Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək?


Elm və Təhsil Nazirliyi bir gündə iki tender keçirib.

Nazirlik dünən hər iki tenderin nəticələrini açıqlayıb.

Məlum olub ki, ETN-in Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi birinci mərhələdə Respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və cari təmir işlərini reallaşdıracaq. Bu məqsədlə keçirilmiş tenderin qalibi isə “ART-PROJE” MMC olub. Şirkət bu işlərin müqabilində ETN-dən 4 milyon 13 min 154 manat ödəniş alacaq.

Qeyd edək ki, sözüegedən idarə ikinci tenderə əsasən təhsil müəssisələri üçün mebel və idman inventarlarının və digər malların satın alınmasını reallaşdırmağı planlaşdırıb. Bununla bağlı, “VEST-LTD” QSC ilə müqavilə imzalayıb. Həmin müqavilənin dəyəri isə 16 miyon 861 min 388 manat təşkil edib.(Tribuna.az)[s][/s]

Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları


BNTV.az-a daxil olan məlumata görə, ötən həftə – 07.05.2026-cı il tarixində Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Nərmin Cəfərova aidiyyəti agentlik rəhbərinin əmri ilə ərizəsi alınaraq vəzifəsindən azad edilib.

İddialara əsasən, may ayının əvvəlində Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həmin məktəb-liseydə yoxlamalar aparılıb və nəticədə direktorun fəaliyyətində ciddi nöqsanların aşkar olunduğu bildirilir.

Mənbənin sözlərinə görə, bundan əvvəl də idarə rəhbərliyinin əmri ilə Nərmin Cəfərova barəsində yol verdiyi nöqsanlara görə bir neçə dəfə intizam tədbirləri, o cümlədən töhmət və şiddətli töhmət tətbiq olunub.

Redaksiyamıza müraciət edən vətəndaşların bildirdiyinə görə, həmin məktəbdə çalışan şəxslərdən biri aprel ayında nazir müavininin Quba şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak edərək direktorun fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyinin rəsmilərinə müəyyən faktlar təqdim edib.

Müraciətlərdə həmçinin qeyd olunur ki, keçmiş direktorun Quba-Xaçmaz Regional Təhsil İdarəsində çalışan Aynurə Dadaşova və Fikrət Heybətov tərəfindən himayədarlıq etdiyi haqqında iddiaları mövcuddur.

Belə ki, vətəndaşın verdiyi məlumata görə, 2024–2025-ci tədris ili dövründə Fikrət Heybətov Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri olduğu zaman Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin məktəbəhazırlıq qruplarının təşkili zamanı başqa ərazilərdə yaşayan uşaqların adlarının saxta yollarla məktəbə yazıldığı, onların məktəbə davamiyyət göstərmədən adlarının siyahıda saxlanıldığı iddia olunur.

İddialara görə, nəticədə real şagird sayı 30-dan az olduğu halda məktəbəhazırlıq qrupu qanunsuz olaraq iki qrupa bölünüb və bu səbəbdən dövlət vəsaitinin qanunsuz xərclənməsinə şərait yaranıb. Bildirilir ki, sinif komplektləşməsi təsdiq olunduqdan qısa müddət sonra həmin şagirdlərin adları məktəbin şagird siyahısından çıxarılıb.

Eyni zamanda bildirilir ki, regional idarədə vaxtilə müdir müavini vəzifəsində çalışmış, hazırda isə paytaxt məktəblərindən birində direktor işləyən Pərvin Ağasiyevin Nərmin Cəfərova ilə həmkəndli olduğu qeyd edilir. Müraciətdə onun sözügedən vəzifəyə təyinat prosesində müəyyən rolunun ola biləcəyi ilə bağlı ehtimallar da yer alıb.

Bundan başqa, redaksiyamıza müraciət edən vətəndaşın iddiasına görə, keçmiş direktor tərəfindən Fikrət Heybətova “Casio” markalı saat hədiyyə edildiyi barədə məlumatlar mövcuddur. Lakin bu iddiaların doğruluğu ilə bağlı hər hansı rəsmi təsdiq təqdim olunmayıb.

Qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı aidiyyəti qurumların münasibətini öyrənməyə çalışırıq.

BNTV.az

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, SDU-nun keçmiş rektoru Rüfət Əzizov ötən il ADNSU-ya rektor təyin olunmuşdu. Bundan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetində rektor əvəzi vəzifəsini icra edirdi.

MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! - 19 min nəyə xərclənib?


Mingəçevir Dövlət Universiteti "Azəristiliktəchizat" ASC ilə bağladığı 19.000 AZN-lik istilik və isti su təchizatı müqaviləsini elektron portalda (e-tender.gov.az) dərc edib.

32gun.az xəbər verir ki, Lakin sənədin dərc olunma vaxtı dövlət satınalmalarındakı idarəetmə və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib. Belə ki, icra müddəti 1 yanvar tarixində başlayan və aprelin 30-da bitməli olan xidmətin təfərrüatları, işin başa çatmasına cəmi 9 gün qalmış – 21 aprel tarixində sistemə daxil edilib.

Qeyd: Faktiki olaraq yanvar ayından bəri icra edilən işin aprelin sonunda elan edilməsi şəffaflıq prinsiplərinin kobud şəkildə pozulması və aşkar qanunsuz gecikmə hesab olunur. Bu növ "arxaya tarixli" rəsmiləşdirmələr satınalma intizamına tamamilə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə əsasən, bu növ hesabatlılıq pozuntularına görə vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək məbləğdə cərimə edilə bilərlər (İnzibati Xətalar Məcəlləsi, Maddə 410).

Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.

32gun.az

Xəbər lenti

Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var - Maraqlı hərrac... «MS OIL» qalır
18:13
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:47
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
17:26
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:51
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
16:30
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
15:57
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
15:27
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
13:32
Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
12:53
 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
11:44
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
10:49
Bu gün Laçın Şəhəri Günüdür
10:01
"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26