KTN-nin Kürdəmir "sərgüzəştləri" - Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?

Gündəm / Cəmiyyət 20-05-2026, 18:11



Kürdəmir rayonunun Muradxan kəndində fəaliyyət göstərən yerli fermerlər ciddi haqsızlıqla və məmur özbaşınalığı ilə üzləşdiklərini bildirirlər. Kənd sakinləri əziyyət çəkib əkin əkdikləri halda, dövlət tərəfindən ayrılan torpaq subsidiyalarının əsassız olaraq kəsilməsi təhlükəsi ilə qarşı-qarşıya qalıblar.

​Şikayətçinin sözlərinə görə, Muradxan kəndinin icra nümayəndəsi onlara torpaq subsidiyasının kəsiləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra sənədlərini götürərək Kənd Təsərrüfatı İdarəsinə yollanan fermerlər orada acınacaqlı mənzərə ilə rastlaşıblar. Məlum olub ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsində çalışan məsul şəxs Elçin Zeynalov əraziyə gəlib heç bir əyani yoxlama aparmayıb. Subsidiyaların dayandırılması üçün tamamilə təsadüfi qaydada insanlar seçilib və fermerlərin haqqı əllərindən alınmağa çalışılıb.

​"Aprelin 29-da biz idarədə olduğumuz müddətdə, Elçin Zeynalov kabinetində otura-otura, heç bir sahəyə gəlib baxmadan sənədləşmə apardı və bizim üçün 'sıfır əkin' yazdı" — deyə zərərçəkmiş fermer bildirir.

​Fermerlərin aidiyyəti qurumlara şikayət edəcəklərini bildirdikdə isə idarədə onlara qəribə bir bəhanə gətirilib. Onun qazi olduğu və bu səbəbdən Elçin Zeynalova heç nə deyə bilmədikləri iddia olunub. Lakin şikayətçilər haqlı olaraq vurğulayırlar ki, kimliyindən asılı olmayaraq heç kimin fermerin əziyyətini yerə vurmağa və qanunsuz addımlar atmağa ixtiyarı yoxdur.

​Məsələ ilə bağlı redaksiyamıza daxil olan ən dəhşətli məqam isə Elçin Zeynalovun öz mövqeyindən sui-istifadə etməsi barədə səslənən iddialardır. Sakinlərin iddialarına görə, Elçin Zeynalov açıq şəkildə yuxarı dairələrdə, yüksək mövqedə çalışan bir məmurun adamı olduğunu qeyd edir. O, bu arxayınlığa söykənərək bildirir ki, dövlətdən subsidiya alan şəxslər ona mütləq şəkildə "pay" (pul) verməlidirlər. Pul verməyən fermerlərin isə subsidiyaları müxtəlif bəhanələrlə kəsilir və ya tamamilə sıfırlanır.

​Ölkə rəhbərliyi tərəfindən yerli istehsalın artırılması və fermerlərə şərait yaradılması, onların incidilməməsi barədə kəsərli tapşırıqlar verildiyi halda, Kürdəmirdəki bu mənzərə ciddi suallar doğurur. Sakinlər sahədə faktiki olaraq taxıl və yonca əkdiklərini, böyük əziyyət çəkdiklərini qeyd edirlər.
​Fermerlər Elçin Zeynalovun bu hərəkətlərinin arxasında həm şəxsi prinsiplərin, həm də açıq rüşvət tələbinin dayandığını vurğulayırlar.

​Muradxan kəndinin zərərçəkmiş sakinləri sahələrinin tam açıq olduğunu, hər an gəlib əyani yoxlama aparıla biləcəyini bəyan edirlər. Onlar bu əsassız qərara və rüşvət iddialarına qarşı sonadək öz hüquqlarını müdafiə edəcəklərini bildirərək, Kənd Təsərrüfatı Nazirliyindən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və yuxarı instansiyalardan təcili tədbir görülməsini, bu haqsızlığın aradan qaldırılmasını xahiş edirlər.

"DİA-AZ"

Xəbər lenti

Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23