Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı


Bu gün Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiqlənib.

Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin var-dövləti ilə bağlı məlumatlar yayılmış və o, sədr vəzifəsindən istefa vermişdi.

Bizimesr.info

13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT


Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.

Buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub.

Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.

Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.

İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmçinin həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.

Məsələ ilə bağlı TƏBİB-in rəsmi mövqeyi hələlik məlum deyil.

Tibb işçiləri bu qərarın əsassız olduğunu bildirirlər.

Teleqraf

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...


Mətbuatda 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynovun Bakı şəhərində fərqli üç ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərməsi barədə təəccüb doğuran informasiyalar dolaşır. Məsələ burasıdır ki, Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Sual olunur: Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”
Təbiidir ki, 48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, bu idarənin notariat sahəsinə nəzarət edən rəis müavini Mehman Soltanov verib. Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır.
KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.
Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün Səadət Hüseynova zəng vursaq da, telefonun dəstəyini qaldırmadı. Salamlaşma və ilk suallarımızı mesaj formasında göndərəndən sonra cavab əvəzinə ondan hədələyici mesaj aldıq: “Xahiş edirəm artıq dərəcədə narahat eləməyin. Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqaları narahat etməyək»
Qərara gəldik ki, Səadət Hüseynovla söhbətimizin davamını örtülü mesaj statusundan ictimai müstəviyə keçirək. Əlbəttə, S.Hüseynov jurnalistlərlə söhbət etməyi nəinki özünə, heç 50 min manat qiyməti olan telefon nömrəsinə sığışdırmır. Malik olduğu başqa daşınar və daşınmaz əmlakları, nəhayətsiz kapitalı demirik, təkcə o telefon nömrəsini quru maaşla alması üçün orta statistik məmur yarım ömür xərcləməlidir.
Mövzuya qayıdacağıq.
Mənbə: Dəryaz.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!


Xaçmaz rayonunun Qaracəlli kəndindən olan fermer Seymur Abu Hamza aldığı şaftalı tinglərinin bir qisminin vəd edilən sorta uyğun olmadığını iddia edir.

Gununsesi.info xəbər verir ki, fermerin sözlərinə görə, o, təsərrüfatı üçün ümumilikdə 2100 ədəd şaftalı tingi alıb.

Tinglərin alınmasına və sonrakı üç il ərzində onların becərilməsinə ciddi maliyyə vəsaiti, əmək və vaxt sərf edib.

Lakin fermer bildirir ki, ağaclar məhsula düşdükdən və satış mərhələsinə çatdıqdan sonra təxminən 1400 ağacın əvvəlcədən vəd edilən sort olmadığı məlum olub.

Məsələ ilə bağlı fermerin təqdim etməyə hazır olduğu WhatsApp yazışmaları və səs yazılarının da olduğu bildirilir.

Fermer qeyd edir ki, zərurət yaranacağı təqdirdə həmin materialları araşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim etməyə hazırdır.

Fermerin sözlərinə görə, məsələdə Agro Plant MMC, eləcə də Gürkan Baş və Anar Hüseynlinin adları keçir.

Seymur Abu Hamzanın əsas narahatlığı isə problemin yalnız onun təsərrüfatı ilə məhdudlaşmaması və gələcəkdə digər fermerlərin də analoji vəziyyətlə üzləşə bilməsidir.

Fermer hesab edir ki, tinglər fermerlərə satılmazdan əvvəl onların sort xüsusiyyətləri, mənşəyi, sertifikatları, müvafiq sənədləri və keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır.

O həmçinin bildirir ki, Qaracəlli kəndində təxminən 20 hektar ərazidə, eləcə də Quba rayonunda yeni meyvə tinglərinin yetişdirildiyi barədə məlumat var. Fermer həmin tinglərin istehsalı, sortu, mənşəyi, sertifikatlaşdırılması və satışına dair məsələlərin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını xahiş edir.

Fermerin fikrincə, bu kimi məsələlər vaxtında araşdırılmalı, tinglərin keyfiyyətinə və sort uyğunluğuna nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, məqsəd təkcə özünün üzləşdiyi problemin həlli deyil, digər fermerlərin də illərlə əmək və vəsait sərf etdikdən sonra analoji problemlə qarşılaşmasının qarşısını almaqdır.

Seymur Abu Hamza Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edərək məsələnin araşdırılmasını, tinglərin mənşəyi və sort xüsusiyyətlərinin yoxlanılmasını, həmçinin ting bazarında nəzarət mexanizmlərinin gücləndirilməsini xahiş edir.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı adı çəkilən şirkət və şəxslərin mövqeyini öyrənmək üçün onlara müraciət edilə bilər.

Qarşı tərəfin açıqlaması daxil olduğu halda, xəbər yenilənəcək.

“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb


Bakı şəhər sakini Nihat Eyvazov, həyat yoldaşı və 2 yaşlı oğlu Namid Eyvazov özünü "loqoped-psixoloq" kimi təqdim edən Türkan Mehdizadə tərəfindən fiziki zorakılığa məruz qalıb

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Nihat Eyvazovun müraciəti yayımlanıb.

Şikayətçi Nahid Eyvazov bildirir ki, Türkan Mehdizadənin video çıxışlarını Tik-tok sosial şəbəkəsində görüb və əlaqə yaradıblar. Özünü loqoped-psixoloq kimi təqdim edən T.Mehdizadə N. Eyvazovu və ailəsini Yasamal rayonu Zahid Xəlilov küçəsi 128 (Bakı Dövlət Universiteti ilə üzbəüz) ünvanında yerləşən Elite city yaşayış binasının 17-ci mərtəbəsində qəbul edib.

N. Eyvazov bildirir ki, Türkan Mehdizadə ilə yaranmış davanın səbəbi, yanında fizioterapevt kimi təqdim etdiyi anasının uşağıma qışqırması və “ağırdı götürə bilmirəm” sözünə etiraz etdiyimə görə baş verib. İlk əvvəl Mehdizadənin anası N.Eyvazovu və yoldaşını təhqir edib, daha sonra söhbətə qoşulan “loqoped- psixoloq” Türkan vətəndaşa fiziki zorakılıqlar etməyə başlayıb. Şikayətçi qeyd edir ki, Türkan Mehdizadə ilə anası onun üzünü çırmaqlayıb, həyat yoldaşını vurub və 2 yaşlı övladına xəsarət yetirib.

Nahid Eyvazov özünə və ailəsinə edilən zorakılıqla bağlı hüquq mühafizə orqanlarına rəsmi şikayət edib. Hazırda özünü "loqoped - psoxoloq" kimi təqdim edən Türkan Mehdizadəyə cinayət işinin açıldığı bildirilir. (Poliqon)

Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO


Bakının Nəsimi rayonu, 54 saylı orta məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır.

Tribuna.az xəbər verir ki, Elşən Teymurov Tik-Tok hesabında bununla bağlı valideyn komitəsinə göndərilən səsi yayıb.

Şəhərin Memar Əcəmi istiqamətində yerləşən 54 saylı məktəbin konkret olaraq 8 D sinfindən söhbət gedir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərə pul yığılmaması barədə xəbərdarlıq edib.

VİDEO LİNKDƏ; https://diaaz.info/manset/491857-bu-mektebde-de-bazar-aciblar.html

ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH

ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH


Sentyabrın 30-da Bakı növbəti möhtəşəm tədbirə - VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX) qapılarını açdı. Oktyabrın 2-nə qədər davam edəcək ADEX 2026 və Securex Caspian sərgilərində ümumilikdə 53 ölkə təmsil olunur, 30 ölkədən 280 şirkət və təşkilat iştirak edir.

Sərgilərdə stendlərlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr var. Siyahıda həm NATO ölkələrinin, həm Avropa dövlətlərinin, həm də Asiya və region ölkələrinin yer alması ADEX-in müxtəlif müdafiə sənayesi bazarlarını və istehsalçılarını bir araya gətirdiyini göstərir. Bu siyahının coğrafi müxtəlifliyi ADEX-in yalnız müəyyən bir regionun deyil, fərqli müdafiə sənayesi bazarlarının təmsil olunduğu geniş platformaya çevrildiyini göstərir.

ADEX vasitəsilə Azərbaycan müdafiə sənayesi imkanlarını təqdim edir, yeni müqavilələr imzalayır, istehsal olunan hərbi sənaye məhsullarını xaricə ixrac edir. Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu da məhz bu məqsədlə tamamilə milli ekspozisiya üçün ayrılıb. Bu pavilyonda müdafiə sənayesi məhsulları ilə yanaşı, Azərbaycanın kosmik sənaye və mühəndislik sahələrindəki istehsal və innovasiya imkanları da nümayiş olunur. Bu da göstərir ki, Azərbaycan üçün müdafiə sənayesi sadəcə silah və sursat istehsalı olmaqdan da geniş məfhum ifadə edir. Bu sahənin ətrafında formalaşan texnologiya və mühəndislik imkanları da fərqli bir istehsal istiqamətinə çevrilib. Sərgi çərçivəsində isə yerli müəssisələrlə birbaşa təmas qurmaq imkanları da təqdim edilir. 2014-cü ildə keçirilən sərgidə əgər 34 ölkə iştirak edirdisə, 2026-cı ildə keçirilən sərgidə 53 ölkənin təmsil olunması ADEX-ə beynəlxalq marağın genişlənməsini sübut edir.

ADEX-də Azərbaycanın bu gün nümayiş etdirdiyi imkanlar əslində müdafiə sənayesinin sistemli şəkildə qurulması sayəsində ortaya çıxır. Hər şey 2005-ci ilin 16 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başladı. Həmin dövrdə atılan bu vacib addımın əslində əsas məqsədi ordunun ehtiyaclarının böyük bir hissəsini daxili istehsal hesabına qarşılamaq, xarici asılılığı azaltmaq idi. Bu addımın əhəmiyyəti həm də ondan ibarət idi ki, müdafiə sənayesinin inkişafı ayrı-ayrı müəssisələrin fəaliyyəti kimi deyil, uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirildi. Bu addım sayəsində isə təkcə ehtiyacları qarşılayan yox, gələcək təhlükəsizlik çağırışlarına hazırlaşan strateji sahəyə çevrildi.

Qısa müddətə qarşıya qoyulan məqsədə doğru atılan addımlar öz bəhrəsini verdi. Əgər 2007-ci ildə müdafiə təyinatlı məhsulların sayı 213 idisə, bu gün ölkədə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu gün yerli istehsalın əhatəsində atıcı silahlar və sursatla yanaşı, zirehli texnika, pilotsuz uçuş aparatları, robot sistemləri və digər müasir müdafiə vasitələrinin yer alması da həmin dəyişimin miqyasını göstərir. Bu isə daxili ordu tələbatını qarşılamaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin xarici tədarükçülərdən asılılığını ciddi şəkildə azaldıb. 2016-cı il Aprel döyüşləri zamanı yerli istehsal silah və PUA-lardan istifadə edilməsi həm də yerli məhsullar üçün praktiki sınaq sayıldı. Yerli məhsullar real döyüş şəraitində tətbiq edildi. Eyni xətt 44 günlük Vətən Müharibəsində də izlənildi. Bu dəfə yerli istehsal olan PUA-lar, zirehli maşınlardan aktiv şəkildə istifadə edildi. Döyüş şəraitində əldə olunan təcrübə isə yalnız həmin mərhələnin ehtiyaclarının qarşılanması ilə yekunlaşmadı: istifadə olunan sistemlərin imkanları, döyüş meydanının tələbləri və ortaya çıxan yeni ehtiyaclar sonrakı istehsal və texnoloji inkişaf üçün praktik məlumat bazası yaratdı.

Bu istehsalın miqyasını ayrı-ayrı nümunələr də göstərir: "Gürzə", "Tufan", həmçinin xarici lisenziya əsasında istehsal edilən "Marauder", "Matador" tipli minaya davamlı zirehli nəqliyyat vasitələrinin adı daxildir. Paralel olaraq isə "İstiqlal", "Mübariz" adlı irikalibrli snayper tüfəngləri, HP-7.62 hücum pulemyotları, müxtəlif növ EM-14 avtomatları, tapança və digər silahlar istehsal edilərək, milli silah markaları yaradılıb.

Bu istehsal zəncirinin günü-gündən genişlənməsi, yeni məhsulların istehsalı həm də Azərbaycanın təhlükəsizlik siyasətində mühüm üstünlük yaradır. Çünki bu gün xarici tədarük zəncirində yaranan fasilələr, geosiyasi gərginliklər, bəzi ölkələrin tez-tez dəyişən qərarları bir çox hallarda ordunun ehtiyaclarına çevik reaksiya vermək imkanının məhdudlaşdırır. Bu səbəbdən də öz istehsal bazasına malik olmaq Azərbaycan üçün təhlükəsizlik siyasətində böyük üstünlük deməkdir.

Azərbaycan yerli müdafiə sənayesinin istehsalı olan məhsullarla bu gün nəinki ordunun ehtiyaclarını qarşılayır, eyni zamanda müxtəlif silah, sursat və PUA-lar artıq xarici bazarlara da çıxarılır. Yəni, vaxtilə əsasən xarici tədarükə söykənən Azərbaycan, bu gün öz ordusunu təmin etməklə yanaşı, hərbi təyinatlı məhsul ixrac edən ölkəyə çevrilib. Prezident İlham Əliyevin 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, 2025-ci ildə Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib. Onun böyük hissəsi Silahlı Qüvvələrə verilib, bir hissəsi isə ixrac olunub. Prezident Azərbaycanın həmin vaxt artıq 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsul ixrac etdiyini və qarşıya qoyulan qısamüddətli hədəfin ixracı 1 milyard dollara çatdırmaq olduğunu açıqlayıb.

Burada diqqət ediləcək digər məqam da odur ki, xarici bazarlara ixracın genişlənməsi həm də yerli istehsalda keyfiyyət, texniki imkanlar kimi sahələrin də inkişafına təkan verir. Eyni zamanda ixrac müdafiə sənayesinin ölkə iqtisadiyyatında ayrıca gəlir mənbəyinə çevrilməsinə də şərait yaradır. ADEX kimi sərgilər isə bu məhsulların potensial tərəfdaşlara birbaşa təqdim edilməsi və yeni bazarlarla əlaqələrin qurulması baxımından həmin prosesin mühüm hissəsinə çevrilir.

Digər vacib məqam odur ki, məhsulların xarici bazara çıxarılmasında ixraca nəzarət də xüsusi qaydalar əsasında həyata keçirilir. Yəni, hərbi təyinatlı məhsulların hansı ölkəyə və hansı şərtlərlə göndərilməsi dövlətin ixrac nəzarəti mexanizmləri çərçivəsində baş verir. Bunun səbəbi isə təhlükəsizlik məsələləri ilə bağlıdır. Burada həm də beynəlxalq öhdəliklər məsələsi də var. Çünki silah və sursatın hansı ölkəyə hansı məqsədlə verilməsi əsas şərtdir. Bu yanaşma da göstərir ki, Azərbaycan beynəlxalq hərbi-texniki əməkdaşlıqda etibarlı və müəyyən edilmiş qaydalara uyğun tərəfdaş kimi çıxış edir.

Bütün bu fikirlərə nəzərən əminliklə söyləmək olar ki, ADEX Azərbaycanın son iyirmi ildə formalaşdırdığı müdafiə sənayesi potensialını xarici auditoriyaya çıxarır, yeni hərbi-texniki əməkdaşlıqlar qurmağa şərait yaradır, eyni zamanda ölkənin hərbi sənayesinin regional bazardakı mövqeyini genişləndirməyə imkan yaradır. Bu da o mənaya gəlir ki, ADEX Azərbaycanın müdafiə sənayesi ilə bir-birini tamamlayan iki prosesə çevrilib. Azərbaycan müdafiə sənayesinin formalaşdırdığı istehsal imkanları bu sərgi vasitəsilə beynəlxalq aləmə tanıdılır, əməkdaşlıq müstəvisinə çıxarılır...(Report)

İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...


Goranboy Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.


Bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmrlər imzalayıb.


Əmrə əsasən, Ziya Aslanov icra başçının köməkçisi vəzifəsinə gətirilib.


Digər əmrlə, Şəmsi Ziyadov qurumun İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Goranboy Rayon İcra Hakimiyyəti başçısının Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub.


Əfqan Vəliyev isə İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçi təyin edilib.


Xatırladaq ki, yeni təyinatlar olan vəzifələr vakant idi.


Ölkə.az

"Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ


"Şərur Rayon Xəstəxanasında uzun müddətdir davam etdiyi iddia olunan ciddi qanun pozuntuları, dövlət vəsaitlərinin səmərəsiz və qanunsuz istifadəsi, əməkhaqqı ödənişləri ilə bağlı saxtalaşdırmalar və ayrı-ayrı şəxslərin himayə olunması barədə məlumatların araşdırılmasını tələb edirik..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sorna bildirilir: "Xəstəxananın ümumi şöbəsində çalışan Azər adlı şəxs və baş mühasib Ədalət adlı şəxsin bir sıra qanunsuz maliyyə əməliyyatlarında iştirak etdiyi, müəyyən işçilərdən pul alındığı və bu ödənişlərin həmin şəxslərə çatdırıldığı iddia olunur.

Xüsusilə dövlət tərəfindən verilən talonların necə istifadə edildiyi və silinməsi ilə bağlı ciddi şübhələr mövcuddur. Bu talonların faktiki olaraq təyinatı üzrə istifadə olunub-olunmadığı, kim tərəfindən və hansı əsasla silindiyi mütləq şəkildə yoxlanılmalıdır.

Digər ciddi məsələ isə əməkdaşların faktiki işə çıxmadan əməkhaqqı almaları ilə bağlıdır. Bildirilir ki, kənd tibb məntəqələrinin yoxlanılması adı altında formal yoxlamalar aparılır, lakin müəyyən şəxslər külli miqdarda pul ödəməklə işə çıxmadan əməkhaqqı almaqda davam edirlər. Həmin şəxslərin Bakı, Şəki və digər şəhərlərdə olduqları halda xəstəxanada işdə göstərilmələri ilə bağlı məlumatların araşdırılması zəruridir.

Məsələn, oksigen təsərrüfatında çalışan bir işçinin təxminən iki ay İstanbulda başqa işlə məşğul olduğu halda xəstəxanada işdə göstərildiyi və əməkhaqqı kartını Azər və Ədalət adlı şəxslərə verdiyi barədə məlumatlar mövcuddur. Əgər bu məlumatlar təsdiqini taparsa, burada əməkhaqqının qanunsuz rəsmiləşdirilməsi və dövlət vəsaitinin mənimsənilməsi əlamətlərinin olub-olmaması hüquqi qaydada araşdırılmalıdır.

Bütün bunlarla əlaqədar aşağıdakı məsələlərin xüsusi nəzarətə götürülməsini tələb edirəm:

1. Xəstəxananın son illər üzrə əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın.
2. İşçilərin davamiyyət jurnalları ilə əməkhaqqı ödənişləri tutuşdurulsun.
3. Xaricdə və ya digər şəhərlərdə olduğu halda işdə göstərilən əməkdaşlar müəyyən edilsin.
4. Əməkhaqqı kartlarının faktiki kim tərəfindən istifadə edildiyi araşdırılsın.
5. Dövlət tərəfindən verilən talonların uçotu və silinməsi tam şəkildə yoxlanılsın.
6. İşə çıxmayan şəxslərin əməkhaqqılarının hansı əsasla ödənildiyi müəyyən edilsin.
7. Azər və Ədalət adlı şəxslərin bu proseslərdə iştirakının olub-olmaması araşdırılsın.
8. İşçilərdən hər hansı formada pul tələb olunub-olunmadığı və bu pulların kimlərə çatdığı müəyyən edilsin.
9. Əgər bu şəxslərin arxasında və ya onları himayə edən vəzifəli şəxslər varsa, onların da müəyyən edilərək məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi təmin olunsun.

Xüsusilə qeyd edirəm ki, məsələ yalnız ayrı-ayrı işçilərin intizam pozuntusu kimi qiymətləndirilməməlidir. Əgər dövlət vəsaitinin mənimsənilməsi, saxta davamiyyət, qanunsuz əməkhaqqı ödənişləri və vəzifədən sui-istifadə faktları təsdiqini taparsa, bu hallara bütövlükdə hüquqi qiymət verilməli və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Eyni zamanda, araşdırmanın xəstəxananın öz daxilində deyil, maraqlar toqquşmasının qarşısını almaq üçün aidiyyəti və müstəqil qurum tərəfindən aparılmasını xahiş edirəm.

Bu məsələ ilə bağlı obyektiv və şəffaf araşdırma aparılmasını, nəticəsi barədə rəsmi məlumat verilməsini və təsdiqlənmiş qanun pozuntuları üzrə konkret tədbirlər görülməsini tələb edirəm..."

"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY


Şərurda üzərində İlham Əliyevin şəkli olan ənənəvi məktəbli kitabçalarının qəbul edilmədiyi bildirilir. Onların əvəzinə üzərində rayon məktəblərinin şəkilləri olan yeni gündəliklər təklif edilir. Valideynlərin sözlərinə görə, yeni gündəliklər əvvəlkilərdən ikiqat baha satılır.

Valideynlər bildirirlər ki, rayondakı “Kitab evi”ndə məktəblər üçün ayrıca gündəliklər hazırlanıb və şagirdlərə yalnız həmin gündəliklərdən istifadə etməli olduqları deyilib. Onlar Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün hazırlanmış gündəliyin şəklini “Gündəlik Naxçıvan”a təqdim ediblər.

Üç övladı həmin məktəbdə təhsil alan V.N. deyir ki, tətil vaxtı aldığı ənənəvi gündəliklər məktəb tərəfindən qəbul edilmədiyindən əlavə xərc çəkməyə məcbur olub:

“Gündəliklər rayondakı kitab evində hazırlanır və buna başçının qohumları nəzarət edir. Bizə deyirlər ki, yalnız məktəbin özü üçün hazırlanan bu gündəliyi almalıyıq. Başqa gündəlik keçərli sayılmır. Əvvəl istifadə etdiyimiz gündəlik 1 manat 50 qəpik idi, indi isə bunu 3 manata satırlar. Başqa gündəlik alanlara deyilib ki, qaytarsınlar. Yeni gündəliyin məcburi olduğunu bildirirlər.

Mən üç uşağımın gündəliyinə 4 manat 50 qəpik vermişdim. Bu pul heçə sayılır. İndi əlavə 9 manat verib onların dediyi gündəlikləri almalıyam.”

Adının açıqlanmasını istəməyən digər valideyn də yeni qaydadan narazıdır:

“Nəyə görə kiminsə cibini doldurmaq üçün gündəliyi məcburi şəkildə ikiqat qiymətə almalıyıq? Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər. Başqa gündəlik alanlara isə onu qaytarmaq tapşırılır. Bizə deyilənə görə, bu satışın arxasında rayon rəhbərliyinə yaxın şəxslər dayanır. Öz kommersiya maraqlarına görə bizi əlavə xərcə salırlar. Gündəlik monopoliyası yaradıblar. Düşünmürlər ki, camaat kasıbdır.”


Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56