Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO

Gündəm / Cəmiyyət 16-03-2026, 11:20


Paytaxtın mərkəzində "tikinti işgəncəsi" pik həddə çatıb. Özünü qanunlardan üstün hesab edən "Bizim MTK" adlı tikinti şirkəti sakinlərə qarşı mənəvi və fiziki terror tətbiq edir.

3 ilə yaxındır ki, eyni mənzərə, eyni şikayətlər, lakin dəyişməyən biganəlik! Sözügedən şirkət nəinki sakinlərin gündəlik rahatlığını pozur, hətta insanların ən təməl haqqı olan istirahət hüququnu əlindən alır.

“Bizim MTK” Yasamal rayonu Həzən bəy Zərdabi 69 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının bir addımlığında ağır texnika işlədir. Dünən gecə saat 23:00 -02:00 aralığında davam edən səs- küy, buldozerin səsi sanki sakinlərin yuxusuna qənim kəsilmişdi. Gecənin yarısı başlayan söküntü işləri hələ də davam edir.

Yüksək səs-küydən diksinərək oyanan azyaşlı övladlarımın psixologiyası pozulub. Tez- tez səsə oyanır, qorxduqlarını dilə gətirirlər.

Hələ binada yaşayan təzyiqi olan, yataq xəstəsi olan yaşlı insanları demirəm. Vəziyyət kritik həddə çatıb.

Gecələr buldozerin səs-küyündən evlərin divarları titrəyir. Gündüzlər uşaqlar binanın həyətinə çıxa bilmir, insanlar öz evlərində dustaq həyatı yaşayırlar.

Dəfələrlə şirkətin məsul şəxslərinə etirazımızı bildirib, narazılıq etsək də, vəziyyət dəyişmir. "BİZİM MTK" nə tikintisini yekunlaşdırır, nə də ərazidən əl çəkir. İllərdir toz-torpaq, səs- küy və daimi gərginlik içərisindəyik.

Maraqlıdır ki, yaşayış binasının bir addımlığında gecə saatlarında ağır texnikanın işləməsinə necə icazə verilir? Qanunvericiliyə görə, yaşayış ərazilərində gecə saatlarında səs-küylü tikinti işlərinin aparılması məhdudlaşdırılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşayış binalarının yaxınlığında axşam saat 23:00-dan səhər 08:00-a qədər sakinlərin dincliyini pozmaq, yüksək səslə müşayiət olunan işlər görmək qadağandır. Görünən odur ki, bəzi tikinti şirkətləri sakinlərin rahatlığını və qanunun tələblərini nəzərə almaq niyyətində deyil. "BİZİM MTK" üçün qanun deyil, qazanc və qrafik daha önəmlidir.


Bina sakinləri olaraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırır, gecə saatlarında tikinti və söküntü işlərinin dayandırılmasını, həmçinin uzun illərdir davam edən tikinti prosesinin nəhayət başa çatdırılmasını tələb edirik.

Şəhərin mərkəzində insanların rahat yaşamaq hüququ tikinti şirkətlərinin maraqlarından üstün tutulmalıdır. Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə səslənirik: bu özbaşınalığa kim son qoyacaq?

"BİZİM MTK"-nın özbaşınalığı bununla da bitmir. Şirkət sakinlərin nəinki yuxusuna, həm də nəfəs aldığı yaşıl sahələrə qənim kəsilib. Binanın ön və arxa həyətindəki həmişəyaşıl və meyvə ağacları gizli şəkildə kəsilib.

​Ağacların yerində yalnız kötüklər qalmışdı.

Dünənki söküntüdə isə ağaclardan geriyə qalan kötüklərin yeri də itirilib.

"BİZİM MTK" tikinti meydançasını genişləndirmək üçün təbiət qatilliynə əl ataraq, sakinlərin ekoloji hüquqlarını da ayaq altına alıb. Bu, sadəcə tikinti deyil, bu, bir ərazinin həm insanına, həm də təbiətinə qarşı aparılan "terror" siyasətidir.

Sakinlər olaraq bu vəhşiliyə biganə qalmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik. Nazirliyin əməkdaşları gəlib, əraziyə baxış keçirdilər, kötükləri sayıb, şəkillərini çəkdilər.Və bitdi!

Hələlik onlardan da bir cavab çıxmayıb!

Sakinlərin isə səbri artıq tükənib. İnsanların sağlamlığını və əsəblərini korlayan bu "gecə terroru” dərhal dayandırılmalı, şirkət barəsində ciddi hüquqi tədbirlər görülməlidir!(Teref)








Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13