“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var

Gündəm / Cəmiyyət 13-06-2026, 15:08


Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var.


Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi və Yasamal filiallarından narazılıqlarını dilə gətiriblər.


Bakı sakini Hədiyyə və Əşrəf Qurbanəliyevlər bildiriblər ki, 3 yaşlı övladları K.Qurbanəliyev 2025-ci il sentyabrın 1-dən Əcəmi filialında təhsilə başlayıb. Onların sözlərinə görə, bir müddət əvvəl uşaqda 1-ci tip şəkərli diabet aşkarlanıb. Uşağın bütün tibbi sənədlərinin qaydasında olduğu və onun mütəmadi həkim nəzarətində saxlanıldığı bildirilsə də, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalması ilə bağlı məhdudiyyətlər tətbiq edib.


Ailənin iddiasına görə, əvvəlcə onlara uşağın 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq “kölgə dayə” - fərdi nəzarətçinin tutulması tələb olunub.


Valideynlər qeyd edirlər ki, bağçada tibb işçisi fəaliyyət göstərməsinə baxmayaraq, belə bir xidmətin maliyyə yükünü qarşılamaq imkanları yoxdur. Bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Valideynlər buna razılıq vermədiklərini desələr də, sonradan onlara uşağın portal qeydiyyatının ləğv edildiyi bildirilib: “Qeydiyyatın ləğvi ilə bağlı bizə heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb”.


Digər şikayət isə valideyn Muxtarova Səkinə Hüseyn qızı tərəfindən “Barama Uşaq Bağçası”nın Yasamal filialı ilə bağlıdır.


Valideyn bildirir ki, 3 yaşlı oğlu M.Muxtarov 2025-ci ilin dekabr ayından etibarən həmin bağçada təhsil alır. Ana deyir ki, müəssisədə olduğu müddətdə autizm spektr pozuntusu olduğu ehtimal edilən başqa bir uşaq tərəfindən dəfələrlə dişlənib, qorxudulub və psixoloji təzyiqə məruz qalıb: “Hadisələr bir neçə dəfə təkrarlansa da, bağça rəhbərliyi tərəfindən problemin qarşısının alınması üçün effektiv tədbirlər görülməyib”.


Valideyn qeyd edir ki, nəticədə övladında əvvəllər müşahidə olunmayan kəkələmə, qorxu hissi, özünəqapanma və sosial davranış dəyişiklikləri yaranıb.


“Hadisələrə görə dəfələrlə bağça rəhbərliyinə müraciət etmişəm. Mənə “uşaqdırlar, belə hallar ola bilər” kimi cavablar verilib. Problemin həlli üçün konkret addım atılmayıb”, - deyə valideyn bildirib.


Onun sözlərinə görə, haqlı narazılıq bildirdikdən sonra uşağın gələcəkdə bağçaya qəbul edilməməsi ilə bağlı eyhamlar da vurulub.


Valideyn hesab edir ki, bu cür yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir.


Məsələ ilə bağlı “Barama Uşaq Bağçası”nın hər iki filialına müraciət ünvanlasaq da, günlərdir verilən sorğumuza cavab ala bilmədik.


Qafqazinfo

Xəbər lenti

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39