Pırşağıda “Avtoyuma” məntəqəsinin tikintisinə hansı məmur icazə verib?



Sabunçu rayonu Pırşağıda Ağa Əlizadə küçəsində aparılan tikinti işləri ətraf sakinlərin narazılığına səbəb olub.

İddialara görə, heç bir icazəverici sənədi olmayan ərazidə “avtoyuma” məntəqəsi açılması planlaşdırılır. Həyata keçirilən tikinti işlərinin qanuni əsasları ilə bağlı ciddi suallar yaranıb.

Sakinlərin bildirdiyinə görə, sözügedən ünvanda aparılan tikinti işlərinin icazə sənədləri barədə rəsmi məlumat təqdim olunmayıb.

Hətta bəzi sakinlər tikintinin müvafiq qurumların razılığı olmadan aparıldığını iddia edir. Onların sözlərinə görə, tikinti prosesi sürətlə davam etdirilsə də, ərazi üzrə təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına tam riayət olunub-olunmaması məlum deyil.

Məsələ ilə bağlı yerli sakinlər bildirirlər ki, tikinti işlərinin hansı əsasla və kimlərin razılığı ilə aparıldığının araşdırılması vacibdir. Çünki yaşayış massivinin daxilində aparılan bu cür tikintilər həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi problemlər yarada bilər.

Qeyd edək ki, belə hallarda tikinti işlərinin qanuniliyinə nəzarət edən qurumlar – xüsusilə də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılması zəruri hesab olunur.

Ümid edilir ki, aidiyyəti qurumlar məsələ ilə bağlı mövqelərini açıqlayacaq və aparılan tikintinin qanuniliyinə aydınlıq gətiriləcək. Əks halda, sakinlərin narahatlığı daha da artacaq və məsələ ictimai müzakirələrin mövzusuna çevrilə bilər.

Aidiyyatı qurumlarında fikirlərində dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

"Neo Motors" da çinli iş adamının əməlindən zərər çəkib


Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 753.560,02 manat vergi borcu yaranıb.

Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, adı "NEO Motors" MMC ilə işbirliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı. /Qaynarinfo/

"AF Hotel Aqua Park"ın ərazisi genişləşdirilir - Dənizkənarı ərazi necə sənədləşdirilib? - VİDEO


Novxanı qəsəbəsində isə AF Hotel Aqua Parkın dənizkənarı ərazisində tikinti işlərinin tikintisi ilə bağlı videogörüntülər yayılıb.

Bizimesr.az -ın araşdırmasına görə, videogörüntüdən də görünür ki, sözügedən tikinti işlərinə başlanılıb.

Dənizkənarı ərazilərdə tikinti işlərinin inkişafı zaman-zaman ictimai müzakirələrə səbəb olub. Bu cür ərazilərdə tikintilərin tikintisi ilə bağlı bəzi iddialar qanuni şəkildə irəli sürülüb, bəzi hallarda belə tikililərin sökülməsi gündəmə gətirilib.

Bu gün Novxanıdakı AF Hotel Aqua Parkın dənizkənarı sahəsində tikinti işləridirmi, yoxsa ərazi zəbt edilərək genişləndirilmiş qanuna təsir göstərir.İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətovdur. A. Möhnətov "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.(Bizimesr.az)

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27