətdə ən azı tikinti layihəsinin, geoloji əsaslandırmanın, təhlükəsizlik tədbirlərinin və müvafiq icazələrin olub-olmaması ictimaiyyət üçün açıq şəkildə izah edilməlidir. Çünki söhbət sadəcə “tikinti gedir” məsələsindən getmir. Söhbət insanların yaşadığı binanın yaxınlığında ağır texnikanın işləməsindən, vibrasiya və digər mümkün risklərdən gedir.Azərbaycan qanunvericiliyində tikinti zamanı təhlükəsizlik məsələləri ayrıca tənzimlənir. Cinayət Məcəlləsinin 222-ci maddəsi tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması insanların həyatı və sağlamlığı üçün real təhlükə yaratdığı halları ayrıca nəzərdə tutur. Deməli, dövlət qurumlarının üzərinə düşən vəzifə sadəcə hadisə baş verəndən sonra reaksiya vermək deyil. Risk varsa, onun qarşısını əvvəlcədən almaqdır.Ağaclar və yaşıllıq tikintinin “qurbanı” ola bilməz.Vətəndaşların yaydığı görüntülərdə ərazidə ağac və yaşıllıqların tikinti işlərinin təsirinə məruz qalması ilə bağlı iddialar görünür. Əgər ağacların zədələnməsi və ya məhv edilməsi baş veribsə, bunun hansı hüquqi əsasla həyata keçirildiyi dərhal açıqlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ağacların və kolların qanunsuz kəsilməsi, zədələnməsi və məhv edilməsinə görə məsuliyyət müəyyən edir. Şəhərlərdə tikinti və abadlaşdırma işləri zamanı yaşıllıqların məhv edilməsi ilə bağlı ayrıca məsuliyyət də nəzərdə tutulub. Daha da diqqətçəkən məqam budur ki, qanunvericilik yaşıllıqların məhv edilməsinin və ya yaşıllıq ərazilərində qanuna zidd hərəkətlərin qarşısının alınmamasına görə də məsuliyyət məsələsini nəzərdə tutur.
Əgər bu ərazidə yaşıllıq məhv edilirsə, bunu kim görməlidir,kim icazə verib,kim yoxlamalıdır,kim dayandırmalıdır? “İcazə var” deməklə məsələ bitmir. Tikinti sahəsində hər bir işin “icazəsi var” ifadəsi ilə izah edilməsi yetərli deyil. İcazənin hansı işə, hansı layihəyə, hansı əraziyə və hansı şərtlərlə verildiyi də araşdırılmalıdır.

FHN-in adı burada niyə çəkilir?

Fövqəladə Hallar Nazirliyinin tikinti sahəsində nəzarət və icazə istiqamətində səlahiyyətləri mövcuddur; nazirliyin rəsmi resursunda tikinti layihələrinin ekspertizası və tikinti obyektlərinə dair müxtəlif nəzarət xidmətləri göstərilir. Bu səbəbdən sakinlərin təhlükəsizliklə bağlı narahatlığı varsa, aidiyyəti qurumların əraziyə baxış keçirib nəticəni açıqlaması tamamilə normal və qanuni tələbdir. İnsanlar evlərində rahat yaşamaq istəyirlər. Onlar tikintiyə qarşı olmaya bilərlər. Amma tikinti naminə insanların təhlükəsizliyi, rahatlığı və şəhərin yaşıllığı qurban verilə bilməz. Çünki tikinti meydançası küçə deyil. Burada təhlükəsizlik qaydaları formal məsələ sayıla bilməz.
mediatvaz.com

Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT


Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi (Zabrat 1), yeni massiv, Mübariz İbrahimov küçəsində ağaclar kəsilib.

Bu barədə Pravda.az-a orada yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, hadisə 2 gün öncə baş verib.

Ağacları Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının kəsdiyi ehtimal edilir. Amma sual yaranır ki, dövlət qurumu yaşıl, qurumayan ağacı nə üçün kəsməlidir?

Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...


Ötən yazılarımızda Well dent klinikası və orada baş verənlər barədə bəhs etmişdik.
Həkim Mehmet Əliyevin söylədiyinə inansaq Well dent klinikası ona məxsusdur.
Lakin lisenziyasının olub-olmaması barədə dəqiq məlumat verə bilmirik. Çünki, klinikaya müraciət edən pasientə ödəniş qəbzi verilmədi üçün, müəssisənin rəsim və ya qeyri-rəsmi fəaliyyəti barədə dəqiq mülahizə yürütmək çətindir.
Hələ biz həkimin Səhiyyə nazirliyi tərəfindən verilən sertifikatdan bəhs etmirik.

Qısa zaman öncə, Well dent klinikası, xeyli sayda pasientin vəsaitlərini mənimsəyib, əvəzində xidmət göstərməməsi səbəbilə, hüquq mühafizə orqanları tərəfindən, barələrində müvafiq tədbirlər davam edir.
Baş verən hadisələr fonunda, diğər həkimlər kimi, Mehmet Əliyev də məhkəmə qərarı ilə saxlanıldı.
Atası polkovnik olan Mehmet Əliyev, “nə hikmətsə” sərbəst buraxıldı. Buraxıldıqdan sonra borclu olduğu pasientlər, eləcə də mən, ya tibbi xidməti başa vurmasını, ya da ödənişi geri qaytarılması tələbini irəli sürdük.
Mehmetin yeni fırıldağı, qazi olması ilə bağlı, yaralarının ağrıması, xəstəxanalarda yatması oldu. Yəni, fiziki sağlamlığını, fırıldaq əməllərinə alət edir.
Əslində ona bu cəsarəti verən, yuxarıda qeyd etdiyimiz kimi, atasının polkovnik rütbəsidir ki, dələduzluqla aldatdığı insanların ağzını səlahiyyəti ilə yumacağını düşünür.
Bəlkə də bu yazıdan sonra, polkovnik ata bizi təyziq altına alacaq və ya tamamilə əksi olacaq, bilmirik.
Lakin onu deyə bilərik ki, Well dent klinikasın müraciət edərkən, təkrar-təkrar düşünün. Əks halda bizim kimi malınız da, canınız da hədəf olacaq.

Tərifə Şükürqızı - FAKTUM.AZ

Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

Rəqabət Məcəlləsi Haqqında Qanuna görə belə halllar tək mənbə üsulu ilə işləmək hesab edilir və qəti qadağandır…

Keçən yazımızda deputat Məşhur Məmmədovun Bank sektorundakı iri həcmli korrupsiya faktlarından bəhs etmişdik. (Bu linkdən oxuya bilərsiniz: https://yenixeberorg.com/manset/203104-deputat-m%C9%99%C5%9Fhur-m%C9%99mm%C9%99dov-%C9%99h%C9%99d-%C9%99sg%C9%99rov-imperiyas%C4%B1n%C4%B1n-maliyy%C9%99-labirinti-milyonluq-birl%C9%99%C5%9Fm%C9%99l%C9%99r-fiktiv-sxeml%C9%99r-v%C9%99-xaric%C9%99-qa%C3%A7%C4%B1r%C4%B1lan-pullar.html) Bu yazımızda isə deputatın mebel sektorunda necə tenderlər favoriti olmasından, Azad Sənaye Parkı statusundan necə qanunsuz bəhrələnməsindən, ailə üzvləri vasitəsilə bu sektorda da böyük şəbəkəni öz nəzarətində saxlamasından, neçə-neçə vəzifəli şəxsə bu biznesdən dolayısı “aylıq haqq” ödəməklə özünə siyasi müdafiə qalxanı yaratmasından və digər “özfəaliyyətindən” bəhs edəcəyik.

***

EPIZOD 1: Mebel İstehsalçısına Təmir-Tikinti Sifarişi –“ASAN Xidmət”də İxtisas Uyğunsuzluğu… 2024-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət”tərəfindən keçirilmiş açıq tenderdə bina və obyektlərin cari təmir işləri (dam örtüklərinin vurulması, divarların suvanması və rənglənməsi) üzrə qalib deputat Məşhur Məmmədova məxsus “Embawood”MMC (VÖEN: 6400009481) elan edilib (Qeydiyyat ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., 15A. Nizamnamə kapitalı: 3,750 AZN). Müqavilənin maliyyə dəyəri 1 184 586,45 AZN təşkil edir.

Qanunsuzluğun mahiyyəti: “ Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə, satınalan təşkilat iddiaçının müvafiq sahədə peşəkarlığını, texniki və kadr imkanlarını yoxlamağa borcludur. Əsas fəaliyyət profili yalnız mebel istehsalı olan və nizamnamə kapitalı cəmi 3 750 AZN təşkil edən bir subyektin böyük miqyaslı tikinti-bərpa işlərinə cəlb edilməsi qiymətləndirmə komissiyasının qərəzsizliyini şübhə altına alır.

İxtisaslaşmış tikinti lisenziyası və xüsusi texnikası araşdırılmadan müqavilənin mebel şirkətinə tapşırılması satınalma qanunvericiliyinin ziddinədir. Şirkətin rəsmi rəhbəri Elşad Abbasov olsa da, 23%-lik pay sahibi və faktiki idarəçi deputat Məşhur Məmmədovdur.

Bir ildə 8,8 milyon manatlıq tender udan şirkət bağlandı

EPIZOD 2: Ədliyyə və Səhiyyə Qurumlarında Mebel Təchizatı – Maliyyə Dəqiqliyi “Embawood” MMC 2024 və 2025-ci illərdə müxtəlif dövlət orqanlarının mebel və bərk inventar təchizatı üzrə keçirdiyi satınalma prosedurlarının davamlı qalibi olub. Şirkət 2024-cü il dekabrın 29-da Ədliyyə Nazirliyindən (məhkəmələr üçün) 88 914,18 AZN, 2025-ci il aprelin 9-da Bakı Hərbi Məhkəməsindən 87 799,08 AZN, fevralın 14-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasından 119 240,18 AZN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən 148 749,62 AZN və İqtisadiyyat Nazirliyinin ETİ-dən 29 972,00 AZN dəyərində müqavilələr əldə edib.

Maliyyə auditinin dəqiqləşdirilməsi: “Embawood” MMC-nin 2024-cü ildə dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinin ümumi həcmi 1 934 205 AZN təşkil etmişdir. Yuxarıda qeyd olunan 1,18 milyonluq “ASAN Xidmət” təmir müqaviləsi də məhz bu 1,93 milyonluq ümumi illik göstəricinin tərkib hissəsidir. Buradakı əsas analitik məqam ondan ibarətdir ki, bu tender şərtlərində hər şey birbaşa “Embawood” məhsullarının spesifik gabarit və material parametrinə uyğun tərtib edilib ki, digər mebel istehsalçıları bu şərtlərə cavab verə bilməsin.

EPIZOD 3: Dövlət Sərhəd Xidmətində İnhisarlaşma – 10,4 Milyonluq “Foriella” seriyası… Məşhur Məmmədov deputat olandan sonra “Embawood” rəhbərliyindən kağız üzərində uzaqlaşması fonunda onun nəzarətində olan ikinci şirkət – “Foriella” MMC (VÖEN: 2903400661. Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4) dövlət satınalmalarında dominant rola keçmişdir. Şirkətin nizamnamə kapitalı əvvəlcə 80 010 AZN olduğu halda, sonradan kəskin şəkildə artırılaraq 5 000 000 AZN-ə çatdırılmışdır. Dövlət Sərhəd Xidmətinin (DSX) mebel inventarları və təmiri üzrə keçirdiyi tenderlərdə "Foriella" MMC təkcə 2024–2025-ci illər ərzində 10,4 milyon manatdan çox vəsait almışdır:

2024-cü il: 4 tender üzrə 5 345 110,22 AZN.

2025-ci il: 2 tender üzrə 5 070 170,90 AZN (4 573 980,90 AZN mebel alışı, 496190,00 AZN isə dəmir karkaslı kətillərin təmiri).

Əlavə alım: “Azərpoçt” MMC tərəfindən 2025-ci ildə 400 000,00 AZN daxil olmuşdur. Bu arada “Yenixeberorg.com” olaraq xatırladaq ki, təkcə bir dövlət orqanının mebel təchizatının 80%-dən çoxunun tək bir subyektə verilməsi bazarda süni inhisarlaşmanın əyani sübutudur, halbuki Rəqabət Məcəlləsi Haqqında Qanuna görə bu hal tək mənbə üsulu ilə işləmək hesab edilir və qəti qadağandır.

EPIZOD 4: “Fırlanan Qapı” (Revolving Door) Mexanizmi Və Nominal Rəhbərlik “Foriella” MMC-nin qanuni təmsilçisi Fərman Fərrux oğlu İslamlıdır. Açıq mənbələrdə hüquqi ünvanı və biznes keçmişi haqqında hrç bir məlumat olmayan bu şəxs, real sahibin gizlədilməsi üçün pərdə rolu oynayan nominal idarəçidir (frontman). Xatırladaq ki, Məşhur Məmmədov Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının keçmiş sədridir. O, bu postdan ayrıldıqdan sonra Assosiasiyanın sədri vəzifəsinə məhz “Foriella” MMC-nin hazırkı direktoru Fərman İslamlı gətirilmişdir. Bu hal beynəlxalq audit praktikasında “Fırlanan qapı” (Revolving Door) sxemi kimi tanınır – rəsmi səlahiyyətlər və idarəçilik etibarlı menecerə çevrilir, lakin qərarverici təsir və gəlir axını kölgədən dayanmış deputatın əlində qalmaqda davam edir.

EPIZOD 5: “Perla” Mebel Brendi Və Konstitusiyanın 89-cu Maddəsinin Pozulması… “Foriella” MMC tərəfindən istehsal olunan məhsullar ölkə üzrə 47 satış nöqtəsinə malik “Perla” mebel mağazaları şəbəkəsi (VÖEN: 2903400661) vasitəsilə pərakəndə satışa çıxarılır.

Məşhur Məmmədov 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilərkən, rəsmi dövlət mediasında və təqdimat materiallarında o, “Perla” mebel şirkətinin sahibi kimi təqdim olunmuşdur. Bu təqdimat deputatın biznesə faktiki mülkiyyətçiliyinin rəsmi etirafıdır. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, deputatın sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır.

Deputatın nəhəng kommersiya şəbəkəsini idarə etməsi hüquqi normanın birbaşa pozulmasıdır. Yeri gəlmişkən, onun himayəsində olan kommersiya obyektlərinin bir çoxunun payçıları, elə öz ailə üzvləridir: həyat yoldaşı Bənövşə Məmmədova, Məntiq və Məmməd Şahbazovlar, Mədinə Şahbazova, yaxın qohumu İsmixan Məmmədov (əmisioğlu və ya ögey qardaşı) və b.-dır

EPIZOD 6: Baş Prokurorluğun Satınalmaları və “Offissa Dizayn Ko” Ofis mebellərinin təchizatı üzrə ixtisaslaşan “Offissa Dizayn Ko” MMC (VÖEN:1303692951, Aşıq Molla Cümə 46B ünvanı) dövlət qurumları ilə ümumilikdə 8 229 163 AZN dəyərində 39 satınalma müqaviləsi bağlamışdır.

Bu epizodda ən kritik hüquqi risk korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan ali hüquq-mühafizə orqanının – Baş Prokurorluğun ofis mebellərinin satın alınması üzrə 116 188 AZN-lik tenderinin qalibi kimi eyni biznes qrupuna aid şirkəti seçməsidir. Korrupsiyanı araşdırmalı olan organın təchizat zəncirində deputatın şirkəti ilə kommersiya münasibətlərinə girməsi ağır maraqların toqquşması riski yaradır.

EPIZOD 7: Keyfiyyət Pozuntuları və Dövlət Əmlakının Mənimsənilməsi Riski Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan şikayətlər “Embawood” tərəfindən dövlət obyektlərinə təhvil verilən mebellərin Texniki Tapşırıqlar Toplusundakı (TŞT) standartlara cavab vermədiyini göstərir.

Sənədlərdə baha qiymətli, yüksək sıxlıqlı MDF, təbii şpon və ya Avropa istehsalı furnitura bəyan edilməsinə baxmayaraq, “Yenixeberorg”a ötürülən məlumatlara görə, faktiki təslimatlarda ucuz Çin materiallarından və aşağı keyfiyyətli DSP lövhələrdən istifadə edildiyi bildirilir. Baha sənədləşmə fonunda ucuz material tətbiq edilməsi aradakı qiymət fərqinin mənimsənilməsi və dövlət əmlakına ziyan vurulması kimi qiymətləndirilməlidir.

EPIZOD 9: Sənaye Parkı güzəştləri ilə dövləti ikiqat soymaq mexanizmi… “Foriella” MMC nəyə görəsə (və qanunsuz olaraq) Balaxanı və Sumqayıt Sənaye Parklarının rezidenti statusunu daşıyır. Şirkət Vergi Məcəlləsinin 102.1.21 və 106.1.20- ci maddələrinə əsasən 10 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən və idxal olunan avadanlıqlar üzrə ƏDV-dən azaddır. Halbuki bu güzəştlərdən istifadə hüququ –ancaq və ancaq Azərbaycanda olmayan, nadir, dövlət əhəmiyyətli məhsul istehsal edən şirkətlərə verilir, mebel istehsalına yox. Üstəlik də bu parkın rezidentləri öz məhsullarını xaricə ixrac etməli idilər, daxilə ixrac edib, rəqiblərdən daha üstün imkan qazana bilməzdilər.

Bütün bunlara baxmayaraq,”Foriella” MMC dövlətin verdiyi vergi azadlığından stifadə edərək maya dəyərini düşürür, ardından istehsal etdiyi məhsulları azad bazara deyil, tenderlər vasitəsilə baha qiymətə yenidən dövlətin özünə (DSX layihələrinə) satır. Bu mexanizm dövlət büdcəsinin ikiqat istismar olunması (həm vergi azadlaması, həm də yüksək qiymətli dövlət alımı) mexanizminə gətirir. Belə çıxır ki, dərindən araşdırılsa, Azərbaycanda yaradılmış Azad İqtisadi Zonaların, Parkların hamısında bu cür sui- istifadə nəticəsində korrupsiya halları aşkar etmək olar.

EPIZOD 9: 74 Saylı Masallı Seçki Dairəsində Süni Seçki Rəqabəti İqtisadi resursların qorunması və deputat toxunulmazlığının uzadılması üçün siyasi mexanizmlərdən də sui-istifadə olunmuşdur. 2024-cü il parlament seçkilərində 74 saylı Masallı seçki dairəsində Məşhur Məmmədovun qarşısına rəqib namizəd kimi çıxarılan Cavid Xalıqzadə deputatın şəxsi şirkəti olan “Embawood” MMC-nin satış meneceri vəzifəsində çalışır.

Tabelik və maliyyə asılılığında olan işçinin öz işəgötürəninə qarşı siyasi rəqib kimi qeydə aldırılması Seçki Məcəlləsinin azad və ədalətli rəqabət prinsiplərini zədələyən, Seçki Komissiyasını və seçiciləri aldatmağa yönəlmiş psevdo-rəqabət şousu idi.

Və son əvəzi…

Redaksiyamıza hörmətli deputatın Korporativ Patronaj –siyasi qalxan mexanizmi ilə də bağlı maraqlı məlumatlar daxil olub…Məlumatlarda ən yüksəs siyasi instansiyadan tutmuş, müxtəlif nazirlik, dövlət agentliyi, hətta hüquq-mühafizə orqanlarında məsul vəzifə sahiblərinin və qohumlarının adları hallanır. Həm “krışa” kimi, həm də rəsmi payçılar kimi…

Hələlik açıqlanmasını uyğun bilmədiyimiz bu faktları, növbəti yazımızda oxuya biləcəksiniz…(“Yenixeberorg.com”)

Redaksiyadan: Sıraladığımız faktlarla bağlı hörmətli deputatı da dinləmək istədik. Təəssüf ki, bu dəfə də cəhdlərimiz nəticəsiz oldu…

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31