“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ


“İrşad Electronics”də korporativ satış şöbəsinin rəhbəri olmuş Ruslan Hüseynovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Ruslan həbsdə deyil, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İlk iclasda təqsirləndirilən şəxsin vəkili Vüqar Əliyev üç vəsatət qaldırıb. Vəkil əvvəlcə məhkəmədən xahiş edib ki, “İrşad Electronics” MMC-dən işə aid sənədlər tələb edilsin.

Buraya satış müqavilələri, ödəniş və bank sənədləri, daxili sistemin elektron jurnalı (loqoları), Ruslanın korporativ yazışmaları, daxili qaydalar və audit hesabatının əsasını təşkil edən ilkin sənədlər daxildir. Bundan əlavə, müdafiəçi şirkət əməkdaşlarının şahid qismində çağırılmasını və müvafiq bankdan müvəkkilinin kart hesabı üzrə çıxarışlarının gətirilməsini istəyib.

Növbəti vəsatətlər Ruslan Hüseynovun günahsız olduğu üçün cinayət işinə xitam verilməsi, əks halda işin baxılmadan prokurora qaytarılması və yolverilməz sübutların iş materiallarından çıxarılması ilə bağlı olub. Vəsatətlər müxtəlif sübutlarla əsaslandırılıb.

“İrşad Electronics”in nümayəndəsi isə Ruslanın elə ilk iclasda həbs edilməsini tələb edib.

İşi araşdıran hakim Azər Tağıyevin “Niyə həbs edilməlidir?” sualına isə “İrşad”ı təmsil edən vəkil gözlənilməz cavab verib. Nümayəndə deyib ki, təqsirləndirilən şəxs sayt və sosial şəbəkələrdə şikayət edir, bu iş barədə danışır. Bu da “İrşad”ın imicinə ziyan vurur.

Ruslanın müdafiəçisi isə bu vəsatəti gülünc hesab edib, şəxsin mediaya çıxdığı üçün həbs edilməsinin fikir azadlığının boğulması kimi qiymətləndirilə biləcəyini deyib.

Prokuror işlə tam tanış olmadığı üçün qaldırılan vəsatətlərlə bağlı qərar növbəti iclasa saxlanılıb.

Qeyd edək ki, R.Hüseynov “İrşad”a 240 min manat ziyan vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 10 ilə kimi həbs edilə bilər. Amma o, ittihamı qəbul etmir.

R.Hüseynov haqqında cinayət işi başlanılmamışdan əvvəl saytımıza etdiyi müraciətdə deyib ki, öhdəlikləri yerinə yetirsə də, bir müştərinin məhsul alıb pulunu verməməsi bütün həyatını və karyerasını alt-üst edib. “İrşad Electronics”in nümayəndələri ona zəng edərək nöqsanına görə 240 000 manat maddi ziyanın olduğunu deyib, həmin məbləği tələb edib. Bu barədə əvvəlki yazımızda ətraflı tanış olmaq olar. Açıqlamalarından bir müddət sonra isə Ruslan haqda cinayət işi başlanıb.

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?



" “Abşeronneft“ Neft Qaz çıxarma idarəsinin rəisi Balaəli Cəfərov tərəfindən verilən tapşırıq əsasında Dövlətə məxsus 250 saylı stasionar dəniz özülünün və neft borularının qanunsuz şəkildə qara metal kimi doğranaraq dənizdən çıxarılması, bu zaman Xəzər dənizinin çirklənməsini əks etdirən video görüntü ilə birlikdə müraciətimdən sonra mənə və ailəmə qarşı təzyiq, təhdidlərin sayı dayanmadan artır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sözügedən qurumun işçisi Xanhüseyn Gözəlov qeyd edib.
Ölkə rəhbərliyinə ünvanlanmış müraciətində narazı SOCAR işçisi daha sonra bildirir: "Hal-hazırda xəstəxanada müalicə olunduğum halda mənim yaşadığım ünvana adamlar göndərəcəyi ilə bağlı hədə-qorxu dolu zənglər gəlir. Sonuncu dəfə Balaəli Cəfərov və ona qanunları pozmağa yardım edən “Azneft“ İB nin hüquq departamentinin əməktaşı Rauf Tağıyev tərəfindən yaşadığım ünvana adamlar göndəriləcəyi ilə bağlı təhdid olunmuşam. Mənim üç azyaşlı körpə övladlm hal-hazırda təşviş içində yaşayır.
Balaəli Cəfərov qarşıya qoyulan hədəfləri üstələməyən , özünə yaxın olan rəhbər işçilətin peşəkarlığa görə əlavə ödənişlərini artırır, əlavə dəniz ödənişləri edir. Lakin həmin rəhbər şəxslər 3 aydan artıqdır ki, dənizə gedib orda qalmırlar. Bu bir başa dövlətə məxsus vəsaitin mənimsənilməsi halıdır. Bu qədər qanun pozmasına və KORRUPSİYA halına yol verməsinə baxmayaraq Balaəli Cəfərova qarşı tədbir görülmür.
Əksinə B.Cəfərovun korrupsiya və dövlət əmlakının mənimsənilməsi faktları barədə məlumat verdiyim üçüm “Korrupsiyaya Qarşı mübarizə haqqında “ Azərbaycan Respublikası qanunun 11.2.2 bəndinin tələbi kobud şəkildə pozularaq mənim barəmdə qisas zəminində şər böhtan yolu ilə tədbir görülərək işdən uzaqlaşdırılmama şərait yaradılır. İşin ən maraqlı tərəfi odur ki, Balaəli Cəfərova bu şərait niyə yaradılır?
Mən Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV Cənablarının sadiq əsgəri olaraq gördüyüm neqativ hallar və Cənab Prezidentə xəyanətlə bağlı hallar barəsində vaxtlnda məlumat verməyi özümə borc bilirəm..."

Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki qurumlardan birinin keçirdiyi satınalma müsabiqəsində diqqətçəkən şübhəli məqam ortaya çıxıb.

Əldə etdiyimiz məlumata görə, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı fiziki şəxs Kamil Qurbanov Əlişiraz oğlu (VÖEN: 3500139492) ilə müqavilə bağlayıb.
Satınalmanın ümumi məbləği 15.951,24 AZN təşkil edir.

Müqavilə müddəti bitdi, sonra ictimaiyyətə açıqlandı

Dövlət satınalmaları portalının rəsmi məlumatlarında diqqət çəkən əsas qalmaqallı pərdəarxası məqam prosedur tarixləri ilə bağlıdır:

Satınalma metodu: Kotirovka

İşlərin başlama tarixi: 14.09.2026

İşlərin bitmə tarixi: 14.10.2026

Məlumatın dərc edilmə tarixi: 15.10.2026

Sənədlərdən göründüyü kimi, kotirovka sorğusu üzrə işlərin başlama və bitmə müddəti tam yekunlaşdıqdan — yəni oktyabrın 14-ü başa çatdıqdan bir gün sonra (15 oktyabr 2026-cı il) müqavilə portala yerləşdirilərək rəsmən elan olunub. Tender nəticələrinin icra müddəti bitdikdən sonra ictimaiyyətə açıqlanması şffaflıq və satınalma qanunvericiliyinin tələbləri baxımından ciddi suallar doğurur.
Xatırladaq ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovdur. O, bu vəzifəyə 3 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə təyin edilib.(32gun.az)

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...


Bakıda "Atəşgah" məbədini ziyarət edən bir qrup turist məbədin ərazisindəki "Atəşgah" restoranında onlara sifariş etdikləri yeməklərin dəyərindən xeyli artıq hesab təqdim edildiyini iddia edib.

"Bakupost" xəbər verir ki, bu barədə rusiyalı turist sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Çindən olan dostları ilə birlikdə məbədə ekskursiyaya gəliblər. Daha sonra yemək yemək üçün ərazidə yerləşən "Atəşgah" restoranına üz tutublar.

Turistin sözlərinə görə, sevgilisi Azərbaycan dilində danışdığı üçün turistlərə təqdim olunan menyunu deyil, adi menyunu istəyib. Sifarişlərini də həmin menyudakı qiymətlərə əsasən veriblər.

O iddia edib ki, sifarişin ümumi dəyəri 108 manat olduğu halda, onlara əvvəlcə 180 manatlıq hesab təqdim edilib. Narazılıqlarını bildirdikdən sonra hesab 160, daha sonra isə 130 manat olaraq dəyişdirilib. Turistlər yalnız menyudakı qiymətləri kalkulyatorla özləri hesabladıqdan sonra düzgün məbləği müəyyən edə biliblər:

"İndi burada dayanıb məsələni aydınlaşdırmağa çalışırıq. Bizi dörd dəfə aldatmağa cəhd etdiklərini düşündüyümüz üçün həmin hesabı ödəməyəcəyimizi bildiririk.

Qarşınızda Azərbaycan dilində danışan, sifariş verən və restoranlarda belə halların baş verə biləcəyini bildiyi üçün əvvəlcədən turistlər üçün nəzərdə tutulan menyunu deyil, adi menyunu istəyən bir insan var. Halbuki, prinsip etibarilə, belə bir ayrı-seçkilik qanunsuzdur. Siz isə qonaqlarınızın qarşısında ölkənizi bu cür biabır edirsiniz.

Baş verənlərə görə dəhşətli dərəcədə əsəbiləşmişəm. Xüsusilə ona görə ki, artıq bir saatdır burada dayanıb məsələni həll etməyə çalışırıq, amma heç bir nəticə yoxdur. Halbuki nə qədər əsəbi olduğumuzu görürlər.

Belə bir vəziyyətlə qarşılaşan olubsa, xahiş edirəm, bunun necə həll edilə biləcəyini desin. Çünki düşünürəm ki, bu "Atəşgah"da çox sayda turisti aldadırlar.

Təsəvvür edin, restoranda nə qədər yemək yediyinizi hesablamaq üçün kalkulyatordan istifadə etmək məcburiyyətində qalırsınız. Bu, nə qədər alçaldıcıdır! Sadəcə biabırçılıqdır! Heç utanmırsınız?!"

“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT


“İmprotex Trucks and Buses” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2024-cü ildə 50 min avro məbləğində vəsaiti bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürüb.

Lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 33,8 min avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

“İmprotex Trucks and Buses” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə çıxış edən şirkət nümayəndəsi bildirib ki, “İmprotex Trucks and Buses” MMC-nin köçürülmüş 50 min avro məbləğli avans ödənişinin bəyanı üçün təqdim olunmuş 33,8 min avro və 10 min avro olmaqla, cəmi 43,8 min avro məbləğində iş bəyan edilib və bağlanılıb. Bildirib ki, həmin ödəniş üzrə bəyan olunmayan məbləğ 6 214 avro təşkil edib. Nümayəndə qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür.

2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür.

Oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.

Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.

Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.

1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR


Alim Abbasovun jurnalistə və şikayətçiyə qarşı göstərdiyi təhqiramiz münasibət 14 oktyabr 2026-cı il tarixində Milli TV olaraq vətəndaşın şikayətini araşdırmaq və məsələyə aydınlıq gətirmək məqsədilə Şəmkir Suvarma Sistemləri İstismarı İdarəsinə müraciət etdik. Təxminən bir saata yaxın gözləməyimizə baxmayaraq, müraciətimizə lazımi münasibət göstərilmədiyini bildiririk.

Daha sonra idarəyə daxil olaraq məsul şəxslərə suallar ünvanladıq. İdarə rəisi Alim Abbasovun jurnalistə və şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətdiyini və idarəni tərk etməyimizi tələb etdi.

İdarənin satış şöbəsinin müdiri Kənan Bayramova ünvanladığımız suallar isə məsələyə aydınlıq gətirəcək dolğun cavablarla nəticələnmədi.
Vurğulayırıq ki, jurnalistin məqsədi qarşı tərəfi əsassız ittiham etmək deyil, vətəndaşın şikayətini araşdırmaq və məsul şəxslərin mövqeyini ictimaiyyətə çatdırmaqdır. Dövlət qurumlarında vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşılmalı, jurnalistlərin sualları isə qarşılıqlı hörmət çərçivəsində cavablandırılmalıdır.

Biz Milli TV olaraq inanırıq ki, idarə rəisi olan Alim Abbasovun bu hərəkətinə qıza zaman ərzində Azərbaycan Dövlət su ehtiyatları Agentliyinin rəhbəri olan hörmətli Zaur müəllim ciddi reaksiya verərək, lazımı addımı atacaq.

Çünki rəhbərin nüfuzu vəzifəsindən deyil, məsuliyyətindən, davranışından və ictimaiyyət qarşısında hesabatlılığından asılıdır.

Tam Ətraflı Videodan izlə

Millitv

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56