Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?


Bakıda yerləşən “İstanbul” klinikasında ixtisasca ümumi cərrah olan Fuad Abdullayev sertifikatı olmadığı halda plastik və estetik əməliyyatlar həyata keçirir.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir.
Qeyd edilir ki, bu dəfə həkimə daha geniş “fürsət” yaradılıb: o, indi xüsusi himayə olunur, əməliyyatlar rəsmi olaraq ixtisaslı həkimlərin adına qeyd edilir, ancaq prosesi Fuad Abdullayev icra edir.
Fuad Abdullayev kimdir?
Bu, Fuad Abdullayevin ilk bu cür qanunsuzluğu deyil. Qəribədir ki, bu, Fuad Abdullayevin qanunsuzluğunun ilk himayəsi də deyil.
Belə ki, F.Abdullayev bir neçə il öncə “Nyu Med” (“New Med”) klinikasında cərrah kimi fəaliyyət göstərib. Hətta 2025-ci ilin noyabr ayında Səhiyyə Nazirliyi klinikanı Fuad Abdullayevə görə cərimələyib. Klinikada keçirilən plandankənar yoxlama zamanı Fuad Abdullayevin sertifikatsız özəl praktik tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanıb. Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.
“Medicina” saytının 2024-cü ildə yaydığı məlumatda da qeyd olunub ki, Abdullayevin plastik cərrahiyyə əməliyyatları aparmaq üçün müvafiq diplomu yoxdur. O, uzun illər – 20 il ümumi cərrah kimi, əsasən qarın boşluğu orqanları üzrə əməliyyatlar həyata keçirib, daha sonra isə fəaliyyət istiqamətini dəyişərək özünü qulaq-burun-boğaz (LOR) və estetik cərrah kimi təqdim etməyə başlayıb.
2025-ci ilin aprel ayında Səhiyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin” siyahısında Fuad Paşa oğlu Abdullayevin adı yer almır.
Buna baxmayaraq, Fuad Abdullayev sosial şəbəkə hesablarında özünü plastik, estetik və LOR cərrah kimi tanıdır. Son yeddi ildə estetik cərrahiyyəyə artan tələbat fonunda fəaliyyət sahəsini dəyişdiyi və hazırda abdominoplastika, mammoplastikadan tutmuş, burun əməliyyatına kimi hər cür əməliyyatlar edir.
2024-cü ildə Bakupost.az-a açıqlamasında Fuad Abdullayev özünü cərrah kimi təqdim edib, LOR cərrahiyyəsi üzrə də ixtisaslaşdığını və 20 illik təcrübəyə malik olduğu üçün müxtəlif əməliyyatları icra etmək hüququna sahib olduğunu qeyd edib.
Həmin dövrdə “Lanset” cərrahlıq klinikası həkimin orada fəaliyyət göstərmədiyini iddia etsə də, Abdullayevin klinikada fəaliyyətinin davam etdirdiyi məlum olmuşdu.
Lakin “Analitik Ekspertiza Mərkəzi” tərəfindən verilən açıqlamada aparılan yoxlama zamanı həmin şəxsin artıq klinikada çalışmadığı bildirilmişdi.
Eyni zamanda, klinika da onun işdən uzaqlaşdırıldığını təsdiqləməklə. faktiki olaraq qanunsuz fəaliyyətiuni etyiraf etmiş olmuşdu.
Fuad Abdullayev yenə öz “ifasındadır”…
F.Abdullayev yenə də sertifikatı olmadan, plastic əməliyyatları necə davam etdirə bilir?
Əməkdaşımızın Abdullayevin köməkçisi ilə aparılan danışığı zamanı nəinki onun plastik cərrah kimi fəaliyyətini davam etdirməsi, hətta əməliyyatın qiyməti də üzıə çıxdı. Məlum oldu ki, onun tərəfindən həyata keçirilən rinoplastika əməliyyatının qiyməti, bütün xərclər daxil olmaqla, 1675 manat təşkil edir.
O, hazırda “İstanbul” klinikasında estetik əməliyyatlar aparmağa davam edir.
Onun sosial şəbəkə hesabında da plastik əməliyyat etdiyi xəstələrin görüntüləri yayılıb, onların “tərifləri” əksini tapıb.
Başqa sözlə, “reklamı” davam edir.
Klinikanın sahibi həkimin nə işlə məşğul olduğunu bilmir
“İstanbul” klinikasının sahibi Əziz Quliyev sorğumuza cavab olaraq Fuad Abdullayevin həmin klinikada fəaliyyət göstərdiyini təsdiqlədi, lakin hansı əməliyyatları icra etməsi ilə bağlı məlumatlı olmadığını dedi.
Qeyd edək ki, “İstanbul” klinikasının sahibi Əziz Quliyevin adı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birgə hallanır.

Axar.az

Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...


Sabunçu Tibb Mərkəzi Bakı kəndləri, qəsəbələrinin sakinlərinin "ümid" yeri sayılır. Zatən başqa çıxış yolları yoxdur. Bakının Suraxanı, Xəzər, Sabunçu və Nizami rayon sakinləri xəstələndiyi zaman bu xəstəxanaya üz tutur. Bu barədə bir qədər sonra...

Bizimesr.az bildirir ki, uzun illərdir fəaliyyət göstərən bu xəstəxana elə uzun illərdir “Morq”, “Qəssabxana” statusu alıb. Bu deyim Bakı sakinlərinin “Sabunçu xəstəxanası” dedikdə ilk işlətdiyi ifadədir.

Niyə? Sual sadədir... Bu xəstəxanaya öz ayağı ilə gedən vətəndaş çox vaxt kəfənlənərək çıxır. Bu xəstəxanadan sağ çıxmaq şans məsələsidir. Amma insanların başqa çıxış yolu da yoxdur və məcbur olub bu “Qəssabxana”ya müraciət edirlər.

El arasında Sabunçu Xəstəxanası kimi tanınan bu ünvanda insanları müalicə edən yaxşı həkimlər də var, amma gərək əlin cibində ola. Milyonlarla manatın həzm edildiyi TƏBİB-in balansında olan bu müalicə ocağında müalicə olunmağın üçün gərək pulun olsun. Buna qədər isə bu xəstəxanaya düşmək üçün gərək adamın da olsun. O olmasa belə, dilin, diricəyin olsun ki, dava-dalaş edə biləsən. Yoxsa xəstənin bu tibb ocağında "müalicəsi", bəlkə də ölməsi mümkün deyil.

Həə, xəstələndinsə, ölümdən qorxmayıb Sabunçu Xəstəxanasına gəldinsə, gərək yanında qohumlarından birini də gətirəsən ki, sənə ani nəsə olsa, hay-küy salıb həkimləri, tibb bacılarını çağırsın. Tibb bacılarına 10 manat verməsən, nəinki sənə iynəni vaxtında vuracaqlar, ümumiyyətlə onları tapa bilməyəcəksən. Hər gün dəyişən tibb bacılarına 5-10 manat, həkimə isə xüsusi formada səni öldürməsin deyə pul verməlisən.

Yanında qalan adama görə isə 11 manat TƏBİB-in rəhbərliyinə ödəməlisən ki, ölsən eləsən, yanındakı qohumun evdəkilərin xəbəri olsun. Yoxsa sənin meyidini köhnə mələfəyə büküb morqa tullayacaqlar və kimsənin səndən xəbəri olmayacaq.

Sabunçu Xəstəxanası əsl pul yuvasıdır. Bu, TƏBİB-in sabiq şefi, milyonları oğurlayan Vüqar Qurbanovun zamanından qalmayıb. Burada pul dədə-babadan işləyir və indi də öz axarı ilə davam edir.

Sabunçu xəstəxanası dövlətin, TƏBİB-in balansındadır və sığorta ilə müalicə mümkündür. Amma mümkün deyil... Xəstən varsa, dərmanlarını, iynələrini, pambığı belə özün almalısan. Qarnın ağrısa, bu xəstəxanada Allahın tetrasiklinini sənə verməzlər...

Yeməkləri isə İkinci Dünya Müharibəsi alman əsirllərinə verilən supdan bir qədər fərqlidir. Yəni, yeməyin üzündə yağa oxşar nəsə var, amma yağ deyil. Bir qədər diqqət etsən, içində makaron filan da görə, saya bilərsən... Meyvə falan barədə ümumiyyətlə, danışma, burda belə şeyləri ancaq baş həkimin otağında görə bilərsən. Anbarlarda bəlkə də var, amma o satış üçündür, xəstələrə verilməsi üçün yox.

Gəldik çatdıq əsas məsələyə... Sabunçu Tibb Mərkəızinin direktoru da var... Bəşirova Nürəngiz İsmayıl qızı. 2023-cü ildə talançı Vüqar Qurbanov onu bu posta təyin edib. Amma digər baş həkimlər kimi Sabunçu Tibb Mərkəzində ələbaxanlığı, xəstələrə tibbi xidmətin göstərilməsini tənzimləyə bilməyib. Yəqin ki, bundan sonra da edə bilməyəcək. Çünki bu xəstəxananın həkimləri, tibb bacıları belə əməllərin çoxdan yolçusudurlar.

Bilirsiniz niyə? Çünki TƏBİB özü belə istəyir, baş həkim də onların bu istəyini icra edir. Xəstəyə sığortalı qulluq edilsə, sağalar, insanlar normal həyhata dönər və birdən TƏBİB şefləri qazana bilməz. Ona görə, burun silmək üçün salfetka belə verilə bilməz Xəstə nədir, salfetka nədir. Bu xəstəxanada xəstənin işi uzuquylu uzanıb ölməyini gözləməkdir, salfetka hayında deyil zatən...

Həə, sual oluna bilərmi, dövlət tərəfindən bu xəstəxanalara adını çəkdiyim vəsaitlər ayrılmır? Əlbəttə ayrılır - burun salfetkasından tutmuş, pol şəlpəsinə kimi... İynədən tutmuş, xəstə baxıcısına kimi... Sabundan tutmuş, diş pstasına kimi... Hətta ağır xəstənin başının üstündə hər saniyə dayanan tibb bacısına kimi...

Amma bunların hamısı TƏBİB-də, Sabunçu Tibb Mərkəzində rəsmi kağızlar üzərindədir - seyfdə, ağzı da bağlı... Pullar isə baş həkimin, TƏBİB-i idarə edən şəxslərin villalarında, ciblərində...

Bu qədər... Allah Azərbaycanda kimsənin yolunu TƏBİB-in xəstəxanalarına salmasın. Sabunçu Tibb Mərkəzinə isə heç Allah göstərməsin...

Sayğılarla, TƏBİB, sayğılarla Sabunçu Tibb Mərkəzinin direktoru..

Bizimesr.com
Ədil Hüseynli

Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO


Psixoloq Samirə Bağırova 2013-cü ildən davam edən avtomobil krediti ilə bağlı üzləşdiyi problemlər barədə geniş videogörüntü yayıb.

Bizimesr.az bildirir ki, o Azərbaycan Beynəlxalq Bankının vətəndaşları necə bezdirdiyini dilə gətirib.

O,bildirib ki, 2013-cü ildə kreditlə aldığı avtomobili qısa müddət sonra satıb. Satış prosesi Beynəlxalq Bank əməkdaşının iştirakı ilə həyata keçirilib və sənədləşmə mərhələlərinə bank nümayəndəsi nəzarət edib. Buna baxmayaraq, sonradan məlum olub ki, avtomobil rəsmi olaraq onun adına qeydiyyatdan çıxarılmayıb.

Bağırovanın sözlərinə görə, illər sonra ona kredit borcunun ödənilməməsi ilə bağlı bildirişlər göndərilib. Araşdırma zamanı isə avtomobilin bir neçə dəfə satıldığı, lakin sistemdə hələ də onun adına qaldığı üzə çıxıb.

O qeyd edib ki, 2023-cü ildə məsələ yenidən aktuallaşıb və ona 19 000 manat borc təqdim olunub. Psixoloq borcu tam şəkildə ödədiyini və bunu təsdiqləyən sənədləri aidiyyəti qurumlara təqdim etdiyini vurğulayıb.

Bununla belə, 2026-cı ildə idarə etdiyi digər avtomobilin üzərinə həbs qoyulduğunu deyən Bağırova bildirib ki, ona icraat üzrə əlavə 10% rüsum - 1321 manat tələb olunduğu bildirilib. O, bu ödənişin hüquqi əsasları ilə bağlı izahat istədiyini qeyd edib.

Psixoloq yaranmış problemin əsas səbəbi kimi 2013-cü ildə kreditlə olan avtomobilin satışının düzgün sənədləşdirilməməsini göstərib. O, məsələni hüquqi müstəvidə araşdırmaq üçün addımlar atacağını bildirib və vətəndaşlara bu cür proseslərdə daha diqqətli olmağı tövsiyə edib.

Bizimesr.az

Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?


Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb.
Bu barədə Tiraj.az-a hadisə şahidləri məlumat verib.
Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb.
Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkənar göndəriş yazdırdırdıqarını görüb, davranışa etiraz ediblər. Xəstəxana mühafizəçilərinin növbə gözləyən vətəndaşlara kobud davranışı sonradan əlbəyaxa davaya çevrilib.
Məsələ ilə bağlı TƏBİB-dən sorğuya cavab almaq mümkün olmayıb.

Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR


Rəşad Ismayılov Ekologiya və Təbii Sərvətlər naziri təyin olunandan sonra ölkəmizdə ekoloji problemlər bir az da artmağa başladı.
Buna misal olaraq 1 saylı Regional Ekologiya Idarəsinin rəisi və əməkdaşlarının razılığı ilə Masallı ərazisində yaşıl ağaclar kəsilərək yerində tikinti işləri aparılır. Şikayətçi olanda da , gəlib yerli ekoloqlar bir xırda cərimə yazıb ört-basdır edirlər.

Son bir neçə gün ərzində Masallı şəhərində "Köhnə bazar" adlanan ərazidə ağaclar kəsilərək yerində tikinti üçün hazırlıq işləri aparılır.

Masallı ərazisində belə yerlər çoxdur

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Nyus.Az



Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş


Ədliyyə Nazirliyi "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.


Müqavilədə 3 ədəd "BMW” markalı avtomobil üçün servis xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 13 551,59 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Bu barədə şirkətin saytında qeyd olunub.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı 5325 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. "İmprotex Motors”un qanuni təmsilçisi isə Ələkbərov Füzuli Həsən oğludur.


Şirkət premium avtomobillərin satışını həyata keçirir və servis xidməti göstərir. Füzuli Ələkbərova gəlincə, o, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.


Keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib.


Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir.


Bizimesr.az

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.

Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.

Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də "inkişaf"ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) dünya təşkilatının mənzil-qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir.

Azərbaycan da mina problemindən əziyyət çəkən ölkələrdəndir. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. Azərbaycanda 1991-ci ildən indiyədək 3400 nəfər mina qurbanı olub. Onlardan 362-si uşaqlar və gənclər, 38-i qadındır.

2020-ci ildə Vətən müharibəsindən sonra isə Azərbaycanda 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur.

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir


“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) tez-tez baş verən kadr dəyişiklikləri artıq adi hala çevrilib. Qurum daxilində sistemsizlik və idarəetmədəki problemlər rəhbərliyi davamlı olaraq yeni təyinatlara getməyə məcbur edir.

Bizimesr.az-a daxil olan məlumata görə, ADY sədri Rövşən Rüstəmov mövcud vəziyyətdən çıxmaq üçün mütəmadi kadr dəyişiklikləri edir. Lakin bu addımlar hələlik problemi kökündən həll etmir. Bildirilir ki, vəzifəyə gətirilən şəxslər ya işin öhdəsindən gələ bilmir, ya da qısa müddətdən sonra öz istəkləri ilə vəzifədən uzaqlaşırlar.

Mənbənin sözlərinə görə, qurum daxilində olduqca qarışıq və parçalanmış idarəetmə sistemi formalaşıb. Belə ki, ADY-nin bir sıra səlahiyyətləri müxtəlif özəl şirkətlər arasında bölüşdürülüb. Bu isə vahid idarəetməni zəiflədir, qərarların icrasını çətinləşdirir və ümumilikdə sistemin dayanıqlığına ciddi zərbə vurur.

Bu fonda ADY-də növbəti təyinat həyata keçirilib. Qurumun rəhbəri Rövşən Rüstəmov tərəfindən imzalanan əmrlə Yusif Qəmərli Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin müdiri təyin olunub.

Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.

ADY-də ard-arda edilən bu təyinatlar cavabsız qalan bir sualı yenidən gündəmə gətirir - Problem şəxslərdədir, yoxsa sistemin özündə?

Bizimesr.az

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55