“Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT?


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir gündə, 16.09.2026-cı ildə 3 satınalma müqaviləsi bağlayıb.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınması üzrə 123.846,07 manat dəyərində.

Qobustan rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınması üzrə 210.147,41 manat dəyərində.

Qazax rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınması üzrə 124.929,2 manat dəyərində.

Maraqlı orasıdır ki, 20.09.2024-cü ildə “Əsaslı Tikinti və Təchizat” MMC tədbir və digər proqramlarda hazır yemək (catering) xidmətlərinin satın alınması üzrə “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə 56.640 manat dəyərində müqavilə bağlayıb.

Ondan əvvəl isə “Əsaslı Tikinti və Təchizat” MMC Siyəzən şəhəri, Heydər Əliyev Mərkəzinin binasında cari təmir işlərinin satın alınması üzrə 417.097,2 manat dəyərində müqaviləni də 11.07.2024-cü ildə sözügedən MMC ilə bağlayıb.

Gəncə şəhəri, Heydər Əliyev Mərkəzinin binasının əsaslı təmir işlərinin satın alınması üzrə 239.642,72 manat dəyərində müqavilə də 11.07.2024-cü ildə “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə bağlanılıb.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC 2024-cü ilin iyunundan bu yana “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə ümumi dəyəri milyon manatdan çox olan 6 satınalma müqaviləsi bağlayıb. Həm də əsaslı təmir işləri ilə bərabər hazır yemək (catering) xidmətləri üzrə.

Maraqlıdır ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin rəsmi portalında əsas fəaliyyət sahəsinin mebel istehsalı, elektrik işıqlandırma işləri , tikinti – təmir və quraşdırma işləri göstərilir. Belə olan halda “Əsaslı Tikinti və Təchizat” MMC hazır yemək (catering) xidmətləri üzrə müqaviləni hansı əsalarla bağlayıb.

Qeyd edək ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin adı mediada bir sırfa şübhəli satınalmalarda hallanır. MMC əsasən bir neçə rayon icra hakimiyyəti ilə işbirliyində olub, avtomobil yollarında təmir işləri, mənzil fondunun əsaslı təmiri işləri, inşaat və tikinti mallarının, abadlaşdırma xidmətləri, tədbirlərin təşkili, tədbirlərlə bağlı mal-materialların alınması, ağacların, kolların və mövsümi güllərin alınması üzrə satınalmaların qalibi olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 14.02.2022-ci il tarixli, EL-85/2022/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.11.2013-cü ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə edilən dəyişiklikliklərdə MMC -nin ilk adı “RESHAD MME”, ilk hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MEHMAN BÜNYADZADƏ, ev 251, mənzil 63 olduğu göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda bir neçə nəfər rəhbərlik etmişdir. İlk qanuni təmsilçisi Sadıqov Ceyhun İsmayıl oğlu olmuşdur. Daha sonra Əliyev İsgəndər İsrafil oğlu, İsgəndərov Coşqun Fəxrəddin oğlu, İsgəndərova Şəhanə Əbülfət qızı MMC-yə müxtəlif vaxtlarda rəhbərlik etmişlər.

Bəs adıçəkilən bu şəxslər kimlərdir?

Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2023-cü il tarixli, EL-623/2023/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.

Qeyd edək ki, Xudiyev Nadir Bilman oğlunun qanuni təmsilçisi olduğu “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC və “İS.M.M.” “MMC son illər bir neçə eyni rayonda ayrı-ayrı xidmətlərlə onlarla tenderlərin qalibi olubular.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilimiş məlumatlardan da görsəndiyi kimi bir nəfərin, Nadir Xudiyevin qanuni təmsilçilik etdiyi “RASH.M.M.TRADE AND SERVİCES-2020” , “İS.M.M.” MMC-ləri eyni rayonlarda müxtəlif işlərin görülməsi üzrə tenderlərin qalibi olurlar. Əslində isə bu MMC-lərin lisenziyaları ancaq tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrədir. Bu isə o deməkdir ki, bu MMC-lər tenderləri qanuni yollarla deyil, danışıqlar yolu ilə əldə edirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Elçin Həsənzadədir. O, sözügedən vəzifəyə 2025-ci ilin sentyabrında təyin edilib. Görsənən odur ki, Elçin Həsənzadə də sələflərindən geri qalmayaraq Nadir Xudiyevlə işbirliyi qurmağa başlamış, ayrı-ayrı rayonlardakı mədəniyyət mərkəzlərinin təmiri üzrə bir gündə 3 müqavilə bağlamışdır.

Aktualinfo.net

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib.

Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 118 il əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56