DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir

Gündəm / Cəmiyyət 15-09-2026, 11:05


Birinci qrup əlilliyi olan Sarıgül İslam qızı Soltanovanın pensiya təminatı ilə bağlı yeni problem yaranıb. Bizimesr.media xəbər verir ki, bu barədə jurnalist Samir Soltanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl bibisi Sarıgül Soltanovanın əlillik təyinatı ilə bağlı yaranmış problem ictimailəşdirilib və aparılan yenidən yoxlanışdan sonra onun birinci qrup əlilliyi bərpa edilib.

Lakin bu dəfə Dövlət Sosial Müdafiə Fondu tərəfindən başqa məsələ ilə bağlı problem ortaya çıxıb.

Samir Soltanov bildirib ki, Sarıgül Soltanova 2013-cü ildən atasının vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası alıb. Həmin dövrdə 18 yaşından yuxarı əlil övladın da müəyyən şərtlər daxilində ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olub. Bununla bağlı 2013-cü ildə tələb olunan sənədlər DSMF-nin Salyan rayon şöbəsinə təqdim edilib və pensiya təyinatı həyata keçirilib. “2013-cü ildə lazım olan sənədləri DSMF-nin Salyan rayon şöbəsinə təqdim etdik və təyinat da verildi. O dövrdə belə işlərin pul ilə həll edildiyi hamıya məlumdur. Amma biz bu işə görə heç bir əlavə vəsait, rüşvət ödəməmişik. Bir manat belə olsun. Qanun nə deyibsə, ona uyğun qərar qəbul olunub”, – deyə Samir Soltanov bildirib.

Onun sözlərinə görə, hazırda DSMF tərəfindən həmin pensiyanın təyinatı ilə bağlı fərqli mövqe ortaya qoyulub. Qurumdan bildirilib ki, Sarıgül Soltanovanın ilkin əlillik təyinatı 18 yaşından aşağı olmadığı üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmayıb.

İddialara görə, 2013-cü ildə Salyan rayon DSMF şöbəsi tərəfindən verilmiş pensiya təyinatının səhv olduğu bildirilir. Samir Soltanov isə 13 il ərzində həmin pensiyanın dövlət qurumu tərəfindən təyin edilərək ödənildiyini diqqətə çatdırıb.

“Necə səhv qərardır axı? 13 il qanuni şəkildə biz bu pensiyanı almışıq. 2013-cü ildə təyinatı da DSMF edib, indiki qərarı da DSMF verir. Hər iki halda qərar verən eyni qurumdur. Əziyyəti isə birinci qrup əlil şəxs çəkir”, – deyə jurnalist qeyd edib.

Hazırda Sarıgül Soltanovanın əmək pensiyasının dayandırıldığı, bunun əvəzinə sosial müavinət aldığı bildirilir. Bununla yanaşı, daha bir problem yaranıb. Belə ki, son üç il ərzində dövlət tərəfindən pensiya kimi ödənilmiş vəsaitin geri tələb olunduğu bildirilir.

“Adamı yandıran odur ki, son 3 ilin dövlətin pensiya kimi ödədiyi məbləği bizdən tutmaq istəyirlər. Elə bil dövləti aldatmışıq, pulunu yemişik. Qurumun verdiyi qərarın məsuliyyəti niyə əlil şəxsin üzərinə düşməlidir? 2013-cü ildə təyinatı dövlət qurumu edib və 13 il ərzində həmin ödənişi həyata keçirib”, – Samir Soltanov bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə birinci qrup əlilliyi olan şəxsin pensiya təminatının dayandırılması və üstəlik əvvəlki ödənişlərin borc kimi hesablanması ciddi narazılıq doğurur.

Samir Soltanov Dövlət Sosial Müdafiə Fondunun qərarına aydınlıq gətirilməsini və 2013-cü ildə verilmiş pensiya təyinatının hansı hüquqi əsasla həyata keçirildiyinin izah olunmasını istəyir. Jurnalistin sözlərinə görə, dövlət qurumunun 13 il əvvəl verdiyi qərardakı mümkün səhvin nəticələrini həmin müddət ərzində bu qərara əsasən pensiya alan birinci qrup əlil şəxsin üzərinə qoymaq ədalətli yanaşma deyil.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mövqeyi maraqlıdır.

Bizimesr.media

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52