Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.



Son illər ölkəmizdə qanunsuz tikililər və onların doğurduğu fəsadlarla bağlı ölkə mediasında çoxlu sayda məqalələlər yer alamqdadır. Media və sosial mediada yer alan məqalə və məlumatlaırn təhlili onu deməyə əsas verir ki, bu gün respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.

Rayonun sabiq icra başçısı Bədəl Bədəlovun zamanında bu problem kifayət qədər aktual olsa da, günümüzdə məlum problemin bütün sərhədləri aşdığı, yeni bir mərhələyə yüksəldiyi göz önündədir. Rayonda qanunsuz tikililərin artması onu deməyə əsas verir ki, burada icazəsiz tikililərin inşası üçün əlverişli mühit mövcuddur. Əgər belə olmasaydı, o zaman Suraxanıda qanunsuz tikililər “ayaq açıb yeriməzdi”.

Rayonda qanusnuz tikililərin artması yaşıllıqların və açıq sahələrin azalması, yol və səkilərin daralması, tıxacların artması, digər vətəndaşların haqq və hüquqlarının pozulması ilə paralel müşahidə edilir ki, bu da rayon sakinləri tərəfindən haqlı narazılıqla qarşılanır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu prosesə qarşı mübarizə aparmalı olan rayon icra hakimiyyəti isə daha çox cəmiyyətin tələbatını ödəməyə xidmət edən tikililərin söküntüsü ilə məşğuldur. Buna nümunə olaraq Hövsanda mərasim zalının sökülməsini göstərmək olar.

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı mediada əsasən tənqid xarakterli məqalələrdə yer alır. İcra başçısının yaxın keçmişdə yarıtmaz fəaliyyətinə görə töhmət aldığı da media və sosial medidada yer alan məlumatlar sırasındadır. Bütün bunlar onu göstərir ki, Suraxanıdakı problemlərin həlli daha yüksək səviyyədə inzibati müdaxilə tələb edir. Yalnız belə olan təqdirdə rayon daxilində nizam yaratmaq, qanunsuz tikililərə qarşı effektiv mübarizə aparmaq mümkündür.(Teref.fun)
Lalə

Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt


Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan bir qrup pasiyent xəstəxananın qapılarının axşam saatlarında bağlanmasından və həyətə çıxmağa icazə verilməməsindən narazıdır.

Xəstələr bildirir ki, axşam yeməyinin miqdarı azaldılıb, menyuda sadəcə iki dilim qara çörək, bir tikə ət və bir ədəd kartof olub. Bundan başqa, xəstəxananın qapısının saat 18:00-dan sonra bağlandığı və xəstələrin həyətə çıxmasına icazə verilmədiyi iddia olunur.

Görüntüləri hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu stasionar müalicə alan pasiyentlər göndərib. Xəstəxənada olan Pasiyentlər iddiaları təsdiqlədilər.

Qeyd edək ki,Elmi-Tədqiqat Kardiologiya İnstitutun rəhbəri Gülnaz Dadaşovadır.

Bizimesr.media

“Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu


Azərbaycanda iri tikinti şirkətlərindən olan “Kristal Bakı” ASC-nin külli miqdarda vergi borcunun olduğu iddia olunur. Məlumata görə, vergi borcu ilə bağlı şirkətə rəsmi xəbərdarlıqlar da göndərilib.
23 ildən artıqdır fəaliyyət göstərən “Kristal Bakı” ASC Bakı şəhərində iri yaşayış komplekslərinin tikintisi və satışı ilə məşğuldur. Şirkətin layihələri arasında “Kristal Towers”, “City Garden Narimanov”, “Park Yasamal”, “Park Yasamal 2”, “Park Əcəmi” və digər yaşayış kompleksləri yer alır.
Qeyd edək ki, şirkətin 2023-2024-cü illəri böyük zərərlə başa vurduğu, 2025-2026-cı illərdə isə böyük gəlirlər əldə etdiyi bildirilir. Məlumatlara görə, “Kristal Bakı” ASC deputat Ağalar Vəliyev və ailəsinə məxsusdur.
Qeyd edək ki, bu məlumatlarla bağlı “Kristal Bakı” ASC-yə sorğu ünvanlanıb.
Bizimesr.media

Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO


Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində aparılan asfaltlama işləri sakinlərin narazılığına səbəb olub.

Bizimesr.media bildirir ki, sakinlər son günlər qəsəbədə aparılan asfaltlama işləri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən geniş şəkildə təqdim edilsə də, ərazinin yalnız kiçik bir hissəsini əhatə edir. Bildirilir ki, xüsusilə V massivi və AB massivinin əsas hissəsində yollar hələ də bərbad vəziyyətdədir.

Sakinlər qeyd edirlər ki, qəsəbənin yollarının asfaltlanması ilə bağlı gözləntilər böyük olsa da, görülən işlər problemin yalnız müəyyən hissəsini əhatə edir. Onların narazılığına görə, əsas yolların bir hissəsinin yenə asfaltlanmadan saxlanılması nəticəsində Yeni Günəşlidə yol problemi tam həll olunmuş hesab edilə bilməz.

Xüsusilə V massivinin yollarının hazırkı vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olur. Ərazidə çala-çuxurlar və asfalt örtüyünün yararsız vəziyyətdə olması gündəlik hərəkəti çətinləşdirir.

Qeyd edək ki, Suraxanı rayon icra başçısı Adil Əliyevidir.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/yeni-guneslide-gozden-perde-asirlar---esas-yollar-yene-kenarda-qalib--video-23414

Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO



Binəqədi rayonunda son illər müxtəlif obyektlərdə aparılan artırma və yenidənqurma işləri ilə bağlı görüntülərin sayı artır..
Mövcud tikililərin üzərinə əlavə konstruksiyaların quraşdırılması, obyektlərin sahəsinin faktiki olaraq genişləndirilməsi, yaşıllıqların obyektə çevrilməsi artıq ayrı-ayrı ünvanlarda müşahidə olunan gözəl mənzərəyə çevrilib.

Bizimesr.media bildirir ki, son görüntülər də bu baxımdan diqqət çəkməyə bilməz.

Məsələn, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən böyük qeyri-yaşayış obyektinin damında iri metal konstruksiyalardan ibarət göz oxşayan, “Şəhərsalma və Memarlıq İli”nə xas olan gözəl yeni tikinti aparılır. Görüntülərdən konstruksiyanın kifayət qədər böyük sahəni əhatə etdiyi görünsə də, eybi yox, əsas olan bu “məmnuniyyətdir”.

Əlbəttə, belə görüntü varsa, sual da var – Bu nədir, adi təmir, yoxsa mövcud obyektin faktiki genişləndirilməsi? İkinciyə daha çox oxşayır, amma, belə desək, müəllimlərin xoşu gəlməz... Ona görə də, adını qoyaq, yenə “vətəndaş məmnuniyyəti...”. Zatən, Binəqədi rayonunda belə artırmalarla bağlı müzakirələr, videolar yeni deyil və rayon rəhbərliyi də şad-xürrəmdir.

Elə bu zaman daha bir sual ortaya çıxır, amma bu sualı daha yumşaq səsləndirmək lazımdır ki, müəllimlərin acığı tutmasın – Cənablar, Binəqədidə tikinti aparmaq niyə bu qədər asanlaşıb? “Vətəndaş məmnuniyyəti” həqiqətənmi siz məmurlar üçün qanunlardan, məcəllələrdən üstündür, yoxsa bu, sahibkarları, pullu adamları cəlbetmə modelidir?

Kiçik haşiyə...

Elxan müəllim (Allahverdiyev) 2018-ci ilin iyunundan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Hacıbaba müəllim (Babayev) isə 2022-ci ildə Binəqədi RİH başçısının müavini təyin edilib. Hazırda rayon rəhbərliyinin tərkibində müavin kimi fəaliyyət göstərir.

Deyilənə görə, ikinci gələndən rayonun müxtəlif ərazilərində tikinti və artırma işləri tamam asanlaşıb. Müraciət edən sıravi vətəndaşlar üçün qəbul növbə ilə olsa da, sahibkarlar, imkanlı adamlar, obyekt sahibləri üçün növbəsizdir. Əlbəttə, sıravi vətəndaş həmişə problem olub, ya gəlib iş istəyəcək, ya da dərd-sər tökəcək. Sahibkar, biznesmen, obyekt sahiblərinin belə dərdi-səri yoxdur, onlar xeyrə gəlirlər, tikməyə, qurub-yaratmağa, binaların üstündə obyekt tikməyə, ağacları kəsmək üçün icazə almağa, yəni xeyir verməyə gəlirlər.

Elə buna görə də, hər tikintiyə, hər ağac kəsiminə, hər artırmaya “qanunsuz” damğası vurmaq olmaz. Əlavə olaraq, mövcud binanın üzərinə əlavə konstruksiya quraşdırılırsa, obyektin görünüşü və həcm-fəza həlli dəyişirsə, burada sənəd niyə lazımdır ki? Sənəd o adama lazımdır ki, kasıbdır, pulu yoxdur, özünə ev tikmək istəyir... Bu yekəlikdə obyekti olan biznesmenə binanın üstündə bir dəmir konstruksiya ilə nəsə artıracaq, ona sənədmi lazımdır? Əlbəttə ki, xeyr... Sənəd, rəy, memarın çertyoju, imzası, kupça, icazə – bunların hamısı kasıb üçündür, elədir, Hacıbaba müəllim Babayev? Düz deyirəm?

Yəni, pulu və imkanı olan obyekt sahibi istədiyi yerdə istədiyi artırmanı edər, artıq imkanı olanda, əgər ürəyi istəsə, sənədləşmə və razılaşdırmanı sonra edər. İstəməsə, heç etməz, kasıb-zad deyil ki...

“Vətəndaş məmnuniyyəti” adı altında hər şey mümkündür, varlılar, obyekt sahibləri üçün bəli...

Qaydalarda nə yazılır?

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/bineqedide-sehersalma-ve-memarliq-ili--damlar-da-tikintiye-qosulub---video-23411
İcra hakimiyyətlərinin fəaliyyətində vətəndaş müraciətlərinin dinlənilməsi və problemlərin həlli təbii olaraq mühüm istiqamətlərdən biridir. Vəssalam da, sahibkar da, imkanlı şəxs də vətəndaşdır və onun müraciəti həll olunub, kasıb xoş gəldi...

Çoxları deyir ki, “vətəndaş məmnuniyyəti” anlayışının sərhədi dəqiq müəyyənləşdirilməlidir. Əlbəttə, müəyyənləşib, sahibkar, obyekt sahibi və ya obyekt tikmək istəyən makler, imkanlı şəxs...

Vətəndaşın məmnun qalması üçün onun istəyinə uyğun tikinti aparılmasına şərait yaradılması başqa məsələdir, qanunvericiliyin tələblərinə uyğun tikinti aparılmasına nəzarət etmək isə tamam başqa məsələ. Çünki Hacıbaba müəllim üçün tikinti sahəsində əsas meyar “alan da razıdır, satan da” prinsipi niyə olmasın ki?

Gəldik çatdıq, Məmməd Səid Ordubadi küçəsinə.

İndi isə konkret məsələyə qayıdaq. Məmməd Səid Ordubadi küçəsindəki obyektin damında iri metal konstruksiya quraşdırılır. Bu konstruksiyanın hansı məqsədlə qurulduğu görüntülərdən tam aydın olmasa da, gözəl görünür... Ölkəmizə gələn turistlər təyyarədən bu görüntünü görüb necə də sevinəcəklər... Bu da xarici vətəndaş “məmnuniyyətidir...”. Təyyarədən yerə baxan xarici vətəndaş nə bilir, bu konstruksiyanın layihəsi varmı, kim tərəfindən razılaşdırılıb, neçiyə həll olunub?

Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – Video

Əgər bu tikinti ilə bağlı müvafiq sənədlər, razılaşdırma və icazələr varsa, onların açıqlanması niyə lazımdır? Kimin nə borcunadır, Elxan, Hacıbaba müəllimlər tikinti sahibi ilə necə razılaşıb? Bəlkə heç deyiblər, “get tik, narahat olma, biz buradayıq”, bəlkə özlərinindir...

Çoxları elə bilir ki, rayon rəhbərliyinin əsas vəzifələrindən biri vətəndaşın istədiyini etmək, şərait yaratmaqdır. Elə şey yoxdur, rayon rəhbərliyinin vəzifəsi, vətəndaş məmnuniyyətidir, ki, onu da sahibkarlardan dolunca alır.

Binəqədi şəhərin ən böyük və ən sıx rayonlarından biridir. Belə ərazidə hər bir əlavə tikinti və artırma son nəticədə ümumi şəhərsalma mühitinə təsir göstərir. Bu səbəbdən də rayon ərazisində obyektlərin üzərinə əlavə mərtəbə xarakterli konstruksiyaların quraşdırılması, damların bağlanması, fasad və həcm dəyişikliklərinin aparılması adi məsələ deyil və hər adam bunu edə bilməz...

Əgər hər bir sahibkar öz obyektində istədiyi konstruksiyanı qura bilirsə, o zaman şəhərsalma qaydalarının, layihənin və icazənin nə əhəmiyyəti qalır? Axı onun əhəmiyyəti ancaq kasıb ev tikəndə vacibdir, varlılara, sahibkarlara bu aid deyil...

Ədil Hüseynov
Bizimesr.media

Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur



“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə hər birinin dəyəri milyonlarla manat olan 13 satınalma müqaviləsi bağlayıb. Qurumun müqavilə bağladığı şirkətlərin hamısı daha əvvələr işbirliyində olduqları, sədr Baba Rzayevə yaxınlığı ilə seçilənlərdir. “Azərenerji” ASC daha çox “Azconstruction” QSC ilə müqavilə bağlayıb ki, diqqətimizi çəkməyə bilməzdi.
Naxçıvan MR-da ümumi gücü 50 MVt (25+25 MVt) olan GES-lərin enerjisistemə inteqrasiyası işləri üzrə 30.746.000 manat dəyərində.
Yeni tikilən YS-ya üçün avadanlıqların satın alınması üzrə 59.996.734,71 manat dəyərində.
Mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işləri üzrə 21.280.660,78 manat dəyərində.
110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sistemininə inteqrasiyası, Yaşma YS-da gücləndirmə və genişləndirmə işləri ilə birgə satınalınması üzrə 45.964.995,01 manat dəyərində.

Göründüyü kimi “Azərenerji” ASC bir gün ərzində 4 böyük həcmli açıq tenderi “Azconstruction” QSC verib ki, ümumi dəyəri 157 988 389 manat təşkil edir.

Bundan əlavə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə “ELECTRO İNDUSTRİES” QSC ilə də ümumi dəyəri 14 243 661 manat dəyəri olan iki müqavilə bağlayıb.

Maraqlıdır, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir gün içində yüz yetmiş milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur və barələrində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “AZCONSTRUCTION” (VÖEN: 1902376131) Qapalı Səhmdar Cəmiyyətinin 09.04.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Əliyeva Təranə Tahir qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AZCONSTRUCTION” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Bayram Kərim oğlu olub. 2018-ci ilin avqust ayında təşkilatı-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra Şükürov Vəlixan Qurban oğlu, Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu, Əliyev Rəşad Taqif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.


Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELECTRO İNDUSTRİES” (VÖEN: 1401861671) Qapalı Səhmdar Cəmiyyətinin 21.10.2010-cu il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Qurbanov Emin Telman oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “VERDİCT-SERVİCE COMPANY” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Abbasov Nadir Əlisaab oğlu olub. 2018-ci ilin fevralında adını və təşkilatı-hüquqi formasını dəyişərək “ELECTRO İNDUSTRİES” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Rzaxanov Vaqif Alxas oğlu, Qarayev Natiq Yaqub oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, reyestr məlumatlarında “ELECTRO İNDUSTRİES” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, A.A.MİRQASIMOV, ev 2 daha sonra XƏZƏR RAYONU, AĞAMALI OĞLU (ZİRƏ QƏS.), ev 23 göstərilib. “AZCONSTRUCTION” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, BÜLBÜLƏ ŞTQ, MƏNBƏ, ev 38, mənzil 0 göstərilib.
Hər iki şirkət, “AZCONSTRUCTION” QSC 12.06.2020-ci ildən, “ELECTRO İNDUSTRİES” QSC isə 17.07.2020-ci ildən eyni yerdə, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, ünvanında fəaliyyət göstərirlər. Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu hər iki şirkətə ayrı ayrı vaxtlarda rəhbərlik ediblər. Bu isə o deməkdir ki, hər iki şirkət bir nəfər tərəfindən idarə olunur.

Bəs bu bir nəfər kimdir?

Elektron medianın yaydığı məlumata görə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. “Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi “Elektro İndustries” QSC göstərilib.

Qeyd edilir ki, Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar “Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Podratçı şirkət isə “Elektro İndustries” QSC olub. “2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq.
Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, – müraciətdə qeyd olunur.
İş adamlarının dediklərindən belə anlaşılır ki, onların pulunu podratçı “Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.

“Azconstruction” QSC-yə gəlincə. Vergi xidmətinin məlumatlarında QSC-nin təsisçisi Əhmədov Bayram Kərim oğlu olub. Elektron mediada yayılan məlumatlara görə o, 2024-cü ilin iyuluna qədər İcbari Sığorta Bürosunun icraçı direktoru olmuş Rəşad Əhmədovun atasıdır. Hazırda, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Rəşad Əhmədovun biznes imperiyasına “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC kimi şirkətlər daxildir. Bu şirkətlər daha çox “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilən tenderlərdə qalib çıxarılaraq dövlət sifarişləri alır, ölkənin müxtəlif yerlərində işlər görürlər.

Amma apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bu şirkətlərin qanuni təmsilçilərinin kim olmasından asılı olmayaraq oxlar “Azərenerji” ASC-nin sədri Baba Rzayevi göstərir. Çünki, Baba Rzayevin bu QSC-lərlə uzaqdan, yaxından doğmalığı, bağlılığı olmasaydı bu şirkətlər milyonlarla dövlət sifarişlərini belə asanlıqla əldə edə bilməzdilər.

Aktualinfo.org

Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?


“20 ildir eyni müəssisədə işləyirəm, lakin indi əmək müqaviləmə xitam verilir”.
Bizmesr.media bildirir ki, bu şikayətlə Şirvan Peşə Liseyində 20 ildir istehsalat üzrə menecer vəzifəsində çalışan Nuridə Muradova müraciət edib. 42 yaşlı N.Muradova bildirib ki, o, 2006-cı ildən Şirvan Peşə Liseyində çalışır: “Əvvəllər yarımştat laborant kimi fəaliyyət göstərirdim. Daha sonra liseyin həmin dönəmdə çalışan direktoru bu ixtisasın ixtisar ediləcəyini və məni işdən çıxaracağını demişdi. Lakin o vaxt bu qərara Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi etiraz etdiyi üçün işimdə qalmışdım.
Bir müddət sonra mənə istehsalat üzrə menecer vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt mən də daxil olmaqla, çoxsaylı müəllim, usta, texniki və inzibati işçilər işə qəbul edildi, onların bir qismi ilə müddətli əmək müqaviləsi bağlandı. Ancaq əmək müqaviləmin vaxtı bitməmiş Agentlikdən dedilər ki, istehsalat üzrə menecer vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur”.

Vətəndaş deyir ki, bu qərarın verilməsi üçün əsaslı səbəb yoxdur: “Həmin ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələr müxtəlif məhsullar, o cümlədən, gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəsi göndərilib. Bu problemlərin həll edilməsini istəyirəm və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın”.
N.Muradova, həmçinin bildirir ki, işlədiyi müddətdə tutulmalardan sonra əməkhaqqı 470 manat olduğu halda kartına daha az məbləğ köçürülüb. Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabı olduqca maraqlı və başdansovdu olub. Agentlikdən şablon cavab, şablon münasibət bildirilib.
Əlbətdə belə də olmalıdır. Çünki, Şirvan Peşə Liseyinin yeni təyin olunan direktoru Vasif Eyvazov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının bir başa adamıdır və onu bu posta o gətirib.
Bizimesr.media Vasif Eyvazovun fəaliyyətini və Şirvan Peşə Liseyində uzun müddət çalışan işçiləri hansı səbəbdən işdən uzaqlaşdırdığını araşdırmağa başlayıb.
Qeyd edək ki, Vasif Eyvazov hərbçi olub, daha sonra məhz İlqar Bayramlının dəstəyi ilə iki məktəbə direktor vəzifəsinə irəli çəkilib və daha sonra Şirvan Peşə Liseyinə direktor təyin edilib. İmtahan verməyib və müsahibədən keçməyib.

Bizimesr.media

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sənəd məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:

Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir;

Bağırov Elşən Malik oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

Balabəyov Fikrət Əlibəy oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;

Bayramov Hikmət Abduləli oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir;

Beybudlu Xəyal Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 24 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

Demir Mehmet, 1990-cı ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2025-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

Əliyev Maarif Eldar oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilmişdir;

Kərimov Sahil Aqil oğlu, 2004-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir;

Qasımov Rəfail Güloğlan oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 13 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

Mikhayılov Kirill Vladimiroviç, 1980-ci ildə anadan olmuş, Rusiya Federasiyasının və İsrail Dövlətinin vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;

Muradov Qurban Sultan oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir;

Musayev Cəlal İlham oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 31 may tarixli hökmü ilə məhkum edilmişdir;

Özdemir Salih, 1981-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2024-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

Rəhimov İqbal Əliabas oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 26 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

Rüstəmov Elman Yaşılxan oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 26 avqust tarixli hökmü ilə məhkum edilmişdir;

Ryan Martin Riçard, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə məhkum edilmişdir;

Sabir Sonia, 1995-ci ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;

Süleymanov Sürət Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli hökmü ilə məhkum edilmişdir;

Süleymanzadə İlqar Vüqar oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2022-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

Eyni zamanda Sərəncamla İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Dadaşov Əziz İman oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı



Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi “Tos Oil” yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə “get özün hazırla”, - cavabını alıb. Nəticədə qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:

“Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “Gəlin qızınızı aparın”, - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimi görüb icazə vermədi. Dedi heç yana getməyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan, mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq “getmə, getsən səni vuracam”, - deyə bildirdi.

Ona dedim ki, “Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram”. Bu zaman Zamiq uşaqları həyətə oyun oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.

Zamiq məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördü, onlar da maşına əyləşdi. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.

Bildirilib ki, hadisədən sonra Zamiq İsgəndərov həbs edilib.

Məhkəmə tərəflərin barışmasını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.

Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"


Sumqayıt son illər böyük abadlıq və quruculuq işləri ilə simasını dəyişən şəhərlərdən biridir. Yeni parklar salınıb, müxtəlif infrastruktur layihələri həyata keçirilib, şəhərin ümumi görünüşündə dəyişikliklər baş verib.

Lakin şəhərin müxtəlif ünvanlarından tikinti və şəhərsalma ilə bağlı şikayətlərin olması başqa bir mənzərəni də gündəmə gətirir. Sərvər Bədəlbəyli küçəsi, 289A ünvanında çəkildiyi bildirilən görüntülər də bu baxımdan diqqət çəkməyə bilməz.

Bizimesr.media bildirir ki, Sumqayıt Bakıdan sonra Azərbaycanın ən böyük şəhərlərindən biridir. Sovet dövründən sənaye şəhəri kimi formalaşan şəhərə 2015-ci ildən Zakir Fərəcov rəhbərlik edir. Fərəcovdan əvvəl isə Sumqayıtın icra başçısı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov olub.

Abadlıq var, bəs şəhərsalma necə qorunur?

Xüsusilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir vaxtda bu sual daha aktualdır. Şəhərin parklarının, küçələrinin və binalarının yenilənməsi ilə yanaşı, mövcud yaşayış məkanlarının qorunması, tikintilərin şəhərsalma sənədlərinə uyğun aparılması şəhər idarəçiliyinin, əsasən Zakir Fərəcovuin əsas işi olmalıdır. Belədirmi?

Sərvər Bədəlbəyli 289A-da nə baş verir?

Sözügedən ünvandan çəkilən görüntülərdə yaşayış binasının birinci mərtəbəsinin qarşısında tikinti işlərinin aparıldığı görünür. Ərazidə işçilər çalışır, beton konstruksiyalar hazırlanır və binanın qarşısında müəyyən tikinti işləri həyata keçirilir.

Təbii ki, görüntülər tikintinin hüquqi statusunu müəyyənləşdirmir, amma suallar yaradan amillər də olmamış deyil - Bu tikinti hansı sənədlər əsasında aparılır?
Qanun nə deyir, Zakir Fərəcov?

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, tikinti obyektlərinin inşasına icazə tələb olunur. İcazə tələb olunan tikinti isə şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun həyata keçirilməlidir.

Məcəllənin 69-cu maddəsində binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulması və həmin sahələrdə yerüstü tikinti obyektlərinin inşasına yol verilməməsi ilə bağlı müddəalar da yer alır.

Deməli, məsələ yalnız “binanın qarşısında tikinti aparmaq olar, ya olmaz” sualından ibarət deyil. Ərazinin hüquqi statusu, təsdiqlənmiş şəhərsalma sənədləri, layihə, tikintinin növü və icazə sənədləri nəzərə alınmalıdır.

Bu baxımdan Sərvər Bədəlbəyli 289A ünvanında konkret suallar yaranır və aidiyyatı üzrə araşdırılması və cavablandırılması vacibdir.

“Şəhərsalma və Memarlıq İli”ndə bu tikintiyə kim nəzarət edir?

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir vaxtda şəhərlərin planlaşdırılması və tikinti qaydalarına əməl olunması məsələsi xüsusi əhəmiyyət daşıyır. Sumqayıt kimi inkişaf etmək istəyən və əhalisi çox olan şəhərdə yaşayış binalarının ətrafında aparılan tikinti işlərinin şəhərsalma sənədlərinə və təhlükəsizlik tələblərinə uyğunluğu sakinlər və aidiyyatı qurumlar üçün də vacib məsələ olmalıdır.

Sərvər Bədəlbəyli 289A ünvanında isə hazırda açıq mənbələrdə tikintinin hüquqi əsasını tam şəkildə izah edən rəsmi açıqlama və ya sənəd görünmür.

Bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyinin açıqlanması vacibdir.

Sərvər Bədəlbəyli 289A ünvanında nə tikilir?
Tikinti hansı sənədlər əsasında aparılır?
Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aidiyyəti strukturları və digər əlaqədar qurumlar bu suallara aydınlıq gətirməsini gözləyirik.

Nigar Hüseyn
Bizimesr.media

Xəbər lenti

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14