“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

Gündəm / Cəmiyyət 19-05-2026, 10:33


Adının çəkilməsini istəməyən mənbənin redaksiyamıza verdiyi məlumata görə, Mingəçevir Turizm Kollecində tələbələrdən müxtəlif adlar altında məcburi pul yığımı həyata keçirilir.
Mənbə bildirir ki, kollecdə keçiriləcək məzun günü tədbiri üçün hər bir tələbədən məcburi şəkildə 20 manat tələb olunur. Tələbələrə bildirilib ki, tədbirdə iştirak etməyən və tələb olunan məbləği ödəməyən şəxslər buraxılış imtahanlarında problemlərlə üzləşdirilə bilər. Bu isə həm tələbələr, həm də valideynlər arasında ciddi narazılıq yaradıb.
Şikayətdə qeyd olunur ki, bundan əvvəl tələbələrdən guya toy məclisi təşkil etmək adı ilə 65 manat pul yığılması planlaşdırılırdı. Yalnız Elm və Təhsil Nazirliyinin bu kimi halları qadağan edən tapşırığından sonra həmin təşəbbüs dayandırılıb.
Bununla yanaşı, kollecdə təxminən 1500 tələbənin təqaüdündən hər ay 2 manat məcburi şəkildə tutulduğu iddia edilir. Rəhbərlik bunun “kimsəsiz tələbələrə yardım” məqsədi daşıdığını bildirsə də, tələbələr yardımın könüllü deyil, məcburi şəkildə həyata keçirildiyini vurğulayırlar.
Mənbə kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının fəaliyyəti ilə bağlı da sualların yarandığını qeyd edir. Belə ki, tələbələrdən yığılan həmkarlar haqlarının hansı istiqamətlərə xərcləndiyi barədə şəffaf məlumat verilmir.
Şikayətdə kollecin keçmiş direktoru Əyyub Əyyubovun da vaxtilə korrupsiya iddiaları səbəbindən vəzifədən uzaqlaşdırıldığı xatırladılır və hazırkı direktor Kamal Əhmədovun dövründə də tələbələrdən müxtəlif adlarla pul yığılması hallarının davam etdiyi bildirilir.
Narazı tələbə və valideynlər aidiyyəti qurumlardan Mingəçevir Turizm Kollecində baş verən bu iddiaların araşdırılmasını, qanunsuz pul yığımı hallarına son qoyulmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb edirlər./Gundemxeber.com

Xəbər lenti

“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
18:17
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
17:51
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
16:58
Azərbaycanda vəkil cərimələndi
16:46
8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?
16:00
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
15:27
Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
14:58
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
14:15
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…
13:40
Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
12:57
Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
12:21
Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
11:10
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
10:28
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
09:52
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
18:14
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
17:34
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
16:57
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
16:02