Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşıb.

Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.

Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.

Xırdalanda Abdin Fərəzliyev bu tikintiyə hansı şərtlərlə icazə verib?


Abşeron rayonu, Xırdalan şəhərində magistral yolun üzərində səki zəbt olunaraq beşmərtəbəli bina tikilib. İnşası tam başa çatmayan bina artıq indidən hərəkət iştirakçıları üçün təhlükəyə çevrilib.

Bu barədə “Sitat.info”ya şəhər sakinləri məlumat veriblər və tikilinin videosunu redaksiyamıza göndəriblər.

Nəqliyyatın intensiv hərəkət etdiyi yolun kənarında binanın tikintisi tikinti normalarına zidd olduğu halda, bu tikiliyə necə icazə verildiyi və indiki mərhələyə qədər inşasının görməzdən gəlinməsi ciddi təəccüb və suallar doğurur. Tikilməkdə olan binanın ərazisi hasara alınıb, sakinlərin intensiv hərəkət etdiyi səki zəbt olunub. Videodan da magistral yolun necə daraldığı açıq-aydın görünür. Bina hazır olub, təhvil verildikdən sonra ərazidə necə bir tıxaca səbəb olacağı indidən bəlli olur.

Xırdalanda tıxacların bu qədər artmasının səbəblərindən biri həm də bu cür tikililərin artmasıdır.(Sitat.info)

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/xirdalanda-abdin-ferezliyev-bu-tikintiye-hansi-sertlerle-icaze-verib

Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir




Son vaxtlar təcrübəsiz və idarəçilik qabiliyyəti olmayan müəllimlərin imtahan verib direktorluq qazanması, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışması hallarına rast gəlinir. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti və təcrübəsi nəzərə alınmalıdır. Direktor seçimində alnız bilik əsas meyar olmamalıdır. Elə bu səbəbdən də son günlərdə bəzi orta məktəblərdə yerində olmayan direktor təyinatları, yeni direktorların naşı, o qədər də yüksək iddialarla məktəblərə gəlişi müəllimlərin haqlı narazılıqları ilə qarşılanır. Sumqayıt şəhər 11 nömrəli məktəbdə də bu cür xoşagəlməz hallar baş verməkdədir. Qısa bir zamanda baş verənlər onu göstərir ki, yeni təyin olunan direktor Şəlalə Hüseynova böyük kontingentə malik məktəbi idarə etmək iqtidarında deyil. Təyin olunduğu gündən məktəbdə problemlərin ardı-arası kəsilmir. Rəqəmsal dərslərin keçirildiyi bir vaxtda günlərlə internet problemi yaşanıb. Məktəbin su motorunda yaranmış nasazlıq səbəbindən günlərlə məktəbdə su olmayıb. İdarəçiliyin zəifliyi şagirdlərin davamiyyətinə də mənfi təsir göstərib. Direktor şagirdlər və valideynlər arasında yaranmış münaqişələri həll etmək bacarığında deyil.
İş bununla yekunlaşmır. Valideynlərin redaksiyamıza verdiyi məlumata görə, xanim direktor Ş.Hüseynova şagirdlərdən kütləvi pul yığılmasını adi hala çevirib. Məktəb rəhbərliyinə gəldiyi qısa müddət ərzində 8 mart Beynəlxalq Qadınlar Günündə və özünün doğum günündə kütləvi pul yığan direktor indi də “Son zəng” əməliyyatına başlayıb. Valideynlərin bildirdiyinə görə, tərəfindən hər bir şagirddən müəyyən məbləğdə pul tələb olunub və bu, könüllü ianə deyil, məhz məcburi xarakter daşıyıb. Bəzi valideynlərin imkanlarının məhdud olmasına baxmayaraq, onlara övladlarının son zəng tədbirinə buraxılmayacağı ilə bağlı dolayı təzyiqlər göstərildiyi iddia olunur. Qanunvericiliyə əsasən, ümumtəhsil müəssisələrində valideynlərdən pul yığılması qadağandır. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, məktəblərdə hər hansı tədbir üçün pul toplamaq yolverilməzdir və bu hal aşkarlandıqda məsul şəxslər barəsində tədbirlər görülməlidir. Amma Şəlalə Hüseynova bunu vecə almazdan gəlir və hər kəsə açıq şəkildə Elm və Təhsil Nazirliyinin belə onun qarşısını ala bilməyəcəyini deyir.
Onu da qeyd edək ki, Şəlalə Hüseynovanın hansı yollarla Sumqayıtın ən böyük kontingentə sahib məktəbinə direktor göndərilməsi də şübhəli məsələdir. İddia edilir ki, Hüseynovanın atası general-leytenant Zahid Hüseynovun bu təyinatdakı rolu danılmazdır. Bəs, Zahid Hüseynov kimdir? Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov Zəfər savaşından sonra Nəcməddin Sadıqova bağlı kadrlar silsiləsində vəzifəsindən azad edilib. Zahid Hüseynov polkovnik-leytenant rütbəsindən Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və Baş Qərargah rəisinin birinci müavini təyin edilməsinə qədər bütün pillələrdə məhz Nəcməddin Sadıqovun himayəsi ilə yüksəlib. İndi bu şəxsin məhz rusdilli Azərbaycan məktəbinə direktor təyin olunması daha ciddi, təhlükəli məqamlardan xəbər verir.(Xalq.online)

30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...


Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında B12 vitamini, maqnezium və dəmir kimi əsas laborator analizlərin aparılması üçün lazım olan reagentlər yoxdur və pasiyentlər özəl xəstəxanalara yönləndirilir.
Bu barədə Axar.az-ı məlumatlandıran valideyn bildirib ki, 28 aprel 2026-cı il tarixdə xəstəxanaya müraciət edib və reagentlər olmadığı üçün laborator analizlərin keçirilməsinin mümkünsüzlüyü cavabını alıb. Xəstəxanadan həmin reagentlərin niyə olmaması və nə vaxt olacağı ilə bağlı məlumatlarının olmadığı bildirilib.
Məsələ ilə bağlı TƏBİB-ə ötən gün göndərdiyimiz sorğuya cavabda isə qeyd edilib ki, problem “həftəsonu ilə” bağlı olub və artıq aradan qaldırılıb:
“Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında laborator xidmətlərin fasiləsiz və keyfiyyətli təşkili təmin edilir, zəruri laborator reagentlər mövcuddur və analizlər müvafiq qaydalar çərçivəsində həyata keçirilir.

Bildiririk ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər çərçivəsində pasiyentlər özəl tibb müəssisələrinə göndərilmir. Laborator müayinələr tibbi göstərişlər əsasında və qüvvədə olan standartlara uyğun şəkildə aparılır.
Eyni zamanda qeyd edirik ki, həftəsonu bəzi analizlər üzrə reagent təminatında qısamüddətli çətinlik yaranıb, hazırda məsələ tam şəkildə həll edilib və xidmətlərin göstərilməsi bərpa olunub”.
Maraqlıdır ki, TƏBİB reagent çatışmazlığının ötən həftə baş verdiyini və artıq aradan qaldırıldığını bildirir. Yəqin ki, xəstəxanadan TƏBİB-ə bu informasiya verilib. Halbuki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında TƏBİB-in “artıq aradan qaldırılıb” dediyi gün reagent olmadığı və nə vaxt olacağının bilinmədiyi pasiyentlərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, dövlət xəstəxanasında olmasa da, istənilən özəl xəstəxanada bu reagentlər var və analizlər vermək mümkündür.
Qeyd edək ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramov xəstəxanalar və tibb mərkəzlərində ciddi kadr islahatlarına başlayıb. Buna səbəb dövlət xəstəxanalarına müraciət edən şəxslərin hansısa formada özəl xəstəxanalara yönləndirilməsidir.
Ancaq islahat hələ sözügedən xəstəxanaya çatmayıb. Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Azər Xudiyev 1996-cı ildən, 30 ildir bu vəzifədədir.

"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!




"Temudan Postcargo.az vasitəsilə sifariş etmişəm. Rəsmi mesaj göndərilir: “24 saat ərzində çatdırılma həyata keçiriləcək”..." bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ünvanı təsdiqləmişəm, əlaqədə olmuşam.
24 saat keçir — nəticə sıfır.
Zəng edirəm:
— Niyə çatdırılmayıb?
Cavab: “dünən qeyri-iş günü idi”.
Sual: o zaman niyə 24 saatlıq öhdəlik barədə rəsmi mesaj göndərilir?
Daha sonra operator kobud şəkildə bildirir: “növbə ilə çatdıracağıq”. Yəni nə vaxt istəsələr.
Şirkətlə əlaqə saxlayıram (820 zəng vasitəsilə)— cavab daha “maraqlı”:
“bu bizim kuryer deyil, podratçıdır, biz məsuliyyət daşımırıq”.
Bu artıq xidmət deyil — bu, müştəriyə hörmətsizlik və öhdəliklərin açıq şəkildə pozulmasıdır.
Əgər siz şirkətin xidmətindən istifadə edirsinizsə — onun podratçısının kim olması sizin üçün əhəmiyyət daşımır.
Mən şirkətlə vasitəsi ilə sifariş verdim, “kənarda olan üçüncü şəxslərlə” yox.
Hamı bilsin: “bu bizim kuryer deyil” deməklə məsuliyyətdən qaçmaq olmur..."


DİA-AZ

Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..


Sabirabad rayonundan redaksiyamıza şok iddia: bağçada uşaqlara zorakılıq görüntüləri yayıldı Sabirabad rayonunun Ulacalı kəndində yerləşən uşaq bağçasında azyaşlı uşaqlara qarşı zorakılıq halları baş verdiyi iddia olunur.

Bildirilir ki, hadisə 2025-ci ildə baş versə də, həmin görüntülər yalnız indi mətbuata sızıb. Şikayətçilərin sözlərinə görə, kadrlarda bağçada uşaqların döyülməsi əks olunub. Müraciətdə qeyd edilir ki, hadisədə adı hallanan dayənin işdən uzaqlaşdırılması ilə bağlı addım atılsada , həmən şəxs yenidən bağçaya işə qayıdır. İddialara əsasən, buna səbəb kimi həmin şəxsin yaxın qohumunun rayon təhsil şöbəsində çalışdığı göstərilir.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaşanıb. (Millisfera.az)

VİDEO LİNKDƏ: https://xalq.online/sevinc-mikayilovanin-rehberi-oldugu-baxcada-korpeye-bele-sid-et-gosterilib

Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma


Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu.
Araşdırmamız nəticəsində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib. Həmçinin Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.

Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas təhsili, sertifikasiya və qüvvədə olan lisenziya əsasında həyata keçirilə bilər. Bu tələblərdən kənar istənilən tibbi praktika qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.

Bununla bağlı aidiyyatı qurumlar araşdırma aparır.

XALQ-a daxil olan məlumata görə Davinçi Estetik Klinikasında qanunusz estetik prosedurlar icra edən özünü doktor elan edərək “Dr. Elvar” Elvar Quluzadədə iddia olunduğu kimi heç bir ali tibbi təhsili olmada fəaliyyət göstərir.

VİDEO LİNKDƏ: https://xalq.online/davinci-estetikde-hekim-olmadan-calisan-elvar-quluzade-bu-klinikani-kimler-himaye-edir-arasdirma
Hətta “Estetik Deyişim” adı ilə sosial platformada özünü estetik prosedurlar icra etdiyi görüntüləri yayımlanıb .

Qeyd edək ki, Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyatlar prosederlar keçirilməsi ilə bağlı Cəmalə Rüstəmova və Afərim Süleymanov barəsində məlumat verilmişdir.

Hətta Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin həkim olmadan fəaliyyət göstərməsi təsdiqlənsədə Afarim Süleymanova Davinçi Estetik Klinikasında fəaliyyətini davam etdirir. Həmin görüntüləri təqdim edirik:

Məlumat üçün bidlirir ki, Davinçi Estetik Klinikasında qanunusz estetik prosedurlar icra edən özünü doktor elan edərək “Dr. Elvar” Elvar Quluzadədə ilə bağlı araşdırmamız davam edir və aidiyyatı qurumlara sorğular göndərilib.

Qeyd edək ki, Davinçi Estetik Klinikası Yasamal rayonunda fəaliyyət göstərərək idarəçiliyi Natavan Babayeva həyata keçirir.

Lakin rəhbər olaraq Rafiq Əliyev olduğu qeyd olunur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.

İnanırıq ki, aidiyyatı qurumlar bu qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görəcək.(Xalq.online)

Hazıda adları keçənlərin və aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

 İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Xezer Construction” MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Xezer Construction” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmiri işlərini həyata keçirəcək.
Görüləcək işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti “Xezer Construction” MMC-yə 61 milyon 87 min 536 manat 11 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “Xezer Construction” MMC 26 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, ev 11/30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Qeyd edək ki, daha əvvəl şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub. 

“Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır


“Bravo” supermarketlər şəbəkəsinin Bakıxanov filialında vaxtı keçmiş məhsulları endirim adıyla satırlar.

Bu barədə müştəri Kənan Qasımlı sosial şəbəkədə yazıb. O bildirib ki, “Bravo” vaxtı keçmiş uşaq diş pastalarını endirimlə satır:

“Vaxtı keçmiş uşaq diş pastasını hansı vicdan sahibi satışda saxlaya bilər axı?

Bir neçə dəfə burada səlahiyyətli şəxsə bildirsəm də, xeyri yoxdur, eyni hal davam edir.

Bu gün 28 apreldir, məhsulun vaxtı 17 apreldə bitib”.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az


Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25