Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT



Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın ətrafına aid bir sıra əmlaklara həbs qoyulub.

Məlumata görə, istintaq orqanının diqqətindən kənarda qaldığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus bir sıra digər əmlaklar da mövcuddur.

Belə ki, əldə etdiyimiz məlumata görə, Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə İlham Əliyevin şərik olduğu bildirilən bir sıra obyektlər satışa çıxarılıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılan əmlak elanlarında Xaçmaz rayonunda yerləşən müxtəlif qeyri-yaşayış obyektləri və torpaq sahələri satışa təklif olunur.

Xaçmaz rayonunda yerləşən bir neçə əmlakın satıldığı bildirilir.

Elana əsasən, təklif olunan əmlaklar arasında aşağıdakılar var:

Xaçmaz şəhərinin mərkəzində: Xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin qarşısında yerləşən, 300 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti.

Mirzəoba kəndində: 10 hektar torpaq sahəsi. Elan müəllifi ərazinin setka hasara alındığını, suvarma üçün artezian sisteminin və transformatorun olduğunu, çıxarışının mövcudluğunu qeyd edib.

Həsəngala kəndində: Üç gölün, ümumilikdə 5 hektar və əlavə 2 hektar torpaq sahəsinin satıldığı bildirilir. Elana əsasən, əmlakların çıxarışı var.

Yalama ərazisində: Dörd yolun yaxınlığında, magistral yolun kənarında yerləşən 85 sot torpaq sahəsi satışa çıxarılıb. Elan müəllifi bu əmlakın da çıxarışının olduğunu bildirir.

Əmlakların mümkün müsadirə və ya həbs riskini nəzərə alaraq satışa çıxarıldığı ehtimalı da istisna edilmir.

Gununsesi

"İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - GİLEY



"İnternational" bank olmayan kredit təşkilatının rəhbəri vətəndaşa qarşı kobudluq edib.
Bununla bağlı Manset.az-a şikayət daxil olub. Belə ki, "İnternational" BOKT-nın Gənclikdə yerləşən şöbəsinin rəhbəri olduğu bildirilən 90 AS 055 "Mercedes Galenvagen" markalı avtomobilin sürücüsü filialın qarşısında vətəndaşa kobudluq edib. Vətəndaş Ədilə Abdullayeva bank olmayan kredit təşkilatının qarşısında park yeri üçün nəzərdə tutulmayan, piyadaların hərəkətinə mane olan səkinin görüntülərini çəkərkən təşkilatın rəhbəri avtomobilini vətəndaşın üzərinə sürüb. Ədilə Abdullayeva qəzadan son anda xilas olub. Görüntülər çəkilən videoda öz əksini tapıb.
Bunu da bildirək ki, həmin ərazi vətəndaşların intensiv hərəkəti üçün nəzərdə tutulub. Ərazidə parkinq xidməti mövcud deyil.

Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinləri eşidən heç bir qurum yoxdur -VİDEO


Bakının Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 5 ünvanında otel tikintisi aparıdığı iddia olunur. Bizimesr.media bildirir ki, ərazidə yaşayan sakinlər tikinti və ağacların məhv edilməsi ilə bağlı şikayətlərinə cavab verilmədiyini bildirirlər. Sakinlərin sözlərinə görə, sözügedən ünvanda aparılan tikinti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək heç bir nəticə əldə olunmayıb.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/yeni-yasamalda-agaclari-mehv-edib-otel-tikirler---sakinleri-esiden-hec-bir-qurum-yoxdur--video-23469

Ərazidə ağaclar məhv edilir, bununla bağlı cərimələr tətbiq olunsa da, tikinti işləri davam etdirilir. Onların fikrincə, maddi imkanları geniş olan tikinti sahibinin cərimə ödəməsi otel layihəsinin həyata keçirilməsinə mane olmur.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, eləcə də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Quliyevə ünvanlanan müraciətlərin də cavabsız qaldığı bildirilir.

Beləliklə, sakinlərin şikayətlərinə baxmayaraq, Dadaş Bünyadzadə küçəsi 5 ünvanında ağacların məhv edildiyi və otel tikintisinin davam edir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.

Bizimesr.media

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xidmətin aşağıdakı hərbi qulluqçuları təltif olunublar:

"Vətən uğrunda" medalı ilə

Abbasov Abbas Tofiq oğlu – polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Məmmədov Anar Əliağa oğlu – polkovnik-leytenant

Əliyev Fariz Atabəy oğlu – mayor

Hüseynov Musa Mirzağa oğlu – mayor

Quliyev Vahid Vaqif oğlu – mayor

Şirinov Seymur Kamran oğlu – mayor.

DGK-nin idarəsində yoxlama - Vəzir Həsənovun işçiləri cəzalandırıldı - Bəs özü?



Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb.

Yoxlama zamanı gömrük orqanına bəyan edilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mühərriklərin həcminin düzgün hesablanmadığı müəyyənləşib.

Nəticədə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov baş inspektor, gömrük xidməti kapitanı Elçin Tofiq oğlu Vəlizadəni və ekspert-auditoru Babək İsa oğlu Nəsibovu vəzifəsindən azad edib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova, gömrük xidməti mayoru Qasım­bala Məmmədəğa oğlu Tağıyevə, böyük inspektor, gömrük xidməti baş leytenantı Cavid Hikmət oğlu İbrahimliyə və inspektor, gömrük xidməti mayoru Füzuli Səroj oğlu İbrahimova xəbərdarlıq edilib.

“Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsinin ekspert-auditoru Rəfail Təvəkkül oğlu Ələkbərov intizam məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovdur.

Unikal

Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları



Şirvan Peşə Liseyində kadr təyinatları, vəzifə bölgüsü və dərs yükünün paylanması ilə bağlı redaksiyamıza bir sıra məlumatlar daxil olub. Redaksiyaya daxil olan məlumatlarda lisey direktoru Vasif Eyvazovun vəzifəyə təyin olunmasından sonra uzun illər həmin təhsil müəssisəsində çalışan bəzi əməkdaşların işdən çıxarıldığı və yeni kadrların vəzifələrə gətirildiyi iddia olunur.

Lakin əsas suallar yeni təyinatlarla bağlıdır. Tədris şöbəsinin müdiri texnoloqdur?

Məlumata görə, liseyin tədris şöbəsinin müdiri Könül Səmədova Gəncə Texnologiya Universitetini bitirib və ixtisasca texnoloqdur. Onun pedaqoji təcrübəsinin olmadığı və müvafiq imtahan mərhələsindən keçmədiyi də iddia edilir. Əgər bu məlumatlar doğrudursa, ortaya kifayət qədər ciddi sual çıxır:
Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün müəyyən edilən təhsil, ixtisas və iş təcrübəsi tələbləri K.Səmədovaya necə tətbiq edilib? Onun diplomunda göstərilən ixtisas tutduğu vəzifənin tələblərinə uyğundurmu? Vəzifəyə təyin olunarkən müsabiqə, imtahan və ya digər seçim proseduru keçirilibmi? Əgər keçirilibsə, nəticələr niyə ictimaiyyətə açıqlanmasın?

Direktor müavini və həyat yoldaşı eyni liseydə

Redaksiyaya daxil olan digər məlumat direktor müavini Arifə Qasımova ilə bağlıdır. İddiaya görə, A.Qasımovanın həyat yoldaşı da həmin təhsil müəssisəsində müəllim kimi çalışır. Burada da sual yaranır: rəhbər vəzifədə çalışan şəxslə onun həyat yoldaşının eyni təhsil müəssisəsində işləməsi hansı qaydalarla tənzimlənir? Belə əmək münasibətlərinin qarşısını alan və ya onların şəffaflığını təmin edən hər hansı məhdudiyyət varmı?
Bu suala da aidiyyəti qurumların aydın cavab verməsi vacibdir.

Dərs saatları kimə və hansı meyarla verilir?

Məlumatlarda liseydə dərs yükünün bölüşdürülməsi ilə bağlı da narazılıqların olduğu bildirilir. İddialara görə, bəzi müəllimlərə əlavə dərs saatlarının verilməsində obyektivlik prinsipi pozulur və müəyyən şəxslərə üstünlük verilir. Daha ciddi iddialardan biri isə K.Səmədovanın adına müəyyən dərs saatlarının yazıldığı, lakin həmin dərslərin faktiki olaraq onun tərəfindən keçirilmədiyi barədədir. Həmçinin bəzi dərslərin magistratura təhsili alan şəxslər tərəfindən aparıldığı iddia olunur. Əgər bu iddialar təsdiqini taparsa, artıq söhbət yalnız dərs bölgüsündən deyil, rəsmi sənədlərdə göstərilən dərs yükü ilə faktiki tədris arasında uyğunluğun olub-olmamasından gedir. Bu məsələnin də müvafiq sənədlər əsasında araşdırılmasına ehtiyac var.

Müsahibə və imtahan sualı

Redaksiyaya daxil olan məlumatlarda Gülçöhrə adlı əməkdaşla bağlı da iddialar səsləndirilir. Məlumata görə, onun müvafiq müsahibə və ya imtahan mərhələsindən keçmədiyi, tələb olunan iş təcrübəsinə malik olmadığı iddia edilir. Buna baxmayaraq, onun liseydə mühasib kimi çalışdığı bildirilir. Burada da suallar açıqdır: İşə qəbul hansı prosedurla həyata keçirilib? Namizədin təhsil və iş təcrübəsi hansı sənədlərlə təsdiqlənib? Müsahibə və ya imtahan tələb olunurdusa, bu mərhələdən keçirilibmi?

Əsas məsələ: kim nəzarət edir?

Şirvan Peşə Liseyində səsləndirilən bu iddialar ayrı-ayrı əməkdaşların fəaliyyətindən daha geniş bir məsələni gündəmə gətirir: Peşə təhsili müəssisələrində kadrlar hansı meyarlarla seçilir, vəzifələrə təyinatlara kim nəzarət edir və dərs yükünün bölüşdürülməsində şəffaflıq necə təmin olunur? Əgər bütün təyinatlar və əmək münasibətləri qanunvericiliyə uyğun həyata keçirilibsə, bunu təsdiqləyən sənədlər və prosedurlar suallara aydınlıq gətirə bilər. Əks halda isə, yeni suallar yaranacaq.

Təhsil müəssisəsində vəzifə və dərs yükünün müəyyənləşdirilməsində peşəkarlıq, təcrübə və şəffaflıq əsas meyarlardırmı?

Redaksiya xüsusi olaraq qeyd edir ki, materialda səsləndirilən məlumatlar iddia xarakterlidir və aidiyyəti qurumların rəsmi mövqeyi ilə dəqiqləşdirilməlidir.

Məsələ ilə bağlı Şirvan Peşə Liseyinin rəhbərliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Təhsilmedia.com

Bakı təhsil idarəsi QALMAQALDA - Müəllimlər maaş ala bilməyəcək?


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müəyyən edilmiş bank hesablarına həbs qoyulub. 1xeber.media-nın əldə etdiyi bank məktubunda bu icra tədbirinin həyata keçirildiyi təsdiqlənir. Digər sənəd isə Təhsil İdarəsi barəsində inzibati xəta işinə məhkəmədə baxılmasının təyin edildiyini göstərir. Bəs hesablar üzrə məhdudiyyət müəllimlərin maaşına təsir edəcəkmi? Araşdırmamızın əsas sualı budur.
Məsələ 2026-cı ilin sentyabrında yazılmış iki sənədlə gündəmə gəlsə də, bankın məktubunda istinad edilən icra vərəqəsinin tarixi daha əvvələ — 28 iyul 2025-ci ilə gedib çıxır.

“Kapital Bank” məktubu 18 sentyabr 2026-cı ildə Nəsimi Rayon İcra Şöbəsinə göndərilib. Bank bildirir ki, Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli icra vərəqəsi əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bankda müəyyən edilmiş hesablaşma hesablarına həbs qoyulması təmin edilib.
Bu, hesablarla bağlı icra tədbirinin tətbiq olunduğunu göstərir. Ancaq məktubun özündə mühüm detallar açıqlanmır: söhbətin neçə hesabdan getdiyi, həmin hesablarda nə qədər vəsait olduğu, həbsin hansı məbləğ həddində tətbiq edildiyi və hesabların hansı ödənişlər üçün istifadə olunduğu göstərilmir. İcra vərəqəsinin əsaslandığı mübahisənin mahiyyəti də bank məktubundan bilinmir.
Əlimizdə olan ikinci sənəd Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2026-cı il tarixli bildirişidir. Bildirişdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə işə baxılmasının 23 sentyabr, saat 15:15-ə təyin edildiyi qeyd olunur. Bu maddə icra sənədindəki tələbin yerinə yetirilməsi ilə əlaqədardır.
Burada mühüm fərq var: məhkəmənin göndərdiyi sənəd iclas bildirişidir, qərar deyil. Yəni həmin sənəd əsasında Təhsil İdarəsinin inzibati xətaya görə təqsirli bilindiyini və ya cərimələndiyini söyləmək olmaz. İclasın keçirilib-keçirilmədiyi və hansı nəticə ilə yekunlaşdığı barədə bizə təqdim olunan materiallarda məlumat yoxdur.
Bankın məktubu ilə məhkəmənin bildirişi eyni qurumla bağlı icra prosesini gündəmə gətirir. Bununla belə, sənədlər təkbaşına bütün halları izah etmir. İcra sənədində Təhsil İdarəsindən konkret nə tələb olunur? Həmin tələb hansı məbləğlə bağlıdır? Hesablara həbs qoyulması ilə inzibati xəta işinin bütün prosessual əlaqələri nədən ibarətdir? Bu suallara dəqiq cavab vermək üçün icra vərəqəsi və iş üzrə digər sənədlər, həmçinin aidiyyəti qurumların izahı lazımdır.
Məsələnin müəllimlər üçün ən həssas tərəfi isə əməkhaqqı ödənişləridir. Təhsil İdarəsinin hesablarına həbs qoyulması xəbəri maaşların ödənilib-ödənilməyəcəyi barədə sual yaradır. Lakin əldə etdiyimiz bank məktubunda müəllimlərin maaşının dayandırıldığı və ya gecikəcəyi barədə heç nə yazılmayıb.
Bu səbəbdən “müəllimlər maaş almayacaq” demək üçün əsas yoxdur. Eyni zamanda maaş ödənişlərinə heç bir təsir olmayacağını da yalnız bu sənədlərə baxaraq təsdiqləmək mümkün deyil. Bunun üçün əməkhaqqı vəsaitinin hansı hesablar vasitəsilə köçürüldüyü və həmin hesabların tətbiq olunan məhdudiyyətə daxil olub-olmadığı açıqlanmalıdır.
1xeber.media-nın aidiyyəti qurumlara sualları bunlardır: Həbs qoyulan hesabların təyinatı nədir? Məhdudiyyət hansı məbləği əhatə edir? Bu tədbir müəllimlərin və digər təhsil işçilərinin əməkhaqqı ödənişlərinə təsir göstərirmi? Əgər təsir göstərirsə, ödənişlərin vaxtında həyata keçirilməsi üçün hansı tədbirlər görüləcək? Sentyabrın 23-nə təyin edilmiş inzibati iş üzrə məhkəmə hansı qərarı qəbul edib?(1xeber.media)



Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT


Qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş bölgələrə mərhələli şəkildə köçürülməsi dövlətimizin başçısının diqqət mərkəzində olan əsas məsələlərdəndir. İndiyədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, yaşayış kompleksləri salınıb. Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıqların da icrası davam etdirilib.

Qələbəyə qədərki və sonrakı illərdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlərlə məşğul olub. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

Lakin çox təəssüflər olsun ki, bəzən məcburi köçkünlər sırasından məhz ən çox ehtiyacı olanlar ev və mənzil təminatından yararlana bilməıyiblər. Əksinə, köçkünlük dönəmində şəxsi imkanları hesabına özünə evlər tikib şərait quranlar köçdə də qabağa düşməyi bacarmışlar. Müşahidə olunan bu tendensiya belə düşünməyə əsas verir ki, Komitə funksionerləri məcburi köçkünlər arasında onların maddi imkanlarına görə ayrı-seçkilik edir. Bunun adı ədalətsizlikdir!

Vətəndaş İbayeva Yeganə Əşrəf qızı Azərbaycan Respublikası Prezidentinə, Birinci Vitse-Prezidentə yazdığı 23.09.2026-cı il tarixli ərizənin bir nüsxəsini “Nyus.az” redaksiyasına göndərərək, paytaxtın Koroğlu Rəhimov küçəsində dəmir vaqonda məskunlaşdığını bildirir. Aidiyyəti qurumlara, o cümlədən, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etdiyini, iki dəfə Komitə rəhbərliyində aparat rəhbəri Eldar Zeynalovun və Elçin adlı vəzifəli şəxslərin qəbulunda olduğunu, yaşayış şəraitinin acınacaqlı olduğunu əks etditrən video-çəkilişləri təqdim etdiyini yazır. Onun sözlərinə görə, evlə təmin olunacağını vəd etsələr də, sonda aldadıblar: “Artıq bir ilə yaxındır ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qeydiyyata alıb köç siyahısına əlavə ediblər. Lakin hələ də evlə təmin olunmamışam. Övladım Xudiyeva Fatimə Zahir qızıyla qohum qapılarında qalmışam. Komitəyə yaxınlaşanda məni aldadır, köçürmək əvəzinə növbəti qəbula yazırlar”.(Nyus.az)

Y.İbayeva ölkə rəhbərliyindən xahiş edir ki, ona və övladına rahat yaşaya bilmək üçün evlə təmin olunmasına köməklik göstərilsin.

Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO


Ortopediya və travmatologiya üzrə uzman həkim Yasin Haxverdiyev sosial şəbəkədə xəstələrlə bağlı qalmaqallı paylaşım edib.

Həkim xəstələri maddi vəziyyətinə və davranışına görə 4 qrupa bölüb, bəzi xəstələr barədə təhqiramiz ifadələr işlədib. Xüsusilə maddi imkanı olmayan xəstələrlə bağlı yazdıqları diqqət çəkib.

"Bakupost" Yasin Haxverdiyevin paylaşımını olduğu kimi təqdim edir:

“Artıq 5 ilə yaxındır Azərbaycandayam və bu müddətdə xəstələrlə münasibəti düzgün qurmaq üçün onları 4 əsas qrupa bölmüşəm.

1-ci qrupda maddi vəziyyəti yaxşı olan və mədəni xəstələr. Bu qrupdakı xəstələrlə işləmək hər tərəfli insana peşə zövqü verir.

2-ci qrupda maddi vəziyyəti yaxşı olan amma mədəniyyətsiz, tərbiyəsiz xəstələr. Bu qrupdakı xəstələrlə işləmək çox çətin olsa da maddi qazanc nəzərə alındığında ‘lənət şeytana’ deyib işləmək olur.

3-cü qrupdakı xəstələr maddi vəziyyəti aşağı amma mədəni, tərbiyəli, ədəbini bilən xəstələr. Ən sevdiyim xəstə qrupu bunlardır, çünkü mənəvi zövqü daha çoxdur və bir çoxuna ödənişsiz baxıram.

4-cü qrup isə cibində beş qəpiyi olmayan və eyni zamanda mədəniyyətsiz, tərbiyəsiz, ədəbsiz xəstələr…

Özəl xəstəxanada yeri olmayan bu qrupu ancaq “Semaşko”nun əzmkar həkimləri və əməksevər tibb bacıları idarə edə bilir”.

Bu dövlət agentliyində DÖVLƏTİN QANUNLARI İŞLƏMİR - FOTOFAKT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tender müsabiqəsinə yekun vurub.
32gun.az-ın məlumatına görə, satınalma müsabiqəsinin qalibi "ERRA SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 391.953,25 AZN təşkil edir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 50C olan qalib şirkətin nizamnamə kapitalı cəmi 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyeva Mehriban Ələddin qızıdır.
32gun.az-ın əldə etdiyi xüsusi məlumata görə, 390 min manatdan çoxluq dövlət sifarişini alan "ERRA SUPPLY" MMC-nin hazırda dövlət büdcəsinə 9.876,98 AZN təşkil edən ödənilməmiş vergi borcu mövcuddur.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.

32gun.az

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25