“Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər

Gündəm / Cəmiyyət Сегодня, 10:28


ABŞ-dan Azərbaycana avtomobil gətirən “Azad Logistik” şirkətinin müştəriləri problemlə üzləşiblər. Avtomobilləri artıq 4 aydır ki, Azərbaycana çatdırılmır, şirkət rəhbərliyi isə məsələyə aydınlıq gətirmir.
Sitat.info-ya müraciət edən müştərilər bildiriblər ki, şirkətin rəhbərliyi ilə əlaqə saxlamaq çətinləşib. Onların sözlərinə görə, rəhbərlikdə təmsil olunan Ramin şəxs telefon zənglərinə cavab vermir, bəzən isə müxtəlif vədlər verərək prosesi uzadır.


Şikayətçi Əliyev Zaur Nazimoğlu bildirib ki, ABŞ-dan sifariş etdiyi “Hyundai Sonata” markalı avtomobilin gətirilməsi üçün şirkətə bütün ödənişləri edib. Lakin buna baxmayaraq, avtomobil hələ də ona təhvil verilməyib.

Onun sözlərinə görə, sonradan məlum olub ki, “Azad Logistik” şirkətinin Gürcüstandakı limana borcu olduğundan avtomobillərin ərazidən çıxarılmasına icazə verilmir. Nəticədə onlarla müştərinin avtomobili limanda qalıb. Şirkət limana ödəniləcək vəsaiti "yeyib".
Şirkət yaranmış borcu ödəmək əvəzinə, avtomobillərinin gətirilməsi üçün onlardan əlavə 1400 dollar tələb edir. Bildirilir ki, bu məbləğ ödənilməyəcəyi təqdirdə avtomobillərin gətirilməsi mümkün olmayacaq.
Şikayətçilər əlavə vəsaiti ödəməyə məcbur qaldıqlarını desələr də, avtomobillərin konkret hansı tarixdə təhvil veriləcəyi barədə onlara heç bir təminat verilmir.
Müştərilərin sözlərinə görə, avtomobillərin Gürcüstanda saxlanıldığı əraziyə görə hər gün əlavə borc yaranır. Bu məbləği də ödəmək məcburiyyətində qaldıqlarını bildirirlər. Bəzi müştərilərin avtomobillərini özləri gətirmək üçün Gürcüstana getməyi planlaşdırdığı da qeyd olunur.
Məsələ ilə bağlı “Azad Logistik” şirkəti ilə əlaqə saxladıq. Şirkət nümayəndələri avtomobillərin müştərilərə konkret nə vaxt çatdırılacağı ilə bağlı dəqiq tarix açıqlamayıb, yalnız yaranmış müəyyən problemlərin olduğunu və müştərilərin gözləməli olduqlarını bildiriblər.

Hazırda müştərilər avtomobillərini Gürcüstan limanından hansı yolla çıxara biləcəkləri barədə çıxış yolu axtarırlar.
Məsələ ilə bağlı şirkətin məsul şəxsləri ilə əlaqə saxladıq. Sıxıntıların olduğunu, problemi həll etdiklərini bildirdilər.
Şirkətin bu açıqlaması "Azad Logsitik" şirkətinin borc içində olduğunu təsdiqləyir. Şirkət borcunu isə sui istifadə edərək müştərilərdən əlavə 1400 dollar vəsait toplamaqla ödəmək istəyir.
Seymur,
Sitat.info

Xəbər lenti

Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –Qiyməti 10 milyon funta yaxındır
12:06
Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir
11:26
"Niyə xidmət bu qədər mürəkkəbləşdirilib?" - AÇIQ SÜRÜNDÜRMƏÇİLİK...
10:53
“Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər
10:28
Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
09:59
SEPAH: Hörmüz boğazında 2 tanker minaya düşüb
09:32
Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
09:04
Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO
18:32
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
18:10
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
17:28
Gəncədə iki xəstəxananın baş həkim vəzifədən azad olundu - BUNDAN SONRA...
17:10
Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
16:43
Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar
16:00
"Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər" - İş adamından şikayət
15:26
Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
14:44
Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
12:28
Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
11:46
Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
11:20