Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!

Gündəm / Cəmiyyət 7-08-2026, 15:44


Bu gün ölkədə fəaliyyət göstərən mağazalar şəbəkələri arasında müştəriyə barmaqarası baxmaq, onun halal zəhmətlə qazandığı pulunu mənimsəmək və istehlakçı hüquqlarını açıq-aşkar tapdalamaq mövzusunda Baku Electronics ilə yarışa biləcək ikinci bir qurum tapmaq çətindir. İllərdir divarlardan, ekranlardan asılan “pərəstişkarı olacaqsınız” bəzəkli reklam şüarlarının arxasında əslində vahid bir hiylə mexanizmi – vətəndaşı aldatmaq və soymaq sistemi dayanır.
Bu sistemin canlı qurbanlarından biri də şəxsən mənəm! İnanıb, güvənib az qala bir var-dövlət qiymətinə — tam 4 min manata aldığım telefonun ili tamam olmamış sıradan çıxdı. Həm ekranı alt-üst oldu, həm də cihaz əldə saxlanılmayacaq dərəcədə qızmağa başladı.
Problem yarandıqda nə etməli idim? Əlbəttə ki, rəsmi zəmanəti olan mağazaya üz tutmalı idim.
Amma Baku Electronics-ə gedəndə mənə göstərilən "xidmət" nə oldu? 4 min manatlıq texniki zibilin arxasında durub problemi həll etmək əvəzinə, üstümə psixoloji təzyiq göstərdilər, kobudluq edib məni günahkar çıxarmağa çalışdılar! İnsanlardan 4 min manatı almağı bilirlər, amma verdikləri xarab malın arxasında durmağa gələndə utanmaz utanmaz müştərinin üstünə yeriyirlər.
Gəlin bu bəzəkli vitrinlərin, yalançı təbəssümlərin arxasındakı acı həqiqətləri olduğu kimi, kəskin və açıq şəkildə ortaya qoyaq:
Qüsurlu mal satışı və “İstifadəçi xətası” fırıldağı
Baku Electronics-in mağazasına qədəm qoyanda qarşında baş əyən satıcılar, pulu kassa daxil edən kimi tamamilə başqa adama çevrilirlər.
Şirkətin ən böyük özbaşınalığı xarab, defektli, hətta bəzən əvvəllər təmir olunub yenidən vitrinə qoyulmuş texnikanı yeni adı ilə insanlara sırımaqdır.
Məhsul ilk günlərdən sıradan çıxanda və vətəndaş qanuni hüququ olan 14 gün ərzində malın dəyişdirilməsini və ya pulun qaytarılmasını tələb edəndə oyun başlayır.
Məhsul onların cib servisi olan "Baku Service Company"yə yönləndirilir. Orada isə mühəndis adı altında əyləşənlərin tək işi var: nə olur-olsun, günahı müştərinin üstünə atmaq! "Su düşüb", "gərginlik oynayıb", "yerə vurmusunuz" kimi gülünc bəhanələrlə insanları şərləyir, öz məsuliyyətsizliklərinin bədəlini vətəndaşa ödətdirirlər.
Bu, sadəcə xidmət qüsuru deyil, birbaşa müştərinin cibinə girməkdir!
“Endirim” adı altında həyata keçirilən qiymət saxtakarlığı
"Möhtəşəm Cümə", "0% ilkin ödəniş", "Böyük Endirim" şüarları bu şirkətin insanları toruna salmaq üçün istifadə etdiyi növbəti tələdir. Kampaniyadan bir neçə gün öncə məhsulun qiymətini süni şəkildə astronomik həddə qaldırırlar, sonra isə üstündən qırmızı xətt çəkib "böyük endirim" elan edirlər.
Nəticədə savadsızlaşdırılmış reklam manipulyasiyası ilə vətəndaşa köhnə qiymətdən də baha mal satırlar. Hədiyyəli satış dedikləri isə tam bir biabırçılıqdır – kassaya çatanda "hədiyyələr qurtardı" deyib insanları açıq-aşkar ələ salırlar.
Servis işgəncəsi və qanunsuzluq
Zəmanətli məhsulun təmiri Baku Electronics-də müştəriyə verilən işgəncəyə çevrilir. "Xaricdən detal gəlir" yalanı ilə insanları aylarla gözlədirlər.
Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun tələbləri bu şirkət üçün heç bir əhəmiyyət kəsb etmir. Qanuna görə təmir müddətində müştəriyə müvəqqəti əvəzedici cihaz verilməlidir, amma Baku Electronics bu normanı açıq-aşkar ayaqlar altına alır.
İnsanları soyuducusuz, paltaryuyansız, mobil telefonsuz saxlayaraq cəhənnəmi yaşadırlar.
Kredit terroru və psixoloji təzyiq
İnsanların ehtiyacından istifadə edib hissə-hissə ödənişlə mal satan bu şəbəkə, bir günlük gecikmə olan kimi əsl üzünü göstərir.
Özlərinin ödəniş sistemlərindəki texniki xətalara görə belə günahı vətəndaşın üstünə yıxır, dərhal qanunsuz cərimələr tətbiq edirlər.
Zəng mərkəzinin əməkdaşları müştərilərlə, onların ailə üzvləri və zaminləri ilə elə kobud, reket sayağı tonda danışırlar ki, sanki qarşılarındakı insan deyil.
Baku Electronics müştərisinə insan kimi deyil, sadəcə sağılan inək və birdəfəlik gəlir mənbəyi kimi baxır. İnsanların halallıqla qazandığı pulu bu dərəcədə rahatlıqla mənimsəmək, qanunları və vətəndaşı saymamaq hədsizlikdir.
Şirkət rəhbərliyi anlamalıdır ki, xalqın haqqına girməklə, insanları aldatmaqla imperiya qurmaq olmaz. Bu gün insanları susdurmaq, aldatmaq olar, amma tezliklə bu dərəbəyliyin cavabını nəinki məhkəmə zalında, bazarın özündən kütləvi şəkildə silinməklə verəcəksiniz.
Bu özbaşınalığa və istehlakçı terroruna dur deməyin vaxtı çoxdan çatıb!
Sima Babayeva

Xəbər lenti

“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43
Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
13:45
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
13:02
Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA
12:26
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO
11:36
Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...
10:37
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
10:04
Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
18:37
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır
17:58
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
17:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi...-...dövlət büdcəsi havaya sovrulur/FOTOFAKT
14:36
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
14:22
Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir - TƏFƏRRÜAT
14:01
Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ...
13:18
"Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT
12:07