GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!

Gündəm / Cəmiyyət 7-04-2026, 14:44


"Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özününü sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
Jurnalist daha sonra bildirir: "Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub!
​Korrupsiyadan Qovulub Mükafatlandırılan "Kadr": Məlahət Bayramovanı Kim Qoruyur?
​Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır.
2024-cü ildə "103" xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı!
​Bu da azmış kimi, Gəncə şəhər İcra Başçısı Niyazi müəllim 2025-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhərin həqiqi, fədakar həkimlərini və tibb işçilərini kənara qoyaraq, korrupsiya ləkəsi olan bu qadını xüsusi mükafatlandırdı.
Cənab Başçı, korrupsiya əməlinə görə 5 ay işdən uzaqlaşdırılan birini mükafatlandırmaq hansı məntiqə, hansı dövlətçilik prinsiplərinə sığır? Bu, şəhər səhiyyəsini talayanlara verilən bir "yaşıl işıq" və xalqa qarşı açıq bir lağlağıdır!
​Səhiyyə Ocaqları "Ailə Holdinqi"nə Çevrilib!
​Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib:
​Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib.
​Oğlunu həmin xəstəxanada "MRT-yə nəzarətçi" adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla?
​Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir.
Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır!
​Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib?
Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir.
​Qanunsuz Həkimlər və "Ölü Canlar"
​Gəncə Səhiyyəsinin müdiri İlkin doktorun fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır.
Məlahət Bayramovanın tapşırığı və İlkin doktorun imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər.
Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir!
​Digər tərəfdən, qanunla 65 yaşı tamam olmuş vicdanlı həkimlər rüşvət vermədikləri üçün işdən qovulur, lakin Bayramovaya pul ödəyən 70 yaşdan yuxarı şəxslər (Tükəzban Məmmədova, Müsaidə Qasımova, Məlahət Hacıyeva və s.) qanunsuz olaraq saxlanılır.
Nurlana Rüstəmova adlı dietoloq işə gəlmədiyi halda illərlə adı tabeldə gedib və dövlətin büdcəsindən ayrılan pullar bu şəbəkə tərəfindən mənimsənilib.
​Sövdələşmələr və Pandemiya Talançılığı
​İddialara görə, İlkin doktor deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır.
Keçmiş direktor Nazim doktor və İlkin doktorun rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir.
​NƏTİCƏ OLARAQ:
Gəncədə baş verən bu hadisələr sadə bir vəzifə saxtakarlığı deyil. Bu, dövlətə, xalqa və insan həyatına qarşı törədilmiş mütəşəkkil cinayətdir! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal hərəkətə keçməli, Gəncə səhiyyəsini iflic edən bu şəbəkə darmadağın edilərək layiqli cəzalarını almalıdırlar!
Bu millətin canı və büdcəsi bir neçə nəfərin haram sərvət toplama vasitəsi ola bilməz!"


DİA-AZ

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13