Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur


Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya köməklik göstərəcək.

Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video


Ötən gün Bakının Nizami rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qəzanın təfərrüatı məlum olub.
Qəzaya nəticəsində “KIA” markalı minik avtomobili yararsız hala düşən sürücü bu barədə “Xəzər TV”yə danışıb. O, hadisənin maşından düşdükdən sonra baş verdiyini və yük maşınının sürətinin çox olduğunu bildirib.
“Maşınımı yanacaqdoldurma məntəqəsinin qapısının qarşısında saxlamışdım. Gördüm ki, SOCAR-ın yanacaq daşıyan maşını yüksək sürətlə gəlir. O biri tərəfdən isə “Ford” markalı maşın gəlirdi. SOCAR-ın yük maşını “Ford”u sürüyərək gəlib mənim maşınımı da əzdi. Belə görünür ki, yeni maşın alınmalıdır, bundan maşın çıxmaz, indi bilmirəm zərərimi necə ödəyəcəklər, heç kəs məlumat verməyib”. (Xəzər TV)
Daha ətraflı videomaterialda:

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO


Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz saxlanılır.

Fermer deyib ki, bu problemlə hər il təkrar üzləşir.

Əkinçilik onun yeganə dolanışıq mənbəyidir. O, aidiyyəti qurumlardan məsələni araşdırmağı, iddialarına hüquqi qiymət verməyi və əkin sahəsinin su təminatını bərpa etməyi xahiş edir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/culfali-fermer-rusvet-vermediyim-ucun-ekin-sahem-susuz-qoyulur--video-22510

Nizami rayonunda bu da oldu - Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir


Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də müxtəlif iaşə obyektlərinin fəaliyyəti davam edir. Rayona son 10 ildə təyin edilən bütün icra başçıları bu təhlükəni aradan qaldırmaq əvəzinə, onun daha da genişlənməsinə şərait yaradıblar.

Söhbət rayonun Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsindən gedir. Böyük və intensiv hərəkətin olduğu bu küçə boyunca uzanan yaşıllıq zolağının üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu isə o deməkdir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab olunur və burada hər hansı tikinti və ya obyektin inşasına qanunvericiliklə yol verilə bilməz. Gələcəkdə yarana biləcək təhlükələri nəzərə alan məsuliyyətli sahibkar bu ərazidə hər hansı iş görməz. Lakin bütün bunlara baxmayaraq, illərdir yüksək gərginlikli elektrik xəttinin düz altında, yaşıllıq zolağı boyunca onlarla çay evi və digər iaşə obyektinin fəaliyyət göstərir. Hər gün yüzlərlə insan yüksək gərginlikli elektrik xəttinin altında oturaraq həyatını təhlükəyə atır.

Hazırkı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da diğırləri kimi bu problemi görmək istəmir. Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının da bu vəziyyətə göz yumduğu bəlli məsələdir.

Bütün bunların fonunda isə artıq Şirin Mirzəyev 151 ünvanında, Nizami telefon qovşağının 5 addımlığında tamamilə yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və işlər sürətlə davam edir. Hazırkı mənzərə onu göstərir ki, bina bu ərazidə birmənalı olaraq inşa edilir. Bir daha təkrar editrik, tikinti yüksəkgərginlikli elektrik xəttinin düz altında inşa edilir. Hələ ərazidə məhv edilən ağaclar da öz yerində...

Bu isə tikinti icazəsi ilə bağlı olduqca ciddi suallar yaradır. Belə bir tikintiyə kim icazə verib? Hansı əsaslarla bu layihə razılaşdırılıb? Tikinti təhlükəsizlik normalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə necə əsaslandırılıb?

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin və yüksək gərginlikli elektrik xətlərinin istismarı və təhlükəsizliyinə cavabdeh qurum olan "Azərenerji" ASC-nin bu tikinti ilə bağlı mövqeyi nədir? Onlar bu tikintiyə necə razılaşıblar: "Azərenerji" ASC-nin sədri Baba Rzayev bu tikintiyə necə icazə verildiyini və yüksək gərginlikli elektrik xəttinin altında aparılan işlərə münasibətini ictimaiyyətə açıqlayacaqmı?

Məsələ ilə bağlı adı çəkilən dövlət qurumlarının və Nizami Rayon İcra Hakimiyyətinin mövqeyi öyrənilməyə çalışılacaq.

Qarşı tərəfin cavab vermək və öz mövqeyini bildirmək hüququ qorunur.

Bizimesr.com

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?


Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində maraqlı müzakirələrə səbəb olub.
Bizimesr.com bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, təqdimat mərasimində şəxsən Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Mamedov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı iştirak ediblər. Yəni, bir liseyin direktorunu kollektivə təqdim etmək üçün Agentliyin 4 rəsmi şəxsi Salyana yollanıb.
Adətən təhsil müəssisələrinə rəhbər təyinatlarında yeni direktor kollektivə nazirliyin, regional idarənin və ya agentliyin bir nümayəndəsi tərəfindən təqdim olunur. Bu baxımdan, Salyan Peşə Liseyində Agentlik rəhbərliyinin yüksək səviyyədə təmsil olunması olduqca diqqət çəkib. Nə baş verib və təqdimatın bu formatda edilməsində hansı görünməz səbəblər mövcuddur?
Müzakirələrə səbəb olan digər məsələ isə Agentliyin yaydığı rəsmi məlumatda yer alan məqamlardır. Bildirilir ki, Agentliyin direktoru İlqar Bayramlı liseyin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. Məhz bu hissə sosial şəbəkələrdə də geniş müzakirə olunub. "Hansı maddi-texniki baza ilə? Peşə Liseyinin həyətindəki cürümüş, paşlanmış, zibilliyə çevirilmiş avtomobillərəmi, yoxsa döşəməsindən ilanlar, həşəratlar keçən sinif otaqlarınamı, yoxsa damı qırıq-qırış siferlərlə örtülmüş lisey binasınamı, sovetlər dövründən qalan, tamamilə yararsız, texniki vasitələrəmi? Hardadır o maddi texniki baza?" deyə suallar ünvanlanıb.

İctimai müzakirələrdə yeni direktor Arzu Əliyevanın peşə təhsili sahəsində heç bir təcrübəsinin olmaması da maraqla qarşılanıb. Bununla yanaşı, Agentlik rəhbərliyinin tam tərkibdə təqdimat mərasimində iştirak etməsi və liseydə geniş tanışlıq proqramı keçirməsi bu təyinatın digər direktor təyinatlarından nə ilə fərqləndiyi barədə müzakirələri artırıb.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor da daxil olmaqla cəmi 15 əməkdaş çalışır. Yəni, kifayət qədər kiçik kollektivlə fəaliyyət göstərirlər. Bəzən edilən müraciətlərə vaxtında cavab verilməməsi kollektivin azlığı və iş yükünün çoxluğu ilə izah olunur. Lakin maddi-texniki bazası demək olar ki, olmayan bir liseyin direktorunun təqdimatına 4 rəhbər şəxslə qatılmaq ciddi suallar doğurur. Kimdir Arzu Əliyeva? Digər direktor namizədlərindən hansı xüsusiyyətləri ilə fərqlənir? İlqar Bayramlı nə üçün digər direktorların təqdimatlarında bu tərkibdə iştirak etmir?
Zəruri qeyd: Maraqlıdır ki, Salyan Peşə Liseyinin əvvəlki direktoru hansı səbəblərlə vəzifəsindən azad edilib və Agentlik rəhbərliyi bu barədə niyə açıqlama verməyib?

Bizimesr.com

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.

Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR


Paytaxtın Qaradağ rayonunda ucalan nəhəng yaşayış kompleksi, bu gün adi tikinti layihəsi yox, açıq-aşkar maraqlar toqquşmasının, böyük pul vəsaitlərinin əriyib yoxa çıxdığı əraziyə çevrilib. 80-90 milyon manatlıq vəsait üzərindən gedən bu savaş, artıq məhkəmə müstəvisinə çıxıb. Kompleksdə satışlara qadağa qoyulub, İcra orqanları işə qarışıb. Amma əsas sual dəyişməz qalır. Bu nəhəng layihədə Arzu Kazımov hamını aldadıb?

“15 milyon qoymuşam” iddiası.

Hadisələrin mərkəzində dayanan şəxs Arzu Kazımov düz 12 il “qəpiyə güllə atmaq”la, tikintini davam etdirəcəyi günün xiffətini çəkib. Qaradağ rayonu, Lökbatan qəsəbəində polis idarəsinin yaxınlığında yerləşən kompleksin özülü 14 il əvvəl tökülüb. Elə həmin dövrdə də, Arzu Kazımovun adı keçən qalmaqallı cinayət işi – ABU rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasına qarışıb. Az sonra Arzu Kazımov bu işə görə CM-nin 178-ci (dələduzluq) maddəsi ilə həbs olunub və tikinti o gündən düz 12 il yarımçıq qalıb.

Və illər sonra, 2022-ci ildə Arzu Kazımov uzun illər axtardığı şərik tapıb və inandırıb ki, layihəni gerçəkləşdirsə, ona böyük pay verəcək. Belə də olub, Vergi xidmətinin hüquqi şəxslərin qeydiyyatı idarəsinin reysterində müvafiq olaraq 71.2% pay şərikin adına sənədləşdirilməklə, şərikin maliyyəsi hesabına sürətli tikinti işləri başlanıb. Arzu Kazımov tikinti işləri başlamadan ora böyük maliyyə vəsaiti qoyacağı vədini versə də, sonradan vəsait qoyuluşunu uzun müddət yubadıb. Tikilməkdə olan kompleksdən mənzilləri və qeyri-yaşayış sahələrini satmaqla vəsait əldə etsə də, bu məbləğləri ortaya qoymaqdan da yayınıb.

Günlərin birində isə şəriklərinə deyir ki, guya yüksək vəzifələrdə çalışmış şəxslər – daxili işlər nazirinin sabiq müavini Oruc Zalov, Prezidentin mühafizə xidmətinin növbə rəisi Səftər Hacıyev və Sabunçu Rayon Polis İdarəsinin keçmiş rəisi Toğrul Rəhimovdan 15 milyon manat vəsait alıb və bu pulları tikintiyə yatırıb.

Maraqlıdır ki, Arzu Kazımov iddia edir ki, bu pullar guya adıçəkilən şəxslərdən yüksək – aylıq 20 faizlə alınıb, lakin həmin məbləği MTK kassasına mədaxil etməyib. Buna baxmayaraq kassadan hər ay “faiz ödənişi” adı ilə külli miqdarda vəsaitləri çıxarıb.

Eyni zamanda bildirilir ki, 5 sentyabr 2013-cü il tarixi olan məktubda Servis + MTK-nın Mənzil Fonduna veriləcək mənzil qalıq qalıq borcu, 2 min 356 kv.m olub və bu borc bu günə qədər ödənilməmişdir. Ancaq, 2024-cü ilin mart ayında Arzu Kazımov Servis+ MTK-nın kassasından 847 min manat vəsaiti məxaric sənədləri əsasında şəxsən götürməklə Mənzil Fonduna verəcəyini bildirib. Lakin Mənzil Fonduna bir manat belə ödəməyib və bu məbləğ faktiki olaraq mənimsənilib. Arzu Kazımov MTK kassasından 100 min manat vəsaiti də götürərək dostu, YAP Xaçmaz Təşkilatının sədri Məhəmməd Balaqadaşova verdiyini, sonuncu həmin məbləği guya “Şəhərsalma”ya aparıb verəcəyini iddia edib.

Prosesə yaxın mənbələr iddia edir ki, tikintinin real maliyyə yükünü məhz əsas şərik Nazim Tahirov daşıyıb. Yəni bina başqalarının pulu ilə qalxıb, sona yaxın isə Arzu Kazımov sahiblik iddiasını ortaya qoymaqla qalmaqal yaradıb.

Şərikləri tikintidən uzaqlaşdırıb və nəvəsi Kamal Məmmədovu MTK sədri elan edib. Bundan sonra nəvəsi Kamalın əmri ilə özünü MTK-da layihə rəhbəri elan etməklə, tikintisi başa çatmaqda olan kompleksə rəhbərliyə girişib. Şərikləri ilə 71,2 faizlik müqaviləni qüvvədən salmaq üçün ən müxtəlif instansiyalara müraciətlər ünvanlamaqla, prosesi xeyrinə çevirməyi düşünür.

Arzu Kazımovun davranış trayektoriyası artıq klassik dələduzluq sxemi kimi görünür.

Tikinti sürətləndirilir, satışlar başlayır və pul axını formalaşır. Elə bu məqamda, dövriyyəyə girən Arzu Kazımov şərikləri sıradan çıxarmaqla 80 milyonluq tikintiyə təkbaşına sahiblik xülyasını gerçək etməyə girişir.

Lökbatandakı 80 milyonluq layihədə milyonlarla manatlıq iş görülüb, amma ödəniş ya gecikdirilib, ya da ümumiyyətlə verilməyib.

Layihədə keçirilən audit rəyləri niyə ləğv olunur?

Ən təhlükəli detal isə maliyyə, nəzarəti ilə bağlıdır. Kompleksdə, şəriklər tərəfindən audit aparılması üçün müqavilə bağlanılıb və nəticədə audit aparılarkən 4 həftə ərzində auditin aparılması üçün heç bir şərait yaradılmayıb, onları təhqir edərək, söyüş söyərək, dava-dalaş edərək, auditlərin öz işlərini aparmasına imkan verməmişdir və onları təhqir edərək oradan qovmuşdur. Belə bir gərgin şəraitdə auditlər isə orada işləyə bilməmiş, və əldə etdikləri materiallarla öz ofislərindən işləmişlər. Bundan sonra bir ay fasilə ilə A.Kazımov 2 dəfə audit dəvət eləmiş, və özünün diqtəsi ilə verdiyi yalan məlumatlar əsasında heç bir araşdırma aparmadan, audit aparılmışdır. Hər iki audit rəyinin nəticəsi də Auditorlar Palatası tərəfindən keyfiyyətsiz və əsaassız hesab edilmiş və hər iki audit rəyinin nəticələri də ləğv edilmişdir. Bu, sənəd üzərində aparılan manipulyasiyanın göstəricisidir. Çünki audit ya düzgün olur, ya da olmur.

Amma iki dəfə aparılıb, iki dəfə də nəticə “yoxa çıxıbsa” burada artıq təsadüfdən danışmaq sadəlövhlükdür.

Bu qalmaqallı layihə ətrafında açıq qalan suallar isə kifayət qədər çoxdur.

Hazırda şərik və podratçılar ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Qaradağ Rayon Prokurorluğuna müraciətlər ünvanlayıblar.

Əldə etdiyimiz məlumata görə həmin kompleksdə satışın qadağa olmasına baxmayaraq Arzu Kazımov məhkəmənin qərarına məhəl qoymayaraq satışlar həyara keçirir və hətta bir mənzili bir neçə nəfərə satmaqla əlində külli miqadarda vəsait əldə edərək ölkədən qaçmaq istəyir. Əldə etdiyi qanunsuz pul vəsaitlərini ölkədən çıxarmaq üçün, çirkli pulların yuyulması ilə məşğul olan iran vətəndaşı olan “doktor” ləqəbli şəxsdən dəstək alır.

Bu müddətdə özünə vaxt və pul vəsaiti qazanmaq üçün şəriki olan Nazim Tahirova qarşı saxta şikayətlərlə şanlı Azərbaycan Polisini öz əməllərinə alət etmək istəyir. Özünü Daxili İşlər Naziri cənab Vilayət Eyvazova yaxın şəxs kimi təqdim edir, lakin bütün araşdırmalarda şikayətlərinin tam əsassız olduğu və bu şikayətlərin şər-böhtan olduğu müəyyən edilir. Əxlaqsız əməlləri bunula kifayətlənmir, hətta yanında işləyən nəvəsi yaşında işləyən xanım əməkdaşlara eşq təklifləri edir, bununla razılaşmayan əməkdaşları müxtəlif üsullarla şərləyərək işdən azad edir. Öz cinayət əməllərinə nəvələri Murad və Kamalı, sürücüsü Zöhrabı qoşaraq küllü miqdarda yeyintilər edərək, şirkətə məxsus mənzillərin və digər aktivlərin satılaraq məhv edilməsinə şərait yaradır. Yaşları 20-22 olan Murad və Kamal “oliqarx həyatı yaşayır”, dəyəri milyon manatlarla ölçülən avtomobillər idarə edir,lyuks həyatlarını xarici ölkələrdə istirahətlərlə davam etdirirlər.

Arzu Kazımovun qanunsuz əməlləri barədə ölkə başçısı Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova və Ədliyyə Naziri Fərid Əhmədova bu cinayətkar dəstənin ifşa olunması üçün artıq müraciətlər ünvanlanmışdır. Aldığı mənzillər təhlükə altında olan vətəndaşlar kimi bizdə məsləni diqqətdə saxlayacayıq.(aktualinfo.net)

Turan Mirzaliyev

Bravo Hipermarketindəki McDonald’s-da biabırçılıq… – VİDEO


Bakının Tbilisi prospektində yerləşən “Bravo” hipermarketinin daxilində fəaliyyət göstərən McDonald’s filialında yaranmış vəziyyət müştərilərin narazılığına səbəb olub.

Restoranda ciddi təmizlik problemi mövcuddur. Zalda döşəmə və masalar çirkli vəziyyətdədir, bəzi ərazilərdə natəmizlik və xoşagəlməz qoxu müşahidə edilir.

Müştərilər bildirirlər ki, masaların təmizlənməsinə lazımi diqqət göstərilmir, xırda həşəratların olması isə vəziyyəti daha da narahatedici edir.

Beynəlxalq səviyyədə tanınan bir brendin filialında belə mənzərənin yaranması qəbuledilməzdir. Gigiyena qaydalarına əməl olunmaması həm müştəri məmnuniyyətinə mənfi təsir göstərir, həm də qida təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.

VİDEO LİNKDƏ: https://xalq.online/bravo-hipermarketindeki-mcdonald-s-da-biabirciliq-video

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR


Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində baş verən qanunsuzluq və özbaşınalıq iddialarının rezonansı günü-gündən artır. Baş verən hadisələr fonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri, eyni zamanda sertifikasiyada imtahan rəhbəri olan Fikrət Heybətov və bu işdə əlaqəli fəaliyyətdə olduğu iddia edilən bir neçə nəfər işdən azad edilsə də, narazılıq dalğası hələ də səngiməyib.
​“7Times.az”-ın əldə etdiyi məlumata görə, hazırda bu məsələ Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən araşdırılır.
Artıq müxtəlif faktlarla əlaqədar olaraq bir neçə şəxsin izahatının alındığı bildirilir.
​Bu barədə “7Times.az” olaraq 30 iyun tarixində təqdim etdiyimiz ilk video reportajdan sonra, məsələdə adı hallanan Quba rayonunun Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova, həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayeva, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayev idarə müdiri Coşqun Əliyev tərəfindən işdən azad edilib. Ondan bir neçə gün sonra isə idarənin inzibati sektorunun müdiri və imtahan rəhbəri Fikrət Heybətov da vəzifəsindən kənarlaşdırılıb.
​Araşdırmalarımız nəticəsində onlarla şəxsin bu imtahanlarda nəticələrinin öncədən razılaşdırılmış formada saxtalaşdırıldığı iddia olunur.
Belə şəxslərdən birinin də Quba rayonu Aşağı Xuc məktəbinin fiziki tərbiyə müəllimi Yunis Oruc oğlu Vəliyev olduğu bildirilir. O, imtahandan 42 bal toplayıb. İddialara əsasən, bu nəticə 5800 manat vəsait qarşılığında öncədən razılaşdırılıb və imtahan zamanı sualların bəzilərinin düzgün cavabları nəzarətçilər vasitəsilə ona ötürülüb. Faktla əlaqədar olaraq Yunis Vəliyev ilə əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a açıqlamasında iddiaların əsassız olduğunu və hətta bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə izahat verdiyini bildirdi.
​Qeyd edək ki, Yunis Vəliyev hazırda həmin məktəbin direktor səlahiyyətlərini icra edir.

​Sertifikasiya imtahanında nəticələrinin öncədən razılaşdırıldığı iddia edilən növbəti şəxs isə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor səlahiyyətlərini icra edən Xalidşah Qədəşovdur. Onun da imtahanda keçid balı ilə təmin edilməsinin eyni mexanizmlə baş tutduğu — yəni imtahanın gedişi zamanı bəzi sualların düzgün cavablarının nəzarətçilər tərəfindən ona ötürüldüyü iddia olunur.

​Xaçmazda keçirilən sertifikasiya imtahanlarının nəticələrinin saxtalaşdırılması prosesində adı ən çox hallanan şəxslərdən birinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Emin Əlyarov olduğu bildirilir. İddialara görə, o, imtahanların başlamasından bir müddət əvvəl məktəb direktorlarına müraciət edərək, bu imtahanda kim keçid balı və yaxud uğurlu nəticə (51 baldan yuxarı) istəyirsə, köməklik göstərə biləcəyini təklif edib.
​Məsələ ilə əlaqədar olaraq adı çəkilən Emin Əlyarovla əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a verdiyi açıqlamada bu iddiaların tamamilə əsassız olduğunu qeyd etdi.
​Əlimizdə rəsmi video-görüntü və ya birbaşa maddi sübutlar olmasa da, apardığımız araşdırmalara və əldə etdiyimiz məlumatlara əsasən, Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində onlarla şəxsin keçid balı və 51 baldan yuxarı uğurlu nəticə alması üçün imtahan gedişatına kənar müdaxilələrin edildiyi güman edilir.
Əldə etdiyimiz məlumatlara görə bu imtahanda adı siyahıda olmayan bir neçə şəxs imtahana nəzarətçi kimi salınıb.(7Times.az)


Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"


Ağcabədi rayon sakini Cəbrayılov Nurlan Rəhman oğlu iddia edir ki, 9 dekabr 2022-ci il tarixində Ağcabədi rayonunda eksternat imtahanı versə də, ona təqdim edilən attestat saxta hesab olunur və bu səbəbdən iki ildən artıqdır təhsilini davam etdirə bilmir.
Bizimesr.com-a müraciət edən vətəndaş deyir ki, həmin dövrdə Ağcabədi Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən adına verilən attestat elektron sistemdə görünmür və təhsil müəssisələri tərəfindən saxta sənəd kimi qiymətləndirilir. Nəticədə, Cəbrayılov Nurlan Rəhman oğlunun peşə təhsili müəssisələrinə sənəd təqdim etmək cəhdləri uğursuz olur və müraciətləri qəbul edilmir.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Qarabağ Regional Təhsil İdarəsinə və Ağcabədi Rayon Təhsil Sektoruna rəsmi müraciətlər edib. Onun iddiasına görə, müraciətləri bir qurumdan digərinə yönləndirilsə də, problemin araşdırılması, attestatın yenisi ilə əvəz olunması və ya məsələ ilə bağlı konkret hüquqi cavab verilməsi təmin edilməyib.

Cəbrayılov Nurlan Rəhman oğlu problemin Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən nəzrətə götürülərək araşdırılmasını və ona qanuni attestatın verilməsini tələb edir: " 2 ildir heç bir yer bu sənədi qəbul etmir. Bu sadəcə kağız parçasıdır. Peşə təhsili almaq istəyirəm, sənədlərimi təqdim edirəm üstümə atırlar. Bu attestatı mənə Ağcabədi Rayon Təhsil Şöbəsi verib. O da Elm və Təhsil Nazirliyinin qurumudur".
Qeyd edək ki, belə məlum problemlərlə bağlı onlarla fakt mövcuddur.
Bizimesr.com

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23