İsmayıllıda qəzada 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

Hadisə / Gündəm Вчера, 14:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən xebermedia.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 13.55

Xəbərə video əlavə edilib.

***

saat 13.18

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xebermedia.info-nın Şirvan bürosu xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan xebermedia.info-nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 13.00

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

Xebermedia.info-nun Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

NYT: ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərib
03:26
İspaniya millisinə dünya kuboku təqdim olunub
03:21
Sabah dağlıq və dağətəyi rayonlara intensiv yağış yağacaq, dolu düşəcək
15:00
ABŞ-ın İordaniyadakı hərbi bazasındakı dağıntıların peyk görüntüləri paylaşılıb - FOTO
14:56
İsmayıllıda qəzada 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2
14:51
Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb
14:45
Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb
14:42
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
14:37
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
12:55
Multimedia "Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
12:52
Ağdamda minalanmış ərazidə yanğın olub
12:51
Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib
12:47
İranda 5 maqnitudada zəlzələ olub
12:46
Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA
12:44
Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib
12:39
Şəhid övladlarının iştirakı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsinə start verilib
12:37
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
04:01
Türkiyəli iş adamından sensasion iddia: "Məni 50 min manat ziyana salıblar"-VİDEO
02:25