Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...


Hacıqabul rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2025-ci il üzrə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Sözügedən qurum tərəfindən bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar ortaya çıxdı.


Yenixeberorg.com: Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06.11.2024-cü ildə 2025-ci il üzrə alınaçaq zəruri mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır. Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi satınalma planlarına yalnız 2 kotirovka sorğusu daxil etmişdir.


Amma satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2025-ci ildə 11 satınalma müqaviləsi bağlamışdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi bu müqavilələrin hamısını bir mənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəzi satınalmaların konkret təchizatçıları olduğundan bunlar anlaşılandır. Amma…


Qeyd edək ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 02.05.2025-ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə göstərir. Məlumatlandırma: Abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq keçirilmiş kotirovka sorğusunda 3 təchizatçı iştirak etmişdir. Dövlət Satınalmaları Haqqında qanunun 33.3-ci maddəsinin tələbləri nəzərə alınaraq hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan VECTOR MS MMC(VÖEN: 6801600211) qiymət təklifi 7604,50 manatla qalib gəlmişdir. Komissiya üzvləri qərarı təsdiq etmişdir. Dövlət Satınalmaları Haqqında Qanunun 37.1-ci maddəsinə əsasən gözləmə müddəti başlanmışdır. Gözləmə müddəti 02.05.2025-ci il tarixdə başlanmışdır. 5 iş günü ərzində(qeyri iş günləri nəzərə alınaraq 10 gün)davam edəcək.


Qurumun satınalmaların portalında 21.05.2025-ci ildə dərc etdiyi bildirişdə göstərir. 2) Məlumatlandırma: Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinə əsasən 21.05.2025 tarixdən etibarən 5(beş) iş günü müddətində gözləmə müddəti başlanmışdır. Dövlət Satınalmaları Haqqında qanunun 33.3-ci maddəsinin tələbləri nəzərə alınaraq hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan VECTOR MS MMC(VÖEN: 6801600211) qiymət təklifi 7604,50 manatla qalib gəlmişdir. Komissiya üzvləri qərarı təsdiq etmişdir. Gözləmə müddəti ərzində təchizatçılar nəticələrdən Nəzarət Orqanına, inzibati qərardan inzibati qayda şikayət etmək hüququ vardır. Nəzərə almağınız xahiş olunur.


Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01.08.2025-ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə göstərir. Haciqabul Rayon İcra Hakimiyyəti Başçisinin Haciqabul Şəhər İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən 13.06.2025-ci il tarixdə dərc olunmuş müsabiqə № 113099, satınalma predmeti Abadlaşdırma işləri olan kotirovka sorğusunda 4(dörd) təchizatçı iştirak etmişdir.Bunlardan iki təchizatçı müvafiq olaraq, MAİN SUPPLY MMC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 35.1.8-ci və 35.1.4-cü maddəsinə əsasən, NƏCƏF-2017 MMC 35.1.1-ci maddəsinə əsasən, satınalma komissiyasının qərarı ilə kənarlaşdırılmışdır və bu qərar AİBNDA-nın 30 iyul 2025-ci il tarixli AİBNDA/SQ-6622/2025 saylı qərarı ilə təsdiq edilmişdir. Hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan Vector MS MMC (VÖEN: 6801600211) ən səmərəli təklif verdiyi üçün qalib olmuşdur. Təchizatçı ilə 10 603.50 (on min altı yüz üç manat 50 qəpik)manat miqdarında müqavilə bağlanması nəzərdə tutulub. Müşayət məktubu yekun protokol, nəzarət orqanına təqdim edilmişdir.


Göründüyü kimi Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq keçirilmiş kotirovka sorğusu üzrə üç tarixdə fərqli bildirişlər vermişdir. Qurum 21.05.2025-ci ildə VECTOR MS MMC-nin 7604,50 manat qiymət təklifi ilə qalib gəldiyini açıqlayır, 18.08.2025-ci ildə isə sözügedən MMC ilə 10.603,5 manat dəyərində müqavilə bağladığını dərc edib.


Bu Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində satınalmaların formal təşkil edildiyinə, qanunsuzluqlara yol verilməsinə şübhə yaradan birinci məqamdır.


Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi kommunal xidmətlərin göstərilməsi və ərazinin təmizlənməsi üzrə 249.767 manat dəyərində satınalma müqaviləsini Hacıqabul rayon Mənzil İstismar sahəsi ilə 18.02.2025-ci ildə bağlayıb. Qeyd edək ki, Hacıqabul rayon Mənzil İstismar sahəsinin rəisi 2025-ci ilin yanvarından Həsənov İmamqulu Üzeyir oğludur. Yanvar ayına qədər isə İdarənin rəisi Aslanov Aqil Rahil oğlu olub. Qurumun hazırda 56 444.02 manat vergi borcu var.


Nümayəndəlik şəhər ərazisindən zibilin təmizlənməsi,daşınması və küçə işıqlanmasına nəzarət üzrə 305.242 manat dəyərində satınalma müqaviləsini Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi ilə 21.02.2025-ci ildə bağlayıb. Müqavilənin hər ikisi bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanılıb. İdarənin rəisi uzun müddət Həsənov Oktay Hüsən oğlu olub. İdarənin hazırda 43 747.89 manat vergi borcu var.


2025-ci ilin iyul ayından Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Aslanov Aqil Rahil oğlu təyin edilib. Göründüyü kimi Aqil Aslanov Mənzil İstismar sahəsinin rəisi vəzifəsindən Kommunal Təsərrüfatı İdarəsinin rəisliyinə keçib. Aslanov Aqil Rahil oğlu, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində YAP-ın deputatlığa namizədi olub.


Qeyd edək ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi isə İbrahimova Laləzar Lətif qızıdır. O, bu vəzifədə 2013-cü ildən çalışır. Prezidentin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Göründüyü kimi Laləzar İbrahimova artıq 13 ildir ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsinin başındadır. O, 2006-2019-cu illərdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı olmuş Əhməd Muxtarovun təyin etdiyi kadrlardandır. 2019-2024-cü illərdə Hacıqabul rayon İcra Hakimiyyətinə başçılıq etmiş Rüstəm Xəlilov da onunla işləməyə üstünlük vermişdir. Hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı olan Sevindik Hətəmov da nədənsə Laləzar İbrahimova ilə işləməyi davam etdirir.


Göründüyü kimi Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2025-ci ilin fevral ayında kommunal xidmətlərin göstərilməsi və ərazinin təmizlənməsi və zibilin təmizlənməsi, daşınması və küçə işıqlanması məqsədi ilə Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi və Hacıqabul rayon Mənzil İstismar sahəsi ilə ümumi dəyəri 555 009 manat olan iki müqavilə bağlayıb.


Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə quruma ünvanladığımız məktub cavabsız qaldı. Nümayəndəliyin baş mühasibi Şamxal Abbasovla telefon açdığımızda o bildirdi ki, göstərilən məbləğ yalnız əmək haqqı ödənişidi. Həmin məbləğə heç bir mal material alınmayıb.


Burada ortaya yeni suallar çıxır. Rayon İcra Hakimiyyətinə tabeli Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi və Mənzil İstismar Sahəsinin işçilərinin əmək haqqını niyə şəhər Dairə Nümayəndəliyi verir?


Belə olan halda hazırda Hacıqabul şəhərində küçələrin bərbad halda olmasını, mərkəzi küçədən başqa digər küçələrin qaranlığa qərq olmasını, zibil qutularına atılan məişət tullantılarının zamanında yığışdırılmadığı üçün ətrafa dağılması və antisanitariya şəraiti yaratdığını nəzərə alsaq ayrılan bu vəsaitlərin də təyinatı üzrə xərclənməsinə şübhələr yaradır. Həmin vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyini təbii ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Laləzar İbrahimova çox yaxşı bilər. Hacıqabulun İcra başçısı Sevindik Hətəmov da həmçinin. Bütün bu şübhələrə aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız məktuba cavab verilməməsi də daha böyük şübhələr yaradır.


Aktualinfo.net

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI


Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə

Babayev Elmar Elxan oğlu – mayor

İsmayılov Nicat Əbülfəz oğlu – mayor

Quliyev Rüfət Qüdrət oğlu – mayor

Mədətov Fərid Fikrət oğlu – mayor

Babazadə Vaqif Elçin oğlu – kapitan

Səmədov Mədət Fərzulla oğlu – kapitan

İbrahimov Vüsal Cümşüd oğlu – baş leytenant

Ağabalayev Vazeh Xanbala oğlu – leytenant

Ağayev Yaşar Təvəkkül oğlu – ehtiyatda olan baş miçman

Əmranov Rəşad Murtuzəli oğlu – ehtiyatda olan baş miçman

İmamverdiyev Aqil Əzim oğlu – gizir

Novruzlu Səbuhi Rövşən oğlu – çavuş


“İgidliyə görə” medalı ilə

Quliyev Şəhriyar İlqar oğlu – polkovnik-leytenant

Quliyev Elnur Əlifağa oğlu – mayor

Mirzəyev Hikmət Elçin oğlu – mayor

Əhmədov Emin Seymur oğlu – leytenant

İbrahimli Tacəddin Əmirullah oğlu – gizir

İsmayılov Oqtay Şahsuvar oğlu – gizir

Quliyev Vaqif İbrahim oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Daşdəmirov Vilayət Allahyar oğlu – mayor

Muradov Zaman Muqabil oğlu – mayor

Alxasov Taleh Aydın oğlu – kapitan

Salmanov Tərlan Babək oğlu – kapitan

Abdullayev Rövşən Əhədulla oğlu – gizir

Ağayev Şəmsəddin Əsədulla oğlu – gizir

Babayev İlknur Ramiz oğlu – gizir

Dostalılı Dostalı Şirvan oğlu – gizir

Əliyev Şahin Məhəmməd oğlu – gizir

Xəlilzadə Bəşir Məhəmməd oğlu – gizir

İslamov Emin Bəxtiyar oğlu – gizir

Qurbanzadə Ülvi Babaquli oğlu – gizir

Mərdənov Cəmil Omar oğlu – istefada olan gizir

Muxtarov Kamal Qismət oğlu – gizir

Nuriyev Toğrul Əhliman oğlu – gizir

Yolçiyev Bəşir Qoca oğlu – gizir

Həsənov İsmayıl Bəhlul oğlu – baş çavuş

Nəhmədov Xəzər Sabir oğlu – çavuş

Necəfov Üzeyir Hacı oğlu – ehtiyatda olan kiçik çavuş

Süleymanov Afiq Ziyafət oğlu – kiçik çavuş

Sadıqov Vüsal İbrahim oğlu – əsgər.

Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?


Son günlər Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin sayı artmaqdadır.

Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb.

Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətininin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran Elman oğlu barəsində redaksiyamıza şikayət müraciəti ünvanlayıb.

Sakinlərin iddialarına görə, rəhbərsizlikdən sui istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğul olur.

Sakinlər bildirirlər ki, Həsənov İmran və bir qrup dəstə torpağları satarkən qarşı tərəfə tikinti işlərinə icazəni alacağını, heç bir problemin olmayacağı vədlərini veriblər. Lakin torpaq sahibi ərazidə tikintiyə başladıqda sözügedən ərazidə tikintiyə icazənin olmadığını bildirərək, söküntü işləri aparırlar.

İddia olunur ki, İcra Hakimiyyətinə təkrar müraciət edən şəxslərdən yenidən müəyyən miqdarda pul vəsaiti tələb olunur. Pulun qarşılığında onlara rəsmi sənədin veriləcəyi bildirilir.

İcra hakmiyyətinin rəsmisi bu işlərdə yalnız deyil. İddialara görə, ona Lökbatanda “Makler Natiq” kimi tanınan Natiq adlı bəy və özünü ərazi nümayəndəsi kimi təqdim edən Samir adlı şəxs və keçmiş bələdiyyə sədri Rasim adlı şəxs kömək edib.

Sakinlər iddia edirlər ki, sabiq başçı Süleyman Mikayılovun qanun pozuntularına görə işdən çıxardığı Samiri İmran Həsənov yenidən qeyri qanuni keçmiş postuna geri qaytarıb və tikintiyə icazələri ,qiymət danışmagı ona həvalə edib.

İddialara görə, qanunsuz əməldən zərərçəkənlərin sayı 70 nəfərdən çoxdur...

YENİERA

Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR


Adil Əliyev sakinlərdən 1 ay vaxt istədi, MKTB rəisi isə aranı qarışdırdı

Prezident İlham Əliyev məmurlara həmişə xüsusi tapşırır ki, xalqa xidmət etmək borcunuzdur, vətəndaşlarla işləməlisiniz, onları dinləməlisiniz. Çünki dövlət başçısı özü də xalqın içində olur, onlarla səmimi söhbət edir, problemlərini eşidir, prezidentə göndərilən məktub və teleqramlara cavab verilir. Amma yerlərdə elə "kiçik padşah"lar var ki, onlar Prezidentin göstərişlərini qulaqardı edərək müştəbeh hərəkətlərindən qalmırlar. Hətta onlar
"kiçik padşah" da deyil, ondan da aşağı vəzifə sahibləridir. Elə aprelin 6-da Suraxanı rayon İcra Hakimiyyətində sakinlərlə keçirilən görüş zamanı bu tip məmurlardan biri haqda məlumat verəcəyik. Bu barədə az sonra...

Amma gəlin əvvəlcə həmin görüşün məğzinə diqqət yetirək. Anaxeber.info.az ilk növbədə bildirir ki, aprelin 6-da Suraxanı İH-də icra başçısı Adil Əliyevin qəbuluna və xahişə gedən sakinlər "Sahil-S İnşaat" şirkətindən mənzil alan pay sahibləri olub. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb. Zərər çəkmiş insanlar öz daxili resursları hesabına ancaq onu edə biliblər ki, binaya liftlər alınıb və digər həyati əhəmiyyətli ehtiyaclar qarşılanıb. Bununla belə "Sahil S İnşaat" binasında neçə ildir ki, yaşayış olsa da, sakinlərin və uşaqların istirahəti, əyləncəsi üçün şərait yoxdur.

Anaxeber.info.az məlumat verir ki, iki il bundan əvvəl isə sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş ediblər. O zaman hörmətli icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirib ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunub. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmayıb. Baxmayaraq ki, Adil Əliyev özü ərazidə olarkən vəziyyətlə tanış olmuşdu. Bu səbəbdən, iki il heç bir səs-səmir çıxmadığını görən sakinlər icra başçısının qəbuluna gedib və aprelin 6-da onunla görüşüb. Sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləyib. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr edib. MKTB rəisi sakinlərə deyib ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma "səhv etmişik". Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə "burun soxan" Mais Məmmədov dövlətin, onun icra orqanı adından "səhv etmişik" deyərək sakinlərə yersiz cavab qaytarıb. Ümumiyyətlə, qəbul zamanı icra başçısı Adil Əliyev son dərəcə nəzakətli və praqmatik görünsə də, Suraxanıda etmədiyi qanunsuzluq qalmayan MKTB rəisi Mais Məmmədov bütün kobudluqlara yol verib. Halbuki onun nə Adil Əliyevin, nə dövlətin və nə də dövlət strukturu adından danışmağa ixtiyarı, icra başçısının yerinə "səhv etmişik" deməyə səlahiyyəti yoxdur. Üstəlik, "səhv etmişik" demək ən biabırçı sözdür ki, bir aşağı vəzifəli məmurun dilindən çıxır. Əslində, Mais Məmmədov düz deyib. Çünki özünün Suraxanı rayonunda düz əməli yoxdur, hamısı səhvdir. Rayonda küçələrin zibil içində olması, baxımsızlıq, zibil yeşiklərinin qoyulmaması göz deşir. Əslində, dövlət və onun müvafiq orqanları Mais Məmmədov daha hansı səhvləri edib deyə yoxlama aparmalıdır. Ancaq Adil Əliyevin adından danışması iki nəticə çıxarmağa əsas yaradır: ya Mais Məmmədov təkcə MKTB rəisi deyil, Suraxanı İH adından və başçının yerinə danışmaq səlahiyyəti verilib, ya da özünü icra başçısından üstün sayır. Hərçənd Adil Əliyev ondan fərqli olaraq sakinlərə deyib ki, 1 ay vaxt istəyir. İndi bina sakinləri ümid edir ki, icra başçısı MKTB rəisinin "səhv etmişik" deməsinin ardınca getməyəcək. Axı necə yəni səhv etmişik? Necə dövlətin və başçının adından belə demək olar? Hər halda, bu məsələnin müsbət həllinə ümid bəslənir. Sakinlərin isə istəyi böyük bir şey deyil, Suraxanı İH başçısının tapşırığı yetərlidir ki, qısa müddətdə binanın ətrafı abadlaşsın, park düzəldilsin, uşaqlara oynamağa şərait yaradılsın və onlar üçün yaya qədər bir sürpriz olsun. Necə ki hörmətli Mehriban Əliyeva bu binanın sakinlərini ümidsiz qoymayıb, Adil Əliyevin də eyni mövqedən çıxış edəcəyinə inam var. Mais Məmmədov isə gedib öz səhvlərini düzəltməyə başlasın, yoxsa sonra...

Anaxeber.info.az

GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!


"Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özününü sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
Jurnalist daha sonra bildirir: "Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub!
​Korrupsiyadan Qovulub Mükafatlandırılan "Kadr": Məlahət Bayramovanı Kim Qoruyur?
​Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır.
2024-cü ildə "103" xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı!
​Bu da azmış kimi, Gəncə şəhər İcra Başçısı Niyazi müəllim 2025-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhərin həqiqi, fədakar həkimlərini və tibb işçilərini kənara qoyaraq, korrupsiya ləkəsi olan bu qadını xüsusi mükafatlandırdı.
Cənab Başçı, korrupsiya əməlinə görə 5 ay işdən uzaqlaşdırılan birini mükafatlandırmaq hansı məntiqə, hansı dövlətçilik prinsiplərinə sığır? Bu, şəhər səhiyyəsini talayanlara verilən bir "yaşıl işıq" və xalqa qarşı açıq bir lağlağıdır!
​Səhiyyə Ocaqları "Ailə Holdinqi"nə Çevrilib!
​Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib:
​Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib.
​Oğlunu həmin xəstəxanada "MRT-yə nəzarətçi" adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla?
​Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir.
Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır!
​Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib?
Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir.
​Qanunsuz Həkimlər və "Ölü Canlar"
​Gəncə Səhiyyəsinin müdiri İlkin doktorun fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır.
Məlahət Bayramovanın tapşırığı və İlkin doktorun imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər.
Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir!
​Digər tərəfdən, qanunla 65 yaşı tamam olmuş vicdanlı həkimlər rüşvət vermədikləri üçün işdən qovulur, lakin Bayramovaya pul ödəyən 70 yaşdan yuxarı şəxslər (Tükəzban Məmmədova, Müsaidə Qasımova, Məlahət Hacıyeva və s.) qanunsuz olaraq saxlanılır.
Nurlana Rüstəmova adlı dietoloq işə gəlmədiyi halda illərlə adı tabeldə gedib və dövlətin büdcəsindən ayrılan pullar bu şəbəkə tərəfindən mənimsənilib.
​Sövdələşmələr və Pandemiya Talançılığı
​İddialara görə, İlkin doktor deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır.
Keçmiş direktor Nazim doktor və İlkin doktorun rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir.
​NƏTİCƏ OLARAQ:
Gəncədə baş verən bu hadisələr sadə bir vəzifə saxtakarlığı deyil. Bu, dövlətə, xalqa və insan həyatına qarşı törədilmiş mütəşəkkil cinayətdir! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal hərəkətə keçməli, Gəncə səhiyyəsini iflic edən bu şəbəkə darmadağın edilərək layiqli cəzalarını almalıdırlar!
Bu millətin canı və büdcəsi bir neçə nəfərin haram sərvət toplama vasitəsi ola bilməz!"


DİA-AZ

İşçilər maaşını ala bilmir: “Azəriqaz” isə bunun səbəbini açıqlamır - NARAZILIQ VAR...


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində işləyənlərin maaşı verilmir.

Bu barədə “Yeni Sabah”a birliyin əməkdaşları bildirib.

Onların iddialarına görə, aprelin 7-si olsa da, mart ayının əməkhaqları hələ də ödənilməyib və məsələ ilə bağlı aidiyyəti şəxslərlə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalır.

Əməkdaşların sözlərinə görə, əvvəllər belə hallara rast gəlinmirdi və əməkhaqları hər ayın sonunda ödənilirdi. Onlar deyib ki, vəziyyət son illər, daha dəqiq desək, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra dəyişib. İşçilər bildiriblər ki, məhz həmin dövrdən etibarən maaşların verilməsində ləngimələr müşahidə olunmağa başlayıb.

Şikayətçilər qeyd edirlər ki, maaşların niyə gecikdirildiyi barədə onlara hər hansı rəsmi izahat verilmir. Onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif nömrələrə zəng etsələr də, ya telefonlara cavab verilmir, ya da konkret məlumat almaq mümkün olmur.

“Yeni Sabah” məsələ ilə bağlı “Azəriqaz”a rəsmi sorğu ünvanlayıb. Lakin dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, qurum tərəfindən suallara hər hansı cavab verilməyib.

“Azəriqaz”ın şöbə rəisi (mətbuat katibi) Eldəniz Vəliyev zənglərə cavab verməyib, mesajları oxusa da geridönüş etməyib.

Yeni Sabah

Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT


Sabirabad rayonu, Əlif Xanlarov adına Yaxa Dəllək kənd tam orta məktəbindən daxil olan şikayətlər təhsil ocağında vəziyyətin dözülməz həddə çatdığını göstərir. Məktəbin direktoru Murad Akif oğlu Dəmirovun fəaliyyəti ilə bağlı irəli sürülən iddialar həm hüquqi, həm də mənəvi müstəvidə ciddi suallar doğurur.

Saxta Ərizələr və "Məktəbli" Tələsi

Şikayətçi tərəf iddia edir ki, direktor Murad Dəmirov işçiləri sıxışdırmaq və işdən uzaqlaşdırmaq üçün qanunsuz metodlara əl atır. Ən dəhşətli məqam isə işçilərin (məsələn, Balayeva Rəqsanənin) xəbəri olmadan, məktəbli uşaqlara saxta ərizələr yazdırılaraq onların işdən azad edilməsidir. Himayəsində məktəbli uşaqları və əsgər övladı olan şəxslərin xəbərdarlıq edilmədən işdən çıxarılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

500 Manatlıq "Müqavilə" və Korrupsiya İttihamları

Məktəbdəki idarəçiliyin şəxsi maraqlar üzərində qurulduğu bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, bəzi işçilərdən müqavilənin uzadılması müqabilində 500 manat rüşvət alındığı, lakin az sonra həmin şəxslərin yerinə başqalarının gətirildiyi iddia olunur. Vətəndaşların bankdan kredit götürərək bu məbləği ödəməyə məcbur edilməsi isə məsələnin sosial faciə tərəfini ortaya qoyur.

Təhsil Prosesi İflas Edib: "Evdə Oturan Müəllimlərə Maaş Yazılır"

Məktəbdəki qanunsuzluqlar təkcə kadr islahatları ilə bitmir. İddia olunur ki:
Müəllimlər müəyyən məbləğ müqabilində dərslərdən yayınır.
Dərsə gəlməyən, evdə oturan müəllimlərə qanunsuz şəkildə maaş yazılır.
Şagirdlər məktəbdə dərs keçməyə müəllim tapmır, təhsilin keyfiyyəti sıfıra enib.

"Arxasında Kim Dayanır?" – Sektor Müdirinin Adı Hallanır

Direktor Murad Dəmirovun narazı işçilərə cavabı isə qısa və kəskin olur: "Gedin hara deyirsiniz deyin, sektor müdiri Mircamal müəllim mənim arxamdadır, mənə heç kim heç nə edə bilməz". Bu cür ifadələr regionda təhsil idarəçiliyinin şəxsi münasibətlər və "himayədarlıq" prinsipi ilə işlədiyinə dair şübhələri artırır.

32 İllik Əməyə Hörmətsizlik

Məktəbdə 32 il qüsursuz çalışan Balayeva Gülqədəm kimi təcrübəli kadrların mənəvi terrora məruz qalması, onların bir "düşmən" kimi məktəbdən uzaqlaşdırılması kollektiv daxilindəki psixoloji gərginliyin bariz nümunəsidir.
Qeyd edək ki, Dəmirov Murad Akif oğlu Rus dili müəllimidir, amma bu günə qədər rus dilində 2 cümlə danışa bilməyib. İxtisasın bilməyən keçirilən imtahanlarda heç bir nəticəsi olmayan bir insan rəhbər vəzifədə necə işləyir?
Baxmayaraq ki , rus dili üçün uzun illərdi dövlət büdcəsindən ayrılmış pulları rahat şəkildə alıb.
Hazırda Murad Dəmirovun əməlləri ilə bağlı Baş Prokurorluğa şikayətlərin edildiyi bildirilir. Amma qanunsuzluqlara davam edir. Sanki heç bir şikayət yoxmuş kimi öz rüşvətxorluqlarına davam edir. Aidiyyəti qurumların – Elm və Təhsil Nazirliyinin, eləcə də hüquq-mühafizə orqanlarının Sabirabaddakı bu "təhsil feodalizmi"nə son qoyacağını ümid edirik.(tehsilmedia.info)




Qeyd: Məqalədəki iddialar vətəndaş müraciəti əsasında hazırlanıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı


Bir müddət öncə mediada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədovun 1 milyard manat dövlət vəsaitini talaması ilə bağlı iddialar yayılıb.

Milli.Az məsələ ilə bağlı mövqeyini dəqiqləşdirmək üçün keçmiş sədr Saleh Məmmədovla əlaqə saxlamağa çalışıb.

S.Məmmədov əvvəclə zəngi açıb salamlaşsa da, daha sonra suallardan yayınmaq üçün Saleh Məmmədov olmadığını və səhv zəng edildiyini bildirib.

Qeyd edək ki, S. Məmmədov 2026-cı il fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. İdarə Heyətinin sədri vəzifəsinə isə Vüsal Nəsirli təyin edilib.(Milli.Az)

VİDEO BURADA: https://www.instagram.com/reels/DWzG8p9guQD/

Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı


Rusiyanın Perm diyarının Dobryanka şəhərində 17 yaşlı şagird məktəbin girişində sinif rəhbərini bıçaqlayıb.

Bu barədə regionun qubernatoru Dmitri Maxonin öz teleqram kanalında məlumat yayıb.

Hücuma məruz qalan 55 yaşlı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, hadisəyə səbəb qadın müəllimin 9-cu sinif şagirdi olan məktəblini imtahana buraxmaması olub. Buna cavab olaraq, o, müəllimin boyun, bel və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib.

Hadisəni törədən məktəbli saxlanılıb. Onun təhsillə bağlı problemləri olduğu və ötən il də sinifdə qaldığı qeyd olunub.

Xəbər lenti

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
09:23
Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?
08:53
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06