“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb

Cəmiyyət 19-03-2026, 16:27

“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan „Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə 12-17 mart 2026-cı il tarixlərində Quba şəhərində keçirilib.

6 gün davam edən proqram çərçivəsində 150 gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində həm nəzəri biliklər əldə etmiş, həm də praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq etmək imkanı qazanmışlar.

Düşərgə proqramı intensiv və çoxşaxəli məzmunu ilə seçilmişdir. Təlimlərdə “Şəhərsalma və Memarlıq”, “Müasir şəhər mühitində milli dəyərlərin qorunması”, “Memarlıq layihələrinin hazırlanması və modelləşdirilməsi”, “Memarlıq fəlsəfəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılmış, iştirakçılar sahə üzrə peşəkar mütəxəssislərin təcrübələrindən faydalanmışlar. Bununla yanaşı, şəhərsalma sahəsində startap və innovasiya ideyaları üzrə sessiyalar gənclərin analitik və strateji düşünmə bacarıqlarının inkişafına töhfə vermişdir.

Proqramın fərqləndirici xüsusiyyətlərindən biri interaktiv və praktiki fəaliyyətlərin üstünlük təşkil etməsi olmuşdur. “Mənim Xəyal Şəhərim” kreativ workshop-u çərçivəsində iştirakçılar öz şəhər modellərini hazırlayaraq ideyalarını vizuallaşdırmış, “Heykəl boyama” masterklassında isə estetik yanaşmalarını nümayiş etdirmişlər. “Gəncin Gözü ilə Şəhər” qısa film fəaliyyəti iştirakçılara şəhər mühitində müşahidə etdikləri problemləri və həll yollarını yaradıcı formatda təqdim etmək imkanı yaratmışdır.

Komanda əsaslı oyunlar və fəaliyyətlər – xüsusilə “Yaradıcılıq körpüsü” və struktur dizaynına əsaslanan yarışlar – iştirakçılar arasında əməkdaşlıq, liderlik və problem həll etmə bacarıqlarını gücləndirmişdir. Bununla yanaşı, panel müzakirələri zamanı gənclərin şəhərsalma siyasətində rolu, onların qərarvermə proseslərində iştirakı və təsir mexanizmləri geniş şəkildə müzakirə olunmuşdur. “WUF xəritəsi: Dünyanın parçaları” fəaliyyəti çərçivəsində iştirakçılar müxtəlif ölkələri və mədəniyyətləri simvolik olaraq birləşdirərək qlobal şəhər anlayışını əyani şəkildə ifadə etmişlər. Bu fəaliyyət düşərgənin əsas ideyasını – müxtəlif baxışların vahid şəhər konsepsiyasında birləşməsi ideyasını uğurla əks etdirmişdir.

Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və təcrübələri gələcək fəaliyyətlərində tətbiq etmək, şəhərsalma proseslərində daha fəal rol almaq və davamlı inkişaf prinsiplərinə uyğun təşəbbüslərlə çıxış etmək istiqamətində motivasiya qazandıqlarını ifadə etmişlər.

Düşərgə öz məqsədlərinə uğurla nail olaraq gənclərin şəhərlərə baxışında yeni perspektivlər formalaşdırmış və bu sahədə gələcək təşəbbüslər üçün möhkəm zəmin yaratmışdır.














Xəbər lenti

Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07