Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət Вчера, 15:40


Culfa və Ordubadda üç xəstəxananın mindən artıq əməkdaşının oktyabr maaşını ala bilmədiyi bildirilir. Səbəb kimi xəstəxanaların tabe olduğu Culfa Regional Tibb Mərkəzinin bank hesabına blok qoyulması göstərilir.

“Gündəlik Naxçıvan”a müraciət edən həkimlərin sözlərinə görə, məhkəmə yolu ilə işinə bərpa olunan direktor müavini Mehran Qafarova işləmədiyi aylar üçün 58 min manat ödənilməlidir.

Onlar hesaba qoyulan blok səbəbindən maaşlarını da ala bilmədiklərini deyirlər.

Şikayətçilər hesabın 58 min manatlıq borca görə bloklandığını deyirlər:

“Direktorun inzibati işlər üzrə müavini Mehran Qafarov işdən çıxarılmışdı. Məhkəməni qazanıb işinə qaytarılıb. İndi işləmədiyi ayların əməkhaqqının ödənilməsini tələb edir. Məbləğ 58 min manatdır.

Həmin pulun ödənilməsi üçün məhkəmə əməkhaqqı hesabına blok qoyub. Əlbəttə, hər kəsin hüququ qorunmalıdır. Amma bu mübahisənin əziyyətini mindən artıq işçi çəkməməlidir”.

Redaksiyaya göndərilən məhkəmə sənədinə görə, mərkəz borcunu uzun müddət ödəmədiyi üçün “Kapital Bank”dakı hesabına həbs qoyulub.

Həkimlər maaş gecikməsinə görə dolanışıqda və kreditləri ödəməkdə çətinlik çəkdiklərini deyirlər:

“Oktyabr ayının maaşını hələ də almamışıq. Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanası bir mərkəzə tabedir, üçünün də əməkdaşlarına maaş verilmir.

İnsanların kredit ödənişləri gecikir, üzərinə faiz yazılır. Hər birimizin ailəsi, övladı, dolanışığı var. İşə gəlirik, vəzifəmizi yerinə yetiririk, amma zəhmətimizin qarşılığını ala bilmirik”.

Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ailə Sağlamlıq Mərkəzinin işçiləri Əmək Müfəttişliyinə də kollektiv şikayət yazıblar. Ərizədə maaşların iyuldan gecikdiyi bildirilir.

Şikayətçilər on gündən artıqdır cavab gözlədiklərini deyirlər:

“İyul ayından maaşlarımızın verilməsi növbəti aya keçir. Sentyabrın maaşını oktyabrın 15-də aldıq, oktyabrın maaşı isə hələ də ödənilməyib. Əmək Müfəttişliyinə kollektiv ərizə ilə müraciət etmişik, on gündən artıqdır cavab yoxdur. Biz heç kimdən artıq bir şey istəmirik, sadəcə zəhmətimizin qarşılığını alıb ailəmizi dolandırmaq istəyirik”.

Xəbər lenti

Üzeyir Qurbanovun milyonluq tenderlər udan şirkəti işini dondurdu - DETALLAR
18:05
"AZCON Holding"də departament rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
17:43
İcra başçısı Yasamalda yolu satıb - VİDEO
17:09
“Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb
16:35
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - BU NƏDİ BELƏ...
15:47
"Varlı adamlara sosial yardım verirlər, kasıbların müraciətinə baxan yoxdur" - ETİRAZ VAR...
14:59
"Daha ağır xəstə olsa, ona necə yardım göstəriləcək?" - NARAZILIQ VAR...
12:47
46 yaşlı kişi “Günəşli” hoteldə öldü
12:07
Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...
11:37
“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT
10:41
Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
10:06
Keçmiş nazir sərvətini NECƏ İDARƏ EDİR... - İLGİNC FAKTLAR
09:41
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
18:32
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40