Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik

Gündəm / İdman 22-08-2026, 10:04


Uzun illərdir birgə yol gələn iki yaxın şəxsin artıq ayrılmaq mərhələsinə gəldiyi iddia olunur.

Bizimesr.media-ya daxil olan məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru Elnur Əliyevin tutduğu vəzifədən öz istəyi ilə uzaqlaşmasını istəyir. Məlumata əsasən, son dövrlərdə Elnur Əliyevin ölkənin təhsil sistemində təsir imkanlarının əhəmiyyətli dərəcədə artması nazirlik daxilində narazılığa səbəb olub. İddialara görə, onun müxtəlif Agentliklər üzərində nəzarəti ələ alması və imkanlarını genişləndirməsi, iri maliyyəli layihələrin idarə edilməsində rolunun artması və qəbul etdiyi qərarların təhsil sistemində əlavə problemlər yaratması Emin Əmrullayevlə münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb.

Bildirilir ki, Elnur Əliyevə fəaliyyəti ilə bağlı narazılıq dolayısı ilə çatdırılıb. Hətta ona tutduğu vəzifədən və nəzarətində olan bəzi istiqamətlərdən geri çəkilməsi ilə bağlı tövsiyələr verildiyi iddia edilir. Lakin bu yanaşmanın Elnur Əliyevin mövqeyini zəiflətmək əvəzinə, əksinə, onun daha sərt mövqe nümayiş etdirməsinə səbəb olacağı ehtimal olunur.
Məlumata görə, təhsil sistemindəki təsir imkanlarının genişlənməsi Elnur Əliyevin gələcəkdə daha yüksək vəzifəyə iddia edə biləcəyi ilə bağlı ehtimalları da gündəmə gətirib.

Eyni zamanda, son dövrlərdə təhsil sistemində baş verən bir sıra qalmaqalların Elnur Əliyevin fəaliyyətinə münasibətdə narazılığı daha da artırdığı iddia olunur. Xüsusilə keçirilən müəllim imtahanları zamanı sualların məzmunu ilə bağlı pedaqoqlar arasında ciddi narazılıqların yaranması diqqət çəkdi. Müəllimlər tərəfindən imtahan suallarının proqramla uyğunluğu və hazırlanma prinsipləri ilə bağlı müxtəlif iradlar səsləndirilsə də, sualların hazırlanmasında iştirak edən Təhsil İnstitutunun bu məsələlərə münasibətdə yetərli açıqlama vermədiyi bəlli oldu.
Narazılığın digər istiqaməti isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi imtahanlarla bağlıdır. İddialara görə, həmin imtahanlarda istifadə olunan sualların müzakirəyə açıq şəkildə təqdim edilməməsi və imtahan iştirakçılarının suallarla bağlı etirazlarının cavabsız qalması ciddi suallar yaradıb. Bu sahə üzrə imtahan sualları da Təhsil İnstitutu tərəfindən aparılır.

Beləliklə, təhsil sistemində uzun müddət bir-birinə yaxın mövqedə dayanan Emin Əmrullayev və Elnur Əliyev arasında münasibətlərin hansı mərhələdə olduğu və bu qarşıdurmanın kadr dəyişikliklərinə gətirib çıxarıb-çıxarmayacağı maraq doğurur.

Bizimesr.media

Xəbər lenti

“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43
Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
13:45
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
13:02
Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA
12:26
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO
11:36
Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...
10:37
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
10:04
Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
18:37
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır
17:58
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
17:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi...-...dövlət büdcəsi havaya sovrulur/FOTOFAKT
14:36
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
14:22
Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir - TƏFƏRRÜAT
14:01
Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ...
13:18
"Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT
12:07