Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video


Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb.

Çaya sel gəlməsi və körpünün yaxınlığından keçən yolun da yararsız hala düşməsi ilə iki sahil arasında gediş-gəliş kəsilib. Bəzi sakinlər çayın üzərindən 20-25 metr hündürlükdən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır ki, bu da onların həyatları üçün çox təhlükəlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, sel nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq. “Əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb. Vətəndaşların hərəkəti alternativ yol mövcuddur və bu yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək”.

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR


“Zaminbank”ın (fəaliyyəti dayandırılıb-red) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.

Söhbət “Egerton Gardens” yaşayış kompleksində yerləşən mənzildən gedir.

Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də ortasında yerləşən öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür. Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür. Binanın inşa tarixi 1886-cı ilə təsadüf edir, memarlıq əsasən Viktoriya dövrünə aiddir. Burada tarixən məşhur şəxslər yaşayıb. Onlardan biri də İngiltərədə edam olunan son qadın Ruth Ellis olub.

“Egerton Gardens”in yerləşdiyi küçə çox sakit və trafikdən uzaqdır. Ətrafda əsasən varlı ailələr, diplomatlar və iş adamları yaşayır, təhlükəsizlik yüksək səviyyədədir. Bağ yalnız sakinlərə aid olduğu üçün özəl həyat çox qorunur. Bu, Londonun mərkəzində olub, amma səs-küydən uzaq bir həyat tərzi deməkdir.

Nadir İsmayılov belə bir əmlakın əldə çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb.

Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın “HSBC” bankında Nadir İsmayılov adlı hesabdan “Ata” təyinatı ilə köçürülmüş 2 470 000 Britaniya funt-sinterlinqi də aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır.

Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bu cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub.( Teleqraf)



Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI



Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.

XALQ xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Mübahisəyə səbəb olan və Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısı əldə olunub.

Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.

Onlardan bir neçəsini təqdim edirik:

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150.000 AZN;

2) Brilyant tək qaş üzük – 50.000 AZN;

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40.000 AZN;

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11.000 AZN;

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7.000 AZN;

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20.000 AZN;

7) brilyant üzük – 1.500 AZN;

8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0,5 karatlı 10 brilyant daşla – 1.500 AZN;

9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

11) Qızıl qolbaq xırda brilyantlarla – 1.500 AZN;

12) Sadə qızıl qolbaq – 700 AZN;

13) Qızıl üzük kiçik brilyantla – 550 AZN;

14) Rado İsveçrə saat – 4.400 AZN;

15) Tissot saat – 3000 AZN;

16) Versace Hellenyium saat – 2266 AZN;

17) Swarovski saat – 824 AZN;

Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.

Xalq.online

Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib


Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tıxaclara qarşı mübarizə və yol-nəqliyyat sisteminin inkişafı çərçivəsində mühüm layihələr icra etdiyi, böyük uğurlara imza atdığı birmənalıdır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli məmur və yetkililərin tamahkarlığı nəticəsində bu layihələrin icrası zamanı vətəndaşların mülkiyyət hüquqları kobud şəkildə pozulur, onlara çatmalı olan vəsaitlər müxtəlif formada mənimsənilir. Bu isə haqlı olaraq sadə vətəndaşların narazılığına səbəb olur, onlarda inamsızlıq və qəzəb hissi formalaşdırır.
TEREF yazır ki, bunu poçtumuza daxil olan məktubda müəllif yazır. Müəllif daha sonra qanunsuzluqların baş verdiyi ünvanı göstərərk davam edir:
Məlumat üçün qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Saleh Məmmədov dönəmindən qalma bu cür neqativ hallar günümüzdə də davam etməkdədir. Xüsusilə də Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun inşası zamanı vətəndaşların haqlarının tapdalanması prosesinə daha çox rast gəlinir. Belə ki, AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin fəaliyyəti ciddi narazılıq doğurur. Adıçəkilən şöbənin üç əməkdaşı – Surət, Mehman və Elvin adlı məmurlarla bağlı narazılıq isə daha çoxdur.
Fatmai, Mehdiabad, II Sovxoz, Bitçililik İnstitutunun yaxınlığındakı ərazilərdə yol çəkilişi ilə bağlı ciddi narazılıq müşahidə edilməkdədir. Mehdiabad yaxınlığında da yol çəkilişi və körpü inşası vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbi ilə narazılıqla qarşılanmaqdadır.
Vətəndaşların verdiyi məlumata görə, AYDA-nın “3 muşketyoru” müxtəlif bəhanələrlə vətəndaşların kompensasiya almasını məhdudlaşdırır, onların sahib olduğu torpaq sahələrini öz qohumlarının adına aşağı qiymətə sənədləşdirir, daha sonra yol-körpü layihəsi səbəbilə plana düşən həmin torpaq sahələrinə görə yüksək məbləğdə kompensasiya əldə edirlər.
Bundan başqa, Saleh Məmmədovun yetirmələri vətəndaşları daha aşağı məbləğdə kompensasiyaya razı salmaq üçün onların sahib olduqları çıxarışların etibarlılığına əsassız iradlar tutur, bəzi hallarda yol layihəsi keçən torpaq sahələrinin yarısı, yaxud bəlli bir qismi üçün kompenssiya ödəmirlər. Bəzi ərazilərdə vətəndaşlara heç bir ödəniş etmədən onların sahib olduqları torpaq üzərində körpü qovşaqları inşa edilib ki, bu da ciddi qanun pozuntusu deməkdir. Hətta iş o yerə çatıb ki, bu şəxslər Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlara əvəzsiz olaraq verilən və onların tam mülkiyyəti olan torpaq sahələri ilə bağlı da vətəndaşlara hədə-qorxu gəlir, onlara çatmalı olan vəsaiti mənimsəmək üçün min bir üsula əl atırlar.
Yaxın günlərdə sizi adıçəkilən adamların yol verdiyi qanunsuzluqlarla daha ətraflı tanış edəcəyik.
TEREF

Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.

Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.

İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir.

Məsələ bununla da yekunlaşmır.

Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.

Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir: dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.

Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.(Bizimesr.az)

Mövzu ilə bağlı AAYDA-nın və 7 nömrəli Yol İstismar İdarəsinin də mövqeyini öyrənməyə, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT


"Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb.

Tiraj.az xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Mərkəzi Banka qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsi, yaxud düzgün təqdim edilməməsi) maddəsi ilə iş başlanıb və o, 1000 manat cərimələnib.

"Fizza Pay” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 645 100 manatdır. Şirkətin qanuni təmsilçisi Dursunov Azad Nizami oğludur.
Ondan əvvəl MMC-nin qanuni təmsilçisi Mirzəməmmədli Orxan Kamran oğlu olub. Azad Dursunov cari ilin aprelin 1-də onu əvəzləyib.

"Fizza Pay” şirkəti ödəniş əməliyyatlarının ekvayrinqi, eləcə də ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri üzrə fəaliyyət göstərir.(Tiraj.az)

TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA


Azərbaycanın səhiyyə sistemində, xüsusilə dövlət xəstəxanaları ilə özəl laboratoriya şəbəkələri arasındakı “işbaz əməkdaşlıq” modelləri son zamanlar ictimaiyyətin diqqət mərkəzindədir.

Bu prosesin pərdəarxası məqamları, Azərbaycan vətəndaşlarının şəxsi vəsaitləri və sosial kartları (icbari tibbi sığorta) üzərindən milyonlarla vəsaitin “yuyulması” ssenarisini ortaya qoyur.

Müzakirələrin əsas səbəbi dövlət vəsaiti hesabına həyata keçirilən laborator analizlərin hansı mexanizmlə özəl şirkətlərə yönləndirilməsi, bu prosesdə tender, müqavilə, dövlət sifarişi və icbari tibbi sığorta sisteminin necə tətbiq olunması, eləcə də bəzi hallarda vətəndaşların xəbəri olmadan onların adına analizlərin rəsmiləşdirilməsi ilə bağlı iddialardır.

Məsələ ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, mövcud sistemin icra mexanizmi tam şəffaf olmadığı üçün bu sahədə hüquqi, maliyyə və inzibati baxımdan araşdırılması zəruri olan çoxsaylı suallar ortaya çıxır.

TƏBİB-in “tender oyunları”

Hazırda ölkənin tibbi laborator diaqnostika sahəsində dominant mövqeyə sahib olan “Referans” diaqnostika şəbəkəsi, “LabCo” laboratoriyalar şəbəkəsi (“Elit Central Hospital” MMC və “MedAZ” MMC) kimi qurumlar vahid mərkəzdən idarə olunan bir konsorsium kimi hərəkət ediblər. Bu şəbəkələr regionları əhatə edərək, dövlət tenderlərində qalib gəlmək üçün müxtəlif hüquqi adlar altında çıxış ediblər.

Bu hal faktiki olaraq dövlətə məxsus maddi-texniki bazanın, laborator avadanlıqların və ən əsası, xəstəxanalara müraciət edən hazır xəstə potensialının bu şəbəkə sahiblərinin ixtiyarına verilməsi deməkdir. Əsas iddia ondan ibarətdir ki, bu proses TƏBİB rəhbərliyi ilə əlbir olaraq həyata keçirilən “pul yuma” əməliyyatıdır.

İddialara görə, bu laboratoriyaların bir hissəsi əvvəllər “Referans” şəbəkəsinə bağlı olub, sonradan müxtəlif adlarla fəaliyyət göstərməyə başlayıb.

Həmçinin qeyd olunur ki, “Referans” laboratoriyalar şəbəkəsinin ilk qurucularından biri olan İqbal Heydərov COVID dövründə aparılan əməliyyatlar zamanı özünün laboratoriya şəbəkəsindən ayrılaraq, LabCo və MedAZ brendlərini yaradıb və eyni siyasət üzrə biznesini davam etdirib.

İqbal Heydərovun “biznes keçmişi”

Bu şəbəkənin əsas fiqurlarından biri kimi adı çəkilən İqbal Heydərovun fəaliyyəti hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmamalıdır. Məlumata görə, İ.Heydərov 2016-cı ildə “Novo Vita P” MMC-nin icraçı direktoru olduğu dövrdə Baş Prokurorluq tərəfindən saxlanılıb. Həmin vaxt o, həm də “Referans” Labaratoriya və “Pharma” brendinin qurucusu kimi tanınırdı.

Belə ki, İgbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dərman vasitələrinin qiymətini süni şəkildə qaldırmaqda (AR Cinayət Məcəlləsinin 308.1-ci maddəsi) ittiham olunmuşdu.

COVID-19 pandemiyası dövründə “Referans” şəbəkəsindəki fəaliyyətində təsisçi ilə narazılıqlar səbəbilə öz biznesini ayıraraq LabCobrendl yaradan bu şəxs, eyni siyasət və xətlə inhisarçılıq fəaliyyətini davam etdirir.Bu gün isə həmin şəxs fəaliyyət dairəsini daha da genişləndirərək, LabCo Laboratoriyalar şəbəkəsinə, Batıgöz (Bakı və Sumqayıt filialları), Biavista Hospital və Baku Medical Plaza laboratoriyalarına rəhbərlik edir.

Heydərovun qurduğu yeni biznes planı çərçivəsində İcbari Tibbi Sığorta paketinə daxil olan katarakta və vitrektomiya əməliyyatları üçün dövlət vəsaitlərinin əvvəlcədən razılaşdırılmış şəkildə öz klinikalarına yönləndirilməsi mexanizmi yaradılıb və iş adamı olaraq nüfuzunu genişləndirib.

Çin reaktivlərinin “kitayski” çıxması: Yanlış diaqnoz təhlükəsi

Tribuna.az xəbər verir ki, laboratoriya xidmətlərinin keyfiyyəti ilə bağlı vəziyyət daha acınacaqlıdır. Dövlət xəstəxanalarının öz müasir cihazları da paralel istismarda olmaqla (şəxsi biznes maraqları üçün) və yalançı tender qalibi kimi gətirilən, standartlara cavab verməyən Çin istehsalı olan ucuz reaktivlər və cihazlar vasitəsilə analizlər işlənilir.

Qeyd edək ki, son illər dövlət büdcəsi hesabına dövlət xəstəxanalarına milyonlarla manatlıq laborator avadanlıqlar, analizatorlar və reagentlər alınıb.Bu halda ortaya çıxan əsas suallar bunlardır:

– Dövlət xəstəxanasında cihaz olduğu halda analiz niyə özəl laboratoriyaya göndərilir?

– Dövlət avadanlıqları istifadə olunurmu?

– Aşağı Keyfiyyət: Standartdan kənar test nümunələri xəstəlikləri aşkar etmək qabiliyyətindən məhrumdur.

– Logistika Problemləri: Qan nümunələri mərkəzi laboratoriyalara daşınarkən temperatur rejiminə və vaxt normasına əməl olunmur. Nəticədə qanda hemoliz (eritrositlərin parçalanması) baş verir ki, bu da biokimyəvi analizlərin tamamilə yanlış nəticə verməsinə səbəb olur.

– Həyati Təhlükə: Yanlış laboratoriya nəticələri həkimləri səhv müalicəyə yönləndirir ki, bu da xəstənin vəziyyətinin ağırlaşması və ya ölümü ilə nəticələnə bilər.

Dövlət xəstəxanalarında özəl laboratoriyaların bu cür fəaliyyəti yalnız “xidmət çatışmazlığı” ilə izah edilə bilməz. Bu, dövlət əmlakının (binalar və cihazlar) və vətəndaş potensialının qanunsuz icarəsi, sığorta pullarının mənimsənilməsi üzərində qurulmuş iqtisadi mexanizmdir. Hüquqi dövlətin prinsiplərinə uyğun olaraq, bu şəbəkənin fəaliyyəti və TƏBİB-lə olan qaranlıq əlaqələri ciddi təftiş edilməli, insan sağlamlığını təhlükəyə atan substandart laboratoriya xidmətlərinə dərhal son qoyulmalıdır.

Bəs, Hansıyar Babayev kimdir?

O ki, qaldı “Referans Medical Group”un təsisçi və baş direktoru Hansıyar Babayevə, o, COVİD vaxtı biznesi parlayan şəxslərdən hesab olunur. Qeyd edək ki, “Referans” Klinikasının Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olması barədə məlumatlar var.

Qurbanovun etimadını doğruldan bu şəxs ilə TƏBİB rəhbəri Vüqar Qurbanovu əsasən dövlət xəstəxanalarındakı laboratoriya xidmətlərinin özəl sektora ötürülməsi ilə bağlı “monopolist sövdələşmə” dostluğu birləşdirir.

Bütün rəsmi layihələr və tədbirlərdə TƏBİB və İTS rəhbərliyi ilə “baş kürsüdə ortaqlar” kimi əyləşən bu şəxslər milyonların labaratoriya xidməti üzərindən yuyulmasında rol ifaçısı və qazanan tərəf olaraq Hansiyar Babayev ictimaiyyətin diqqətindən də, ittihamlardan da kənarda qalıb. Çünki “Referans”ın bir çox dövlət xəstəxanalarına daxil olması pilot layihələr və ya rəsmi əməkdaşlıq protokolları ilə rəsmiləşdirilib. Əgər bu sənədlər yuxarı instansiyalar tərəfindən vaxtilə təsdiqlənibsə, şirkəti qanunla günahkar elan etmək çətindir;

Xatırladaq ki, bir müddət öncə mediada dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” adlanan ünvana göndərilməsi ilə bağlı məlumatlar dərc edilmişdi və həmin “mərkəz”in Referans Klinik Laboratoriya Mərkəzi olduğunu açıqlanmışdı.

Bir məqamı da qeyd edək ki, bu iki labaratoriya mafiozları ölkədəki əsas özəl tibb müəssisələrinin həkimlərini də göndərişlərə (opkat 35-40% labaratoriyanın satış qiymətindən) bağlayıb ki, hər ay həkimlərə nəğd vəsait paketləri təmin olunur. Bunu satış və marketinq siyasəti adlandırsalar da, bu bir başa hospitalların öz gəlrliliyini aşağı salır və belə olan halda hospitallar öz labaratoriya şöbələrini də bu işbaz sahibkarlara icarəyə verməli olur. Çünki, xəstə klinika hüdudlarından kənarlaşdırılır və yalançı keyfiyyəti ilə, həkimin “mən bu labaratoriyaya etimad edirəm” deyib sırıdığı cümlə əsasında bu şəbəkələrə analizə yönləndirilirlər.(Tribuna.az )

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub.
[/b[b]]Qaynarinfo
-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Mətanət Əfəndiyeva 22 yanvar, 2024-cü ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.

Fotoda Mətanət Əfəndiyeva

Fotoda Nurlana Əliyeva

Xəbər lenti

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
09:23
Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?
08:53
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06