ANA DİLİNİ BİLMƏYƏN HƏKİM, HƏKİMLƏRİ NƏDƏN DİDƏRGİN SALIR?

Gündəm / Cəmiyyət 8-04-2026, 11:32


Azərbaycan səhiyyəsində illərdir davam edən və xərçəng hüceyrəsi kimi yayılan korrupsiya və özbaşınalıq şəbəkəsi hələ də tam təmizlənmiş deyil.
Keçmiş Baş prokuror Zakir Qaralovun əmisi qızı olan və vaxtilə Abşeron Səhiyyəsində törətdiyi qanunsuzluqlar, rüşvət iddiaları və şəhid ailələrinin qəlbinə vurduğu yaralarla (şəhid yasında qırmızı geyinmək qalmaqalı) yaddaşlara qazınan Mehriban Qaralova yenidən səhnədədir!
Vaxtilə korrupsiya əməllərinə görə rüsvayçı şəkildə işdən qovulan və uzun müddət kənarda qalan bu şəxs, eyni taleyi paylaşan və korrupsiya əməllərinə görə vəzifəsindən uzaqlaşdırılan TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanov tərəfindən sanki xalqa meydan oxuyurmuş kimi yenidən vəzifəyə gətirildi. Mehriban Qaralova hazırda Xocəsən Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində oturub öz köhnə "vərdişlərini" davam etdirir!
Dövlət Orqanlarının Adı İlə Şantaj Və Rüşvət Tələbi!
Mehriban Qaralovanın idarəçilik üsulu tibb elminə yox, sırf şantaj və qorxu ssenarilərinə əsaslanır.
Bu şəxs tabeliyində çalışan günahsız həkimləri şərləməklə, onlara qarşı uydurma ittihamlar irəli sürməklə məşhurdur.
Ən dəhşətlisi isə odur ki, Qaralova işçilərindən külli miqdarda pul tələb edərkən hüquq-mühafizə orqanlarının adından istifadə edir!
O, açıq şəkildə bildirir ki, "bu pullar yuxarılara, hüquq-mühafizə orqanlarına çatacaq".
Böyük ehtimalla həmin orqanların bu çirkin alver dərəcəsində olan sövdələşmələrdən heç bir xəbəri yoxdur.
Lakin Qaralova hələ də arxasında vaxtilə Baş prokurorluq sistemində kök salmış Zakir Qaralovun "törtöküntülərinin" dayandığına inanır.
Baxmayaraq ki, indiki Baş prokuror Kamran Əliyev tərəfindən bu tip neqativ kadrların böyük hissəsi zərərsizləşdirilib və təmizlənib, görünən odur ki, bəzi köhnə klan qalıqları hələ də bu qadına cəsarət verir.
"Məhkəmə Azərbaycanda Belədir" – Ədalət Sisteminə Açıq Təhqir!
Mehriban Qaralovanın özbaşınalığı o həddə çatıb ki, o, dövlətin məhkəmə hakimiyyətini belə rüşvətxorluqda ittiham etməkdən çəkinmir.
Dəfələrlə öz əhatəsində açıq şəkildə "Hakimlər pul almasa, heç kəsi qurtarmaq olmur, məhkəmə Azərbaycanda belədir" kimi dövlətçilik əleyhinə olan ifadələr işlədən bu qadın hələ də dövlət müəssisəsində rəhbər kreslosunda əyləşir!
Bu, dövlətin məhkəmə sistemini aşağılamaq, qanunlarını heçə saymaq deyilmi?
Geridə Qoyulan Borclar Və Didərgin Salınan Həkimlər
Abşeronda çalışdığı dövrdə rəhbərlik etdiyi müəssisənin "Azərişıq" ASC-yə olan minlərlə manatlıq borcunu ödəməyən, dövlətə vurduğu ziyanlarla yadda qalan bu şəxsin qorxusundan indi də yeni təyin olunduğu xəstəxananın həkimləri və tibb heyəti cana doyub.
Qaralovanın bitmək bilməyən qanunsuz tələbləri, təzyiqləri və şərləmə kampaniyaları ucbatından peşəkar həkimlər artıq ərizələrini yazaraq işdən qaçırlar. İnsanlar artıq bu zülmə qarşı etirazlarını necə bildirəcəklərini bilmirlər.
Yeni Rəhbərliyə Müraciət: Bu Korrupsiya Qalığı Nə Vaxt Təmizlənəcək?
Vüqar Qurbanovun rəhbərlikdən getməsi ilə səhiyyədə yeni bir təmizlik mərhələsinin başlayacağına ümidlər artmışdı.
İndi isə bütün gözlər yeni rəhbərliyə dikilib.
Vüqar Qurbanovun və Zakir Qaralov klanının ən sadiq silahdaşı və kadrı olan Mehriban Qaralova nə vaxta qədər bu hökmranlığını davam etdirəcək?
Qanunsuz əməlləri ilə həm dövlətin büdcəsinə, həm tibb işçilərinə, həm də sadə vətəndaşlara zərər vuran belə korrupsioner elementlər səhiyyə sistemindən birdəfəlik təmizlənməlidir! Artıq yetər! Xalqın və dövlətin səbri ilə oynamağı dayandırın!
Sima Babayeva
TEREF

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13