AQTİ Qoşqar Təhməzlinin şirkətindən 42 min manatlıq tələ alır

Gündəm / Cəmiyyət 17-03-2026, 12:10


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu daha bir tenderinin nəticəsini açıqlayıb.

Sözügedən qurum bununla bağlı açıqlama yayıb.

Bildirilir ki, AQTİ fitosanitar monitorinqlər zamanı istifadəsi nəzərdə tutulan feromon tələ hissələrinin və müxtəlif dispenserlərin satın alınmasını reallaşdıracaq. Tenderin qalibi isə quruma yad olmayan bir şirkət olub. Belə ki, “AVAZ GROUP” MMC ilə 42 min 232 manatlıq müqavilə bağlanılıb.

Qeyd edək ki, AQTİ həmin vəsaitə Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata) üçün 300 ədəd dispenser, Amerika ağ kəpənəyi (Hyphantria cunea) üçün 1000 ədəd, Şərq meyvəyeyəni (Grapholita molesta) üçün 1000 ədəd və digərləri üçün dispenserlər alacaq.

Bizimesr.az “Avaz Group”la bağlı açıq mənbələr üzərindən bəzi araşdırmalar aparıb. Məlum olub ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.

Rentry.co saytına yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.

Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin o, 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.(Bizimesr.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13