İranın yeni təklifi köhnəsindən fərqlənmir - KİV



İranın irəli sürdüyü son təkliflər paketi ABŞ Prezidenti Donald Tramp tərəfindən artıq rədd edilmiş əvvəlki variantlardan demək olar ki, fərqlənmir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, Tehranın yenilənmiş sənədində regional hərbi əməliyyatların dayandırılması, ABŞ qoşunlarının geri çəkilməsi, müharibə təzminatının ödənilməsi, sanksiyaların tamamilə ləğvi və dəniz blokadasına son qoyulması kimi bəndlər yer alıb.

Məlumata görə, son günlər Ağ Evin İran aktivlərinin dörddə birini dondurmaqdan azad etməyə və MAQATE-nin nəzarəti altında dinc nüvə fəaliyyətinə icazə verməyə razılaşdığı barədə xəbərlər yayılsa da, rəsmi Vaşinqton bu iddiaları sürətlə təkzib edib. ABŞ rəsmisi agentliyə açıqlamasında danışıqlar dövründə neft sanksiyalarının müvəqqəti dayandırılması barədə məlumatların tamamilə əsassız olduğunu bildirib.

Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ da öz sərt tələblərini masaya qoyub. Vaşinqton 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə çıxarılmasını, ölkədə yalnız bir nüvə obyektinin saxlanılmasını tələb edir və hər hansı təzminat ödənişindən qəti şəkildə imtina edir. Tərəflər arasında bu istiqamətdə kəskin fikir ayrılığı davam etdiyi bir vaxtda, Avropa tərəfi regional gərginliyi azaltmaq məqsədilə Hörmüz boğazının blokadadan çıxarılması üçün İranla ayrıca danışıqlara başlayıb.

ADY-yə SƏRT etiraz: “Ümid edək burada da sərnişinlərə zorla yemək satmayacaqlar”



Bakı-Tbilisi-Bakı qatarında qiymətlərin necə olacağını hələlik Azərbaycan Dəmir Yolları açıqlamayıb. Ümid edirəm Bakı-Balakən qatarında tətbiq edilən “komfort”, “elit” prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Bizimesr.com bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz 26 may tarixində açılacağı gözlənilən Bakı -Tbilisi qatar biletlərinin qiyməti barədə danışarkən deyib.

O.Gündüz bildirib ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı-Balakən qatarı üçün müəyyən olunan qiymətlər də hədsiz yüksək idi: “Qiymətləri Azərbaycan Dəmir Yolları “komfort”, “VIP zal”, “dünya təcrübəsi” ilə izah etmişdi. Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil.

Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir. Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də SV-nin qiyməti 72-100 manat arasında dəyişir. Əvvəllər bu 22 manat 50 qəpik olub.

Ümumiyyətlə isə ADY-nin təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq əvvəlkilərdən 3-4 dəfə bahadır. Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb.

ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb. Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur.

Bakı-Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı-Balakən qatarında tətbiq edilən “komfort”, “elit” prinsiplər, zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq”.(Bizimesr.com)

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu müddət ərzində “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair də zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb


Bakının mərkəzində yerləşən yaşayış binasının həyətində qanunsuz tikildiyi iddia olunan kulinariya sexi sakinlərlə obyekt sahibi arasında ciddi narazılığa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Bakı şəhəri, Nizami küçəsi 9 ünvanında yerləşən 2 mərtəbəli, 4 mənzilli yaşayış binasının sakinləri binanın arxa hissəsində yerləşən ümumi istifadədə olan qapalı həyətdə qanunsuz tikinti aparıldığını bildirilir.
Şikayətçi İlham Faiq oğlu Muxtarov qeyd edir ki, 1968-ci ildən ailəsinə məxsus olan və hazırda onun adına rəsmiləşdirilmiş 1 və 2 saylı mənzillər binanın birinci mərtəbəsində yerləşir. İkinci mərtəbədəki mənzillər isə Hüseynova Nərminə və Məmmədova İradənin mülkiyyətindədir.

Sakinlərin sözlərinə görə, binanın arxa hissəsində yerləşən və yalnız ümumi dəhliz vasitəsilə giriş mümkün olan təxminən 150 kvadratmetrlik qapalı həyət uzun illər bina sakinlərinin ümumi istifadəsində olub. Lakin sonradan ikinci mərtəbə sakini Hüseynova Nərminə tərəfindən həmin ərazidə təxminən 30 kvadratmetrlik kulinariya sexi tikilib.

İddialara əsasən, sakinlərin etirazına baxmayaraq, obyekt müxtəlif şəxslərə və şirkətlərə icarəyə verilib. Nəticədə binanın giriş hissəsi və həyət faktiki olaraq kommersiya məqsədli istifadəyə keçib.
Birinci mərtəbə sakinləri bildirirlər ki, sexin fəaliyyəti onların yaşayış şəraitinə ciddi mənfi təsir göstərir.
Belə ki, ümumi istifadə sahələrində antisanitariya halları yaranır, kəskin yemək qoxuları yayılır, giriş-çıxış çətinləşir və ümumi həyətdən istifadə imkanları məhdudlaşdırılır.
Məsələ ilə bağlı şikayətçi İlham Muxtarov 2025-ci ilin sentyabr ayında Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini və hazırda məhkəmə prosesinin davam etdiyini bildirib.
Onun sözlərinə görə, prosesin gedişi qanunsuz tikilinin sökülməsi ilə bağlı qərarın verilməsini qeyri-müəyyən edir.
Qeyd edək ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti sorğumuzu cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, məhkəmənin növbəti iclası 26 may 2026-cı il tarixinə təyin olunub.

Gununsesi.info

NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!


"Peşəkar dedikdə işini vicdanla və yüksək səviyyədə görən insan başa düşülür — istər qaynaqçı olsun, istər usta, istər fəhlə, istərsə də, mühəndis! Peşəkarlar qaz iyi gələn yerdə yox, ətir iyi gələn kabinetlərdə var?" "DİA-AZ" xəbər verir ki, bu ifadələr Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının SOCAR prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətdə yer alıb.
Qeyd edək ki, sözügedən müraciətin müəllifi olan SOCAR işçiləridir və NHMT sədri SOCAR prezidentindən işçilərin haqlı tələblərinə, suallarına cavab verməsini istəyir.
Müraciətdə daha sonra deyilir: "Son aylarda SOCAR Azəriqaz İB sistemində “əlavə peşəkarlıq” mövzusu işçilər arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə idarəetmə aparatında, departament rəhbərliklərində və bəzi mühəndis heyəti arasında bu əlavələrin necə və kimlərə verilməsi ciddi suallar doğurur.
Maraqlıdır ki, yağışda, palçıqda, qaz sızmasının içində çalışan qaynaqçı, qəza zamanı həyatını riskə atan çilingər, illərlə istehsalatın yükünü daşıyan fəhlə “adi işçi” olaraq qalır. Sizin gözününz bu qədər bağlıdır ki? Ay özünü peşəkar hesab edən rəhbərlər görmüsüz ki 1000 dən cox abonentə xidmət edən Satış xidməti üzrə çalışan çilingərlərin gördüyü işlərin siyahısı isə heç də kiçik deyil:
- hər ay sayğac göstəricilərinin oxunması, hər 3 aydan bir texniki baxışların keçirilməsi, ödəniş etməyən abonentlərin qaz təchizatının dayandırılması, qaz sızmalarının qarşısının alınması, sayğac dəyişiklikləri və digər ağır, məsuliyyətli işlər.
Üstəlik bütün bunlar həm fiziki, həm də təhlükəsizlik baxımından ciddi risk altında həyata keçirilir. Amma universitet diplomunun mürəkkəbi hələ qurumamış bəzi şəxslər və ya tamam başqa sahədən gəlib birbaşa kabinet mühəndisi olanlar qısa müddətdə ✅"əlavə peşəkar” statusu qazanır.
Belə görünür ki, peşəkarlıq artıq iş təcrübəsi ilə yox, kondisionerli otağın yerləşdiyi mərtəbə ilə ölçülür.
Ən maraqlı məqam isə budur ki, bu əlavələrin hansı kriteriyalar əsasında verildiyini soruşanda ortada nə konkret mexanizm görünür, nə də şəffaf izah. Halbuki peşəkar dedikdə işini vicdanla və yüksək səviyyədə görən insan başa düşülür — istər qaynaqçı olsun, istər usta, istər fəhlə, istərsə də mühəndis.
Əgər “əlavə peşəkarlıq” həqiqətən peşəkarlığa görə verilirsə, o zaman istehsalatın ən ağır yükünü çəkən insanların adları niyə siyahılarda görünmür?
Yox əgər məsələ başqa meyarlarla ölçülürsə, onda buna “əlavə peşəkarlıq” demək bir az çətin görünür. Daha uyğun variantlar da tapmaq olar:
“rəhbərliyin simpatiya paketi”,
“kabinet komfort əlavəsi”
və ya “tanışlıq əsasında yüksək peşəkarlıq mükafatı”..."

DİA-AZ

"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ


Naxçıvanda məzun geyimi ilə bağlı fərqli qaydalar bəzi valideynlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, şəhər məktəblərinin məzunlarına sərbəst geyimə icazə verildiyi halda, kənd məktəblərinin şagirdlərindən tədbirdə yalnız məktəbli forması ilə iştirak etmələri tələb olunur.

Valideynlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, əvvəlcə kənd məktəblərinə də sərbəst geyimə icazə verilib. Bu səbəbdən məktəblərdə valideynlər razılaşaraq şagirdlər üçün eyni üslubda geyim seçiblər.

Valideynlərin əksəriyyəti həmin geyimləri artıq alıb və ya sifariş verib. Sonradan qərarın dəyişdirilməsi isə onların əlavə ziyana düşməsinə səbəb olub.

Kənd məktəblərinə münasibətdə ayrı-seçkilik edildiyini düşünən valideyn Səma Fətullayeva ikiqat maddi ziyana düşdüyünü deyir:

“Mart ayında dedilər ki, bütün məktəblərdə məzun geyimi sərbəstdir, valideynlər öz aralarında razılaşıb vahid geyim seçsinlər. Bizim kənddə də valideynlər razılaşıb bir stil seçdik. Əksəriyyət artıq həmin geyimləri alıb. Mən də oğlum üçün təxminən 100 manata geyim aldım. Məzun gününə az qalmış isə deyirlər ki, kənd məktəblərinin şagirdləri məktəbli forması geyinməlidir.

Mənim oğlumun məktəbli forması köhnəlib, onunla məzun gününə getmək istəmir. İndi məcburam əlavə xərc çəkib yeni forma alım. Halbuki onu bir dəfə geyinəcək, sonra isə kənara qoyacaq. Bizi niyə xərcə salırlar? Əgər qayda varsa, hamıya eyni cür tətbiq olunmalıdır. Kənd uşaqlarını niyə fərqləndirirlər?”

Digər valideyn Vasif Abbasov da qərardan narazıdır:

“Bu ayrı-seçkiliyin niyə edildiyini anlamıram. Çox valideyn xeyli xərc çəkib, borc-xərclə sərbəst geyim alıb. İndi isə çoxu məcburdur yenidən məktəbli forması alsın. Yaxşı ki, mən hələ sərbəst geyimi almamışdım. Yoxsa digərləri kimi pulum batacaqdı. Amma indi onun yerinə yeni məktəbli forması almalıyam. Çünki qızımın forması köhnəlib, tədbirə geyinməyə uyğun deyil. Məcburam yeni forma alım və onu bir dəfə geyindikdən sonra kənara qoyum. Sərbəst geyim olsaydı, tədbirdən sonra da istifadə etmək mümkün idi.”

Valideynlər qərarın yenidən nəzərdən keçirilməsini və qaydaların bütün məktəblərə eyni şəkildə tətbiq olunmasını istəyirlər.

“Yeni Klinika” Barat Yusubovu “silə bilmədi” – Foto


TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika”nın rəsmi saytında rəhbərliklə bağlı məlumatların yenilənməməsi diqqət çəkib.

Klinikanın direktoru vəzifəsində çalışmış Barat Yusubov bu ilin 21 aprel tarixində vəzifəsindən azad edilib. Bir müddət sonra isə onun yerinə keçmiş müavini Qalib İmanov direktor təyin olunub.

Lakin direktor dəyişikliyindən təxminən bir ay keçməsinə baxmayaraq, “Yeni Klinika”nın rəsmi internet səhifəsində hələ də Barat Yusubov “direktor”, Qalib İmanov isə “direktor müavini” kimi təqdim edilir.

Bu vəziyyət dövlət tibb müəssisələrinin rəsmi informasiya resurslarının operativ idarə olunması məsələsini yenidən gündəmə gətirib. Çünki vətəndaşlar üçün əsas məlumat mənbələrindən biri məhz rəsmi saytlar hesab olunur.

Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarının internet səhifələrində kadr dəyişiklikləri, struktur yenilikləri və digər vacib məlumatlar vaxtında yenilənmir. Bu isə həm məlumatın aktuallığını şübhə altına alır, həm də ictimaiyyət arasında çaşqınlıq yaradır.

Xüsusilə səhiyyə sahəsində fəaliyyət göstərən müəssisələrin rəsmi platformalarında məlumatların dəqiq və güncəl olması vacib hesab edilir. Çünki həmin resurslar həm pasiyentlər, həm media nümayəndələri, həm də ictimaiyyət üçün istinad mənbəyidir.

Hazırda “Yeni Klinika”nın saytında rəhbərlik bölməsində heç bir dəyişiklik edilmədiyi görünür. Direktor postunda hələ də Barat Yusubovun adı və fotosu yer alır, Qalib İmanov isə əvvəlki vəzifəsi ilə göstərilir.(Tribuna.az )

Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...



"Artıq bir neçə ildir ki, çoxsaylı qalmaqalları və müxtəlif qanun pozuntuları ilə gündəmə gələn, bəd əməllərinə görə məhkum edilən iş adamı Arzu Kazımovla bağlı şikayətlər bitmək bilmir. Paytaxtın müxtəlif bölgələrində bina inşası və mənzil satışı həyata keçirən, barəsində cinayət işi açılan Arzu Kazımov bu gün də öz qaranlıq əməllərini davam etdirməkdədir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məlumat üçün qeyd edək ki, vaxtiylə adı Mahir Abdullayev olayında hallanan Arzu Kazımov, bir müddət öncə mənzil alqı-satqısında yol verdiyi saxtakarlıqlara görə istintaqa cəlb edilib. Lakin nə qədər qəribə olsa da, haqqında cinayət işi açılmasına, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmasına baxmayaraq, Arzu Kazımov bu gün də mənzil alverini davam etdirməkdədir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, bu alver yenə də köhnə üsulla – digər alıcıların və ya artıq mənzil sahibi olan digər şəxslərin hüquqlarının kobud şəkildə pozulmsı, onların aldadılması və s. ilə müşahidə edilir.

Arzu Kazımov üçün xarakterik xüsusiyyətlərdən biri də iş adamının yalnzı alıcılara deyil, həm də öz şəriklərinə “atması”, onları da “yaman günə” qoymasıdır. Məhz buna görədir ki, bu gün Arzi Kazımovla şəriklik ömülük bədbəxt olmaq, borc bataqlğına yuvarlanmaq kimi dəyərləndirilir.

Arzu Kazımovun bəd əməllərindən zərər çəkən, milyonlarla manat məbləğndə ziyana uğrayan və taleləri puç olan insnaları isə bir sual düşündürür: Barəsində cinayət işi açılan iş adamını kim himayə edir? Necə olur ki, mənzil alqı-satqısında yol verdiyi çoxsaylı dələduzluq əməllərinə görə, barəsində cinayət işi açılan şəxs, heç bir şey olmamış kimi yenə də rahat şəkildə mənzil satışı həyata keçirir? Arzu Kazımova yaradılan bu şərait yeni şikayətçilərin və qurbanların meydana gəlməsinə səbəb olarsa, o zaman iş adamı ilə yanaşı, həm də onu himayə edən şəxslər məsuliyyətə cəlb olunmalı deyilmi?

Vətəndaşlar ümid edir ki, inşaat sektoru və mənzil biznesində alıcı və digər iş adamlarının kabusuna çevrilən Arzu Kazımovla bağlı əlaqədar qurumlar daha ciddi addımlar atacaq, bu şəxsin əməlləri hüquq müstəvisində ciddi şəkildə araşdırılacaq..."(DİA-AZ)

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25