Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 136 ünvanında piyada səkisi tutulub. Yaşayış binasının xarici görünüşünə qanunsuz müdaxilə olunub.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Jalə Əsədova paylaşıb. O bildirib ki,
sentyabrın 8-də quruma rəsmi media sorğusu göndərilib, lakin icra hakimiyyəti bir aya yaxın müddətdə ərzində heç bir cavab verməyib:

“Qanuni cavab müddətini pozdu. Yazı işıq üzü görəndən sonra isə gözlənilməz “taktika” seçdilər. Qurum rəsmi blankda cavab vermədi. Sənəd göstərə bilmədi. Bunun əvəzinə sosial şəbəkədə rəy yazmaqla işini bitmiş hesab etdi.

​İcra hakimiyyəti rəy bölməsində yazır ki, “Obyekt təxminən 25 il əvvəl tikilib. Hal-hazırda heç bir artırma işi aparılmır”. Elə həmin mətndə başqa bir iddia da yer alır ki, burada “Obyektin ön hissəsi piyadaların yolunu kəsdiyi üçün tərəfimizdən sökülüb. Hazırda sahibkar zəruri təmir-bərpa işi aparır” deyirlər.

Diqqət edin!

​Obyektin xarici divarları sıfırdan təzə ağlay daşları ilə üzlənib.

​Geniş şüşə-vitrin sistemləri və yeni çöl işıqlandırması quraşdırılıb.

​Obyektin böyründə inşaat taxtaları və fəhlə iskələləri qurulub.

​Divarlarda təzə suvaq izləri, yerdə isə tikinti qalıqları var. Hələ arxada biraz aralıdakı yeni suvaqlı tikili divarlarını demirik.

​Kadrlardakı bu mənzərə “təmir” deyil. Bu, səkinin üstündə aparılan açıq-aşkar yenidənqurma və artırma işidir. İcra hakimiyyəti fəhlələrin iskələdə daş hördüyünü görə-görə “artırma yoxdur” deyirsə, bu, artıq ictimaiyyətin gözünə kül üfürməkdir”.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/492173-yasamalin-icra-bashcisi-kimin-gozune-kul-ufurur.html

Burda müştəriyə köhnə yemək verilir... - "Çox ac idik deyə ..."


"Şikayətim "Boranı" Restoranının Əhmədli filialındandır... " "DİA-AZ" xəbər verir ki, bu abrədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vəfa adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Dünən axşam saatlarında çox ac idik deyə tələsik ora girdik. Sifarişlər 25-30 dəqiqəyə gəldi və kəskin iy gəlirdi. Köhnə olduğu net görünürdü. Rəhbərliyi çağırıb şikayət etsək də, bizə mentalitet qaydaları ilə davrandılar: "Vallah 500 adam alıb, şikayət yoxdu.... Göndəri niyəsə əskik gəlib. Deməli, davamında biz nə dəyişə, nə qaytara bilərik, deyildi. Hətta azca ət əlavə gətirəndə də gördük ki, sırf bizə verilən köhnədir. Qısası bu gün Qida Təhlükəsizliyi Agentliyinə də yığıb məlumat verəcəm, amma nə instagram səhifələri, nə ordakı işçi heyyəti nəzərə alıb, bir üzrxahlıq belə etmədilər. Ayıb olsun..."



“Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin( “Qaçqınkom”) Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı ş. Nəsimi rayonu K. Səfərəliyeva k.25 ünvanda TTİ-nin yataqxanasında məskunlaşmış məcburi köçkün Kazımov Vidadi Barat oğlunun, Göyçay rayon, Qaraməryəm kəndindəki keçmiş ferma ərazisində görüləcək işlərlə bağlı "Azsur Group" MMC ilə müqavilə bağlayıb. 24.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu müqavilənin dəyəri 159.143 manatdır.

Tərəflər arasındakl bu əməkdaşlıq xüsusi ilə iki faktorla cəlbedici görünür...

Birincisi, rəsmi saytından da məlum olur ki, "Azsur Group" MMC yol və körpü tikintisi üzrə ixtisaslaşsa da, suvarma və drenaj sistemlərinin qurulmasını da həyata keçirə bilir. Belə bir şirkətin hansısa fermada görüləcək işlərə cəlb edilməsi isə bir o qədər də anlaşılan görünmür...

***

Araşdırmalarımız zamanı məlum olub ki, "Azsur Group” MMC ötən il 54 tenderin qalibi seçilib. Bu tenderlər Oğuz, Hacıqabul, Ağstafa, Qəbələ, Qazax rayon icra hakimiyyətləri də daxil müxtəlif qurumlar tərəfindən keçirilib. Şirkətin qalibi seçildiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 681 037,36 manatdır.

Bəs dövlət qurumların iri layihələri etibar etdiyi bu şirkət haqqında nə bilirik?

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azsur Group” MMC 21 FEVRAL 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbəli, ev 21F, mənzil 21F-də yerləşən şirkətin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.

"Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.(“Qaynarinfo”)

***

İkincisi, tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və bu barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg.biz”ə ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...

Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin hansısa bir fermada görüləcək işlərlə bağlı "Azsur Group" MMC ilə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Yoxsa, “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin hansısa bir fermada görüləcək işlərlə bağlı seçim edə biləcəyi başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...

***

Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə hər iki tərəfə-həm “Qaçqınkom”-un sədri cənab Rövşən Rzayevə, həm də "Azsur Group" MMC-nin direktoru cənab Rəşad İmanlıya online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)

Və son əvəzi...

Əvvəla,“Qaçqınkom”-un hörmətli sədrinə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.

Xatırladaq ki,“Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin direktoru Rafiq İbrahimovdur.

Yenixeberorg.biz

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.

Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.

Yumurta, Çek və 25 Manatlıq “Məhəbbət”: Müəllimlər Gününüz Mübarək! - VİDEO


5 Oktyabr Müəllimlər Gününə saylı günlər qalıb. Artıq ölkənin bir sıra məktəblərində valideynlərdən təbrik adı altında pul yığımına nəinki start verilib, hətta bəzilərində proses uğurla başa çatıb, “hesabatlar” da hazırdır.

Böyük şairimiz Məhəmməd Füzuli vaxtilə “Şikayətnamə”də “Rüşvət deyildir deyə almadılar” yazmışdı. Görünür, bizim müasir Valideyn Komitəsi Sədrləri (VKS) bu klassik irsi yaradıcı şəkildə inkişaf etdiriblər. İndi rüşvətin, qanunsuz yığılan vəsaitin adı olub “könüllü hörmət”, şifrəli kodu isə “yumurta”. İnsan mat-məətəl qalır ki, görəsən, elm və təhsil ocağında “yumurta” söhbəti elmin hansı dərin qatından xəbər verir?

Növbəti mərhələdə yəqin ki, riyaziyyat dərslərində də tənlikləri “kartof, pomidor və ya xiyar vahidləri” ilə həll edəcəyik.

Məsələnin başqa bir “fədakarlıq” tərəfi də var. VKS sədrləri elə bir “mütəşəkkil idarəetmə” sistemi qurublar ki, insanda adama medali təqdim etmək həvəsi yaranır. 2 oktyabr saat 12:44 və 13:02 tarixlərində qeydə alınan ödəniş çekləri, karta köçürmələr, müəllimə veriləcək “pluslu” siyahılar…

Bəli, texnologiya inkişaf edir, bank tətbiqləri rahatlaşır, amma zehniyyət tətbiq olunmuş məcburiyyətin “könüllülük” maskasından bir addım da kənara çıxa bilmir. Müəllimə hörməti 15, 20, 25 manatlıq tariflərlə ölçmək, verməyəni isə “məlumatsız saxlamamaqla” qorxutmaq hansı pedaqoji nəzəriyyənin tərkib hissəsidir?

Bir tərəfdən Müşfiqabad 274 nömrəli məktəbdə director Nəriman Mürsəliyevin, digər tərəfdən Binəqədi 205 nömrəli məktəbdə director Əliheydər Əliflinin rəhbərlik etdiyi təhsil ocaqlarında bu cür mənzərələrin yaşanması təəssüf və təəccüb doğurur. Məktəblər bilik və tərbiyə məbədi olmaqdan çıxıb, sanki VKS-lərin illik ticarət dövriyyəsini reallaşdıran korporativ mərkəzlərə çevrilib.

Səs yazılarında “qorxunuz, çəkincəniz yoxdur” deyə müraciət edənlərə sadə bir cavab var: görünür, yoxdur! Çünki qorxusu olan insan “müəllimlər günü” adı altında valideynləri bu dərəcədə açıq-aşkar soymağa, məktəbi bazara döndərməyə cəsarət etməz.

Bütün bu “yumurtalı”, çekli, 25 manatlıq bazarlıqların fonunda isə tək bir sual açıq qalır: Biz bu üsulla böyüdəcəyimiz uşaqlara hansı mənəvi dəyərlərdən dərslər keçəcəyik?

Adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Faktum.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56