AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət 30-05-2026, 15:27



Dünyadakı normal ölkələrdə ictimai nəqliyyat qrafik üzrə dəqiq hərəkət edir. Bu da əhalini ictimai nəqliyyatdan istifadə etməyə təşviq edən əsas amillərdəndir. Çünki insanlar işə və ya gedəcəyi digər ünvana çatmaq üçün istifadə etdiyi avtobusun, tramvayın nə vaxt gələcəyini, nə qədər müddətə gedib çatacaqlarını dəqiq bilirlər. Zamanlarını bölüb, işlərini buna uyğun planlaşdırırlar.
Bakıda isə avtobusun nə vaxt gələcəyini özündən başqa heç kim bilmir. İnsanlar səhər işə gedəndə, axşamlar işdən qayıdanda küçə və prospektlərdəki dayanacaqlarda ictimai nəqliyyata minmək uğrunda mübarizə aparır.

Bakıda dayanacaqlarda nəinki avtobusun nə vaxt gələcəyini göstərən tablo yoxdur, hətta bir çox yerlərdə dayanacaqların özü də yoxdur. Düzdür, bəzi yerlərdə içində kondisionerlər quraşdırılmış dayanacaqlara rast gəlmək mümkündür – metronun “Gənclik” stansiyasının qarşısında, “İzmir” parkının yanında və s. Amma paytaxt Bakıda bu cür dayanacaqların sayı həddindən artıq azdır və əsasən də şəhərin mərkəzi hissəsindədir.

Ətraf ərazilərdəki dayanacaqlarda isə vəziyyət bərbaddır. Dayanacaqlar ya sınıqdır, ya da ümumiyyətlə, yoxdur. Yayda qızmar günəş altında, qışda yağışın-qarın altında insanlar açıq havada avtobus gözləmək məcburiyyətindədir.

İndiyə qədər Bakıda dayanacaqlara, avtobusların hərəkət qrafikini göstərən monitorların quraşdırılmasına və s. yüz milyonlarla pul xərclənib. Lakin real mənzərə göz qabağındadır.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Bakıda avtobus dayanacaqlarının təmiri və bərpası, həmçinin yararsız vəziyyətdə olan dayanacaqların sökülməsi üçün yarım milyon manata yaxın pul ayırmaq qərarı verib.

AYNA bu işdə “Madina Group MM” şirkəti ilə əməkdaşlıq etmək qərarı verib. Tenderdə bu şirkəti qalib elan edən AYNA dayanacaqların təmir-bərpası üçün ayrılmış 420 min manata yaxın vəsaiti bu şirkətin hesabına köçürəcək.

Qeyd edək ki, adıçəkilən şirkət bir müddət əvvəl Bərpa,Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında 500 ədəd xüsusi hədiyyəlik taxta qutu hazırlamaq üçün 32 min 450 manatlıq tenderin qalibi elan olunması ilə gündəmə gəlmişdi. Hesablamaya görə, bir ədəd hədiyyəlik taxta qutunun hazırlanmasına 64 manat 90 qəpiyə başa gəlirdi.

Yarım milyon manatlıq xərcləmədən sonra Bakıdakı dayanacaqların vəziyyəti necə olacaq, bunu da zaman göstərəcək.

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14