Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar


Azərbaycanda illərdir eyni mənzərə təkrarlanır. Hansısa rayonun icra başçısı həbs olunur, hansısa komitə sədri vəzifədən çıxarılır, korrupsiya əməliyyatları keçirilir, dövlət başçısı məmurlara sərt xəbərdarlıq edir. Amma bütün bunlara baxmayaraq, bəzi sahələrdə eyni adlar illərlə toxunulmaz qalır.

Ekologiya sahəsində isə bu adların başında ən çox hallanan şəxslərdən biri Vüqar Kərimovdur. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “boz kardinal”ı.

Nazir müavininin adı artıq təkcə idarəçiliklə deyil, illərdir meşələrin talanı, şübhəli təyinatlar, qohumbazlıq, himayədarlıq və gizlədilən qalmaqallarla yanaşı çəkilir. Ən ağır tərəfi isə budur ki, bütün bu ittihamların fonunda nə ciddi araşdırma aparılır, nə də doğru-düzgün cəzalanma var.

Vüqar Kərimovun adı niyə hər qalmaqalda keçir?

Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov.

Masallıda meşələr yox olur – adı keçir.
Lənkəranda qanunsuz qırıntılarla bağlı ittihamlar yayılır – adı keçir.
Şəkidə məcburi köçkünlər təzyiqdən şikayət edir – adı keçir.
“Azəryaşlandşaft” ASC-də xaos hökm sürür – yenə adı keçir.

Bu qədər təsadüf ola bilərmi?

Yoxsa ekologiya sistemində illərlə qurulan görünməz şəbəkənin mərkəzində məhz Vüqar Kərimov dayanır?

İddialara görə, regional meşə təsərrüfatlarında əsas təyinatların böyük hissəsi məhz onun razılığı ilə həyata keçirilir. Meşəçilikdən anlayışı olmayan şəxslərin rəhbər postlara gətirilməsi, yaxın çevrələrin strateji vəzifələrə yerləşdirilməsi, cərimələrin gizlədilməsi, qırıntı aktlarının ört-basdır edilməsi ilə bağlı səslənən ittihamlar artıq sosial şəbəkə söhbəti yox, ciddi ictimai narahatlığa çevrilib.

“Azəryaşlandşaft” – dövlət qurumu, yoxsa dost çevrəsi?

“Azəryaşlandşaft” ASC ətrafında baş verənlər isə ayrıca skandaldır. Quruma rəhbərlik edən Cavid Abdullayev ilə bağlı yayılan narazılıqlar aylardır səngimir.

İddialara görə, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, ərazilərə nəzarət yoxdur, baxımsızlıq hökm sürür. Amma ən ciddi məsələ Cavid Abdullayevin bu posta hansı meyarla gətirilməsidir.

Nazirlik daxilində dolaşan iddialara görə, bu təyinat peşəkarlığa görə yox, şəxsi yaxınlığa görə həyata keçirilib. Həm də “boz kardinal”a. Yəni dövlət qurumu peşəkar kadr siyasəti ilə yox, “öz adamını yerləşdirmə” prinsipi ilə idarə olunur.

Əgər bu iddialar yalandırsa, onda niyə nəticə yoxdur?

Niyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi təşəbbüsü ilə qurulan zeytun bağlarında inəklər gəzir?media-img-20260517-wa0001 Niyə dövlətin nümunə layihəsi kimi təqdim olunan ərazilər baxımsız vəziyyətə düşüb?

Niyə milyonlarla manatın nəticəsi ortada görünmür?

Cənub meşələri necə “əriyib” yoxa çıxdı?

Masallı, Cəlilabad və Yardımlı istiqamətində səslənən ittihamlar isə artıq ekoloji fəlakət səviyyəsindədir.

Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki yoxa çıxması barədə iddialar sadəcə səhlənkarlıq deyil. Bu, dövlət sərvətinin məhv edilməsi iddiasıdır.

76 hektar meşə yox olur və heç kim cavab vermir.

Bu qədər böyük ərazi havaya sovrula bilməz. Deməli, ya kimsə susur, ya da kimsə qorunur.

İddialara görə, illərlə bölgədəki qanunsuzluqlar barədə yazılan aktlar gizlədilib, bəzi əməkdaşlar həqiqəti yazdıqları üçün cəzalandırılıb, qanunsuz qırıntılarla bağlı sənədlər ört-basdır edilib. Ən ağır ittihamlardan biri də budur ki, Vüqar Kərimov qanunsuzluqları sənədləşdirən şəxslərə irad bildirib və “niyə hər şeyi olduğu kimi yazmısan?” deyə narazılıq edir. Əgər bu, doğrudursa, bu artıq vəzifə məsuliyyətsizliyi yox, dövlətə qarşı sabotajdır.

Nazir müavini ətrafında “toxunulmazlıq” görüntüsü

Ekologiya sistemində artıq açıq danışılan başqa bir məsələ də var: “Boz kardinal” Vüqar Kərimovun ətrafında formalaşmış “toxunulmazlıq” görüntüsü.

İddialara görə, onun yaxın çevrəsinə aid şəxslər müxtəlif regional idarələrdə vəzifələrə yerləşdirilib. Təhsili olmayan adamların yüksək postlara gətirilməsi, vaxtilə qanunsuzluqlara görə işdən uzaqlaşdırılmış şəxslərin yenidən sistemə qaytarılması barədə səslənən məlumatlar cəmiyyətdə ciddi narazılıq yaradır. Ən təhlükəlisi isə budur ki, meşələrə cavabdeh şəxslərin adları artıq “meşə mafiyası” ifadəsi ilə yanaşı hallanır. Bu ölkədə ağac əkən insan qəhrəman sayılmalıdır.

Amma indi vəziyyət o yerə çatıb ki, ağacı qorumağa cavabdeh şəxslərin özləri ağacların məhvi ilə bağlı ittiham olunur.

Vüqar Kərimov susduqca suallar böyüyür

Bu gün cəmiyyətin cavab gözlədiyi çox sadə suallar var:

76 hektar meşə haradadır?
Niyə qanunsuz qırıntılarla bağlı iddialar araşdırılmır?
Niyə dövlət meşə fondu torpaqları örüşə və əkin sahəsinə çevrilir?
Niyə illərdir eyni şəxslərin adı qalmaqallarda keçir?
Niyə təhsilsiz və səriştəsiz adamlar mühüm vəzifələrə gətirilir?

Və ən əsası:
Niyə bütün bu iddiaların mərkəzində həmişə Vüqar Kərimovun adı dayanır?

Əgər bu qədər ittiham əsassızdırsa, o zaman nazir müavini açıq danışmalı, ictimaiyyət qarşısına çıxmalı, fakt-fakt cavab verməlidir.

Susqunluq artıq müdafiə deyil.
Susqunluq şübhələri daha da böyüdür.

Bu gün Azərbaycanın ekologiyasını ən böyük təhlükə təkcə iqlim dəyişikliyi deyil. Ən böyük təhlükə kreslosunu dövlətin özündən üstün görən məmur təfəkkürüdür. Elə ulu öndər Heydər Əliyev də o məşhur çıxışı zamanı məhz bu məmur təfəkkürünü nəzərdə tuturdu. “Ağac kəsənlər mənim qollarımı kəsir” deyəndə…

Mənbə: Yenicag.az

Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə milyonlarını leqallaşdırır - Özbəkistanda


"Keçmiş 'Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə Özbəkistanda özünə biznes qurub. Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də Namiq Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə "ROSWELL CAPITAL" Məhdud Məsuliyyətli Cəmiyyəti ("ROSWELL CAPITAL" mas`uliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib."
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Cavanşir Həsənli daha sonra yazır:
"4 382 307 700,00 özmək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğul olub.
Həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu "HİDRO İNŞAAT SERVİS" MMC şirkətinin təsisçiliyi ilə Daşkənddə daha bir şirkət təsis edib. 22 190 960 500,00 som nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş "URDC" xarici şirkət statusu ilə ("URDC" MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb."
TEREF

SOCAR-a məxsus YDM-də bayrağa münasibət narazılıq yaratdı – görüntülər müzakirə olunur


Redaksiyamıza təqdim edilən videogörüntü əməkdaşlarımız tərəfindən qeydə alınıb. Kadrlarda küləkli və ya yağışlı hava şəraitində dövlət bayrağının dirək üzərində yararsız vəziyyətdə saxlanıldığı görünür.

Qeyd edək ki, dövlət bayrağı ilə bağlı etik yanaşmada və ümumi qaydalarda əlverişsiz hava şəraitində bayrağın dirəkdən endirilməsi, onun cırılaraq və ya yararsız vəziyyətə düşərək dalğalanmasından daha doğru və hörmətli davranış hesab olunur. Bu baxımdan görüntülərin sosial şəbəkələrdə narahatlıq doğuracağı istisna edilmir.

Hazırda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınan bu hal həm media nümayəndələrində, həm də bir çox vətəndaşlarda məyusluq yaradıb. Vətəndaşlar hesab edir ki, dövlət rəmzlərinə münasibətdə daha həssas və operativ yanaşma nümayiş etdirilməlidir.

Ümid edilir ki, məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılacaq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək. (BnTv.az)

Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları


BNTV.az-a daxil olan məlumata görə, ötən həftə – 07.05.2026-cı il tarixində Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Nərmin Cəfərova aidiyyəti agentlik rəhbərinin əmri ilə ərizəsi alınaraq vəzifəsindən azad edilib.

İddialara əsasən, may ayının əvvəlində Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həmin məktəb-liseydə yoxlamalar aparılıb və nəticədə direktorun fəaliyyətində ciddi nöqsanların aşkar olunduğu bildirilir.

Mənbənin sözlərinə görə, bundan əvvəl də idarə rəhbərliyinin əmri ilə Nərmin Cəfərova barəsində yol verdiyi nöqsanlara görə bir neçə dəfə intizam tədbirləri, o cümlədən töhmət və şiddətli töhmət tətbiq olunub.

Redaksiyamıza müraciət edən vətəndaşların bildirdiyinə görə, həmin məktəbdə çalışan şəxslərdən biri aprel ayında nazir müavininin Quba şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak edərək direktorun fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyinin rəsmilərinə müəyyən faktlar təqdim edib.

Müraciətlərdə həmçinin qeyd olunur ki, keçmiş direktorun Quba-Xaçmaz Regional Təhsil İdarəsində çalışan Aynurə Dadaşova və Fikrət Heybətov tərəfindən himayədarlıq etdiyi haqqında iddiaları mövcuddur.

Belə ki, vətəndaşın verdiyi məlumata görə, 2024–2025-ci tədris ili dövründə Fikrət Heybətov Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri olduğu zaman Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin məktəbəhazırlıq qruplarının təşkili zamanı başqa ərazilərdə yaşayan uşaqların adlarının saxta yollarla məktəbə yazıldığı, onların məktəbə davamiyyət göstərmədən adlarının siyahıda saxlanıldığı iddia olunur.

İddialara görə, nəticədə real şagird sayı 30-dan az olduğu halda məktəbəhazırlıq qrupu qanunsuz olaraq iki qrupa bölünüb və bu səbəbdən dövlət vəsaitinin qanunsuz xərclənməsinə şərait yaranıb. Bildirilir ki, sinif komplektləşməsi təsdiq olunduqdan qısa müddət sonra həmin şagirdlərin adları məktəbin şagird siyahısından çıxarılıb.

Eyni zamanda bildirilir ki, regional idarədə vaxtilə müdir müavini vəzifəsində çalışmış, hazırda isə paytaxt məktəblərindən birində direktor işləyən Pərvin Ağasiyevin Nərmin Cəfərova ilə həmkəndli olduğu qeyd edilir. Müraciətdə onun sözügedən vəzifəyə təyinat prosesində müəyyən rolunun ola biləcəyi ilə bağlı ehtimallar da yer alıb.

Bundan başqa, redaksiyamıza müraciət edən vətəndaşın iddiasına görə, keçmiş direktor tərəfindən Fikrət Heybətova “Casio” markalı saat hədiyyə edildiyi barədə məlumatlar mövcuddur. Lakin bu iddiaların doğruluğu ilə bağlı hər hansı rəsmi təsdiq təqdim olunmayıb.

Qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı aidiyyəti qurumların münasibətini öyrənməyə çalışırıq.

BNTV.az

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55