Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...


"SOCAR "Azəriqaz"da heç Baş direktoru eşidən var ki?

Bunu sözügedən qurumun işçisi Xəqani Əsgərov Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edir.

O daha sonra fikrini belə davam etdirir: ""Azəriqaz"ın bəzi regional idarələri var ki, hərə özünə bir ağadır... Bakı regional idarəsi bir ayrıca "Azəriqaz" idarəsidir. İstədiklərini edirlər. Qapıçıdan mühəndis düzəldirlər... Savadı olmasa da olar, əsas rəhbərliyin həmyerlisi, yaxını olsun... Bakı şəhərinin 12 rayonunu 16 edib, özündən rəis təyin edib. Bakı Regional Qaz İstismarı İdarəsi bu gün az qala "Azəriqaz"ın özünə alternativdir...

Bundan sonra bu qurumun rəhbəri baş direktoru eşidər? Faktiki olaraq da eşitmir. Yuxarı təşkilatlara yalan məlumat verməkdən belə çəkinmir. Bu qədər qaz itkisi var Bakı regionalın ayağında... Hara gedir bu qədər qaz itkisi...

Əslində qaz itmir, kimlərsə özünə obyekt, kimlərsə "Lexsus", kimlərsə villa və başqa əmlakları əldə edir bu itkilərin hesabına... 5 manat borcu olan vətəndaşın qapısına üç maşın göndərirlər ki kəsin onun qazını... Bəs bu qədər itki nədən, necə yaranır və arta-arta gedir...

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov xəbərdarlıq edir. Dövlət stastistika komitəsi həyəcan təbili çalır ki, itkilər artıq... Bunlar isə gündə bir iclas keçirib, özlərini iş görən kimi göstərirlər... Real tədbir görmək sərf etmir axı bunlara...".

Bizimesr.media

Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?


Peşə Təhsili üzrə Dövlət Agentliyinin ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Bizimesr.media bildirir ki, Agentliyin rəsmi sosial hesabında yaydığı məlumatda qeyd olunur ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Yəni, artıq müsahibə bitib və cavablar bəllidir...

Lakin bu paylaşımın ardınca müsabiqədə iştirak edən, amma hələ də nəticələri barədə cavab ala bilməyən şəxslərin narazılığı diqqət çəkib. Paylaşımın şərh bölməsində iştirakçılar Agentliyə suallar ünvanlayıblar. Onlar müsabiqənin nəticələri, cavabların nə vaxt açıqlanacağı və müraciətlərə hansı formada cavab veriləcəyi ilə bağlı məlumat istəyiblər.

Belə ki, şərhlərin birində yazılır...

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən suallarıma cavabı necə, hansı formada ala bilərəm? Nə zəngə, nə mesaja cavab verilir!”

Digər iştirakçılar da nəticələrin nə zaman açıqlanacağı ilə bağlı suallar veriblər. Amma Agentlikdən heç bir cavab verilməyib.

Müsabiqədə neçə nəfər iştirak edib, neçə nəfər uğur qazanıb?

Narazılığın əsas səbəblərindən biri də Peşə Təhsili üzrə Dövlət Agentliyinin müsabiqə ilə bağlı ətraflı statistikanı açıqlamamasıdır. Agentliyin neçə nəfəri müsabiqənin növbəti mərhələsinə keçirdiyi, neçə nəfərin uğurlu nəticə əldə etdiyi, hansı peşə təhsili müəssisələrinə neçə müəllim və istehsalat təlimi ustasının qəbul olunduğu barədə ictimaiyyətə ətraflı məlumat verilmir.

Müsabiqədə iştirak edən şəxslər isə nəticələrin şəffaf şəkildə açıqlanmasını və verilən sualların cavablandırılmasını istəyirlər.

Məlumata görə, müsahibə mərhələsindən çox az sayda şəxsin uğurlu nəticə əldə etdiyi, boş qalan yerlərə isə müqavilə əsasında işə qəbul prosesinin davam etdiriləcəyi bildirilir.

Müqavilə ilə işə qəbul məsələsi də narazılıq doğurur

Peşə təhsili sistemində müqavilə əsasında işə qəbul son illərdə daha aktiv xarakter alıb. İddialara görə, direktorlar Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərlə razılaşdırılmış şəkildə boş ştat yerlərinə birillik müqavilə ilə şəxsləri işə qəbul edirlər.

Bu məsələ uzun illərdir narazılıqlarla qarşılanır. Müsabiqədə iştirak edən, yüksək bal toplayan və müsahibəyə dəvət olunan, lakin sonda “qəbul edilmədi” cavabı alan şəxslərin kənarda saxlanıldığı, bunun əvəzində isə ümumiyyətlə peşə təhsili sisteminə aid olmayan, imtahanda iştirak etməyən və təcrübəsi olmayan şəxslərin birillik müqavilə ilə işə qəbul edildiyi ilə bağlı faktlar mövcuddur. İddialara görə, müqavilə ilə işə qəbullar bəzi direktorlarla əvvəlcədən razılaşdırılır və müxtəlif yollarla həyata keçirilir. Bu iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir. Müqavilə ilə işə qəbul edilən şəxslərin kimliyi, onların direktorlarla və Agentliyin rəhbər şəxsləri ilə hansı qohumluq, yaxınlıq, dostluq və digər əlaqələrinin olub-olmaması da araşdırılmalı məsələlərdəndir. Əgər bu iddiaları Agentliyin özü araşdıra bilmirsə, digər aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.

Məlumata görə, artıq müqavilə əsasında işə qəbul prosesi başlayıb və boş qalan yerlərə kütləvi şəkildə müqavilə ilə işə qəbul həyata keçiriləcək.

Peşə mərkəzlərində texniki işçilərlə bağlı da iddialar var

Bununla yanaşı, iddialara görə, bir sıra peşə təhsili mərkəzlərində çoxsaylı texniki işçilər də işə qəbul edilib. İddialarda həmin şəxslərin bir qisminin direktorların və Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərin qohumları, dostları və yaxınları olduğu bildirilir. Bu, peşə təhsili sistemində işə qəbul prosesinin şəffaflığı ilə bağlı ciddi problemlərin mövcudluğunu göstərən faktlar hesab olunmalıdır.

Məhz bu faktlar imtahan və müsabiqə prosesinin formal keçirilməsi ilə bağlı sualları da gündəmə gətirir. İmtahanda iştirak edib yüksək nəticə göstərən şəxslərin işə qəbul edilməməsi, digər tərəfdən isə müsabiqədə iştirak etməyən şəxslərin müqavilə əsasında işə götürülməsi ilə bağlı iddialara aydınlıq gətirilməlidir.

Yeni rəhbərlik köhnə problemləri aradan qaldıra bilmədi?

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının fəaliyyəti ilə bağlı da narazılıqlar səsləndirilir. Mövcud iddiaların araşdırılmaması və işə qəbul prosesinin şəffaflığı ilə bağlı sualların cavabsız qalması isə peşə təhsili sistemində əvvəlki problemlərin yeni rəhbərlik dövründə də davam etdiyini göstərir.

İndi əsas sual budur - Peşə Təhsili üzrə Dövlət Agentliyi müsabiqənin nəticələri ilə bağlı tam statistikanı nə vaxt açıqlayacaq və iştirakçıların cavabsız qalan suallarına niyə aydın cavab verilmir?

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.

Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"

[/center][center]

"2025-ci ilin noyabrında "Atəşgah" sığorta ilə 1300 manata illik "Kasko" müqaviləsi bağlamışdım. Hər rüb 325 manat olmaqla 975 manat ödəmişdim, amma..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat, tanınmış yazar Xeyrəddin Qoca qeyd edib.

O daha sorna başına gələnləri belə nəql edir: "Axırıncı 325 manatı ödəməməklə müqaviləni birtərəfli qaydada pozdum. Çünki konkret hadisə ilə əlaqədar çağırışıma gəlmədilər. Yəni maşınıma heç bir xidmət göstərmədilər..

Ödədiyim 975 manatı da qaytarmadılar...

Deməyim odur ki, "Kasko"-filan etdirməyin, pulunuz batacaq!.."

BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb



Yeni Yasaml-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanının sakinləri, yəni Bakı Dövlət Universitetinin əməkdaşları yaşadıqları ünvanda çox ciddi problemlərlə üzləşiblər. Bu barədə ünvanladıqları şikayət məktubunda “Yasamal-68” MMMC-nin hüquqşünası Hacı Zeynalov bildirir.
Hüquqşünas Hacı Zeynalov ilk olraq bu binanın tiklilmə tarixi barədə ətraflı məlumat verir.
Məlumat üçün bildiririk ki, 1989-cu ildə Bakı şəhəri XDS icraiyə Komitəsinin 11/411 saylı qərarı ilə Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında Bakı Dövlət Universitetinin əməkdaşları üçün torpaq sahəsi ayrılmış və “Gənc Alim” MTK yaradılmışdır. Bir müddətdən sonra, yəni 2006-cı ilin mart ayında “Gənc Alim” MTK-nın bazasında “Gənc Alim” İstehlak Kooperativi formalaşdırılır.
18.06.2023-cü ildə isə “Gənc Alim” Mənzil İstehlak Kooperativinin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında tikdiyi binada mənzilləri olan mülkiyyətçilərin iştirakı ilə “Alimlər” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edirlər.
“Alimlər” MMMC 04.08.2023-cü il tarixində ümumi yığıncaq keçirərək “Alimlər” MMMC-nin adı və nizamnaməsində bəzi dəyişikliklər edilməsini qərara almışlar. Qərara əsasən “Alimlər” MMMC-nin adı yenidən dəyişilərək “Yasamal-68” MMMC kimi fəaliyyətə başlaması 124 nəfər yığıncaq iştirakçılarının razılığı ilə qərarlaşdırılmışdır.

5 dəfə cinayət işi, 3-cü dəfə məhbus olan “Fizika-riyaziyyat elmləri doktoru” Aydın Cəfərov

Məlumat üçün bildiririk ki, 2024-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinən Aydın Cəfərova 6 il, 8 ay iş verilib. Göz önündə görülən acı və məyusedici tablo budur. Yalançı professor, dələduz iş adamı.
Hal-hazırda “Yasamal-68” MMMC qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirir.
Verilən məlumata görə, “Alimlər” MMMC təsis edilərkən “Gənc Alim” Mənzil İstehlakçı Kooperativinin direktoru olmuş Aydın Cəfərov Qaytaran oğlu məktub verərək “Gənc Alim” MİK-nin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında inşa etdiyi binada mənzilləri olan mülkiyyətçilərin sayını bildirmişdir .
Bu məqsədlə “Gənc Alim” MİK-nin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında tikdiyi mənzilləri olan mülkiyyətçilərin iştirakı ilə “ Yasamal-68” MMMC təsis olunur. Qanunvericiliyə görə, idarəçiliyin həmin yeni yaranan MMMC-yə keçdiyi , eyni zamanda Yasamal-2, xarici dairəvi küçəsi, ev 11 ünvanında yerləşən bütün daşınar və daşınmaz əmlakın da yeni yaradılmış “Yasamal-68” MMMC-nin balansına keçməsinə baxmayaraq Aydın Cəfərov Qaytaran oğlu təhvil-təslim aparmamış, əksinə qanunsuz və dələduz, cinayətkar hərəkətlərini davam etdirmişdir. Elə bu dələduz və cinayətkar əməllərinə görə hal-hazırda cəzasını çəkir(bu barədə sonra).
Qeyd edək ki, mənzil məcəlləsinin 109.5 maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur, belə ki, onun rəhbərlik elədiyi MİK ləğv olunmalı və bütün mülkiyyət sahiblərinə verilməli idi. Amma bu baş vermədi.....

Binanın Zirzəmisi də satıldı- Sakinlər təhlükədə

Qeyd edək ki, hal-hazırda həbsdə olan Aydın Cəfərov Qaytaran oğlu illər əvvəl saxta sənədlər tərtib eləməklə sözügedən ünvanda yerləşən çoxmərtəbəli binanın zirzəmisini və qeyri-yaşayış sahələrini özəlləşdirib satmışdır.
Məlumat üçün bildirirk ki, binanın zirzəmisindən elektrik və kommunikasiya, çirkab suların axıdılması üçün nəzərdə tutulmuş boru və su xətləri keçir. Həmçinin binanın əsas dayaq sütunları yerləşən zirzəminin özəlləşdirib satılması qeyri-mümkündür. Hazırkı vəziyyətdə zirzəmidən hansısa formadada istifadə edilməsi qanunla mümkünsüzdür və təhlükəlidir. Halbuki, Aydın Cəfərov Qaytaran oğlu bunun təhlükəli və qanunsuz olduğunu bilə-bilə öz çirkin niyyətini həyata keçirməyə müvəffəq olub.
Əlavə olaraq “Gənc Alim” MİK-nə ayrılmış torpaq sahəsində Aydın Cəfərovun sakinlərə mərasim evi adı altında tikdiyi qeyri-yaşayış sahəsi də mövcud olub. Aydın Cəfərov Qaytaran oğlu sakinləri aldadaraq onların maddi dəstəyi ilə tikidirdiyi mərasim evini saxta sənədlərlə özəlləşdirib sakinləri öz çirkin niyyətlərinin toruna salmışdır. Belə ki, yenidən yaradılmış “Yasamal-68” MMMC-nin balansına verilməyən sözügedən qeyri-yaşayış sahələri “Gənc Alim” MİK-in rəhbərliyi tərəfindən qanunsuz olaraq üçüncü şəxsə, yaxınlarına icarəyə vermiş və sonradan isə saxta sənədlərlə özəlləşdirilərək başqa şəxslərə satılmışdır.

Hətta, bu qanunsuzluqlarla bağlı məhkəməyə də müraciət edilmişdir.

Qeyd olunur ki, binanın kommunikasiya xəttləri keçən zirzəmisi Ağazadə Kəmalə Ağatağı qızına iki mərhələdə satılmışsır. İlk olaraq 01.09.2021-ci ildə sözügedən zirzəminin 376 kv.metrlik hissəsi, 19.04.2024-cü ildə isə 800 kv.metrlik sahəsi saxta protokollarla tərtib edilərək satılır və özəlləşdirilir.
Eyni zamanda 18.01.2025-ci ildə isə binanın həyətində yerləşən su anbarının 855.9 kv.metrlik ərazisi yenə də saxta sənədlərlə özəlləşdirilərək çıxarış alınır.

Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə dəfələrlə müraciət olunmasına baxmayaraq saxta çıxarışların ləğvi istiqamətində heç bir iş görülməmişdir.
“Yasamal-68” MMMC-nin hüquqşünası Hacı Zeynalov sonda bildirir ki, yaranmış qanunsuz məsələlərlə bağlı verilən çıxarışların ləğvinə görə aidiyyatı üzrə məhkəməyə müraciət olunub. (Azia.az)

“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...


Azərbaycanın yeganə təkrar sığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin iki rəhbər şəxsləri şirkətdən ayrılıblar.

Banker.az xəbər verir ki, Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Lalə Əfəndiyeva sentyabr ayından etibarən şirkətdəki fəaliyyətini dayandırıb. Bundan əlavə İdarə Heyətinin üzvü Ivan Samsonov da vəzifəsindən ayrılıb.

Asim Ramiz Salamov oğlu “AzRe”nin Direktorlar Şurasındakı müstəqil üzv kimi vəzifəsindən ayrılmışdı.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

“Azre Təkrarsığorta” ASC 2025-cı ili 22.35 mln. manat xalis mənfəətlə tamamlasa da, bu 2024-cü ildə qeydə alınan 24.24 mln. manat xalis mənfəəti ilə müqayisədə 1.89 mln. manat və ya 8% az olub.

Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”


“Hakerlərdir yəqin, heç nə edə bilmərik” – bank əməkdaşının cavabı müştərini qane etməyib…Bakıda oturan şəxsin kartından Xorvatiyadakı oteldə ödəniş edilməsi ciddi suallar doğurur.

Hadisə sentyabrın 2-də baş verib.İş yoldaşım həmin vaxt Bakının “Ağ şəhər” ərazisində olub. Lakin Leo kartından Xorvatiyada yerləşən bir otellə bağlı əməliyyat aparılıb. Başqa sözlə, kart sahibi Azərbaycandadır, əməliyyat isə xarici ölkədə həyata keçirilir. Xoşbəxtlikdən kartda həmin vaxt böyük məbləğ olmayıb. Əks halda, iş yoldaşım ciddi maliyyə itkisi ilə üzləşəcəkdi.

Məsələnin daha maraqlı tərəfi isə bundan sonra başlayır.Müştəri baş verənlərlə bağlı Leobank-a müraciət edir. Bank əməkdaşından aldığı cavab təxminən belə olub:

“Yəqin ki, hakerlərdir, biz heç nə edə bilmərik. Yenisini verə bilərik”.

Əgər müştəriyə həqiqətən belə cavab verilibsə, bu, bankın təhlükəsizlik mexanizmləri ilə bağlı ciddi suallar yaradır. Qəribədir, bank sistemində şübhəli əməliyyatlara nəzarət necə həyata keçirilir?

Bankın məxfilik siyasətində isə icazəsiz girişlərin qarşısının alınması üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunur.

Elə isə ortaya əsas sual çıxır:
Kart sahibinin fiziki olaraq Azərbaycanda olduğu halda kart məlumatlarından istifadə edilərək Xorvatiyada əməliyyat aparılırsa, bu əməliyyat niyə şübhəli kimi qiymətləndirilməyib?

Əlbəttə, konkret hadisənin necə baş verdiyini yalnız bankın texniki araşdırması müəyyən edə bilər. Kart məlumatlarının oğurlanması, əvvəlki ödəniş məlumatlarından istifadə, kartın hansısa platformada yadda saxlanılması və ya digər səbəblər mümkün ola bilər. Amma müştərinin narahatlığını “hakerlərdir” ifadəsi ilə yekunlaşdırmaq kifayət deyil.

Sual çox sadədir: müştərinin pulu təhlükəsizdirmi?

Bir bank müştərisinə kart təqdim edirsə, müştəri də haqlı olaraq gözləyir ki, onun kartından xəbərsiz və şübhəli əməliyyatlar mümkün qədər tez aşkarlansın və qarşısı alınsın. Burada söhbət yalnız bir kartdan və bir müştəridən getmir. Çünki dəfələrlə belə şikayətlər olub sosial şəbəkələrdə. Əgər bu cür hallar təkrarlanırsa, artıq məsələ sistemli şəkildə araşdırılmalıdır!

Bizim məqsədimiz kimisə ittiham etmək deyil. Məqsəd müştərinin pulunun təhlükəsizliyi ilə bağlı suallara cavab almaqdır. Ona görə Leobank rəhbərliyindən soruşuruq:

Sentyabrın 2-də Azərbaycanda olan müştərinin kartından Xorvatiyadakı otellə bağlı əməliyyat necə mümkün olub? Bu əməliyyat bankın təhlükəsizlik sistemi tərəfindən niyə bloklanmayıb və ya əlavə təsdiq tələb olunmayıb? Müştərinin kart məlumatlarının hansı şəkildə ələ keçirildiyi araşdırılıbmı?

Müştəriyə “hakerlərdir, heç nə edə bilmərik” məzmununda cavab verilməsi doğrudurmu?

Və ən əsası:
Sabah kartında 50 manat yox, 50 min manat olan müştərinin başına eyni hadisə gəlsə, bankın cavabı nə olacaq?

Və ən vacibi:
Müştərinin vəsaiti oğurlanarsa, məsuliyyət kimin üzərinə düşür? Bank belə halların qarşısını almaq üçün hansı əlavə kibertəhlükəsizlik tədbirlərini görür?

Müştərinin bankdan gözləntisi çox sadədir: pulunu qorumaq və problem yarananda “heç nə edə bilmərik” deməmək.

Leobankın bu suallara rəsmi mövqeyi, şübhəsiz ki, ictimaiyyət üçün maraqlı olacaq.

Könül Aypara - Yenicag.az

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əziz Səncəri "Şöhrət" ordeni ilə təltif edib.

Bu barədə Prezident Sərəncam imzalayıb.

Ə. Səncər ordenlə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, 1946-cı ildə Mardində anadan olan Əziz Səncər ilk və orta təhsilini Mardində alıb. 1969-cu ildə İstanbul Universitetinin tibb fakultəsindən birincliklə məzun olub. Doktorantura üzrə təhsilini isə Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı əsasında alıb.

O, 1977-1982-ci illər ərzində Yel Universitetində tibb üzrə dərs keçib. 2001-ci ildə Şimali Korolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb. Bu mükafat Amerika Kimya Cəmiyyəti tərəfindən verilib. 2005-ci ildə isə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub. Daha sonra isə həyat yoldaşı ilə birlikdə ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradaraq ABŞ-də təhsil alan türk tələbələrə dəstək olmağa başlayıb.

Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...



Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin keçmiş direktoru Mətanət Rzayeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bu barədə eks-məktəb direktoru Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi irəli sürüb.

Məlumata görə, Mətanət Rzayeva 2001-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub, 2006-cı ildən 2025-ci ilədək Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

İş materiallarına əsasən, məktəbdə aparılan monitorinqlər zamanı təlim-tərbiyə prosesi, sənədləşmə, şagird və müəllimlərin davamiyyəti, eləcə də kadr idarəçiliyinin təşkili ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib.

Məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktorunun əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığı qənaətinə gəlinib. Aşkar edilmiş nöqsanlarla əlaqədar 2025-ci ildə müvafiq əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən həmin məktəbdə təkrar monitorinq keçirilib. Monitorinq zamanı təlim-tərbiyə prosesi, məktəb sənədlərinin aparılması, şagird və müəllim davamiyyəti, habelə kadr idarəçiliyinin vəziyyəti araşdırılıb.

Monitorinqin nəticələrinə görə Mətanət Rzayevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.

O, isə işdən çıxarılmasını qanunsuz və əsassız hesab edib.

Mətanət Rzayeva məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını, əvvəlki vəzifəsinə – Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpa edilməsini istəyib. Bundan əlavə, işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının, mediasiya sessiyasına görə ödədiyi 60 manatın və hüquqi yardım üçün ödədiyi 300 manatın cavabdehdən tutulmasını tələb edib.

İddiaçı bildirib ki, sözügedən məktəbdə direktor vəzifəsində çalışdığı dövrdə heç bir qanun pozuntusuna yol verməyib və əvvəllər barəsində intizam tənbehi tətbiq edilməyib.

Mətanət Rzayeva hesab edib ki, 2025-ci ilin aprelindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona qarşı qərəzli münasibət formalaşıb.

Onun iddiasına görə, Regional Təhsil İdarəsinin rəhbərliyinin nümayəndələri onu idarəyə dəvət edərək könüllü ərizə yazıb işdən çıxmasını təklif edib, əks halda məktəbdə monitorinq aparılacağını və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildiriblər. Mətanət Rzayeva bu təkliflə razılaşmadığını və pensiya yaşına 1 il 6 ay qaldığını iddia edib. Bundan sonra məktəbdə iki günlük monitorinq aparıldığını deyən iddiaçı, nəticədə ona verilmiş intizam tənbehinin də qanunsuz olduğunu irəli sürüb.

O, həmçinin işdən azad edilməsindən sonra iştirakı olmadan direktor otağının qıfılının dəyişdirildiyini və bununla bağlı Gəncə şəhər Prokurorluğuna müraciət etdiyini bildirib.

Cavabdeh tərəf isə iddianı qəbul etməyib. Etiraz ərizəsində bildirilib ki, monitorinq nəticəsində məktəb direktorunun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunub.

Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə keçmiş məktəb direktorunun iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib.

Bundan sonra Mətanət Rzayeva və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi, bu mümkün olmadığı halda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş olunub.

Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onu təmin etməyib.

Bununla da məktəb direktorunun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əməkhaqqının və digər xərclərin ödənilməsi barədə tələbləri təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin öz əmək funksiyalarını, müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ya əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi (xitam verilməsi) əsasını bildirir. İşdən çıxarılmanın bu əsasla həyata keçirilməsi işçinin gələcəkdə yeni iş tapmasına və ya işlə təmin olunmasına mənfi təsir göstərə bilən, hüquqi baxımdan ən ağır və məsuliyyətli maddələrdən biri hesab olunur

Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...


Goranboy şəhər 2 saylı tam orta məktəbində baş verən qalmaqalların ardı-arası kəsilmir. Məktəbdəki sanitar qovşaq insidentindən sonra redaksiyamıza təhsil müəssisəsi haqqında vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmaqdadır. Narazı valideyinlərin, pedaqoqların iddialarının hədəfində isə məktəbin keçmiş direktoru, hazırda orada müəllim kimi fəaliyyətini davam etdirən İlhamə Qasımova və onun yaxın ətrafıdır.

"Məktəbəhazırlıq qrupu üçün 500 manat rüşvət istənildi"

Gundemxeber.org-a daxil olan məlumata görə, sertifikasiya imtahanı və diaqnostik qiymətləndirmədə yüksək göstəricilərə malik olmalarına baxmayaraq, İ. Qasımova tərəfindən qərəzli münasibətə məruz qalanlar da olub. Şikayətçilər bildirirlər ki, aşağı bal toplayan digər müəllimlərin sinifləri saxlanıldığı halda, gənc nəslə dərs deyən müəllimin məktəbəhazırlıq qrupu qanunsuz bağlanıb.

Aidiyyəti qurumlar xəbərdar olduqdan sonra Təhsil Sektorundan müəllimin haqlı olduğu və siniflə təmin edilməsi barədə göstəriş verilib. Lakin iddiaya görə, keçmiş direktor bu qərarı icra etmək üçün müəllimdən 500 manat məbləğində rüşvət tələb edib. Pedaqoq məcbur qalaraq həmin məbləği İ. Qasımovanın yaxın adamına (adı redaksiyamıza məlumdur) təqdim etdikdən sonra sinif açılıb.

"Ölü canlar" və bir şagirdin iki sinifdə gedən adı

Açılan sinfin yanvar ayında yenidən bağlanması isə başqa bir korrupsiya mexanizmini üzə çıxarıb. Məlum olub ki, təlimat üzrə müəllimə verilən siyahıdakı şagirdlər əslində dərsə gəlməyən "ölü canlar"dır. Bir neçə şagirdlərin adları formal olaraq 1-ci sinifdə getsə də, real olaraq məktəbəhazırlıq qrupunda başqa bir müəllimənin yanında təhsil alıblar. Beləliklə, eyni uşaqların adından istifadə edilərək süni sıxlıq yaradılıb və bu, gəlir mənbəyinə çevrilib. Fakt Təhsil Sektorunun əməkdaşı Vüsal Cəfərov tərəfindən araşdırılaraq təsdiqini tapıb və qanunsuzluq aradan qaldırılıb.

Məktəbdəki digər ciddi qanunsuzluq iddiaları:

Redaksiyamıza təqdim olunan müraciətdə məktəbdə baş verən digər dəhşətli faktlar da yer alır:

Mənimsənilən dərs saatları: Bir müəllimin 8 ay ərzində faktiki olaraq dərsləri keçməsinə baxmayaraq, əməkhaqqının başqa bir şəxsin adına yazılaraq mənimsənildiyi bildirilir.

Dərsə gəlməyən müəllimlər: Bəzi müəllimlərin pul qarşılığında dərsə gəlmədiyi, evdə özəl hazırlıq keçdikləri, 26 saat dərs yükü olan şəxslərin həftədə cəmi 3 gün məktəbə gəldiyi vurğulanır.

Saxta sənədlər və məcburiyyət: Kollektivə saxta ərizələrin məcburi qol çəkdirildiyi, hətta "telefonların izlənilməsinə razılıq" adı altında qanunsuz sənədlərə imza atdırıldığı iddia edilir.

Siyahıda olan, amma özü şəhərdə olmayan şagirdlər: Adları məktəbdə gedən, lakin Bakı, Gəncə, Mingəçevir kimi şəhərlərdə yaşayan şagirdlərə ödəniş qarşılığında qiymətlərin yazıldığı bildirilir.

UTİS sistemindəki maxinasiyalar: Sənədləri və adı jurnalda olmayan, UTİS sistemindən gizlin çıxarılaraq imtahandan kənar qalan şagirdlərin eksternat imtahanlarına yönləndirilməsi qeyd olunur.

Ştatların süni azaldılması və psixoloqun çıxarılması: Şagird sayının süni şəkildə az göstərilməsi nəticəsində məktəbin psixoloq ştatının ləğv edildiyi, sənədləri oğurlanan zavuçun işdən uzaqlaşdırıldığı vurğulanır.

Təhqir və qanunsuz pul yığımları: Keçmiş direktorun otağını "istintaq otağı"na çevirərək müəllimləri təhqir etdiyi, hazırlıq otağı üçün hər müəllimdən 40 manat pul yığıldığı, xadimələrin maaşlarının azaldılaraq onlara məcburi ərizə yazdırıldığı bildirilir.

Sanitar qovşaq insidenti və Həmkarlar İttifaqının susqunluğu

Təhsil müəssisəsində baş verən sanitar qovşaq dağıntısı zamanı İ. Qasımovaya oğlu İlkin və atası Rafiqin köməklik etdiyi, qapıda gözətçilik etdikləri qeyd olunur. Ən acınacaqlı məqam isə müəllimlərin hüquqlarını qorumalı olan Həmkarlar Təşkilatının məktəb üzrə nümayəndəsi Gülşən Hüseynova və həyat yoldaşı Hikmətin də hadisə yerində olması, lakin prosesə mane olmaq əvəzinə susaraq aidiyyəti qurumlara xəbər verməmələridir.

Goranboy şəhər 2 saylı məktəbinin müəllim heyəti aidiyyəti dövlət qurumlarından və Elm və Təhsil Nazirliyindən məktəbdə kök salmış bu qanunsuzluqların təcili şəkildə köklü araşdırılmasını və təqsirkar şəxslər barəsində hüquqi tədbirlərin görülməsini tələb edirlər.

Məqalədə adı çəkilən İlhamə Qasımovanın və digər şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Gundemxeber.org

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25