Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir

Gündəm / Cəmiyyət 1-04-2026, 13:22


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.

Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.

İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir.

Məsələ bununla da yekunlaşmır.

Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.

Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir: dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.

Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.(Bizimesr.az)

Mövzu ilə bağlı AAYDA-nın və 7 nömrəli Yol İstismar İdarəsinin də mövqeyini öyrənməyə, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14