Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar


Ağcabədi rayonu, Hacıbədəlli kəndində (keçmiş Rəncbərlər kəndi) yerləşən obyekt hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 7 290 kvadratmetrə bərabərdir. 12 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 4 milyon 632 min 500 manat təşkil edir.
Qeyd edək ki, müsadirə olunaraq hərraca çıxarılan obyekt barədə ilk dəfə 2015-ci ildə rəsmi mətbuatda məlumat dərc olunub. Bildirilib ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində “Fidan” MMC tərəfindən yaradılan soyuducu kompleksdə tikinti işləri başa çatmaq üzrədir. Tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edildiyi və kompleksin 21 soyuducu kameradan ibarət olduğu bildirilib.
Onu da qeyd edək ki, hazırda dövlət reyestrində “Fidan” adlı 3 MMC dövlət qeydiyyatına alınıb. Bu MMC-lərdən 2-si hazırda passiv, 1-i isə aktiv vergi ödəyicisidir.
Hüquqi ünvanı Bakıda yerləşən aktiv vergi ödəyicisi olan “Fidan” MMC paytaxt ərazisində müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətləri göstərir.
Passiv vergi ödəyicisi olan “Fidan” MMC-lərdən biri Yevlaxda, digəri isə Gəncə şəhərində qeydiyyatdadır.



Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI


Məlum olduğu kimi, Bəxtiyar Əsgərov ötən gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.

"Unikal"- İşdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını təqdim edir:

- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;

- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;

- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;

- Oğuzda yerləşən villa;

- Oğuzda obyektlər və mağazalar;

Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.

Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.

"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ


"Şikayətim 98 saylı usaq bağçasındandır". Bu barədə Leyla Türkmən adlı istifadəçi özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən övladımı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat vasitəsilə qeydiyyatdan keçirmişəm və övladım həmin bağçaya qəbul olunub.
Qəbul ilə bağlı bağçaya yaxınlaşdıqda mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir. Bildirildi ki, dövlət bağçasının tərkibində özəl (ödənişli) qrup fəaliyyət göstərir və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməlidir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul olunmuş uşağın hansı əsasla ödənişli qrupa yönləndirilməsi və dövlət bağçasının tərkibində bu formada ödənişli qrupun fəaliyyət göstərməsinin hüquqi əsasları mənə aydın şəkildə izah edilməyib.
Bununla əlaqədar olaraq, məsələnin araşdırılmasını, övladımın dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulunun hansı əsaslarla ödənişli qrupla əlaqələndirildiyinin müəyyən edilməsini və həmin ödənişin hüquqi əsasının mənə rəsmi şəkildə bildirilməsini xahiş edirəm.
Həmçinin xahiş edirəm ki, dövlət bağçasına qəbul olunmuş uşaqlar üçün ödənişli qrupun seçilməsinin məcburi olub-olmaması və ödəniş etmədən dövlət hesabına fəaliyyət göstərən qrupda uşağın yerləşdirilməsinin mümkünlüyü araşdırılsın.
Məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və nəticəsi barədə mənə yazılı məlumat verilməsini xahiş edirəm..."

Dia-az

1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY


Sosial şəbəkələrdə müştəri hüquqlarının pozulması ilə bağlı növbəti şikayət "Omid" mağazalar şəbəkəsindən edilib.

“Yeni Sabah” xəbər verir ki, Şəhriyar Bəylərov adlı vətəndaşın sözlərinə görə, mağazadan təxminən 1700 manat dəyərində kreditlə məhsul alsa da, şirkət alınan malların siyahısını və dəqiq məbləğ hesablamasını təqdim etməkdən imtina edir.

Şikayətçi həmçinin qeyd edib ki, əsas məbləğin üzərinə 400 manatdan çox əlavə faiz hesablanıb. 

Müştərinin tələbinə responds olaraq mağaza tərəfindən "kreditdə olan malların siyahısı verilmir" cavabı verilib. Vətəndaşlar bu halın istehlakçı hüquqlarının açıq-aşkar pozulması olduğunu bildirirlər.


"Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi


Azərbaycan Dövlət Kukla Teatrının nəzarətçisi Gülay Abdullayeva teatrın layihələr üzrə meneceri Aynurə Əkbərova tərəfindən aldadıldığını iddia edərək ölkə rəhbərliyindən kömək istəyib.
“Bakupost” xəbər verir ki, G.Abdullayeva müraciətində A.Əkbərovanın Xətai rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızı olduğunu qeyd edib.
5 ildir teatrda çalışdığını deyən şikayətçi bildirib ki, A.Əkbərova ona torpaq satışı və sənədləşdirmə ilə bağlı vəd verib. G.Abdullayevanın sözlərinə görə, o, bu vədə inanaraq A.Əkbərovaya 5 930 manat ödəyib. Bildirib ki, həmin məbləği ödəmək üçün bankdan kredit götürüb.
Şikayətçinin iddiasına görə, A.Əkbərova 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək ona cəmi 1 000 manata yaxın pul qaytarıb. Qalan məbləğin ödənilmədiyini deyən G.Abdullayeva hazırda kredit borcunun öz üzərində qaldığını bildirib:
“Artıq maddi və mənəvi olaraq çox ağır vəziyyətdəyəm. Əməkhaqqımın böyük hissəsi kredit ödənişinə gedir. Maddi ehtiyaclarımı qarşılamaq üçün evdəki əşyalarımı satmağa məcbur qalıram. Həyatım alt-üst olub. Mən sadəcə inanıb güvənmişəm. Son ümid yeri olaraq dövlət başçısına müraciət edirəm”.
Onun sözlərinə görə, qarşı tərəfə etiraz etdikdən sonra özünə və ailəsinə qarşı təhdid xarakterli səs yazıları da göndərilib:
“Anurə Əkbərova maddi ziyanımı qarşılamaq əvəzinə məni polisə və məhkəməyə şikayət edib. Məhkəmə onun şikayətini təmin etmədi. Daha sonra yaşadığı ərazi üzrə Mehdiabad Polis İdarəsinə müraciət etdi. Mənim izahatım alınıb. Sadəcə müraciətlərimə obyektiv şəkildə baxılmasını istəyirəm. Mən dövlətimə güvənirəm və kömək istəyirəm”.
O həmçinin atasının birinci qrup əlil olduğunu, anasının isə xadimə işlədiyini deyib. G.Abdullayeva məsələ ilə bağlı polisə müraciət etdiyini və hazırda araşdırma aparıldığını bildirib.
“Bakupost”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirdi ki, sözügedən məsələ əməkdaşların teatr fəaliyyəti ilə bağlı deyil:
“Bu, onların öz aralarında olan sövdələşmədir və şəxsi fəaliyyətləri ilə bağlıdır. Ümid edirik ki, problemi qanunvericilik çərçivəsində həll edəcəklər”.
İddialarla bağlı Aynurə Əkbərovanın mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Zaməddin Əkbərov 2016-cı ildə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmağa başlayıb. 2017-ci ildə bu vəzifədən azad olunub.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT


Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir.

Sonxeber.az-ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşdan 100 manat beh tələb edib və növbəti gün mənzilə baxış keçirə biləcəklərini bildirib.

Şikayətçinin sözlərinə görə, pul bank hesabına köçürüldükdən sonra həmin şəxs mənzili göstərməyib və ödənilən məbləği geri qaytarmayıb. Hazırda onun zənglərə və mesajlara cavab vermədiyi, əlaqəni kəsdiyi bildirilir.
Şikayətçinin əlində pul köçürməsini təsdiq edən bank qəbzi, WhatsApp yazışmaları və səsli mesajlar, şəxsin istifadə etdiyi telefon nömrəsi, mənzil elanının linki və onun özünə aid olduğunu iddia edərək göndərdiyi şəxsiyyət vəsiqəsinin fotosunun olduğu qeyd edilir.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyi planlaşdırdığını və hadisənin ictimailəşdirilməsinin digər şəxslərin də oxşar halların qurbanına çevrilməsinin qarşısını almağa kömək edə biləcəyini bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeini araşdırmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.





FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və top hədiyyə edib.

C.İnfantino hədiyyələri bu gün dövlət başçısının qəbulunda olarkən təqdim edib.

Canni İnfantino, həmçinin xatirə hədiyyəsi kimi İlham Əliyevə FİFA-nın rəmzi sarı və qırmızı vərəqələrini, eləcə də vımpelini verib.

Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - İLGİNC


Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Tadbirchi Event Organizer Group” MMC (VÖEN – 1605416641) olub.

Yeniavaz.com xəbər verir ki, nazirlik qalib şirkətdən “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini satın alacaq və qarşılığında 109 min 960 manat 66 qəpik ödəyəcək.

Qeyd edək ki, bu ilin may ayından sonra “Tadbirchi Event Organizer Group” MMC Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 tender müsabiqəsində qalib olub. MMC-nin qalib olduğu müsabiqələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpik olub.

2024-cü ilin mart ayında vergi qeydiyyatına alınan MMC başqa heç bir dövlət qurumunun tender müsabiqəsində qalib olmayıb.

Məlumat üçün bildirək ki, hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 115, m. 178B-də yerləşən “Tadbirchi Event Organizer Group” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Ötən ilin may ayından etibarən MMC-yə Qarayev Surxay İlqar oğlu rəhbərlik edir. Qarayev Surxay İlqar oğlu eyni zamanda gimnastika üzrə hakimdir.
Onu da qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov da daha əvvəl Azərbaycan Gimnastika Federasiyasının baş katibi olub. Son 5 ayda Gənclər və İdman Nazirliyi ilə 637 min manatlıq satınalma müqaviləsi imzalayan “Tadbirchi Event Organizer Group” MMC-nin rəhbəri Surxay Qarayev daha əvvəl sosial şəbəkə hesabında Fərid Qayıbov ilə çəkilən foto da paylaşıb.

Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR


Ağdam sakini Afaq Knyaz qızı Zeynalova Xocalı rayonunda təmir-bərpa işlərində 8 ay usta kimi çalışdığını, lakin işlədiyi müddətə görə əməkhaqqının ödənilmədiyini bildirir.


Bizimesr.info bildirir ki, şikayətçi Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində qeyd edib ki, aylardır əməyinin qarşılığını ala bilmir. Onun sözlərinə görə, şirkətdən ona 41 manatdan artıq məbləğdə ödəniş edilməlidir.


Afaq Zeynalova bildirib ki, məsələ ilə bağlı Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti rəhbərliyinə də müraciət edib. Lakin müraciəti ilə bağlı hər hansı müsbət cavab verilməyib.

Şikayətçi müraciətində məsələnin araşdırılmasını və əməyinin qarşılığında ona ödənilməli olan vəsaitin verilməsini xahiş edib.


Qeyd edək ki, “Bəyaz İnşaat” MMC və şirkətin rəhbəri olduğu bildirilən Yusif Yusifli ilə bağlı əvvəlki illərdə də müxtəlif şikayətlər səsləndirilib. Xüsusən Xocavənd rayonunda görülən işlərə görə ödənişlərin edilməməsi ilə bağlı iddialar mediada yer alıb.


Ötən gün isə xanım əlinə kəsici alət alaran özünə qəsd edəcəyini və pulunu verilməsini istəyib.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25