Kəmaləddin Qafarovun başı biznəsə qarışıb: Milli Onkologiya Mərkəzində xəstə niyə intihar edib?


Xəbər verdiyimiz kimi bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış baş verib. Məlumatlara görə, partlayış otaqların birində baş verib. Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar və hazırda faktla bağlı ciddi araşdırma aparılır.

Milli Onkologiya Mərkəzi Azərbaycanda onkoloji xəstələrin müalicə aldığı əsas tibb ocaqlarından biridir. Bu mərkəz ən müasir avadanlıqlarla təchiz olunub və rəhbərliyin nəzarəti altında ciddi işlər görülür.

Dəfələrlə Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışan deputat Kəmaləddin Qafarovun fəaliyyəti ilə bağlı mərkəzdə ciddi narazılıqların olduğu diqqət çəkib. Mərkəzin ümumi fəaliyyətinin zəifləməsi və işinə təsir etməsi ilə bağlı iddialar da səsləndirilib.

Təbii ki, bu kimi mərkəzlərdə rəhbərlik ümumi işə nəzarət edir. Müavin isə bütün məqamlara nəzarət edib problemlərin həllinə cavabdeh olur. Lakin Kəmaləddin Qafarovun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər Milli Onkologiya Mərkəzində bəzi problemlərin yaranması ilə əlaqələndirilə bilər.

Baş direktor müavini vəzifəsində çalışan Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzindəki qaydaları, narazılıqları aradan qaldırmaq üçün çalışmaq əvəzinə dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Bütün fəaliyyətini biznesə yönəldən Qafarov görünür mərkəzin fəaliyyətinə, oradakı problemlərə lazımi vaxt ayıra bilməyib və nəticədə belə faciə baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə baş vermiş hadisə qazninin intiharı kimi iddia olunur.(Xalq.online)

Ətraflı məlumat veriləcək…

"Liv Bona Dea Hospitalında o blank, yoxa çıxıb” – Nigar Köçərli


"Bir klinika pasienti əzmək üçün görün hansı saxtakarlıqlara əl atır".

Bunu “Əli və Nino” kitab evinin rəhbəri rəhbəri Nigar Köçərli özünün sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Nigar Köçərli ilə əməliyyat olunduğu Liv Bona Dea Hospitalı arasında məhkəmə prossesi davam edir.

"LIV Bona Dea Hospital -nın mənə qarşı 222 395 AZN təzminat iddiası ilə bağlı mayın 5-də Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək. Klinika məhkəməyə təqdim etdiyi iddiada bildirir ki, guya mən heç bir əlaqə nömrəsi qeyd etməmişəm və buna görə də xəstəxanada gözləyən həyat yoldaşıma heç bir məlumat verilməyib (iddia 1-ci fotoda göstərilib).

Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün Liv Bona Dea xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı (yalnız EKQ verildi).

Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim — 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.

Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.

Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkmiş, əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.

Əsas şikayətim də məhz bu - anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir. Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib (2-ci fotoda göstərilib).

Məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bildim. İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.

Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, Liv Bona Dea tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil — sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.

Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.
Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir. Vaxt tapdıqca onları da ayrıca təqdim edəcəyəm".

Bizimesr.com

Eşqi Bağırov çıxış yolu axtarır? - Böyük yeyinti faktı araşdırılır...


Elm və Təhsli Nazirliyinin Daxili Nəzarət İdarəsi nazirliyin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) maliyyə yoxlamaları aparıb.


Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Araşdırma zamanı MÜTDA-da külli miqdarda yeyinti aşkarlandığı qeyd edilir. Mənbə bildirir ki, Agentliyin rəhbəri Eşqi Bağırov bundan çıxış yolu axtarır.


Lakin məsələnin ən qəliz tərəfi ETN-in Daxili Nəzarət İdarəsinın nə edəcəyidir. Belə ki, onlar bir tərəfdə Eşqi Bağırovun olmasını, digər tərəfdən də ortada olan yeyinti faktı arasında seçim etmək məcburiyyətində qalıblar.


Məlumata görə, nazirlik yeyinti faktlarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərib, göndərməmək məsələsində tərəddüd edir. Məsələ ilə bağlı araşdırmamız davam edir.(Bizimesr.az)


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

4 aydır işçilərin haqqı verilmir - “Azneft” İB


“Azneft” İstehsalat Birliyi Neft Daşlarının özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin edilmir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, işçilərin hüquqları pozulur: “Bu barədə təşkilatımıza məlumat daxil olub. “Azneft” İB Neft Daşlarının özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin edilmir. Əgər aldığım məlumat doğrudursa, bu, müvafiq qurum (məsul şəxs) tərəfindən Əmək Məcəlləsinin 215-ci maddəsinin pozulması deməkdir.

Məsul şəxslər bilməlidir ki, halda zərərli sahədə çalışan işçilərin sağlamlığına ziyan vurmuş olurlar. Onu da qeyd edim ki, süd, yaxud süd məhsulları bu işçilərə hər gün verilməlidir. Ayda bir dəfə yox”.

Bizimesr.az

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xırdalanda məktəbdə qalmaqal: biri icma qrupundan, digəri 1-ci sinifdən uzaqlaşıb – valideyn ciddi iddialar səsləndirir


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 saylı tam orta məktəbdə fəaliyyət göstərən icma qruplarında və ibtidai təhsil mərhələsində baş verən hadisələrlə bağlı ciddi narazılıqlar gündəmə gəlib.
Qeyd edək ki, məktəb daxilində fəaliyyət göstərən icma qrupları məktəbəqədər mərhələdən əvvəl uşaqların sosiallaşması və aktivliyinin artırılması məqsədi daşıyır. Lakin redaksiyamıza daxil olan məlumatlar bu sistemin tətbiqində problemlərin yaşandığını göstərir.

Valideynin iddiasına görə, azyaşlı övladı dərs saatlarının əvvəlcədən xəbərdarlıq edilmədən tez-tez dəyişdirilməsinə etiraz etdikdən sonra icma qrupundan uzaqlaşdırılıb.
Valideyn bildirir ki, dərs saatlarının dərsə qısa müddət qalmış dəyişdirilməsi ailələr üçün ciddi çətinlik yaradır:
“Hər kəsin planı var. Ən azı belə dəyişikliklər bir gün əvvəl bildirilməlidir.”

Şikayətdə o da qeyd olunur ki, müəllimə ilə baş verən mübahisə zamanı valideynə qarşı etik çərçivədən kənar davranış sərgilənib. İddiaya görə, uşağa aid sənədlər kobud şəkildə valideynə təqdim olunub ki, bu da onun sözlərinə görə alçaldıcı münasibət kimi qiymətləndirilir.

Səsləndirilən iddialara görə, yaranmış vəziyyət təkcə bir uşaqla məhdudlaşmayıb. Bildirilir ki:
bir azyaşlı icma qrupundan,
digər azyaşlı isə 1-ci sinifdən uzaqlaşıb
Bu isə problemin daha geniş miqyaslı ola biləcəyinə işarə edir.

Valideyn tərəfindən səsləndirilən ən diqqətçəkən iddialardan biri isə izlənmə ilə bağlıdır. Onun sözlərinə görə, məsələ ilə bağlı müraciətlərdən sonra artıq yalnız narahatlıq hiss etməyib, birbaşa izlənildiyinin şahidi olub.
Valideyn iddia edir ki:
məktəbin bəzi əməkdaşları tərəfindən təhsil sektoruna və regional idarəyə qədər izlənilib
bu hallara şahid olan şəxslər də mövcuddur
hətta onun sözlərinə görə, yaşadığı ünvana qədər arxasınca gələn şəxslər olub
Valideyn bildirir ki, həmin şəxslərin yaşadığı istiqamət onun evinə uyğun gəlməsə də, onun mənzilinə daxil olana qədər izlənildiyini müşahidə edib.

Şikayətdə Abşeron təhsil sektorunun müdiri Sənan Xəlilovun və məktəb rəhbərliyində adı çəkilən Zəminə Nuriyevanın məsələyə biganə yanaşdığı iddia olunur.
Valideyn bildirir ki:
müraciətlərə operativ reaksiya verilməyib
məsələ araşdırılmadan saxlanılıb
nəticədə vəziyyət daha da gərginləşib

Təhsil mühitində baş verən bu cür iddialar, xüsusilə azyaşlı uşaqların təhsildən kənarda qalması ilə bağlı məsələlər ciddi araşdırma tələb edir. İddiaların təsdiqini tapması halında bu, artıq təkcə təhsil deyil, vətəndaş hüquqları müstəvisində də qiymətləndirilməlidir.

Qeyd edilən iddialarla bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək üçün tərəfimizdən sorğular ünvanlanıb. Qarşı tərəfin cavabı dərc olunmağa hazırdır.

Məsələ ilə bağlı Bakunews.az tərəfindən Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya rəsmi sorğu ünvanlanıb. Sorğuda qeyd olunan iddiaların araşdırılması və ictimaiyyətə aydınlıq gətirilməsi tələb olunur.(Bakunews)

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar


“Azərinşaatservis” ətrafında qalmaqal davam edir. Qurumun problemi 2014-cü il “Beynəlxalq Bank” qalmaqalından sonra yaşanıb.
Belə ki, bu hadisədən sonra “Azərinşaatservis” müflis elan edilib. Nəticədə, balansında olan bütün texnika və avadanlıqlara, habelə torpaq sahələrinə həbs qoyulub.
Qeyd edək ki, sözügedən qurumun qarşısında öhdəlik götürdüyü fiziki və hüquqi şəxslər var. İndiyə qədər 49 fiziki və hüquqi şəxsə olan real borc bu günə qədər ödənilməyib.
Bildirək ki, “Azərinşaatservis”in müflis olmasından sonra onun bütün əmlak və mülkləri “AqrarKredit” Bank Olmyan Kommersiya Təşkilatına (BOKT) verilir. Bu, BOKT-un əsas missiyası əmlak və mülklərin dəyərləndirilməsi, habelə onların hərrac yolu ilə satışını təşkil etmək və borcluların borc öhdəliklərini qarşılamaq olub. Lakin “AqrarKredit” bu öhdəliyi yerinə yetirməkdən məqsədli şəkildə yayınır.
Araşdırma zamanı məlum olub ki, müflis olana qədər “Azərinşaatservis”in balansında olan çoxlu sayda texnika və avadanlığı olub. Həmçinin müflis olana qədər təşkilatın alacaqları borcların məbləğindən çox olub. Lakin “Aqrarkredit” tərəfindən həyata keçirilən işlər nəticəsində ortalıqda heç nə yoxdur. Satışın necə həyata keçirildiyi, əmlaklara hansı qiymət qoyulduğu, pulların kimə verildiyi isə məlum deyil.
Araşdırma zamanı məlum olub ki, “Aqrarkredit”də bu işlərin başında BOKT-un rəhbəri, əksəriyyət tərəfindən “Şapka Mamaed” kimi tanınan Məmməd Musayev və onun ən yaxın “silahdaşı”, vaxtıyla “Azərsu”da (Qorxmaz Hüseynovun rəhbərliyi vaxtnda-red.) müavin postunu tutumuş Arzuman Abbasov dayanıb. Bütün proses onların istəyi və arzusu əsasında həyata keçirilib.
Bundan başqa, prosesdə olduqca maraqlı adamlar da var. Bu barədə haqqın.az saytının araşdırması nəticəsində bəlli olub ki, Məmməd Musayevlə birlikdə bu proesdə iştirakçı olan “Aqrarlredit” BOKT-un hüququ şöbəsinin müdiri Vilayət adlı şəxsin də rolu az deyil. O, məsələləri “qanun çərçivəsi”nə salır, digərləri də onun icrasını həyata keçirir.
Ortalıqdda adı hallananlardan biri də “Azərinşaatservis”in keçmiş rəhbəri Arzuman Abbasovun yaxın adamı olan, həmçinin “qara kassası” kimi tanınan Nazim adlı şəxsin də əhəmiyyətli rolundan bəhs olunur. Bildirilir ki, bu şəxs əvvəlki ənənəni saxlayaraq, görülən işlərdən əldə olunan maliyyəni “yerbəyer” etməkdə məsuldur.
Şikayətçilərin bildirdiklərinə görə, “Azərinşaatservis”in mal və mülklərinin “yerbəyer” edilməsində rolu olanlar arasında Ədliyyə Nazirliyinin Porbasiya Baş İdarəsinin də rolu var. Onların deddiklərinə görə, pörosesdə fəal olanlar arasında sözügedən baş idarənin rəisi Vidaddi Məmmədovun adı hallanır. Ona bu işdə yardımçı olanlar isə Binəqədi İcra Şöbəsinin rəisi Nəbiyev Fuad Fikrət oğlu və həmin şöbənin icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu hesab olunurlar.
Qeyd edək ki, baş verən bu prosesin pik nöqtəsi isə Binəqədi rayonu ərazisində yerləşən 3.5 hektar torpaq sahəsi ətrafında yaşnıb. Məlum olub ki, “Azərinşaatservis”in balansında olan bu torpaq sahəsinin toplam dəyəri 30-35 milyon manat hesab edilir. Yəni, bu günkü real dəyəri qeyd edilən məbləğdədir. Bu torpaq sahəsinin satışından əldə olunan gəlir isə 49 nəfər payçının haqqının ödənilməsinə sərf olunmalıdır. Lakin “Şapka Mamed” və Arzuman Abbasov torpaq sahəsini qanunsuz hərracla özəlləşdirərək digər 49 tələbkarı faktiki olaraq əliboş qoyub.
Qeyd edək ki, 49 nəfərin payçı olması və onların haqlarını təsdiq edən məhkəmə qərarı mövcuddur. Həmin payçılardan biri də “SİRR-M” MMC-dir. 10 fevral 2016-cı ildə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi MMC-nin xeyrinə qətnamə çıxarıb. Həmin qərarda qeyd edilir ki, “Azərinşaatservis”dən 3.8 milyon manat vəsait bu şirkətin hesabına tutulmalıdır. Paralel olaraq, Binəqədi Məhkəmə Qərarları və İcrası Şöbəsinə qəti göstəriş verilib ki, qətnamənin icrası üçün prosedur başlatsın.
Əmlakın üzərinə həbs qoyulmasna dair Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il tarixli və 2025-ci il tarixli qərardadları var ki, həmin qərardadlar qüvvədə olduğu halda “SİRR-M” MMC-nin razılığı olmadan əmlak satıla bilməzdi.
İşin maraqlı tərəfi odur ki, Ədliyyə Nazirliyinin İcra Xidmətinə və Binəqədi Rayon İcra Şöbəsinə göstəriş verilib ki, əmlaka qoyulmuş həbs götürülsün və torpağın qiymətləndirilməsi prosesinə start verilsin. Bunun ardından Binəqədi rayon icra şöbəsi 3.5 hektar ərazinin qiymətləndirilməsi üçün prosesdur başladıb. Bazar dəyəri 30-35 milyon manat olan 3.5 hektar əraziyə 13 milyon manat qiymət qoyulub. Daha sonra isə qiymət naməlum şəkildə 25.000.000 manat müəyyən edilib. Hərçənd bu qiymətləndirməni necə apardıqları məlum deyil. Tələbkarlardan biri olan “Kəngərli” MMC isə haqlı olaraq buna etiraz edir. Şirkət qiymətləndirmənin düzgün aparılmadığını, mübahisəli olduğunu bildirir. Həmçinin Binəqədi Məhkəməsi qarşısında haqlı olaraq məsələ qaldırıb ki, “Bir qədər əvvəl 13 milyon manat qiymət qoyulan torpaq sahəsi qısa müddətdə necə 25 milyon manata hesablanıb?” Binəqədi Məhkəməsi şikayəti təmin edib və icra məmurunun hərəkətlərini qanunsuz hesab edib. Həmin qərardaddan icra məmuru və “Aqrarkredit” QSC BOKT şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsi məhkəmə İcra Məmuru və “Aqrarkredit”in şikayətlərini əsassız sayıb.
Tribuna.az xəbər verir ki, 18 mart 2026-cı ildə icra məmuru hərracla bağlı sifarişini geri çəkib. Amma bundan 4 gün sonra, 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in əliylə hərrac keçirilib.
Bildirək ki, 8 aprel 2026-cı ildə hərracla bağlı protokol imzalanıb. Məlum olub ki, “Aqrarkredit” BOKT keçirilən hərracdan əldə olunan vəsaitin 1.6 milyon manatını icra xidməti haqqı kimi, 863 min manatını isə icra şöbəsinə ödəniş kimi ödəyib. Lakin 3.5 hektar torpaq sahəsinin konkret olaraq hansı qiymətə satdığı barədə isə bir kəlmə də yazmayıb. Bu azmış kimi, əldə olunan pulun 49 nəfərə olan borc hissəsi ödənilməli olan halda, onlara bir qəpik belə verilməyib. Halbuki məhkəmə qərarında açıq şəkiləd qeyd edilir ki, əldə olunan vəsait borclluların borcunun bağlanmasına sərf edilməlidir. Onların arasında isə “SİRR-M” MMC və daha 49 nəfərin olduğu qətnamə ilə təsdiqlənib. Elə bu səbəbdən də borclarını tələb edənlər haqlı olaraq şikayətçidirlər və pullarının ödənilməsini tələb edirlər.
Baş verənlərdən belə anlaşılır ki, “AqrarKredit” QSC BOKT başda Məmməd Musayev və Arzuman Əhmədovla birlikdə məhkəmə qərarlarını, qanunları, habelə borcluların haqqını bir kənara ataraq, öz bildikləri kimi davranaraq, qanunsuzluq ediblər. Nəticədə, “Azərinşaatservis”dən uzun illərdən bəri alacaqları olan şəxslər və şirkətlərin haqları tapdanıb və çarəsiz duruma düşüblər.(Tribuna.az)
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...


"Su İdmanı Sarayı"nda fəaliyyət göstərən Bədii Gimnastika Klubunda yaranmış vəziyyətlə bağlı şikayətlər artır.

Pravda.az xəbər verir ki, bu barədə jurnalist Aysel Hacıyeva bildirib.

Onun sözlərinə görə, Bədii Gimnastika Klubunda yaranmış vəziyyət artıq dözülməz həddə çatıb: “Valideynlər olaraq susmaq niyyətində deyilik. Ölkəmizdə bədii gimnastikanın inkişafı cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub. Lakin hazırda "Su İdmanı Sarayı"nda müşahidə etdiyimiz vəziyyət bu yanaşma ilə ziddiyyət təşkil edir. Xüsusilə, qeyd etmək istəyirik ki, kompleksin direktoru Əjdər Abbasovun rəhbərliyi dövründə valideynlərlə və idmançılarla effektiv ünsiyyət, qarşılıqlı anlaşma formalaşmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, mövcud problemlər həll olunmamış qalır. Əvvəla, gimnastların geyimlərinin üzərində çürümüş xalçanın ovuntuları yapşır. Uşaqlar bununla nəfəs alırlar, ciyərləri sıradan çıxır. Bir ildir, şikayət edilməsinə baxmayaraq problem həllini tapmır. Bədii gimnastika ilə peşəkar məşğul olunan zalda xalçanın altında olmalı olan qoruyucu təbəqə yoxdur. Neçə-neçə uşaq dizlərindən və bədənin digər nahiyyələrindən zədə alıb. Bu barədə Su İdmanı Sarayının direktor və digər əməkdaşlarına məlumat verilib, lakin uşaqların sağlamlığı onları maraqlandırmır”.

A.Hacızadənın sözlərinə görə, Bədii Gimnastika Klubunda 60 uşağa cəmi bir xoreoqraf və iki məşqçi xidmət göstərir: “Milli komandanın sabiq üzvü Yelizaveta Luzanın könüllü dəstəyinə imkan verilmir. Beş aydan çox müddətdə idmançılara xoreoqrafiya dərsləri keçirilməyib. Çünki kompleksin direktoru Əjdər Abbasov maliyyə problemlərinin olduğunu vurğulayıb. Gimnastika xalçası yararsız vəziyyətdədir və uşaqların sağlamlığı real təhlükə altındadır. Bir neçə ay öncə iki məşqçi şəraitsizlik səbəbindən Klubu tərk etdi. Onların yerinə eyni sayda məşqçi cəlb olunmalı olduğu halda yalnız bir məşqçi işə götürülməyib.Bu hal idmançıların hazırlıq səviyyəsinə və yarış nəticələrinə ciddi mənfi təsir göstərir. Klub fəaliyyət göstərdiyi müddətdə idmançılar yerli və beynəlxalq yarışlarda əsasən öz ailələrinin maddi dəstəyi ilə iştirak edib, klub tərəfindən isə heç bir maddi dəstək göstərilməyib. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan milli komandasının keçmiş üzvü, üçqat Olimpiya iştirakçısı və finalçısı, V İslam Həmrəyliyi Oyunlarının finalçısı və bədii gimnastika üzrə idman ustası Yelizaveta Luzan könüllü şəkildə uşaqlarla işləmək və dəstək olmaq istədiyini bildirsə də, direktor tərəfindən onun məşqlərə qatılmasına icazə verilmir".

Məsələ ilə bağlı Pravda.az "Su İdman Sarayı"na sorğu göndərsə də, suallarla bağlı mövqe bildirilməyib.

Qeyd: "Su İdmanı Sarayı"nın direktoru Əjdər Abbasov İsmayıl oğludur.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25