"İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub


"İşgüzar Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.

Qeyd edək ki, ötən ilin iyun ayında "İşgüzar Kredit İttifaqı"na icrası məcburi olan göstəriş verilib.

Belə ki, kredit ittifaqı 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməmiş və bununla da, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin olunmamışdı.

Odur ki, "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutalaraq, kredit təşkilatından maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə tənzimləyici quruma rəsmi məlumat verilməsi tələb edilmişdi.

Xatırladaq ki, "İşgüzar Kredit İttifaqı" 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərib, nizamnamə kapitalı 4 min manatdır.(Bizimesr.media)

“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?


“Gəncə İlməçi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri arasında mübahisə yaranıb.

Qaynarinfo-nun məlumatına görə, iş adamı Pərviz Salman oğlu Hacıyev məhkəməyə ərizə ilə müraciət edib.
Ərizəçi məhkəmədə bildirib ki, 2023-cü ildə “Gəncə İlməçi” MMC-nin təsisçilərindən Camaləddin Nurəddin oğlu İsmayılovla notariat qaydasında müqavilə bağlayıb. Alqı-satqı müqaviləsinə əsasən, C. İsmayılov “Gəncə İlməçi” MMC-dəki təsis payını Pərviz Hacıyevə satıb.
Bundan sonra “Gəncə İlməçi” MMC-nin yeni nizamnaməsi hazırlanıb. Alqı-satqı müqaviləsindən sonra Pərviz Hacıyev MMC-nin hesabına işlərin inkişaf etdirilməsi üçün 1 milyon 998 min 750 manat pul köçürüb.
“Gəncə İlməçi” MMC-nin digər təsisçisi Həsən Hüseyn oğlu Yaqubov maraqlı şəxs üzərinə öhdəlik götürüb ki, yeni paylara uyğun olaraq təsis payını Vergilər Departamentində qeydiyyata saldır­sın. Lakin bu günədək sözügedən iş icra olunmayıb.
Hazırda ərizəçi tərəfindən cavabdehlərə pretenziya göndərilib. Pretenziyada müəyyən edilmiş müddət başa çatdıqdan sonra cavabdehlərə qarşı iddia qaldırılacağı bildirilir. İddiada “Gəncə İlməçi” MMC-nin nizamnaməsində dəyişiklik edilərək yeni paylara uyğun olaraq təsis payının Vergilər Departamentində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulması tələb ediləcək.
Məlum olub ki, C. İsmayılov “Gəncə İlməçi” MMC-yə məxsus “X1” ərazisində söküntü işləri aparır, həmçinin sökülən avadanlıqları kombinatın ərazisindən çıxarır.
Ərizəçi cavabdehin üzərinə “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılmasına, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş edib.
Məhkəmənin qərarı ilə cavabdehlər “Gəncə İlməçi” MMC-yə və Camaləddin Nurəddin oğlu İsmayılova “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılması, sökülən avadanlıqların kombinatın ərazisindən çıxarılması, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsi qadağan edilib.
Qeyd edək ki, C. İsmayılov Azərbaycanda metal məmulatlarının əridilməsi və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən, sonradan adı “AzeSteelCompany” ASC olaraq dəyişdirilən, keçmiş “Ekspress-C” ASC-nin əsas səhmdarı və sahibkarıdır.

Qaynarinfo

Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?


"429 min manatlıq müqavilədən 1 milyon 674 min 656 manatlıq müqaviləyə – dövlət vəsaitindəki bu fərqin səbəbi nədir?

“DEPOT” MMC ilə bağlı araşdırmamızda diqqət çəkən əsas məqam rəqəmlərin özüdür.
Açıq mənbələrdə şirkətin məktəbəqədər təhsil müəssisələrində qida təminatının monitorinqi ilə bağlı 429 118 manatlıq müqaviləsi barədə məlumatlar mövcuddur. Daha sonra isə eyni istiqamətlə bağlı DEPOT MMC-nin 1 milyon 674 min 656 manatlıq müqaviləsi barədə məlumat yayılıb.
İki məbləğ arasında təxminən 1 milyon 245 min manat fərq yaranır.

Bəs bu artımın səbəbi nədir?

Xidmətin həcmi dəyişibmi? Yeni obyektlər əlavə olunubmu? Müqavilənin müddəti artırılıbmı? Yoxsa məbləğin yüksəlməsinə başqa amillər səbəb olub?
DEPOT kimdir?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə dair yayılan məlumatlara əsasən, “DEPOT” MMC-nin VÖEN-i 2006570041-dir. Şirkət 3 fevral 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat göstərilir. Reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Hüseynov Elvin Malik oğlu, təsisçisi və ilk qanuni təmsilçisi isə Əsgərov Elvin İlşad oğlu kimi göstərilib.
Burada xüsusi vurğulayaq: 10 manat nizamnamə kapitalının olması öz-özlüyündə qanun pozuntusu demək deyil. Ancaq dövlət vəsaiti hesabına milyonlarla manatlıq müqavilələr bağlanan zaman şirkətin təcrübəsi, maliyyə imkanları, texniki və insan resursları kimi məsələlərin necə qiymətləndirildiyi təbii olaraq ictimai maraq doğurur.

Ən mühüm sual isə yenə də dəyişmir:

429 min manatlıq müqavilədən 1 milyon 674 min 656 manatlıq müqaviləyə keçidin hesablaması necə aparılıb? Bu məbləği əsaslandıran sənədlər hansılardır?

Biz bu suallara ittihamla deyil, sənədlərlə cavab axtarırıq.
Çünki söhbət dövlət vəsaitindən gedirsə, rəqəmlərin arxasındakı hesablamalar da cəmiyyət üçün aydın olmalıdır.

DEPOT məsələsi hələ bununla bitmir.
Araşdırmamız davam edir. Gələn dəfə DEPOT MMC ilə bağlı daha bir diqqətçəkən məqamı təqdim edəcəyik.
Davamı var..."

Tehsilmedia.com

Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?


“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən məişət su sayğaclarının quraşdırılması üçün polad boru və mal-materialların satın alınması üzrə təşkil edilən açıq tenderin nəticələri rəsmiləşib.
Faktum.az xəbər verir ki, müqavilə məbləği 108.978,43 AZN təşkil edən satınalmanın qalibi VÖEN-i 1405435321 olan “TEXNOLOG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Lakin satınalma prosesinin rəsmi göstəricilərində diqqət çəkən və müəyyən suallar doğuran sətiraltı məqamlar mövcuddur.
Hər nə qədər prosedura “açıq tender” adı altında keçirilsə də, layihənin başlama tarixi kimi 31 avqust 2026-cı il, satınalma nəticələrinin rəsmi dərc edilmə tarixi kimi isə 2 sentyabr 2026-cı il qeyd olunub.

Qalib şirkətin rəsmi elandan iki gün əvvəl işlərə başlaması və ya müqavilənin xidmət müddətinin geriyə şamil edilməsi tenderin şəffaflığı və prosedurların ardıcıllığı baxımından şübhəli məqamlar yaradır. Bu hal işlərin artıq əvvəlcədən görüldüyü və ya qalibin tender elanından öncə müəyyənləşdirildiyi ehtimallarını gündəmə gətirir. İşlərin icra müddətinin 29 noyabr 2026-cı il tarixinədək müəyyən edilməsi isə 108 min manatdan çox vəsaitin ayrıldığı mal-materialların tədarükü və sayğaclaşdırma prosesinin hansı effektivliklə və nəzarətlə həyata keçiriləcəyi sualını açıq saxlayır.

“Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi


Ödəniş bazarında fəaliyyət göstərən iki şirkətin rəhbər şəxsləri cərimələnib.


Bizimesr.media bildirir ki, bu ilin aprel ayında "Baku Pay" MMC elektron pul təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.


Şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 min manat cərimə olunub.


Həmçinin bu ilin fevral-mart aylarında "Global İnnovations" MMC ödəniş təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib.


Şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 min manat cərimə edilib.

Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video


1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb.

Tribuna.az
-a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub.

Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur.

Sözügedən xəstəxana yaşanan izdihamla bağlı hələlik heç bir açıqlama yaymayıb

Xəstəxanaya səhər saatlarında yaşananları təqdim edirik:

VİDEO LİNKDƏ: https://tribuna.az/sumqayit-seher-xestexanasinda-gergin-anlar-video/

Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY


İsmayıllı rayonunun Tircan kənd sakini Əflatun Həsrətov bildirir ki, oğlu Vüsal Həsrətov İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib və üç rayonun azadlığı uğrunda döyüşlərdə - Füzuli, Xocavənd, Cəbrayıl rayonları uğrunda sona qədər mübarizə aparıb.
"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, Vüsal Həsrətov göstərdiyi xidmətlərə görə dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif olunub. Əflatun Həsrətov bildirir ki, Vüsal Həsrətovun bir övladı var və hazırda ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır. Onun sözlərinə görə, övladının ailəsinin mənzil və torpaqla bağlı vəziyyətini nəzərə alaraq İsmayıllı Rayon İcra Hakimiyyəti Nahid Baqırova müraciət edib və ailəyə 3 sot torpaq sahəsi ayrılmasını xahiş edib.
Lakin iddiaya görə, bu günə qədər müraciətinə heç bir müsbət cavab verilməyib. Vətəndaş həmçinin iddia edir ki, kəndin sabiq bələdiyyə sədri Rəşid İslamov tərəfindən 7 hektar torpaq sahəsinin qanunsuz şəkildə satılması və əldə olunan vəsaiti mənimsəmişdir. Əflatun Həsrətov hesab edir ki, belə bir vəziyyətdə Vətən uğrunda döyüşmüş övladının ailəsinə heç olmasa 3 sot torpaq sahəsinin ayrılması mümkün olmalı idi. Əflatun Həsrətov aidiyyatı qurumlara müraciət edərək məsələnin araşdırılmasını və övladının ailəsinin torpaqla təmin olunması ilə bağlı problemin həllinə köməklik göstərilməsini xahiş edir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərinə cəlb edilən ustaların əməkhaqlarını ala bilməmələri ilə bağlı yaranmış mübahisə hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb.
BakuNews.az-a daxil olan məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərində usta-fəhlə kimi çalışıblar.
Şikayətçilərin bildirdiyinə görə, onların təmir işlərinə cəlb olunması Mərkəzin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Rəfiyev Dağlar Azər oğlunun sifarişi ilə podratçı kimi təqdim edilən Namizəd adlı şəxslə razılaşma əsasında həyata keçirilib. Ustaların işə cəlb olunmasında Zamanov Röyal Rövşən oğlunun vasitəçi olduğu bildirilir.
Məlumata əsasən, Ramal Fətulazadə və Ramal Seyfullayev iyul ayından avqustun 3-dək 6 sanitar qovşağında ümumilikdə təxminən 400 kvadratmetr kafel-metlax işi, eləcə də 4 korpusda emulsiya işləri görüblər.
Ustaların iddiasına görə, görülmüş işlərin müqabilində onlara ümumilikdə 4500 manat ödənilməli olsa da, podratçı kimi təqdim edilən Namizəd adlı şəxs bu məbləği ödəməyib. Bunun nəticəsində tərəflər arasında narazılıq yaranıb.
BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu həqiqətən də özlərini zərərçəkmiş hesab etdikləri məsələ ilə bağlı hüquq-mühafizə orqanına rəsmi müraciət ediblər.
Əldə etdiyimiz məlumata əsasən, hazırda faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir və məsələ üzrə hələ yekun qərarın qəbul edildiyi barədə məlumat yoxdur.
Bu məqam artıq məsələnin sadəcə tərəflər arasında yaranmış əməkhaqqı mübahisəsi çərçivəsindən çıxaraq hüquqi araşdırma predmetinə çevrildiyini göstərir.
Burada bir sıra suallar da açıq qalır: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərinin rəsmi podratçısı kim olub? Namizəd adlı şəxs bu işlərə hansı hüquqi əsasla cəlb edilib? Ustalarla hər hansı rəsmi müqavilə bağlanıbmı? Görülmüş işlər üçün nəzərdə tutulan vəsait hansı qaydada və kimə ödənilib? Əgər ustaların 4500 manatlıq əməkhaqqı ödənilməyibsə, bu vəsaitin taleyi necə olub?
BakuNews.az olaraq bildiririk ki, hüquq-mühafizə orqanlarında aparılan araşdırmanın nəticəsini diqqətdə saxlayacağıq.
Məsələdə adı hallanan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Rəfiyev Dağlar Azər oğlunun, podratçı kimi təqdim edilən Namizəd adlı şəxsin və digər tərəflərin mövqeyini dərc etməyə hazırıq.
BakuNews.az

Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR


Dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilib.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların dövlət satınalmaları və STEAM layihələrinə ayrılan milyonlarla manatlıq vəsait ətrafında suallar və müəmmalar getdikcə artır. Apardığımız əvvəlki araşdırmalar, dövlət reyestri məlumatları, əsaslı şübhələr yaradan tender əməliyyatları, ortada son dayanacağı bilinməyən milyonlarla vəsaitin dövr etməsi və bu prosesdə iştirak edən şirkətlərin fəaliyyətinin təhlili göstərir ki, Elm və Təhsil Nazirliyinin yuxarı eşelonunda formalaşan şəbəkə var – bu şəbəkənin iradəsi ilə dövlətin təhsil büdcəsini dağıtmaq üçün mürəkkəb mexanizm qurulub.

Bir şirkət, iki profil – Dövlət pullarına gedən yol…
Təhsil və innovasiya adı altında fəaliyyət göstərən bəzi şirkət və layihələrin profili zamanla müəmmalı şəkildə dəyişir. Daha dəqiq desək, dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilir. Həmin şirkətlərin sosial şəbəkə hesablarında aparılan dəyişikliklər və əldə etdiyimiz məlumatlar bu transformasiyanın təsadüf olmadığını ortaya çıxarır.

Dövlət büdcəsini talayan şirkətlər – “ROBOSPACE” MMC və “İSTEAM” MMC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi reyestr çıxarışlarından görünür ki, “İSTEAM” MMC (VÖEN: 1504688781) 31 iyul 2019-cu ildə qeydiyyata alınıb. Təsisçisi və qanuni təmsilçisi Məmmədov Zamiq Əlövsət oğludur (Elm və Təhsil naziri Emin Əmrullayevin sinif yoldaşı).
“İSTEAM” MMC həm də 23 may 2024-cü ildə qeydiyyatdan keçmiş “Robospace” MMC-nin (VÖEN: 1506802461) nizamnamə kapitalındakı 2 təsisçidən biridir (1 pay). Digər təsisçi isə Məmmədov Namiq Əlövsət oğludur (1 pay).
Qanuni təmsilçisi isə Məmmədov Zamiq Əlövsət oğludur.
Rəsmi sənədlərdə Məmmədov qardaşlarının adları keçir, amma bu şirkətlərin faktiki idarəçiliyinin və biznes strategiyasının nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyev tərəfindən həyata keçirildiyi şübhə doğurmur.

“Robospace” təlim mərkəzidir, yoxsa tikinti şirkəti?
“Robospace” MMC fəaliyyətə başladığı dövrdə “Robospace İnnovativ Təlim Mərkəzi” kimi təqdim olunub. Şirkət 5-17 yaşlı uşaqlar və yeniyetmələr üçün STEAM, LEGO, VEX IQ, robototexnika və mühəndislik dərsləri təşkil edib. Şirkətin “@robospace.cit” sosial şəbəkə hesabında isə 8 mindən çox valideyn və məktəblidən ibarət auditoriya formalaşıb.
Lakin sonrakı mərhələdə şirkətin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişib. Sosial şəbəkə hesabında yayımlanan rəsmi açıqlamadan sonra “Robospace” təhsil və robototexnika ilə bağlı fəaliyyətini dayandıraraq, tikinti sahəsinə keçdiyini elan edib.
Sual çox sadədir: təhsil və STEAM mərkəzi kimi tanınan bir şirkət necə oldu ki, qısa müddətdə fəaliyyət profilini dəyişərək tikinti şirkətinə çevrildi?

Tikinti sahəsinə keçid elanından sonra Instagram hesabının adı @avenza.co.az olaraq dəyişdirilib, profilin təsvirinə isə “Tikinti, Memarlıq, Layihə idarəetməsi” yazılıb. Lakin əvvəlki fəaliyyətin izləri tam silinməyib. Hesabda hələ də “Robospace İnnovativ Təlim Mərkəzi, Baku, Azerbaijan” keçidi və əvvəlki telefon nömrəsi saxlanılıb.
Bununla yanaşı, yeni fəaliyyət istiqamətini təqdim etmək üçün avenza.co.az saytı yaradılıb. Saytda “Avenza” “Modern Construction Company” kimi təqdim olunur. Lakin saytın texniki məlumatlarında WordPress administrator müəllifi kimi raileyyubov@gmail.com elektron poçt ünvanı görünür. Rail Eyyubovun isə dünənə qədər “Robospace” MMC-nin SMM meneceri olması heç kəsə sir deyil.
@robospace.cit sosial media hesabı birbaşa rebranding prosesindən keçərək @avenza.co.az adı altında fəaliyyətini tikinti və memarlıq brendi kimi davam etdirir.
Həm “Robospace”in təlim mərkəzi profillərində, həm də avenza.co.az saytında eyni əlaqə nömrəsindən (+994 10 310 03 53) və ünvan məlumatlarından istifadə olunur.
Burada diqqət çəkən əsas məqam isə budur: həmin elektron poçt ünvanının sahibi Rail Eyyubov daha əvvəl “Robospace” MMC-də SMM meneceri kimi fəaliyyət göstərib. Yəni, söhbət tamamilə yeni və kənardan ortaya çıxmış bir şirkətdən deyil, “Robospace”in əvvəlki fəaliyyəti ilə yeni “Avenza” brendi arasında görünən əlaqədən gedir.

Bütün bu faktlar belə bir suala cavab axtarır: “Robospace”in təhsil və STEAM fəaliyyəti bitdikdən sonra onun sosial media hesabı, auditoriyası, əlaqə məlumatları və əvvəlki komanda üzvlərindən biri yeni tikinti şirkətinin təqdimatında niyə görünür?
Təhsil kursunun və minlərlə izləyicisi olan sosial media hesabının qəfildən “Avenza Modern Construction” adlı tikinti brendinə çevrilməsi bir sıra suallar və iddialar yaradır.

Nazir və dostları birləşərək təhsil mərkəzini tikinti şirkətinə çeviriblər. Niyə? Məktəb tikmək üçün. Nə üçün məktəb tikintintisi? Çünki orada daha böyük pullar var, dövlət büdcəsindən tikintiyə ayrılan vəsaitin həcmi daha böyükdür.
Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə olunan məlumatlara görə, “Avenza” artıq şimal bölgələrində bir neçə məktəbin təmirinə başlayıb. Halbuki, şirkətin tikinti sahəsində əvvəlki təcrübəsi barədə heç bir açıq məlumat yoxdur. Təhsil kursu kimi fəaliyyət göstərən şirkət necə olub ki, dövlətin tikinti-təmir layihələrinə çıxıb?
Minlərlə valideyn və şagird təəccüb içindədir – Onlar niyə aldadılır?
Minlərlə valideyn və şagirdin izlədiyi “Robospace” hesabı indi tikinti şirkətini reklam edir. Dünən robototexnika, bu gün isə tikinti. Qəribədir, deyilmi?
STEAM avadanlıqları ilə bağlı ortaya çıxan sualların ardınca tikinti-təmir tenderlərinin də eyni çevrəyə yönəldilməsi ehtimalı ciddi araşdırılmalıdır.

Adı çəkilən şirkətin tikinti-inşaat sektorunda heç bir təcrübəsi yoxdur. Nihad Hənifəyevin təlim kursları üzərindən qazandığı “təcrübə” bu dəfə təmir-tikinti büdcələrinə çıxış əldə etmək məqsədilə inşaat sektoruna yönəldilib. O, kürəkənin mövqeyindən istifadə edərək daha da varlanmaq niyyətinə düşüb. Əlbəttə ki, bu işdə ona nazirin yaxın çevrəsinə daxil olan digər vəzifəli şəxslər – Valeh Mirzalıyev, Turtal Ayvazlı, Elnur Əliyev və s. tam dəstək göstərirlər.
Dövlət reyestri sənədləri və sosial media dəyişiklikləri ciddi və əsaslı şübhələr yaradan mənzərəni ortaya qoyur. Düşünürəm ki, əvvəlki araşdırmalarla yanaşı, aidiyyəti orqanlar bu araşırmadakı materialları da nəzərə almalıdır. Söhbət böyük bir şəbəkədən gedir, o şəbəkədən ki, dövlət büdcəsi bu şəbəkəyə daxil olan bir qrup vəzifəli şəxs tərəfindən müxtəlif şirkətlər və layihələr vasitəsilə amansızcasına talanır.
Təhsil sahəsinə aidiyyəti olmayan, nazirin yaxın çevrəsi və qohumlarından təşkil olunan şəbəkə ölkə təhsilinə ayrılan milyonlarla manatlıq vəsaitlərə çıxış əldə etmək üçün mümkün olan və olmayan bütün metodlardan istifadə edir.
Müəllif: Samir Feyruzov

Tribuna.az

"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı sahibkarlar tərəfindən ciddi narazılıqlar var.

Bu barədə şikayətçilər Gununsesi.info-ya bildiriblər.

Onların sözlərinə görə, qurum daxilində bəzi şöbələr vasitəsilə qida məhsullarının idxalı və ixracına nəzarət adı altında sahibkarların fəaliyyətinə maneələr yaradılır.

Onlar həmçinin yoxlamalar zamanı qərarların obyektlərə münasibətdə fərqli və şəxsi maraqlara uyğun verildiyini iddia edirlər:

“Agentlik neqativ əməllərini əsasən iki şöbəsi ilə həyata keçirir. Şöbələrdən biri ölkəyə daxil olan və xaric olan qida məhsullarının monopoliyasını idarə etmək üçündür. Bu şöbənin adı İdxal və ixraca nəzarət şöbəsidir. Ölkədən ixrac olunan məhsullara dövlət rüsumu olaraq 25 AZN qiymətində ixrac sertifikatı verilməlidir. Bu sertifikatın qeyri-rəsmi qiyməti 300-800 dollar arasında dəyişir. Ölkəyə idxal olunan məhsullara da monopoliyanı idarə etmək üçün ciddi nəzarət olunur. Hər hansı bir monopolistin sahəsinə aid olan məhsulu gətirmək demək olar mümkün deyil. Hər hansı bir sahibkar bu sahədə dirəşərsə, onun məhsulundan nümunə götürülüb AQTA-nın tabeliyindəki laboratoriyalara göndərilir. Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır.

Şöbənin ikincisi Qida zəncirinə nəzarət şöbəsidir. Bu yoxlamalara nəzarət edir. Yəni AQTA-nın müfəttişləri obyektlərdə yoxlama apararkən müstəqil hərəkət edə bilmirlər, müstəqil protokol yaza bilmirlər. Mütləq həmin şöbəyə vatsap vasitəsilə obyektin məlumatlarını – yəni adı, kimə məxsusdur, nöqsanlar nədən ibarətdir kimi məlumatlar təqdim olunur. Şöbə tərəfindən bu barədə Agentlik rəhbərliyinə qərar verilməsi üçün məlumat verilir. Bu şəkildə obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir”.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərsək də, sorğumuza cavab verilmədi.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25