ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri

Gündəm / Cəmiyyət 9-07-2026, 09:44


Elm və Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət və Audit şöbələrinin regional idarədə keçirdiyi yoxlamaların yekun AKT-ı redaksiyamıza daxil olub. Sənəddə təhsil sistemindəki kadr islahatlarına kölgə salan, rəsmi sənədlərin və imtahan protokollarının məqsədli şəkildə saxtalaşdırılmasını sübut edən tükürpədici faktlar yer alıb.

Rəsmi akta əsasən, 01 noyabr 2024-cü il tarixindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Elçin Vaqif oğlu Kərimov və digər vəzifəli şəxslər araşdırma dövründə idarənin fəaliyyətində baş verən bütün hüquqpozmalara görə birbaşa məsuliyyət daşıyırlar.

Yoxlama zamanı aşkarlanan və təhsilimizə rəhbərlik edənlərin "göz yumduğu" əsas qanunsuzluqları təqdim edirik:
1. İmtahandan kəsilənlərin protokolları məqsədli şəkildə dəyişdirilib (Saxtakarlıq)

Aktın bəlkə də ən rüsvayçı məqamı idarənin təşkil etdiyi müsabiqələrlə bağlıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, idarə tərəfindən keçirilən müsabiqələrdə minimum keçid balını toplaya bilməyən və uğursuz nəticə göstərən şəxslərin qiymətləndirmə və müsahibə protokolları məqsədli şəkildə dəyişdirilib! Bu yolla imtahandan kəsilən 5 nəfər (V.Əsgərova, A.Həsənova, L.Abışova, L.Əliyeva, S.Məmmədova) və daha 2 nəfər (İlahə İsmayılova və Tərgül Məmmədova) müxtəlif məktəblərə qanunsuz olaraq direktor və direktor müavini təyin ediliblər. İmtahan protokollarının saxtalaşdırılması yazılı izahatlarla da təsdiqini tapıb.

2. MİQ-dən kənar qanunsuz fəaliyyət və stajı olmayanların irəli çəkilməsi

Qəhrəmanova Nərminə İlham qızı: Heç bir pedaqoji stajı (tələb olunan 3 illik staj yoxdur) və ümumi təhsil müəssisəsində müəllim kimi fəaliyyəti olmadığı halda, Vahid Tarif-İxtisas Sorğu Kitabçasının tələblərinə zidd olaraq uşaq birliyi rəhbərliyindən birbaşa Gəncə şəhər 42 nömrəli məktəbə təşkilatçı vəzifəsinə təyin edilib. Üstəlik, bu şəxs MİQ-dən (Müəllimlərin İşə Qəbulu) kənar qanunsuz müəllimlik fəaliyyətinə də cəlb olunub.
Eldarova Humay Məharət qızı: Samux rayonu Tatlı kənd məktəbində laborant işlədiyi halda, qaydalara zidd olaraq Sarıkamış kənd məktəbinə təşkilatçı, daha sonra isə heç bir əsas olmadan təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə rotasiya edilib.

3. Nazirliyin qaydalarında nəzərdə tutulmayan qanunsuz rotasiyalar

Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarında direktor müavinlərinin rotasiyası (yerdəyişməsi) nəzərdə tutulmadığı halda, Regional İdarə daxili əmrlərlə qanunsuz kadr yerdəyişmələri həyata keçirib:
Gəncə şəhər 32 nömrəli məktəbin təşkilatçısı Tağı-zadə Səidə Musa qızı qanunsuz olaraq Ş.İ.Xətai adına 13 nömrəli məktəbə direktor müavini təyin edilib.
Eyni üsulla, informatika müəllimi olan Abbasova Laçın Şəmşi qızı qaydaları bypass edərək N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini qoyulub.

4. Müsabiqədənkənar təyinatlar və müqavilə müddətinin qanunsuz uzadılması

Gəncə şəhər 19 nömrəli məktəbin ibtidai sinif müəllimi Axundova Fəxriyyə Faiq qızı, regional idarənin rəhbərliyinin "müvafiq dərkənarı" əsasında müsabiqədənkənar və tam qanunsuz şəkildə 30 nömrəli məktəbə direktor müavini təyin edilib. Daha sonra isə daxili əmrlə onun əmək müqaviləsinin müddəti qanunsuz olaraq uzadılıb.

Nazirliyin rəsmi müfəttişlərinin və daxili nəzarət qrupunun imzaladığı bu AKT Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şəffaflığın, MİQ imtahanlarının və qanunun rəsmən tapdalandığını göstərir. İmtahandan kəsilənlərin protokollarını dəyişdirib onlara vəzifə paylayan, laborantı və uşaq birliyi rəhbərini qanunsuz yollarla direktor müavini edən bu sistemin başında duran şəxs – idarə müdiri Elçin Kərimovdur.

Tehsilmedia.info


Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14