“Rent a car” rəhbəri TUTULDU


Azərbaycanda avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan “rent a car” şirkətinin işçisi dələduzluq etməkdə ittiham olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “rent a car” şirkətindən işləyən Fərqanə Həmidova dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciət əsasında məlum olub ki, qadını aldadan həmin şirkətin digər əməkdaşı, Aydın adlı şəxs olub.
İttihama görə, 1973-cü il təvəllüdlü Aydın Fərqanəyə fərdi tikilmiş evinə qeydiyyata salaraq, satacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib. O, qadının inam və etibarını qazanaraq, ondan ümumilikdə 21000 manat alaraq dələduzluq edib.
Aydının barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Fərqanə ilə “rent a car”da işləyəndə tanış olub: “Fərqanə mənə 9000 manat verdi ki, maşın alaraq kirayə verim. Verilən puldan 2000 manatını Fərqanənin qızına qaytarmışam. Ümumi 9000 manat pulun 4000 manatını qaytarmışam. 5000 manat ona borcum qalıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında qeyd edilən 21000 manat alması faktı düzgün deyil.
İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəldən tanıyır, heç bir ədavəti yoxdur: “Aydın “rent a car”da kuryer işləyirdi. Mən də bir neçə ay orada aşbaz kimi işləmişəm. Həmin dövrdə yoldaşım rəhmətə getdiyi üçün evsiz qalmışdım, anam ilə yaşayırdım. Lakin anamın evinin çıxarışı yox idi. Aydın həm mənə ev verməyi, həmçinin də qeydiyyata salmağı dedi. Bunun üçün 10000 manat verdim. Lakin pulum az olduğunu dediyi üçün əlavə məbləğlər də verdim. Pulu verdikdən sonra bir neçə dəfə zəng etdim. Lakin o, hər dəfə düzələcəyini bildirdi. Daha sonra telefon zənglərimə cavab vermədim. Artıq bununla da özümə qarşı dələduzluq edildiyini anladım”.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Aydın 1 il 11ay 27 gün müddətə azadlıqdan məhrum edilib.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....



QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.

Dövlət qurumlarının mühafizəsi məsələsi ilk baxışdan sıradan təhlükəsizlik proseduru kimi görünə bilər. Hansısa idarənin qarşısında polis əməkdaşlarının dayanması çoxları üçün adi mənzərədir. Lakin söhbət hər hansı obyektin qapısında post saxlamaqdan deyil, bunun nə üçün edildiyindən və dövlət büdcəsinə hansı qiymətə başa gəldiyindən gedəndə məsələ artıq tamam başqa məna kəsb edir.
Çünki dövlət büdcəsi sonsuz resurs deyil. Büdcədən ayrılan hər manatın arxasında cəmiyyətin ödədiyi vergilər, dövlətin gəlirləri və nəticə etibarilə vətəndaşın pulu dayanır. Buna görə də dövlət qurumlarında həyata keçirilən hər bir xərc yalnız “qanunidirmi?” sualı ilə deyil, həm də “zəruridirmi və səmərəlidirmi?” sualı ilə qiymətləndirilməlidir.
Məhz bu prizmadan baxanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin silahlı polis mühafizəsi ilə bağlı ortaya çıxan məlumatlar ciddi suallar doğurur.
Bu istiqamətdə "Yenixeberorg.com"a daxil olan məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mühafizəsinin təmin olunması üçün hər il təxminən 80 min manata yaxın vəsait ödənilir. Bu ödənişin Baş Mühafizə İdarəsinin Yasamal Mühafizə Şöbəsinə həyata keçirildiyi bildirilir.
80 min manat isə sadəcə mühasibat sənədindəki rəqəm deyil. Bu, bir il ərzində dövlət büdcəsindən konkret bir təhlükəsizlik xidmətinə yönəldilən kifayət qədər ciddi vəsaitdir.
Burada istər-istəməz ən sadə, eyni zamanda ən narahatedici sual meydana çıxır:
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar?
Bu sualın ortaya çıxması üçün heç bir sensasiya yaratmağa ehtiyac yoxdur. Sadəcə qurumun statusuna və fəaliyyətinə nəzər salmaq kifayətdir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi strateji enerji obyekti deyil, hərbi müəssisə deyil, kritik infrastruktur obyekti deyil. Qapısından hər gün böyük insan kütlələrinin keçdiyi nəhəng ictimai xidmət mərkəzi də deyil. Qurumun əsas fəaliyyət istiqaməti qeyri-hökumət təşkilatlarına qrant paylamaq və forumlar keçirməklə bağlıdır.
Üstəlik, dövlət idarəçiliyinin sürətlə elektronlaşdığı bir dövrdə əvvəlki illərlə müqayisədə dövlət qurumlarına fiziki müraciətlərin də azalması qaçılmazdır. QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.
Əgər burada xüsusi təhlükə varsa buyurub açıqlasınlar. Əgər konkret təhlükəsizlik riski mövcuddursa, bu riskin hansı meyarlarla müəyyənləşdirildiyi və silahlı mühafizənin niyə məhz ən uyğun vasitə hesab edildiyi izah edilsin.
Əgər belə bir təhlükə yoxdursa, onda dövlət büdcəsindən hər il 80 min manatın bu məqsədlə xərclənməsinə nə ehtiyac var?
Məsələni daha maraqlı edən başqa bir müqayisə də var.
Ölkədə külli miqdarda maddi sərvətin saxlanıldığı və kommersiya baxımından daha böyük risklərlə üzləşə bilən obyektlər - o cümlədən bahalı mağazalar, qızıl-zinət əşyaları satılan obyektlər və bəzi banklar - müxtəlif texniki təhlükəsizlik sistemlərindən istifadə edir. Siqnalizasiya, mərkəzləşdirilmiş mühafizə sistemləri və digər texnoloji həllər belə obyektlərin təhlükəsizliyinin təmin edilməsində geniş tətbiq olunur.
Belə olan halda təbii sual yaranır:
Əgər yüksək maddi dəyərə malik kommersiya obyektlərinin təhlükəsizliyinin təmin olunmasında texniki vasitələr yetərli hesab edilirsə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qapısında silahlı polisə hansı xüsusi təhlükə səbəb olur?
Bəlkə də ictimaiyyətin bilmədiyi ciddi təhlükə var. Əgər belədirsə, məsələ daha da ciddidir.
Yox, əgər ortada xüsusi təhlükə yoxdursa, onda bu mühafizənin illərlə davam etməsi artıq dövlət vəsaitlərinin səmərəliliyi baxımından araşdırılmalı məsələdir.
Çünki söhbət təkcə bir qurumun girişində dayanan bir-iki polis əməkdaşından getmir. Söhbət bir ildə 80 min manat, bir neçə ildə isə yüz minlərlə manat vəsaitin hansı əsasla xərclənməsindən gedir.
Daha böyük problem isə odur ki, bu yanaşma yalnız bir qurumla məhdudlaşmaya bilər. Müxtəlif dövlət və digər qurumların polis mühafizəsinə götürülməsi praktikası geniş yayılıbsa, artıq ayrı-ayrı obyektlərin deyil, bütövlükdə bu sistemin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi zərurəti yaranır.
Məhz burada Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür.
Dövlət vəsaitinin qənaətlə və məqsədyönlü xərclənməsi yalnız maliyyə intizamı məsələsi deyil. Bu, dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir.
Çünki büdcə vəsaiti hər hansı qurumun “xərcləyə biləcəyi pul” deyil. Bu, cəmiyyətin puludur və cəmiyyətin həmin pul barədə sual vermək haqqı var:
QHT-lərə Dövlət Dəstəyi Agentliyi hara, silahlı polis mühafizəsi hara?
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar və bu qorunmanın qiyməti niyə hər il 80 min manatdır?("Yenixeberorg.com")
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

“Kayu” bağçasında 2 yaşlı uşağa şiddət iddiası – Foto


2 yaş 2 aylıq oğlum hər dəfə bədəni göyərmiş halda bağçadan evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim.

Tribuna.az xəbər verir ki, bu barədə azyaşlının atası Elnur Əliyev sosial şəbəkədə bu barədə yazıb. O bildirib ki, övladı “Kayu” uşaq bağçasında şiddətə məruz qalıb:

“2 yaş 2 aylıq oğlum “Kayu” uşaq bağçası sayəsində “danışmağa” başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim…

Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah poposu, gah əli göyərirdi uşağın.

3 ay yayı bağçaya qoymadım. Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib?” Artıq sizdən şikayət edəcəm dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.

Zəng edib deyirəm ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin”.

Kayu uşaq bağçasına aylıq 300-400 manat xərcləməyə dəyməz. Əgər övladınızdan bezməmisinizsə, qətiyyən məsləhətli yer deyil. Təhsil nazirliyində adamları olmasa, bu cür bağçalar bir gün belə fəaliyyət göstərə bilməzdi”.

Məsələ ilə bağlı “Kayu” uşaq bağçası ilə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu


Qısqanclıq zəminində sevgilisini döyən şəxslə bağlı cinayət işinə xitam verilib

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

İttihama görə, hadisə bu il gecə saat 02 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Xan Pub” adlı restoranın otağında baş verib.

Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.

Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.

Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.

Xatırlatma: Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

Bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib.

"İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə deyilir.

“İxtisar” adı ilə işdən azad edildi və... - bu gün yaşamaq uğrunda mübarizə aparır...


Üzləşdiyi çətinliklərlə bağlı müraciət edən Orxan Yusifov bildirir ki, Bərdə Kommunal Müəssisələri Birliyində fəhlə-nəzarətçi vəzifəsində çalışdığı 8 ayın ardından heç bir qanuni əsas göstərilmədən, “ixtisar” adı ilə işdən azad edilib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, onun müraciətləri nəticəsiz qalıb. Orxan Yusifov iddia edir ki, işdən azad edilməsinin Baş nazirin və Maliyyə Nazirliyinin qərarı əsasında həyata keçirildiyi bildirilib.
Vətəndaş hesab edir ki, işində hər hansı səhvə yol vermədiyi halda vəzifəsindən azad edilməsi qanunsuzdur. O, işinə bərpa olunmasını tələb edir.
Orxan Yusifov ailəsinin ağır sosial vəziyyətdə olduğunu, övladlarının ən sadə ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkdiyini bildirir. O, aidiyyatı dövlət qurumlarına müraciət edərək vəziyyətinin araşdırılmasını və işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edir. (Dia-az)

Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...

Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?



Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı: İKT sualları niyə verilib?
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana sistemində çalışan əməkdaşların attestasiyası narazılığa səbəb olub.
Bu barədə Bizimyol.info xəbər portalına müraciət edən şikayətçi Yardımlı rayonundan olan Gündüz Manaflı bildirib ki, uzun illər kitabxanalarda çalışan əməkdaşlara əvvəlcədən müvafiq təlim keçirilmədən attestasiya təşkil olunub.

Onun sözlərinə görə, attestasiyada kitabxanaçıların peşə fəaliyyətindən daha çox kompüter və informasiya texnologiyaları ilə bağlı suallara üstünlük verilib:

“Operativ yaddaş (RAM) nədir?”, “Hardware və software nədir?”, “Printer kompüterə hansı vasitələrlə qoşulur?”, “RAM, bayt, bit” kimi İKT anlayışları ilə bağlı suallar yer alıb.

Bu cür sualların verilməsinin səbəbi nədir?
Attestasiyadan keçə bilməyən əməkdaşların aqibəti necə olacaq?
Yaran suallarla bağlı Mədəniyyət Nazirliynə sorğu ünvanladıq.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Attestasiyaya kitabxanalarda İT və rəqəmsal xidmətlər istiqamətində çalışan əməkdaşlar cəlb olunub. Elektron kataloq, elektron kitabxana və avtomatlaşdırılmış kitabxana prosesləri onların birbaşa vəzifə funksiyalarına daxildir. Müvafiq suallar əvvəlcədən elan edilmiş attestasiya proqramına uyğun təqdim olunub”.

Bizimyol.info

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25