“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət Сегодня, 10:41


Todd Boeli ABŞ-ın ən tanınmış biznesmenlərindən biridir, “Çelsi”nin sabiq sahibi olub
Rusiyanın sanksiyalar altındakı neft şirkəti “Lukoil”in xarici aktivlərinin satışı ilə bağlı prosesdə yeni mərhələ başlayıb. ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsium şirkətin beynəlxalq aktivlərini almaq barədə razılaşma imzalayıb. Bu xəbər Azərbaycanda da diqqət çəkir. Çünki “Lukoil” ölkəmizdə, xüsusilə Bakı və ətraf ərazilərdə geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

Musavat.com xəbər verir ki, “Reuters”in noyabrın 25-də yaydığı məlumata görə, alıcı tərəf amerikalı milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsiumdur. Konsorsiuma Boelinin “Eldridge” şirkəti, “Xtellus Partners”, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Catena Investment Holding” və ABŞ hökumətinin nəzarətində olan Beynəlxalq Maliyyə İnkişafı Korporasiyası (DFC) daxildir. Razılaşmanın şərtlərinə əsasən, təxminən 10 milyard dollar dəyərində “Lukoil” qiymətli kağızlarının mübadiləsi müqabilində ümumi dəyəri 16 milyard dollar qiymətləndirilən beynəlxalq aktivlər portfelinin əldə edilməsi nəzərdə tutulur. Qiymətli kağızlardan əldə ediləcək vəsaitin Rusiyaya çatmasının qarşısını almaq üçün onlar xüsusi hesabda saxlanılacaq. Sövdələşmə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) razılığını almalıdır. Bu razılıq olmadan satış hüquqi qüvvəyə minə bilməz. Prosesin yekunlaşması bir ilə qədər vaxt apara bilər.
“Lukoil”in beynəlxalq aktivlərinin satılması şirkətin Bakıdakı yanacaqdoldurma məntəqələrinin taleyini də gündəmə gətirir. Böyük ehtimalla bu "zapravkalar" da sövdələşməyə daxildir, "Lukoil" bu mülkiyyətləri ayrı-ayrı şikrkətlərə satması sərfəlki deyil, həm də uzun vaxt aparır.

Musavat.com bu mövzuya daha əvvəl də toxunub. Yanvarın 30-da dərc olunan “Lukoil” Bakıdakı “zapravka”larını amerikalılara satıb” başlıqlı materialda şirkətin beynəlxalq aktivlərini idarə edən “Lukoil International GmbH”nin ABŞ-ın “Carlyle” investisiya şirkətinə satılması ilə bağlı razılaşma barədə məlumat verilmişdi.

Fevralın 21-də isə “Lukoil” Bakıdakı YDM-lərini satıb – amerikalılara, yoxsa ərəblərə?” başlıqlı yazıda “Carlyle” və Səudiyyə Ərəbistanının “Midad Energy” şirkətinin satınalma prosesindəki rolu araşdırılmışdı. Azərbaycan üzrə aktivlərin satış paketinə daxil edilib-edilmədiyi və yerli YDM şəbəkəsinin gələcək taleyi barədə ayrıca rəsmi açıqlama yoxdur.

Məsələ təkcə yanacaqdoldurma məntəqələri ilə də məhdudlaşmır. “Lukoil” Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağında 19,99 faiz paya malikdir. Bu iştirak payının taleyi də şirkətin beynəlxalq aktivlərinin yenidən bölüşdürülməsi fonunda diqqət tələb edir.

Todd Boeli kimdir?

Todd Boeli 1973-cü ildə ABŞ-da anadan olmuş milyarder investor və biznesmendir. O, investisiya və holdinq şirkəti “Eldridge”in həmtəsisçisi, rəhbəri və baş icraçı direktorudur. Maliyyə sahəsində karyerasına “Guggenheim Partners” şirkətində başlayıb, sonradan bu qurumun prezidenti vəzifəsinə qədər yüksəlib.

Boelinin adı xüsusilə idman dünyasında tanınır. O, 2022-ci ildə Roman Abramoviçdən İngiltərənin məşhur “Çelsi” futbol klubunu alan konsorsiumun əsas simalarından biri olub. Həmin dövrdə klubun alınması üçün 4,25 milyard funt sterlinq dəyərində razılaşma əldə edilmişdi. Bundan başqa, Boeli “Los-Anceles Dodgers” beysbol klubunun, “Los-Anceles Lakers” basketbol klubunun və “Los-Anceles Sparks” qadın basketbol komandasının sahibləri arasında yer alır.

“Eldridge” vasitəsilə onun investisiyaları maliyyə, əyləncə, daşınmaz əmlak, idman və digər sahələri əhatə edir. “Forbes”in 25 noyabr 2026-cı il tarixinə olan qiymətləndirməsində Boelinin sərvəti 9,2 milyard dollar göstərilib.

Beləliklə, idman klublarına və müxtəlif sahələrə yatırımları ilə tanınan amerikalı milyarder indi Rusiyanın nəhəng neft şirkətinin beynəlxalq aktivlərini əldə etmək uğrunda prosesin əsas iştirakçısına çevrilib. Ancaq onun rəhbərlik etdiyi konsorsiumun Bakıdakı “Lukoil” yanacaqdoldurma məntəqələrinə sahib olub-olmayacağı hələ açıq qalır.

Musavat.com

Xəbər lenti

"Varlı adamlara sosial yardım verirlər, kasıbların müraciətinə baxan yoxdur" - ETİRAZ VAR...
14:59
"Daha ağır xəstə olsa, ona necə yardım göstəriləcək?" - NARAZILIQ VAR...
12:47
46 yaşlı kişi “Günəşli” hoteldə öldü
12:07
Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...
11:37
“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT
10:41
Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
10:06
Keçmiş nazir sərvətini NECƏ İDARƏ EDİR... - İLGİNC FAKTLAR
09:41
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
18:32
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –Qiyməti 10 milyon funta yaxındır
12:06
Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir
11:26
"Niyə xidmət bu qədər mürəkkəbləşdirilib?" - AÇIQ SÜRÜNDÜRMƏÇİLİK...
10:53
“Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər
10:28
Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
09:59