Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA


Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir???
Keçirik mətləbə: «Təzadlar»a təqdim edilmiş şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməyə heç bir zərurət qalmadı. Çünki, qeyd etdiyimiz kimi, sübutlar ortadadır.
Vacib məqam: Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və mülkiyyət toxunulmazlığı dövlət siyasətinin sarsılmaz əsası olduğu halda, Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə məhkəmənin hakimi Zaur Hünmətovun «Yelo Bank» ASC ilə əlbir olaraq məhkəmə-hüquq sisteminin bütün uğurlarına rəsmi şəkildə kölgə salması adamı məyyus edir! Axı bu necə ola bilər? Ölkəmizdə hüquqi islahatlar keçirilir, hakim müstəqilliyi və ədalət mühakiməsi, haqq-ədalət bərqərar olmaqda ikən, bu məhkəmə hakimləri hər şeyin üstündən qara xətt çəkir, bütün ümidləri alt-üst edirlər. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi kursa, qanunun aliliyi prinsipinə niyə Tovuz rayon Məhkəməsində məhəl qoyulmasın??? Dövlətin möhtəbər qanunlarına və sənədlərinə məhəl qoymayan, həmçinin Dövlət Ekspertiza Mərkəzinin rəsmi rəyini gizlədən, Auditorlar Palatasının rəylərini vecinə almayan və and içdiyi Azərbaycan bayrağına olan ehtiram və sayğını öz şəxsi maraqlarına qurban verən Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə hakim Zaur Hünmətov kimin mənafeyini üstün tuturlar: dövlətin, vətəndaşın, yoxsa qanunlara məhəl qoymayanların???
Hədəfə alınan sərhəd iqtisadiyyatıdır!
…Beləliklə, təqdim edilən sənədlərin dili ilə: 1993-cü ilin avqust ayından etibarən, Ulu Heydər Əliyevin xalqın dəvəti və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqı düşdüyü çətin iqtisadi və sosial problemlərdən çıxarmaq məqsədi ilə Dünya Azərbaycanlılarına müraciətinə ilk cavab verənlərdən biri də Baltikyani ölkələrdəki bütün investitsiyasını ölkəmizə gətirən Naiq Məmmədhəsənov oldu. O, şəxsi vəsaitlərini səfərbər edərək Ermənistanla birbaşa qaynar sərhəd bölgəsi olan Tovuz rayonunda xalqın təminatını ödəmək və insanların sərhəd bölgəsindən mərkəzi şəhərlərə köçməsinin qarşısını almaq üçün:
-160 tonluq un kombinatı;
-25 tonluq çörək zavodu;
-25 min tonluq toxum təmizləmə fabriki:
-Şərab zavodu və 500 başlıq mal-qara fermasını tikib istismara vermişdir! Bununla da 307 nəfərlik yeni iş yeri və 14 milyon manatlıq real istehsalat sahəsi təşəkkül tapmışdır!
Bunları deməklə, o məntiq çıxır ki, aidiyyəti rəsmi qurumların rəhbərləri belə xeyirxah əməl sahibinin, necə deyərlər, başına and içməlidirlər, nəinki ona badalaq gəlməli, tələ qurmalıdırlar. Amma və lakin…
***
Deyirlər, sən saydığını say, gör Tovuz rayon Məhkəməsinin hakimi Zaur Hünmətov və məhkəmənin sədri Qafil Baxşıyev qərarlarında nəyi sayır, nəyi düzüb-qoşurlar… Məsələ ondadır ki, qanunun aliliyini qorumaq etibar edilmiş bu hakimlər cütlüyü «Yelo Bank” ASC tərəfindən qurulan saxta qiymətləndirmə sxemi əsasında o boyda- 14 milyonluq istehsalat sahələrini vur-tut 447 min manata «qiymətləndirərək» ələ keçirilməsi üçün baş-başa veriblər, əlbir olublar! Adam bu yerdə bu hakimlərin tamahına mat qalır və onların yerinə utanıb-yerə girmək istəyir. Niyə? Səbəbini az sonra biləcəksiniz…

Məhkəmələrdə süni şəkildə süründürülən «Tərəqqi» medallı bir sahibkarın səsi niyə eşidilmir? Yaxud, ildə 2000 müştərisini məhkəmələrə çəkən, adını tez-tez dəyişən «Yelo Bank»ın real siması!
…Azərbaycan Mərkəzi Bankının rəsmi saytında «Müştəri Şikayət İndeksi»nə görə daim anti-reytinqlə öndə olan bu bankın keçmişi şübhələrlə doludur:
-05.02.1994-ci ildə fəaliyyətə «ULPƏR» KB kimi başlayıb.
-2002-ci ildə imicini gizlətmək üçün sonra adını «Nikoil-Bank» edib (Həmin dövrdə İdarə Heyətinin sədri rəsmi dələduzluq faktı ilə həbs edilib).
-22 noyabr 2019-cu ildə növbəti dəfə girov qalmaqallarını ört-basdır etmək üçün adını parıldayan sarı rənglərlə bəzəyərək «Yelo Bank» ASC qoyub.
Maraqlıdır ki, bu bank hər il orta hesabla 1200-2400 arası vətəndaşı və sahibkarı süni məhkəmə mübahisələrinə çəkərək müştərilərin vəsaitlərini və mənzillərini əllərindən alır. İndi isə pərakəndə soyğunçuluqdan çıxıb, regionlarda sərhəd zonalarındakı real strateji sənaye və istehsalat sahələrini mənimsəməyə keçmişdir!


Ən dəhşətlisi isə budur ki, bu bankın «kordinatoru və qoruyucusu» isə Milli Məclisin deputatıdır. Heç bilirsiniz bu deputat kimdir??? Bizə verilən məlumata görə, bu şəxs deputat Sevinc Fətəliyevadır!!! Bu barədə də sonra ətraflı bəhs ediləcək…
Hüquqi və maliyyə tələsi necə quruldu?
…Hər şey 2007-ci ildə «Nikoil Bank»dan (hazırkı «Yelo Bank») sərhəd bölgəsindəki yerli fermerlərdən şərab istehsalı üçün meyvə tədarükü məqsədilə 850 min manat (22% dərəcəsi ilə, 24 aylıq) kredit götürülməsi ilə başlayıb, həmin kreditin təminatı konyak spirti olmuşdir. Siz deyin, Azərbaycanda xarici bankların vasitəsi ilə sərhəd bölgəsində yerli istehsalı, sahibkarlığı- bu şirkətin «Tovuz-Baltiya» MMC-ni göz görə-görə necə müflis etmək, işgüzar nüfuzuna necə zərbə vurmaq olar? Təbii ki, OLMAZ, ÖZÜ DƏ QƏTİYYƏN OLMAZ! Və bu, sadə bir iddia deyil, rəsmi məhkəmə qərarları ilə sübut olunmuş bir HÜQUQİ REZONANSDIR! Amma nə baş verir: qarşı tərəf, yəni sahibkara badalaq vurub tələ quran isə tapılır: «Yelo Bank» ASC (keçmiş «Nikoyl» İKB) ilə icraatda qanunsuzluqlara imza atan Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, hakim Zaur Hünmətov!
SARSILMAZ XRONOLOGİYA:
…Diqqət edin, bank dərhal 6 ay keçməmiş şirkəti məhkəməyə vermişdir. Məhkəmə bankın krediti müqabilində girov qoyulmuş konyak spirtinin bir hissəsini borca tutub, qalan hissəsini girovdan azad etmişdir. Lakin Bank Tovuz rayon icra məmuru Araz Əhmədovla əlbir olaraq məhkəmənin girovdan azad etdiyi konyak spirti saxlanılan anbarları yenidən bağlayaraq, saxta rəy əldə etmiş, «keyfiyyətini itirmiş mal» kimi qələmə verərək, dəyərindən 7-13 dəfə ucuz qiymətə hərraca çıxarmışdır.
Bu artıq özbaşınalığın son həddi deməkdir! Bankın bu qanunsuz və əndazəni aşmış əməlinə qarşı məhkəməyə şikayət olunur. Məhkəmə yeni qiymətləndirmə təyin edir və ədalət öz yerini tapır: Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəmənin №2-İQT «81»-110//2013 saylı qətnaməsi ilə «Nikoyl» İKB-dən (indiki «Yelo Bank») «Tovuz-Baltiya» MMC-nin xeyrinə 1 milyon 126 min 635 manatın məcburi tutularaq ödənilməsi barədə qətnamə çıxarılır!
Bununla da sakitləşməyən bank rəhbərliyi girovdan azad olunmuş konyak spirtini satmaq məqsədi ilə dərhal Kizlər konyak zavodu ilə bağlanmış 4 milyon 200 min 766 € məbləğində müqaviləni pozmaq məqsədi ilə Dağıstanın «Kizlyar Konyak Zavodu»na rəsmi qaydada yalan və böhtan məzmunlu məktub yazaraq, zavodun beynəlxalq nüfuzuna zərbə vurmuşdur. Şirkət, yəni zavod rəhbərliyi Bankın yazdığı böhtan xarakterli məktubu ilə bağlı məhkəməyə şikayət verir.
Ən nəhayət, Ali Məhkəmənin 26.07.2017-ci il tarixli(iş №2-2(102)-291/17) saylı qərarı ilə bankın bu hərəkəti «…işgüzar nüfuza vurulan ziyan» hesab edilərək və bank hesabından daha 50 000 AZN məcburi tutularaq “Tovuz-Baltiya” MMC-yə təzminat kimi ödənilmişdir!

«BARIŞIQ» TƏKLİFİ ADI ALTINDA TƏLƏ VƏ YENİ QANUNSUZLUQLAR
Bank № 2-İQT-81/2013 saylı məhkəmə qətnaməsi ilə «Nikoyl» İKB-dən («Yelobank» ASC-dən) vurduğu ziyanla bağlı 1 milyon 162 min 635 manat tutularaq “Tovuz- Baltiya” MMC-yə ödənilməsi ilə bağlı qərardan bu dəfə apellyasiya şikayəti vermişdir. Amma apellyasiya şikayətinin perspektivsiz olduğunu görən bankın rəhbərliyi bu dəfə şirkətə qarşı qəsdən, tələ qurmaq niyyəti ilə barışıq təklifi etmişdir… Bu barışıq zamanı qanunsuz şəkildə tutulmuş vəsaitlərin qalan 173 min manatlıq hissəsi bank tərəfindən silinmişdir. Barişiq zamanı bank «Tovuz-Baltiya» MMC-nin təsisçisi olduğu «Azər-Frans» MMC-yə Sahibkarlığın İnkişafı Fondunun 2 milyon manatlıq krediti ilə bağlı 18.11.2010-cu il tarixli məktubunun üzərindən yeni bir hiyləyə əl ataraq, 2 milyon manat güzəştli kreditə qarşı 3 milyon manat, 5 il güzəştli kreditə qarşı isə 10 il müddətinə güzəştli kredit veriləcəyi şərti ilə “Tovuz-Baltiya» və “Azər-Frans” MMC-lərə qarşı olan bütün iddialarından imtina edəcəyini, eləcə də VİP-xidmət göstəriləcəyini vəd edərək əvəzində şirkətin Bakı Apellasiya Məhkəməsində qaldırdığı 1 milyon 162 min 635 manat ziyanla bağlı tələbindən imtina edəcəyini xahiş etməklə ərizə verilməsini razılaşdırır. Bank yalnız Azərbaycan Milli Bankına (AMB) «Tovuz-Baltiya» MMC-nin icra vərəqindən qalan 173 min manat kredit borcunun «0.00» tam bağlanması barədə 12.11.2013-cü il tarixində son hesabatı verir! Eyni tarixdə bütün əmlaklar “Tovuz-Baltiya” MMC- dən- girovdan çıxarılaraq 3 milyon manat güzəştli kreditin ayrılması məqsədi ilə «Azər-Frans» MMC adına rəsmiləşdirilərək yüklü edilir.
Məsələ bununla da bitmir: ”Tovuz-Baltiya”MMC-də bankın hesabatına görə, banka qarşı olan 1 milyon 162 min 635 manat məbləğində iddia tələbindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsi təqdim edir, lakin bank bunun ardınca dərhal vədindən qaçır. Beləliklə, bank bu dəfə Sahibkarlığın İnkişafı Fondunun adı ilə müştərilərini manipulyasiya edərək 863 min manat məbləğində 3 aylıq, 18%-li qısamüddətli kredit ayırır və bu dəfə vəd edir ki, fonddan pul gələn kimi bu borc və faizləri kompensasiya olunacaq.
Bank köhnə kredit bağlanmayınca Sahibkarlığın İnkişafı Fondunun 3 milyon manat güzəştli krediti buraxmayacağını da bildirir. «Azər-Frans» MMC borc-xərc edərək, məcbur olub 863 min manatın qalan borcunu məcburən vaxtından əvvəl bağlayır. Amma Bank isə borcun “Azər-Frans” MMC-nin borc qalığının 0.00 olması barədə AMB-yə hesabat təqdim etdikdən sonra, 3 milyonluq krediti vermək üçün əlavə olaraq 4 ipoteka və bir girov müqaviləsi də bağlatdırır. Sən demə, tələ qurulmuş olur: məhz bundan sonra bank rəhbərliyi şirkətin aidiyyəti əməkdaşlarını banka buraxmır, telefonlarına cavab vermir, məktub və mesajlarına cavablamır və s. Beləliklə, bank yeni üzüm bağları salınması məqsədi ilə 3 milyon manatlıq müqavilə üzrə ayrılacaq krediti “Azər-Frans” MMC-yə vermir.
MMC rəhbərliyi bu dəfə məcbur olub 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə bankın bu əməlindən şikayət verir. Məhkəmə şikayətə baxaraq 26.04.2016-cı il tarixində: İş № (2-2)81- 55/2016 saylı qətnamə ilə şirkətin xeyrinə ədalətli qətnamə çıxarır.
Aha, deyəsən, vəziyyət gərginləşir: Bank həmin qətnamədən yenidən apellyasiya şikayəti verir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23 avqust 2016-cı il tarixli, İş № 2-2(103)-498/2016 saylı qətnaməsi ilə bankın apellasiya şikayətini rədd edir.
İşə baxın: Məhkəmələrdə uduzan bank sahibkara təzyiq etmək üçün bu dəfə isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə saxta borc iddiası ilə şikayət edir. Lakin Baş Prokrorluğun təyin etdiyi Azərbaycan Respublikası Auditorlar Palatası və ABŞ Beynəlxalq daxili auditorları şirkətin kredit borcu ilə bağlı yoxlama apararaq “Tovuz-Baltiya” və “Azər-Frans” MMC-lərin banka, əksinə, artıq ödənişi olduğunu sübuta yetirir, bununla da bankın iddiası ifşa olunur.
Aparılan Audit yoxlamalarının nəticələri bir daha sübut edir ki, ”Tovuz-Baltiya” və “Azər- Frans“ MMC-lərin banka heç bir borcu olmadığı halda, əksinə, bank sahibkarın hesabından 70 min 347 manat artıq vəsaitini silmişdir. Məhkəmələrdə tamamilə uduzan, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində saxta borc iddiaları ilə bağlı Auditorlar Palatasının rəsmi yoxlamaları ilə yalanları ifşa olunan “Yelo Bank“ rəhbərliyi bu dəfə “Tovuz-Baltiya”, ”Azər-Frans” MMC-lərin Tovuz rayonunda vergi uçotunda olmasından istifadə edərək adiyyəti üzrə yenidən “Azər-Frans”MMC-nin götürdüyü 863 min manat kreditin tam ödənilərək, bankın özünün Mərkəzi Banka verdiyi hesabata görə gecikən günlərinin sayının “0” gün, borc qalığının isə məbləği “0.00” azn göstərildiyi bir halda, 1 milyon 577 min 526 manat borcu olması ilə bağlı iddia ərizəsi verir.
“YELO BANKIN” MƏHKƏMƏDƏN SƏNƏD GİZLƏTMƏSİ VƏ ALDATMA OYUNLARI-DEPUTATIN MÜDAFİƏÇİLİYİ…
…Tovuz Rayon Məhkəməsi işin mürəkkəbliyini nəzərə alıb, 11.09.2019-cu ildə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edir. Ekspert bankdan kreditin uçotunun aparıldığı müvafiq ssuda hesabatlarından çıxarışları tələb edir. Bəs bank nə edir? «Yelo Bank» tam 14 ay ərzində ekspertin verdiyi çoxsaylı vəsatətlərinə uyğun (№ 26653,№ 28452,№25458 və sair vəsatətlər) tələb etdiyi sənədləri (müvafiq ssuda hesablarından çıxarışları, faizlərin dayandırılması ilə bağlı idarə heyətinin qərarını) məhkəməyə verməkdən yayınır və gizlədir. Çünki sənədlər ortaya çıxsaydı, bankın saxtakarlığı tam olaraq rəsmiləşdiriləcəkdi. Halbuki 2020-ci ildə rəyin əldə edilməsi üçün sənədlərin ekspertizaya çatdığı tarixdən 1 ay müddət verildiyi halda, 14 ay ərzində dövlət ekspertiza mərkəzinin çoxsaylı vəsatətlərində göstərilən sənədlər verilmədiyindən ekspert məcbur olub №28458 saylı rəyi ilə Bankın borcla bağlı iddia məbləğinin müəyyən edilməsinin mümkünsüzlüyü barədə rəy vermişdir.
***
”Yelobank” ASC rəhbərliyi isə yenə də sakitləşmir və ekspertin bu rəyindən sonra onun sonuncu yalan və aldatma şansının da baş tutmayacagını görüb bu dəfə mübahisənin Tovuz rayon Məhkəməsində keçirilməsinə etiraz edir, işin Gəncə Kommersiya Məhkəməsində baxılmasına nail olur.
Beləcə, bu dəfə işə Gəncə Kommersiya Məhkəməsində işə baxan hakim Ali Məhkəməyə işin adiyyatı üzrə baxılmasınun mümkünlüyü ilə bağlı sorğu verir. Ali Məhkəmə işin Gəncə Kommersiya Məhkəməsində deyil, aidiyyət üzrə Tovuz Rayon Məhkəməsində baxılması barədə qərar verir. Elə hər şey də bundan sonra başlayır. 13 iyun 2022-ci ildə Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətov işin mürəkkəbliyini nəzərə alıb, məhkəmə-mühasibatlıq və müstəqil qiymətləndirmə ilə bağlı rəylərin əldə edilməsi üçün iş üçün yenidən ekspertiza yeni təyin edir, icraatı ekspert rəyləri təqdim edilənədək -1 ay ərzində dayandırır.
HAKİM ZAUR HÜNMƏTOVUN «HÜQUQİ NİHİLİZMİ»!
…Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri hakimin bu qərardadı ilə bağlı yenə də vəsatətlər verərək bankdan müvafiq ssuda hesablarından çıxarışları və digər maliyyə sənədlərini tələb etsələr də, «Yelo Bank» nə az, nə çox-düz 7 ay ərzində sənədləri ekspertə təqdim etmir. Nəticədə ekspert 2-ci dəfə bankın borcla baglı iddiasına rəy verilməsini mümkünsüz sayır. Hakim Zaur Hünmətov isə fürsəti əldən vermir və sizcə, belə olan halda nə etməli idi? Təbii ki, ədalətli qərar qəbul edərək sənədləri gizlətdiyi üçün banka qarşı qanuni tədbir görməli və sahibkarın xeyrinə qətnamə çıxarmalı idi. Amma görün hakim Zaur Hümbətov nə etdi: hakim bu dəfə də həddini aşır və 28.02.2023-cü il tarixli qətnaməsində (səhifə 13-14) yazır ki, «Ekspert rəyinin əldə edilməsi mümkün olmasa da, bankın mülki dövriyyəsinin sabitliyini təmin etməklə bağlı böyük rolun olmasını nəzərə alaraq, həm də və prosesual qənaət prinsipi baxımından işin ekspertizaya göndərilməsini zəruri hesab etmirəm!».
Bu, qanuna hörmətsizliyin, məhkəmə ədalətinin, hakim peşəkarlığının sıfırlanması deməkdir! axmaqlığın son həddi də sayıla bilər! Yəni, hakim Zaur Hünmətov bununla da açıq-aşkar deyir ki Azərbaycan Milli Bankının (AMB) Kredit reyestri xidmətində şirkətin-sahibkarın kredit borcunun “0.00” azn, gecikən günlərin sayının “0” olmasını təsdiq edən Çıxarışı və həmin Çıxarışı möhür və imzası ilə təsdiq edən ASAN xidmətinin möhür və imzası ilə verilmiş Çıxarışını, həmçinin Maliyyə Nazirliyinin Ekspertiza mərkəzlərinin, Ekspert rəylərinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi audit rəylərinin nəticələrinin onun üçün heç bir önəmi yoxdur! Həmçinin o, bankın mülki dövriyyəsinin sabitliyinin təmin edilməsindəki böyük rolunu üstün tutur. Niyə? Axı «Banklar haqqında» AR Qanunun 41-1.1-ci maddəsinə və AMB-nin müvafiq Əsasnaməsinə görə, Reyestrə məlumatlar məhz bankların özləri tərəfindən daxil edilir və bu rəsmi informasiya bazası hesab olunur!
Eyni qərardaddan ikili standartla istifadə…
Hakim eyni bir qərarla həm borcun məbləğini təyin edir, həm də girovun qiymətləndirilməsi barədə qərar verir. O da məlum olur ki, hakim qiymətləndirmə hissəsində bankın maraqlarına xidmət edərək, əmlak dəyərinin müqavilə dəyərindən 5,3 dəfə və sonuncu real dəyərindən isə 30 dəfə aşağı göstərən uydurma rəqəmi əsas götürmüş, mühasibat-uçot hissəsində isə verilmiş ekspert rəyini gizlətmişdir. Bu məhkəmənin və hakimin tərəfkeşliyinin rəsmi sübutu deyilmi?
İcra mərhələsində baş vermiş kütləvi qanunsuzluq-Notariat sövdələşməsi!
…Tovuz rayon Məhkəməsinin qətnaməsində ən dəhşətli məqam isə budur ki, ipoteka predmeti olan əmlakın hərrac yolu ilə satılması qət edilir. «İcra haqqında» AR-nin Qanunnun 53, 54 və 64-cü maddələrinə görə, məhkəmə qərarında hərrac göstərilibsə, deməli, əmlak mütləq açıq hərraca çıxarılmalıdır. Lakin icra məmuru məhkəmə qətnaməsinin tələbini kobud surətdə pozaraq 14 milyonluq əmlakı ucuz qiymətə- birbaşa «Yelo Bank»a təhvil verir… Təsəvvür edirsinizmi bun ə deməkdir???

Mülkiyyətin hərracsız talan edilməsinə məhkəmədən hüquqi zəmin…
…Hakim Zaur Hünmətov qətnamədə əmlakı açıq hərrac yolu ilə satılmasını qət etsə də, rəqəmləri və girov dəyərini bilərəkdən elə təhrif etmişdir ki, icra məmuru və notarius da bu qətnaməyə istinad edərək 14 milyonluq şərab zavodunu, un kombinatını cəmi 447 min 342 manata birbaşa bankın adına keçirmişdir. Məsələ bununla da bitmir, hətta burda maraqlar necə itilənirsə, hətta Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev bu mülkiyyət mənimsənilməsinin baş memarı kimi çıxış edir! «Məhkəmlər və hakimlər haqqında» AR Qanunun tələblərinə görə, məhkəmə sədri digər hakimlərə örnək olmalı, qanunun aliliyini qorumalı ikən, görün necə bir qanunsuz və ədalətsiz yol tutur! Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev isə tabeliyindəki hakim Zaur Hünmətovla inzibati və hüquqi əlbirliyə gtirərək ədalət mühakiməsini şəxsi maraqlarına alət etmiş, dövlət Reyestrini və Ekspertiza institutlarının imicini də ayaq altına atmışdır.
2026-cı ilin yeni inanılmaz məhkəmə mübahisəsi- baş rolda hakim və sədr Qafil Baxşıyev!
…İcra prosesində tərtib edilmiş saxta protokolların etibarsız hesab edilməsi və onların arasında verilmiş sənədlərin ləğvi tələbi ilə şirkət yenidən Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. İşi şəxsən Tovuz rayon Məhkəməsinin sədri və hakim Qafil Baxşıyev öz baxışına götürərək 14 avqust 2026-cı il tarixli «e-2(5-163(-1653-2026)» saylı qətnamə ilə iddianı məqsədli və qərəzli şəkildə təmin etməmişdir. Beləliklə, məhkəmədə açılmalı düyün yenə də bağlı qalır. Bu düyünün açılması üçün isə ekspertizalar, audit rəyləri, qiymətləndirilmələr, xüsusən də ipoteka dövründəki qiymətləndirmə, məhkəmə qərarı ilə aparılmış qiymətləndirmə, sonuncu qiymətləndirmə, Azərbaycan Mərkəzi Bankının Kredit reyestrindən çıxarış sənədi, eləcə də ASAN xidmətin möhür və imza ilə təsdiq etdiyi borcun olmaması barədə çıxarış, eləcə də bankın qanunsuz və əsassız iddiaların ləğv edilməsi, bu səbəbdən hakim Zur Hünmətovun və hakim, məhkəmə sədri Qafil Baxşıyevin sübutlara və prosessual tələblərə qanunsuz münasibəti vahid xronologiyada yoxlanılmalıdır!
Artıq iş o yerə gəlib çıxıb ki, hakim Zaur Hünmətovun və Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin bu məsələlərdəki prosessual davranışlarının, ekspert rəylərinə münasibətlərinin, iş materiallarının tamlığının, dövlət reyestri məlumatlarının qiymətləndirilməsinin və əmlakların bankın mülkiyyətinə qanunsuz olaraq keçirilməsinə nail olmağa çalışan icra məmurunun hərəkətlərinin Məhkəmə-Hüquq Şurası tərəfindən obyektiv və sənədli şəkildə araşdırılması tələb olunur! Əgər hər şey qanuna uyğun aparılıbsa, bunu mötəbər sənədlərlə sübutu mümkündür. Yox, əgər əksinə, qanuna uyğun aparılmayıbsa, söhbət artıq bir sahibkarın əmlakından deyil, məhkəmə qərarına, dövlət ekspertizasına, dövlət reyestrinə, ASAN xidmətə, Auditorlar Palatasına və mülkiyyət hüququna ictimai etimadın itirilməsindən gedir…
***
Sonda: baş verənlərlə bağlı iş adamı və «Azər-Frans» MMC-nin və «Tovuz-Baltiya» MMC-nin rəhbərliyi Tovuz rayon Məhkəməsinin sonuncu qtnaməsindən və İcra məmurunun qanunsuz əhərəktlərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib… Və onlar inanır ki, həmişə məsələyə ədalətli qərarları ilə seçilən Gəncə Apellyasiya Məhkəməsi bütün bu hüquqi dolaşıqlığa və qanunsuz hərəkətlərə son qoyan qərarını verəcək!
(Davamı var)
-Bəs Milli Məclisin deputatı Sevinc Fətəliyevanın ”Yelobank” ASC-nin xeyrinə qəbul edilmiş qanunsuz məhkəmə qərarlarında rolu nə dərəcədir???
«Təzadlar»ın Araşdırma Qrupu

“Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?


Son illərdə Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsi, sürücülərin sertifikatlaşdırılması və imtahanlardan keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunub. Bu dəyişikliklərin əsas məqsədlərindən biri taksi xidmətinin keyfiyyətini yüksəltmək, sərnişinlərin təhlükəsizliyini təmin etmək və sürücülərin peşəkarlıq səviyyəsini artırmaqdır.

Lakin taksi xidmətlərindən istifadə edən vətəndaşların sosial şəbəkələrdə paylaşdığı narazılıqlar göstərir ki, bütün problemlər hələ də aradan qalxmayıb. Blogger Mehin Oktaylı da “Bolt” şirkətinin sürücülərindən narazılığını ifadə edib. O, sosial şəbəkədə paylaşdığı videoda bəzi sürücülərin davranışını, eləcə də avtomobillərin vəziyyətini sərt şəkildə tənqid edib.

“Sürücülərinizin yarısı çox bərbaddır. Maşınlarınız bərbaddır. “Biznes” çağırırsan, içi sınıq-salxaq maşın gəlir. Sürücülərinizin yarısının əlindən telefon düşmür, yola baxmırlar. Qəribə mahnılar qoyub, “avtoşluq” edirlər. Siz bu sürücüləri işə götürəndə onları nə üzrə test edirsiniz, necə işə alırsınız? Bir çoxu insanların həyatını riskə atırlar. “Komfort” və ya “Biznes” çağırırsan ki, rahat yol gedəsən. Amma sürücülərinizin əlindən necə rahat yol gedim?! Yolboyu içim əsir, əlimi sıxıram”, – deyə blogger bildirib.

Bu fikirlər taksi sürücülərinin işə qəbul prosesi, onların imtahandan keçirilməsi və sertifikatlaşdırılmasının real nəticələrinin nə qədər effektiv olması ilə bağlı suallar yaradır. Çünki son illərdə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər üçün müəyyən tələblər tətbiq olunur və onların sertifikatlaşdırılması nəzərdə tutulur.

Bu halda isə sual yaranır: əgər sürücülər imtahandan keçirilirsə, niyə bəzi sərnişinlər hələ də sürücülərin davranışından, avtomobillərin texniki və xarici vəziyyətindən, eləcə də yol hərəkəti qaydalarına münasibətindən narazıdır? Bəs sertifikatlaşdırma və imtahanlar sürücülərin yalnız peşəkar sürücülük bacarıqlarını yoxlamaqla kifayətlənir, yoxsa onların sərnişinlə davranışı, etik qaydalara münasibəti və təhlükəsiz sürücülük vərdişləri də nəzərə alınır?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, sertifikatlaşdırma və imtahanların əsas məqsədi sürücülərin yalnız sürücülük bacarıqlarını deyil, həm də taksi sahəsində peşəkar fəaliyyət göstərməsini, etik qaydalara əməl etməsini və mövcud qanunvericiliyin tələblərinə uyğun davranmasını təmin etməkdir: “Əvvəlki dövrlərlə müqayisədə taksi fəaliyyətində sürücülərin davranışını daha müsbət qiymətləndirə bilərik. Məlumdur ki, əvvəlki illərdə sürücü-müştəri münasibətləri daha problemli idi. Ancaq hazırda da bəzi hallarda sizin qeyd etdiyiniz kimi, narazılıq doğuran vəziyyətlərə rast gəlinir.

Belə halların aradan qaldırılması üçün həm müvafiq dövlət qurumları, həm də taksi şirkətləri tərəfindən müştərilərin şikayət və müraciətlərinin qəbul edilməsi mexanizmləri yaradılıb. Müştəri sürücünün davranışından narazıdırsa, ilk növbədə istifadə etdiyi taksi şirkətinin operatoruna müraciət edə, eyni zamanda, taksi fəaliyyətini tənzimləyən dövlət qurumuna şikayət göndərə bilər. Qanunu pozan, müəyyən edilmiş qaydalara əməl etməyən sürücülərin müəyyənləşdirilməsi və taksi fəaliyyətindən kənarlaşdırılması prosesi də məhz müştəri məmnuniyyəti və daxil olan şikayətlər nəzərə alınmaqla həyata keçirilir".

Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA


Əslən Cəlilabaddan olan Kamil Abdullayev özünün “Facebook” sosial şəbəkəsində Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin fəaliyyəti ilə bağlı iddialar səsləndirib.
Bu iddia edilənləri açıq şəkildə payıaşan Kamil Abdullayev qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin fəaliyyəti və keçmişi ilə bağlı ona çoxlu məlumatlar göndərilir.
Paylaşımda iddia edilir ki, Qalib Xudaverdiyev də Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov kimi əmlak sektorundan gətirilən kadrlardandır. İddialara görə, o da prezidentin köməkçisi Kərəm Həsənovun yetirmələrindən biridir.
”Xatırladaq ki, Qalib Xudaverdiyev 2021-ci il dekabrın 3-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. O, bu vəzifədən öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətinin Cəlilabad şöbəsində çalışıb”. Kamil Abdullayev paylaşımında iddia edir ki, Cəlilabad rayon sakinlərinin iddialarına əsasən, Qalib Xudaverdiyev rayon İcra Başçısı Rafiq Cəlilovun yaxın şəxslərindən biri kimi qiymətləndirilir. Rayonda birbaşa rüşvət, qanunsuzluq və özbaşınalıq kimi halların onun üzərində cəmləşdiyi iddia olunur. Kifayət qədər təcrübəyə malik olduğu qeyd edilən Qalib Xudaverdiyevin əsas hədəfinin isə başçı olmaq istədiyi vurğulanır.

Kamil Abdullayev iddia edir ki,iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda əməliyyat keçirilib və bir neçə məmur saxlanılıb: “Saxlanılan şəxslərin Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir”.

Redaksiyadan:Bir daha bəyan edirik ki,xəbər Kamil Abdullayevin açıq şəkildə “facebook”sosial şəbəkəsində paylaşdığı iddia dolu məlumata əsasən hazırlanıb.
Xəbərdə adı hallanan şəxslərin mövqeinin də dərc etməyə hazırıq.

Yenixeberorg.biz

Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT


Yardımlıda 89 yaşlı əmək veteranı, 2-ci qrup hərbi əlil və yataq xəstəsi olan Gültamam Bədirova yaşadığı evin qəzalı vəziyyətdə olduğunu bildirərək ölkə rəhbərliyindən kömək istəyib – sənədlərdə isə evin vəziyyəti ilə bağlı bir-birindən fərqli cavablar yer alır

Arazpress.com bildirir ki, Yardımlı rayonunun Bozayran kəndində yaşayan 89 yaşlı Bədirova Gültamam Zərbi qızının prezidentə müraciəti diqqət çəkən bir vəziyyəti gündəmə gətirib. Əmək veteranı, 2-ci qrup hərbi əlil və yataq xəstəsi olan qadın yaşadığı evin zəlzələlərdən sonra qəzalı vəziyyətə düşdüyünü, ailənin təhlükəsizlik səbəbindən gecələri başqa ünvanda keçirməyə məcbur qaldığını bildirir.

Gültamam Bədirovanın sözlərinə görə, ailənin ev tikməyə maddi imkanı yoxdur və onlar yalnız onun pensiyası hesabına yaşayırlar. Müraciətdə qeyd olunur ki, evdə özü ilə yanaşı oğlu, gəlini və nəvəsi də yaşayır. Evin vəziyyətinə görə ailə gecələr gəlininin atasının evində qalır.

Zəlzələdən sonra evdə ciddi çatlar yaranıb
Müraciətdə bildirilir ki, 2024-cü il mayın 11-də və 2025-ci il iyunun 4-də baş verən güclü yeraltı təkanlardan sonra ev yararsız vəziyyətə düşüb. Sənədlərə əsasən, evin yükdaşıyan və arakəsmə divarlarında eni 3-5 santimetr olan şaquli, üfüqi və maili çatlar, bir otaqda isə xaçvari çatlar qeydə alınıb. Xarici yükdaşıyan divarlarda qabarmalar və dağılmaların olduğu da aktda göstərilib.

Ən diqqətçəkən məqam isə həmin baxışın nəticəsidir. Rayon Fövqəladə Hallar Komissiyasının hazırladığı sənəddə fərdi yaşayış evinin “qəzalı vəziyyətdə” olduğu və orada yaşamağın təhlükəli olduğu qeyd edilib.

Bundan sonra məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məktub göndərilib və vətəndaşa köməklik göstərilməsi xahiş olunub.

Eyni ev barədə sonradan fərqli səbəb göstərilib
Müraciətin əsas mübahisəli məqamlarından biri də bundan sonra verilən cavablarla bağlıdır.

Sənədlərdə əvvəlcə evin qəzalı vəziyyətdə olduğu təsdiqlənir. Hətta Rayon Fövqəladə Hallar Komissiyasının aktında divarlardakı çatların ölçüləri və digər zədələr ayrıca göstərilir. Daha sonra isə 31 avqust 2026-cı il tarixli cavab məktubunda evin təbii fəlakət nəticəsində deyil, “istismar müddətinin başa çatmasına görə” qəzalı vəziyyətə düşdüyü bildirilir.

Bu cavab isə 89 yaşlı qadının etirazına səbəb olub. Çünki müraciətdə evin 1997-ci ildə tikildiyi göstərilir. Gültamam Bədirova Yardımlı rayonunda daha qədim tikililərin hələ də istifadədə olduğunu qeyd edərək 30 ilə yaxın yaşı olan bir evin hansı əsasla istismar müddətini başa vurmuş hesab edildiyini soruşur.

Beləliklə, eyni evlə bağlı sənədlərdə iki fərqli yanaşma ortaya çıxır: Əvvəlki aktlarda evin qəzalı və təhlükəli olduğu göstərilir, sonrakı cavabda isə bunun səbəbi kimi istismar müddətinin başa çatması qeyd olunur.

“Biz qorxuruq, birbaşa nazirə məktub yaza bilmərik”
Müraciətdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyevin də adı çəkilir.

Bədirovanın təqdim etdiyi sənədlərə əsasən, Xamiyevin rəhbərliyi ilə evə baxış keçirilib, akt tərtib olunub və evin qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilib. Daha sonra məsələ ilə bağlı FHN-in aidiyyəti qurumuna məktub göndərilib.

89 yaşlı qadın isə müraciətində Xamiyevin ona “biz qorxuruq, birbaşa nazirə məktub yaza bilmərik” dediyini bildirir. O, bununla bağlı sual edir: əgər evdə insanların həyatı üçün təhlükə olduğu müəyyənləşdirilibsə, belə bir vəziyyətin yuxarı dövlət qurumlarına çatdırılması niyə mümkün olmayıb?

Burada məsələnin mahiyyəti təkcə bir məktubun kimə ünvanlanmasından ibarət deyil. Söhbət qəzalı olduğu rəsmi sənədlərdə qeyd edilən evdə yaşamağa məcbur olan insanların təhlükəsizliyindən gedir.

FHN-in cavabında tarix uyğunsuzluğu
Müraciətdə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul şəxsi Elxan Əsədovun imzası ilə göndərildiyi bildirilən cavaba da diqqət çəkilir.

Vətəndaşın iddiasına görə, cavab məktubunda onun şikayətinə 20 iyun 2024-cü ildə baxıldığı göstərilsə də, məktubun üzərində 15 iyul 2023-cü il tarixi qeyd olunub. Bu uyğunsuzluq müraciətdə ayrıca sual kimi qoyulur.

Həmin cavabda, müraciətə əsasən, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin təmir və bərpasının mülkiyyətçi tərəfindən həyata keçirilməli olduğu barədə Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad edildiyi bildirilir.

Bu isə ailənin qarşısında başqa bir problemi ortaya çıxarır: evin bərpası üçün maddi imkanın olmadığı halda, təhlükəli vəziyyətdə olan tikilidə yaşayan ailənin çıxış yolu nədir?

Bu evdə Vətən qarşısında xidmətləri olan insanlar böyüyüb
Məsələnin sosial tərəfini daha da ağırlaşdıran məqam isə Gültamam Bədirovanın ailəsinin tarixçəsidir.

Müraciətdə qeyd olunur ki, onun böyük oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup hərbi əlil və ehtiyatda olan zabitdir. O, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak edib və dövlət tərəfindən təltif olunub.

Ailənin nəvəsinin də 44 günlük Vətən müharibəsində iştirak etdiyi, döyüşlərdə göstərdiyi şücaətə görə təltif edildiyi müraciətdə vurğulanır. Sənəddə onun 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal antiterror tədbirləri zamanı strateji yüksəkliklərin əldə edilməsində komandir kimi iştirak etdiyi qeyd olunur.

Bu gün isə həmin ailənin 89 yaşlı anası evinin uçmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirir.

89 yaşlı ananın son ümid yeri Prezidentdir
Bədirova Gültamam Zərbi qızı müraciətində dövlət başçısından ailəsinin vəziyyətinə müdaxilə edilməsini xahiş edir.

O, müraciətində əsas istəyini belə ifadə edir: ailəsinin dövlət qarşısındakı xidmətləri və həmin evdə iki müharibə iştirakçısı və qazinin böyüməsi nəzərə alınaraq, gələcəkdə hər hansı bədbəxt hadisə baş verməmişdən əvvəl problemin həllinə göstəriş verilsin.

Burada cavab gözləyən əsas sual isə sadədir: rəsmi aktla qəzalı və yaşamaq üçün təhlükəli olduğu bildirilən evdə 89 yaşlı yataq xəstəsi qadın və ailəsi daha nə qədər gözləməlidir?

Çünki söhbət artıq yalnız divarlardakı çatlardan getmir. Söhbət bir ailənin təhlükəsizliyindən və baş verə biləcək hadisənin qarşısının vaxtında alınmasından gedir.


Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56