Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO

Gündəm / Cəmiyyət 20-05-2026, 16:21


Yardımlını digər rayonlarla birləşdirən strateji əhəmiyyətli yolda baş verən torpaq sürüşməsinin yaratdığı təhlükəli vəziyyət illərdir davam edir.

Bakupost.az-ın məlumatına görə, Masallı-Yardımlı yolunun 52-ci kilometrliyində qeydə alınan sürüşmə nəticəsində yolun bir hərəkət zolağının təxminən 55 metrlik hissəsi yararsız vəziyyətə düşüb. Ərazidəki istinad divarları və piyada səkiləri də tamamilə dağılıb.

Məsələni yenidən gündəmə gətirən rayon sakini, şair İqbal Nəhmət deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, 3 il ərzində nə yerli icra hakimiyyəti, nə də əlaqədar qurumlar tərəfindən yolun bərpası istiqamətində bir iş görülüb:

“Cənnətin içində cəhənnəmi yaşayan qəhrəman camaatım! 3 il öncə burada çəkiliş edib paylaşmışdım. Hörmətli deputatımız Musa Qasımlıya, icra başçısı Ayaz Əsgərova və onun müavinlərinə buradan səslənmişdim ki, əzizlərim, nə qədər böyük məsələdir bu problemi aradan qaldırmaq?

Buradan keçən maşınlardan biri dumana düşsə, idarəetməni itirsə, yuvarlanıb çayın içinə düşəcək. Hətta aşağıda evlər də var. Bu adamlar gözləyirlər ki, bir qəza baş versin, ondan sonra işə başlasınlar. Halbuki burada istinad divarı hörülüb betonlansa, problem aradan qalxar.

Yardımlı İcra Hakimiyyəti, danışanda deyirsiniz, İqbal sərt danışır. İqbal düz deyir. Mənim rayonum bərbad vəziyyətdə qalıb, rayonumu xaraba qoymusuz. Bir dənə qurum işləmir, deputatımız da Bakıda öz işi ilə məşğuldur, icra qurumları da fəaliyyət göstərmir. Axı bu problemi aradan qaldırmaq nə qədər çətin işdir?”.

İqbal Nəhmət həmçinin ölkə başçısına müraciət edərək problemin nəzarətə götürülməsini xahiş edib:

“Cənab Prezidentə də səslənirəm, biz hər zaman sizin siyasətinizi dəstəkləyirik, amma mənim rayonumu bərbad vəziyyətə salıblar. Yardımlı camaatına kömək edin, belə olmaz. Gözəl cənnət məkanda biz cəhənnəm şəraitində yaşayırıq. İş yoxdur, qaz çəkilişi yoxdur. İşıq dirəklərinin çoxu yararsız vəziyyətdədir. Yayda içməli su tapılmır. İşsizlikdən camaatın çoxu Bakıya, Sumqayıta köçüb, rayon boşalıb.

İstərdim ki, rayonumuzun deputatı Musa müəllim öz cibinin pulu ilə gəlib bu ərazini bərpa etsin, lent kəssin. Yardımlılıq bu deməkdir”.

Sosial şəbəkələrdə yayılan paylaşımda digər rayon sakinləri də mövcud vəziyyətlə bağlı tənqidi fikirlər səsləndiriblər.

Kazım Sədi yazır: “2 gün sonra Ayaz Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 10 ili tamam olur, faktiki olaraq rayonumuz üçün heç bir fəaliyyəti yoxdur, sadəcə şəkil çəkdirmək üçün məktəbləri gəzir, şablon qəbullar, öyrədilmiş şəxslərlə görüşlər keçirir, sıravi heç bir vətəndaşı qəbul etmir, müraciətlərə baxmır, amma 70 yaşı olsa da, onu tənqid edənləri sosial şəbəkə hesablarında bloklamağı yaxşı başarır”.

Himayət Mahmudov isə bildirib ki, bir il əvvəl İTV ərazidə çəkiliş aparsa da, vəziyyətdə dəyişiklik olmayıb: “Adlarını sadaladığınız qurum rəhbərləri həm kar, həm də kordur, yoxsa bu yol çoxdan düzələrdi!”

VİDEO BURADA... https://bax.tv/son-xeberler/yardimlinin-esas-yolu-niye-temir-edilmir-222902?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14