"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO

Sosial şəbəkələrdə "Tamstore" supermarketlər şəbəkəsinin keçirdiyi endirim və hədiyyə kampaniyası ilə bağlı yayılan görüntülər ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, mağazanın 100-cü filialının açılışı münasibətilə elan edilən "100 məhsulda 1-i alana 2-cisi pulsuz", həmçinin müxtəlif endirim və hədiyyə kampaniyaları zamanı böyük sıxlıq və xaos yaşanıb.

Lakin videonu çəkən və kampaniyada iştirak edən vətəndaşlar sosial şəbəkələrdə iddia edirlər ki, reklam edilən şərtlər reallığı əks etdirmir və bu, sadəcə aldadıcı addımdır.

Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-da mağazalara üz tutan alıcılara endirimli və ya hədiyyəli məhsulların artıq bitdiyi bildirilib. İnsanlar kampaniyanın qısa müddət ərzində bitdiyini və ya əslində heç bir real güzəştin tətbiq olunmadığını qeyd edərək narazılıqlarını ifadə ediblər.

Görüntülərdə marketin daxilində və girişində yaranan böyük basabas, eləcə də vətəndaşların narazı səsləri açıq şəkildə əks olunub.(Nocomment.az)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://nocomment.az/sosial/tamstore-da-novbe-ve-sikayet-skandali-vetendaslar-kampaniyanin-yalan-oldugunu-iddia-edirler-video-531299

Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI

Azərbaycan təhsil sistemində həyata keçirilən kadr siyasəti və aparılan təyinatlar hər zaman ictimaiyyətin, eləcə də medianın diqqət mərkəzində olub. Son dövrlər isə elm və təhsil naziri Emin Əmrullayevin yaxın ətrafını – dostlarını, qohumlarını, əsgər və sinif yoldaşlarını nazirliyin ən strateji, eləcə də maliyyə dövriyyəsi yüksək olan postlarına təyin etməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Jurnalist Samir Feyruzovun araşdırmasına görə, sosial şəbəkələrdə və mediada müzakirə olunan bir foto məsələnin kölgə qalan tərəflərini üzə çıxarıb. Belə ki, 2017-ci il dekabrın 18-də çəkilmiş həmin fotoda Emin Əmrullayev və dostlarının məclisi əks olunub. Təbii ki, hər kəsin dostları ilə yığışıb məclis təşkil etməsində və ya dostluq əlaqələrində qeyri-adi heç nə yoxdur – həmin vaxt E.Əmrullayev hələ nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. (Fotodakı şəxslərin içərisində dünyasını dəyişənlər də var, Allah rəhmət eləsin).
Lakin cəmiyyəti və mətbuatı narahat edən əsas məqam odur ki, E.Əmrullayev nazir postuna gəldikdən sonra həmin fotoda yer alan dostlarının və yaxın ətrafının hamısına yüksək vəzifələr verib. Bəs görəsən, nazirliyin maliyyə axınlarını və əsas mexanizmlərini idarə edən bu şəxslər kimlərdir? Nazir öz səlahiyyətlərindən istifadə edərək kimləri milyonçuya çevirib və təhsil sistemini hansı maraqların mərkəzinə gətirib?

E.Əmrullayevin nazirlikdə yerləşdirdiyi həmin şəxslərin siyahısını təqdim edirik:

* Nicat Zalanov – Nazirin əsgər yoldaşı, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsində şöbə müdiri.

* Valeh Mirzalıyev (fotoda selfini çəkən şəxs) – Nazirin yaxın dostu, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi.

* Tural Ayvazlı – Nazirin dostu, nazirliyin maliyyə məsələləri üzrə müşaviri.

* Zamiq Məmmədov – Nazirin sinif yoldaşı, "İSTEAM" MMC-nin nominal direktoru. Şirkətin faktiki rəhbəri olaraq isə E.Əmrullayevin qaynı Nihad Həifəyevin adı çəkilir.

* Elnur Əliyev – Nazirin dostu, eyni zamanda müşaviri və Təhsil İnstitutunun direktoru.

* Anar Qarayev – Bankir, Nazirliyin idarə rəisi Valeh Mirzalıyevin kürəkəni. İddialara görə, onun əsas funksiyası bu qruplaşma üçün tez bazar və uyğun şərtlərlə bankdan çoxmilyonluq kredit xətlərinin açılmasını təmin etməkdir.

Məsələ bununla da bitmir.

Araşdırmalar göstərir ki, şəbəkə bununla məhdudlaşmır; adıçəkilən şəxslərin yaxınları, qohumları və ailə üzvləri də təhsil sisteminin müxtəlif struktur bölmələrində isti yerlərə təyin olunublar. Buna əyani misal olaraq, maliyyə məsələləri üzrə müşavir Tural Ayvazlının bacısı Xəyalə Əhmədzadənin Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini postuna gətirilməsini göstərmək olar.

Təhsil kimi həssas bir sahədə bu cür qohumbazlıq və dost-tanış prinsiplərinə əsaslanan kadr təyinatları ictimaiyyətdə haqlı olaraq sərt etirazlara və suallara yol açır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sara,
NOCOMMENT.az

YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC

Şikayətçi Aynurə Abdullayeva YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədovun oğlu, Pirallahı Rayon YAP Təşkilatının sədr müavini Məcid Əhmədovun onun 65 min manatını mənimsədiyini iddia edib.
Abdullayeva bu barədə Facebook paylaşımında Məcid Əhmədovla tibbi və texniki avadanlıqların Türkiyədən gətirilməsi və satışı ilə bağlı iş birliyi qurduğunu bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində külli miqdarda vəsait yatırıb və hazırda hesablamalarına əsasən, təxminən 65 min manat məbləğində vəsaitlə bağlı açıq qalan məsələ var.
Abdullayeva iddia edib ki, əməkdaşlığın başlanğıcında Məcid Əhmədov atasının, eləcə də Türkiyədə beyin cərrahı kimi fəaliyyət göstərən qardaşı Ramizin adından və nüfuzundan istifadə edərək layihənin etibarlı olduğuna onu inandırıb.
“Qardaşının Türkiyədə olması, tibbi sahədə çalışması və avadanlıqların həmin istiqamətdən gətirilməsi barədə verilən məlumatlar da əməkdaşlığa qərar verməyimdə əsas amillərdən olub”, – deyə o qeyd edib.
Abdullayevanın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə əlaqə saxlamağa, izahat almağa və hesablaşma aparmağa çalışıb.
Ona əvvəlcə “narahat olmayın, ödəniləcək” deyilib, daha sonra isə münasibət dəyişib.
Şikayətçi Aynurə Abdullayeva bildirib ki, Məcid Əhmədovun anası ilə telefon danışığı zamanı ona məsələnin həll olunacağı bildirilib və bu gün onunla yenidən əlaqə saxlanılacağı deyilib.
Lakin Abdullayevanın sözlərinə görə, bu gün ona “gedin, nə istəyirsiniz edin” cavabı verilib.
Aynurə Abdullayeva bildirib ki, paylaşımı kimisə əsassız şəkildə ittiham etmək məqsədi daşımır:
“Əsas məqsədim vəsaitin taleyinə aydınlıq gətirilməsi və mənə məxsus pulun qaytarılmasıdır.
Məcid Əhmədovdan açıq şəkildə tələb edirəm: mənimlə əlaqə saxlasın, bütün maliyyə məsələlərinə aydınlıq gətirsin və öhdəliyini yerinə yetirsin”.
Abdullayeva həmçinin bildirib ki, məsələ həll olunmadığı təqdirdə əlində olan ödəniş sənədləri, yazışmalar və digər sübutlarla aidiyyəti qurumlara müraciət edəcək.(Tribuna.az)

Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir

İsamyıllı rayonu Quşencə kəndinin su problemi Sherg.az vasitəsiylə ictimailəşdirildikdən sonra İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mövcud vəziyyətlə bağlı açıqlama yayıb. Xatırladaq ki, Quşencə kəndinin uzun illərdir su qıtlığı yaşadığı, sakinlərin içməli suyu hələ də su daşıyan maşınlardan ödənişlə aldıqları barədə kənd əhalisi Sherg.az-a məlumat verərək əlaqədar qurumlardan problemin həll olunmasını xahiş edirdilər.

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumatında bildirir ki, Quşencə kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3 ədəd subartezian quyusundan qidalanan 1 ədəd nasos stansiyası inşa edilmiş, magistral su xətti və daxili su şəbəkəsi çəkilmiş, 4 ədəd 50 m³-lik su çəni və 30 ədəd küçə bulağı quraşdırılmışdır. Layihə 2019-cu ildə tamamlanaraq istismara verilmiş və kənd əhalisinin küçə bulaqları vasitəsilə içməli su ilə təmin olunması həyata keçirilmişdir. Məlumatda həmçinin qeyd olunur ki, Quşencə kəndinə su qrafikə uyğun olaraq verilir, kənd qəbiristanlığının ərazisinin böyük olması nəzərə alınaraq iki yerdə su kranı quraşdırılıb və həmin kranlara da su qrafik əsasında verilir.

Bununla belə məlumatda Quşencə kəndinin bəzi hissələrində su qıtlığı yaşandığı təsdiq edilir: “Quşencə bələdiyyəsi tərəfindən İsmayıllı RİH-ə təqdim olunan arayışa əsasən bildiririk ki, kəndin dağlıq relyefdə və içməli su mənbələrinin zəif olduğu ərazidə yerləşməsi ilə əlaqədar kənddə, xüsusilə isti yay aylarında, içməli su çatışmazlığı müşahidə olunur. Bələdiyyə tərəfindən verilmiş məlumata görə, 2018-2019-cu illərdə dövlət proqramına uyğun olaraq Zoğallıq kəndində 50 tonluq su anbarı da inşa edilmiş, kəndin aşağı hissəsindən mühərriklər vasitəsilə həmin anbara gündəlik su vurularaq növbəli əsasda sakinlərin istifadəsinə verilmişdir. Lakin mövcud su ehtiyatının əhalinin tələbatını tam şəkildə ödəmədiyi qeyd olunmuşdur”.

Onu da xatırladaq ki, sakinlər kənd qəbirstanlığına çəkilmiş su kranından sakinlərdən birinin öz həyətinə şlanqla su çəkərək öz ehtiyacları üçün istifadə etdiyindən şikayətlənirdilər. Məlumatda bu məsələyə də aydınlıq gətirilir və qeyd olunur ki, Quşencə kənd qəbiristanlığında yerləşən bulaqdan ayrı-ayrı şəxslərin öz həyətlərinə su çəkdiyi barədə səsləndirilən məlumatla bağlı isə Quşencə bələdiyyəsi tərəfindən verilmiş məlumata əsasən, kənd sakini Ağayev Ramiz Alxan oğlu həmin bulağa elastik su borusu çəkərək həftədə bir dəfə sudan istifadə edir.

Beləliklə, Quşencə kəndində içməli su təminatı üzrə müvafiq infrastrukturun yaradılmasına baxmayaraq, suyun mənbələrdən əldə olunması və əhaliyə qrafik əsasında verilməsi ilə əlaqədar müəyyən çətinliklərin mövcud olduğu aidiyyəti qurumların məlumatlarından da görünür.

Məsələ İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır və kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Sherg.az

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən yarışa gələn şəxslər müvafiq sənədi təqdim etdikdən sonra 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza üçün təqdim olunmalı sənədlər siyahısına Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd daxildir.

9 yaşlı qıza ögey anası zorakılıq edir?

Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Elnurə Abuşovanın sözlərinə görə, ona müraciət edən şəxs M.Əliyeva İlqar qızının ögey anası tərəfindən şiddət gördüyünü deyib: “Uşağın təhsil aldığı məktəbin ünvanı da bəllidir. Bu vaxta qədər məktəbdən də vəziyyəti görüb aidiyyəti orqanlara məlumat verməyiblər”.

Qeyd edilib ki, anası öldükdən sonra qızı bir xanım himayəyə götürüb, sonradan uşağın təxminən 5 yaşı olanda atası yenidən evlənib: “Analığın başqa nikahdan bir balaca oğlu da var. Qızcığaz döyülür, 2-ci dəfədir saçı dibdən kəsilir. Uşağın köməyə ehtiyacı var, burnu sınıqdır, bədənində göyərmələri var”.

Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-dək çöldə olur. Səbəbi soruşulduqda isə uşaq “Ülkər deyir, evə gəlmə” cavabını verir.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.(“Qafqazinfo”)

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq üçün də cibində qalaq-qalaq manatın olmalıdır.

Faktum.az-a daxil olan şikayətlər və müraciətlər Sumqayıtın yeni qəbiristanlığında baş verən özbaşınalığın, sözün əsl mənasında, “ölü biznesi”nin dəhşətli mənzərəsini ortaya qoyur.
​Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansındadır və hər bir vətəndaş üçün qəbir yeri tamamilə PULSUZ ayrılmalıdır. Qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbi budur.
​Amma Sumqayıtda qanunlar sanki qəbiristanlıq darvazasından içəri keçmir.

Əldə etdiyimiz məlumata görə, yeni qəbiristanlıqda tək adamlıq sadəcə qara torpaq sahəsi 300-500 manata “təklif olunur”. Yəni yerinə görə qiymət dəyişir.

Əgər ölənin yaxınları qəbrin qazılması, dəfn və baş daşı kimi xidmətlər də istəyirlərsə, qiymət birbaşa 5-6 min manata kəllə-çarxa çıxır. Bəli, yanlış oxumadınız – bir otaqlı mənzil qiymətinə qəbir yeri!

Məlumata görə, bu “axirət holdinqi”nin başında Sumqayıt Şəhər Vətəndaşlara Xidmət İdarəsinin rəisi Feyruz Əsədov və onun səlahiyyətli nümayəndəsi Şəmistan dayanır.

Dövlət rüsumu, rəsmi qəbz? Unudun!

Bura Feyruz müəllimin şəxsi krallığıdır.

​Hələ bu harasıdır! “Qiyməti baha olsa da, xidməti bari aldığına dəysin” deyəcəksiniz. Amma fotolara baxanda adamın dəhşətdən tükləri biz-biz olur. Vətəndaşlar min bir əziyyətlə, el qınağından çəkinərək Şəmistana minlərlə manat sayırlar, amma qarşılığında nə alırlar? – Zibil, çərən və adam boyu qalxan kol-kos!

​Müraciət edən vətəndaşların fəryadı hər şeyi öz adıyla çağırır: “Biz varıq hələ ki, ata-anamızın məzarını təmizləyirik. Axı Fiyruzun nümayəndəsi Şəmistana bütün bunları danışıb, kifayət qədər pul saymışıq.

Gözümüzün qabağında kimsəsizlərin qəbri kolun içində görünmür. Özümüz də yovşanı, çərəni yarıb yaxınımızın qəbrinə gedib çata bilmirik. Sabah biz olmasaq necə olacaq?
Bu nə hörmətsizlikdir?”

Bəli, Sumqayıt Bələdiyyəsi və Vətəndaşlara Xidmət İdarəsi pul yığmağa gələndə kassa aparatından da sürətli işləyir, amma qəbiristanlığı təmizləməyə gələndə sanki iflic olurlar.
Vətəndaş doğmasının məzarını ziyarət etmək üçün yanında oraq-dəryaz gəzdirməlidir?

​Sumqayıt bələdiyyəsinə və Feyruz müəllimə təmənnasız bir məsləhətimiz var: Bəlkə qəbiristanlığın girişinə turniket qoyasınız?

Giriş üçün də 10-15 manat rüsum kəsin, tam olsun! Axı bu qədər kol-kosu, yovşanı becərmək, qəbirləri təbiətlə qovuşdurub “ekoloji park”a çevirmək böyük zəhmət tələb edir!

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Faktum.az

Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi

Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil:
“Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır”.
Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir:
“Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.
Çünki məhkəmə mübahisəsi zamanı “pul vermişəm”, “pul qaytarılıb”, “faiz ödənilib” kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür".
Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır: “Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər".
Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər:
“Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər".
Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər: “Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.
Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər”.
Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər:
“Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.
Əks halda bu gün “asan qazanc” kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".

Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?

Sumqayıt şəhərində şəhərsalma və tikinti normativlərinin pozulması ilə bağlı növbəti qanunsuzluq aşkarlanıb. Şəhərin Sərvər Bədəlbəyli küçəsi, ev 289a ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında sakinlrin narahatlığına səbəb olan özbaşınalıq baş verir.

​Faktum.az-a daxil olan məlumata görə, binanın birinci mərtəbəsində mənzillərin/obyektlərin pəncərə yerləri kəsilərək qanunsuz olaraq qapıya çevrilib. Bununla da binanın ümumi fasad görünüşü və daşıyıcı divar strukturu kobud şəkildə pozulub. Eyni zamanda, ümumi istifadədə olan ərazidə – səki və yaşıllıq zolağında qanunsuz pilləkənlər inşa edilib.

Diqqət çəkən əsas məqamlardan biri odur ki, betondan tikilən həmin pilləkənlərin bir hissəsi sonradan uçub dağılıb və ərazidə təhlükəli tikinti qalıqları, eləcə də antisanitar mənzərə yaranıb. Açıqda qalan naqillər, qoruyucu məhəccərlərin olmaması və dağıntılar həm binada yaşanyan sakinlərin, həm də ərazidən keçən vətəndaşların həyatı üçün real təhlükə mənbəyinə çevrilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, yaşayış binalarının fasadında və daşıyıcı konstruksiyalarında istənilən dəyişiklik yalnız müvafiq dövlət qurumlarının rəsmi icazəsi və təsdiq olunmuş layihə əsasında həyata keçirilə bilər. Lakin aidiyyəti qurumların bu özbaşınalığa hələ də göz yumması ciddi suallar doğurur.

​Sumqayıt Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi bu qanunsuzluğa və sakinlərin təhlükəsizliyini təhdid edən duruma nə vaxt reaksiya verəcək

​Faktum.az olaraq tərəfimizdən aidiyyəti qurumlara rəsmi sorğular göndərilib.

Məsələni diqqətdə saxlayırıq.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31