Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və ya yeni adı – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı! - Bu qurumun funksional işi ölkədə təhsil sahəsində çalışan işçilərin hüquqlarının qorunması, sosial-iqtisadi maraqlarının təmin edilməsi və peşəkar inkişafının dəstəklənməsi vəzifəsi olmalıdır. Bilməyənlər üçün xatırladım ki, Komitənin rəsmi fəaliyyət istiqamətləri arasında təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün işçi qruplarının yaradılması, məclislərin keçirilməsi, iş şəraitinin yaxşılaşdırılması və mədəni-kütləvi tədbirlərin təşkili yer almalıdır. Oda məlumdur ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevdir.
O, bu vəzifəyə 2024-cü ilin avqust ayında təyin olunub. Bundan əvvəl isə müxtəlif vəzifələrdə, həmçinin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Və, beləliklə, Paşayevin rəhbərliyi altında Komitə artıq 15 aydır fəaliyyət göstərir. Seçildiyi zaman təhsil işçilərinə verdiyi vəədlərdən düz 15 ay keçir.
Amma və Lakin…
Əmması odur ki, bu müddət ərzində Azərbaycanda təhsil sahəsində müəllimlər arasında narazılıqların artması, direktorların müəllimlərə qarşı haqsızlıqları və digər problemlərin sayı hesabı olmayıb. Belə olan halda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi), konkret olaraq Araz Paşayevin rəhbərliyi dövründə müəllimlərin müdafiəsi üçün hansı konkret addımlar atıb?
Müşahidələrimiz göstərir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox özlərinə yaxın müəllimlər və direktorlarla məclislər keçirmək, müəyyən rəsmi tədbirləri təşkil etmək və alqışlarla başa çatdırmaqla məhdudlaşıb. Əslində isə ölkənin təhsil işçilərinin 90%-i hər ay əmək haqqlarından Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını üçün pul tutulduğu qurumun rəhbərini tanımır, onların problemlərini Həmkarlar İttifaqınn həll etmədi gün kimi aydındır.Nə qədər qəribə görünsə də, bu qurumun fəaliyyəti o qədər kasad və lazımsızdır ki, təhsil işçisi problemi olanda belə bu ünvan onun yadına düşmür. Düşünmür ki, Azərbaycanda onu müdafiə edə biləcək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və onun rəhbəri Araz Paşayev var.
Gələk hər şeyi həll edən, pul məsələsinə. Hər üzv müəllimdən müəyyən miqdarda əmək haqqından pul tutulur. Amma bu pulların istifadəsi barədə açıqlıq, hesabat belə yoxdur: Hansı məqsədlərə xərclənir? Hara gedir? Bu suallar illərdir cavabsız qalır və Araz Paşayevin şəffaflıq məsələsində ciddi boşluqlarını göstərir.
Rəsmi bəyanatlarda, pafoslu çıxışlarda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı – Araz Paşayev təhsil sahəsində islahatlara dəstək verməli, işəgötürənlərlə əməkdaşlıq etməli, müəllimlərin hüquqlarını qorumaq və iş şəraitini yaxşılaşdırmaq vəzifəsini yerinə yetirməli olduğu gurultulu səslənir. Amma praktiki olaraq müəllimlərin çoxu bu dəstəyi hiss etmir, etməyib, etməyəcək də. Direktorların haqsızlıqları və müəllimlərə qarşı qeyri-ədalətli davranışları isə davam edir.
Bu vəziyyət göstərir ki, 20 aydan artıq fəaliyyəti dövründə Paşayev müəllimlərin problemlərinə əhəmiyyət verməyib, əsas diqqət formal və ya yaxın çevrə üçün tədbirlərin keçirilməsinə yönəlib, ölkənin bütün təhsil işçilərinin ehtiyaclarını nəzərə alacaq, şəffaf və məsuliyyətli rəhbərlik isə hələ görülməyib.
Nəticə olaraq, Araz Paşayevin rəhbərliyi dövründə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox rəsmi görüntü xarakteri daşıyır, təhsil işçilərinin real problemlərinə həlledici yanaşma isə sıfırdır. Bu da müəllimlər arasında həm narazılıq, həm də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqa qarşı etimadsızlıq yaradıb. Hələ təhsil işçilərinin yay tətillərində istirahətə getmək istədiyi zaman rüsvayçılığı demirəm. Bu barədə isə növbəti yazııda....
!"İnfoPlyus.Tv"

Sahibkar qazansın, fəhlə canından olsun !- Nizami rayonunda qorxulu mənzərə... VİDEO


Redaksiyamıza daxil olan video görüntülərdə “Məmməd Səid Ordubadi 2A” ünvanında — 7 saylı doğum evinin qarşısında aparılan tikinti işləri zamanı fəhlələrin həyatının ciddi təhlükə altında olduğu görünür.


Kadrlarda iki nəfərin 14-cü mərtəbədə armaturların üzərinə çıxaraq heç bir təhlükəsizlik qaydasına əməl etmədən çalışdığı əks olunub. Belə ki, fəhlələrin üzərində təhlükəsizlik kəməri, kaska və digər qoruyucu vasitələrin olmadığı görünür.


Görüntüləri redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, ərazidə tikinti aparan “MTK” barədə məlumat lövhəsi də yerləşdirilməyib.


Aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma apararaq insan həyatını təhlükəyə atan hallara hüquqi qiymət verməsi tələb olunur.


“Millisfera.az”

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var


Adının çəkilməsini istəməyən mənbənin redaksiyamıza verdiyi məlumata görə, Mingəçevir Turizm Kollecində tələbələrdən müxtəlif adlar altında məcburi pul yığımı həyata keçirilir.
Mənbə bildirir ki, kollecdə keçiriləcək məzun günü tədbiri üçün hər bir tələbədən məcburi şəkildə 20 manat tələb olunur. Tələbələrə bildirilib ki, tədbirdə iştirak etməyən və tələb olunan məbləği ödəməyən şəxslər buraxılış imtahanlarında problemlərlə üzləşdirilə bilər. Bu isə həm tələbələr, həm də valideynlər arasında ciddi narazılıq yaradıb.
Şikayətdə qeyd olunur ki, bundan əvvəl tələbələrdən guya toy məclisi təşkil etmək adı ilə 65 manat pul yığılması planlaşdırılırdı. Yalnız Elm və Təhsil Nazirliyinin bu kimi halları qadağan edən tapşırığından sonra həmin təşəbbüs dayandırılıb.
Bununla yanaşı, kollecdə təxminən 1500 tələbənin təqaüdündən hər ay 2 manat məcburi şəkildə tutulduğu iddia edilir. Rəhbərlik bunun “kimsəsiz tələbələrə yardım” məqsədi daşıdığını bildirsə də, tələbələr yardımın könüllü deyil, məcburi şəkildə həyata keçirildiyini vurğulayırlar.
Mənbə kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının fəaliyyəti ilə bağlı da sualların yarandığını qeyd edir. Belə ki, tələbələrdən yığılan həmkarlar haqlarının hansı istiqamətlərə xərcləndiyi barədə şəffaf məlumat verilmir.
Şikayətdə kollecin keçmiş direktoru Əyyub Əyyubovun da vaxtilə korrupsiya iddiaları səbəbindən vəzifədən uzaqlaşdırıldığı xatırladılır və hazırkı direktor Kamal Əhmədovun dövründə də tələbələrdən müxtəlif adlarla pul yığılması hallarının davam etdiyi bildirilir.
Narazı tələbə və valideynlər aidiyyəti qurumlardan Mingəçevir Turizm Kollecində baş verən bu iddiaların araşdırılmasını, qanunsuz pul yığımı hallarına son qoyulmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb edirlər./Gundemxeber.com

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ


Forumlar artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib

Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib

Xatırlayırsınızsa, ötən ilin noyabrında keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu barədə ilk gündən ciddi suallar vardı.

Ən əsas problem şəffaflığın olmaması idi. Hansı ölkədən neçə nümayəndə qatılıb? Hansı QHT-lər iştirak edib? Nümayəndələrin seçim meyarı nə olub? Bunların heç biri ictimaiyyətə açıqlanmadı. Halbuki beynəlxalq əməkdaşlıq adı ilə keçirilən tədbirlərdə legitimlik və təmsilçilik əsas məsələdir.

Sonradan məlum oldu ki, forumun əsası “Ortaq Dəyərlər” İctimai Birliyinin “Türk Dünyası QHT Platformasının yaradılması” adlı layihəsindən yaranıb və bu layihəyə QHT Agentliyi tərəfindən əvvəlcə 30 min manat ayrılıb. Daha sonra isə eyni təşkilata müsabiqədənkənar qaydada əlavə 300 min manatdan çox vəsait verilib. Burada artıq ilk ciddi problem meydana çıxır: əgər layihə ilkin mərhələdə 30 min manatlıq konsepsiya idisə, sonradan hansı əsaslandırma ilə onun büdcəsi on dəfələrlə artırıldı? Hansı nəticələrə görə? Hansı qiymətləndirmə əsasında?

Daha absurd məqam isə budur ki, cəmi 5 ay sonra eyni forumun ikinci dəfə keçirilməsinə qərar verilib. Beynəlxalq təşkilatlanma praktikasında bu tip forumlar adətən illik əsasda keçirilir və hər dəfə başqa ölkə ev sahibliyi edir. Çünki məqsəd əməkdaşlıq coğrafiyasını genişləndirmək, müxtəlif tərəflərin prosesə sahibliyini təmin etməkdir. Burada isə Azərbaycan tərəfi forumu yenidən özü təşkil edir, yenə məhdud sayda iştirakçı gətirir və yenə yüz minlərlə manat xərcləyir.

Bu dəfə isə vəsait “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinə yönəldilir, yenə də müsabiqədənkənar şəkildə və yenə 300 min manatadək vəsait(?) Belə çıxır ki, forum artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib.

Ən vacib sual isə cavabsız qalır: birinci forumdan ikinci forumadək konkret nə dəyişdi? Hansı ortaq fəaliyyət planı qəbul edildi? Hansı beynəlxalq təşəbbüs ortaya çıxdı? Hansı davamlı əməkdaşlıq quruldu? Ortada görünən yeganə nəticə ardıcıl forum fotoları, pafoslu çıxışlar və şişirdilmiş PR kampaniyasıdır.

Bu mənzərə sadəcə israfçılıq və adi “tədbirçilik” deyil, sistemli şəkildə qurulmuş imitasiya sənayesini xatırladır. Kağız üzərində “Türk dünyası həmrəyliyi”, “QHT əməkdaşlığı”, “platforma quruculuğu” kimi pafoslu ifadələr dolaşdırılır. Bu xüsusda dövlət vəsaiti real vətəndaş cəmiyyəti quruculuğuna deyil, tədbir dekorasiyasına xərclənir.

Daha gülünc vəziyyət isə “Forum içində forum” modelidir. Bir günlük tədbirin daxilində əlavə üç-dörd “əməkdaşlıq forumu” təşkil edilir. Azərbaycan–Şimali Kipr, Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan forumları eyni tarixdə, eyni məkanda, eyni iştirakçılarla keçirilir. Bu artıq təşkilati xaos deyil, açıq manipulyasiya təəssüratı yaradır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il “innovativ layihələr”, “yeni yanaşmalar”, “prioritet istiqamətlər” barədə danışır. Amma nəticədə dörd fərqli təşkilat eyni mahiyyətli layihələrlə maliyyə qazanır. Sadəcə ölkələrin adı dəyişir. Bu isə iki ehtimal yaradır: ya sistem tamamilə nəzarətsizdir, ya da layihə mövzuları əvvəlcədən koordinasiya olunur.

Həmin layihələri məbləğləri ilə təqdim edirik:

1. “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi - Azərbaycan-Macarıstan QHT-lərinin I Əməkdaşlıq Forumu - 28000 manat,

2. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi - Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu – 25000 manat,

3. “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan-Qırğızıstan QHT-lərinin I Forumu – 27000 manat,

4. “Bakı Politoloqlar Klubu” İctimai Birliyi - Azərbaycan-Türkmənistan vətəndaş cəmiyyətinin təmsilçilərinin I Forumu – 25 000 manat.

Ən diqqətçəkən nümunələrdən biri Azərbaycan–Türkmənistan vətəndaş cəmiyyəti forumudur. Tədbirdə cəmi 4 xarici iştirakçı görünür. Qalanların hamısı yerli QHT nümayəndələridir. Bu necə “ikitərəfli forumdur”? Həmin şəxslər doğrudanmı Türkmənistan vətəndaş cəmiyyətini təmsil edir? Onların mandatı nədir? Hansı təşkilatları təmsil edirlər? Bu sualların heç birinə cavab verilmir.

Bütün digər forumlarda da oxşar mənzərə müşahidə olunur: eyni simalar müxtəlif tədbirlərdə dövr etdirilir, fərqli adlar altında yeni layihələr kimi təqdim olunur. Formal olaraq ayrı-ayrı tədbirlər göstərilsə də, mahiyyətcə söhbət eyni toplantının müxtəlif adlarla sənədləşdirilməsindən gedir.

Bu istiqamətdə "Yenixeberorg"a QHT-lərin forum layihələri ilə bağlı daha bir maraqlı məlumat daxil olub.
Məlumatda iddia edilir ki, QHT Agentliyi bu layihələrdə təşkilat sədrlərinin ancaq özünə 3 aylıq 1000-1500 manat maaş yazmağa icazə verib. Layihələr 16 mayda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumuna daxil edilib. Hələ müqavilələr bağlanmayıb və Ədliyyə Nazirliyi bildirişləri verməyib(?) Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib. Əgər fəaliyyət bir gündə yekunlaşıbsa, 3 aylıq idarəetmə və koordinasiya xərcləri hansı iş üçün nəzərdə tutulub? Bu açıq qanun pozuntusudur.

Azərbaycan–Macarıstan forumu ilə bağlı vəziyyət isə açıq qalıb. Macarıstandakı siyasi dəyişikliklər səbəbindən lazımi iştirak təmin olunmayıb. Buna baxmayaraq tədbir yenə də “beynəlxalq əməkdaşlıq forumu” kimi təqdim edilir. Yəni əsas məqsəd real nəticə yox, tədbirin keçirildiyini göstərməkdir.

Ən problemli məqamlardan biri də maliyyə xərclərinin şişirdilməsi ehtimalıdır. Eyni məkan, eyni iştirakçılar, eyni qida xidməti, eyni logistika müxtəlif forumların ayrıca xərcləri kimi rəsmiləşdirilir. Praktik olaraq bir tədbir bir neçə tədbir kimi sənədləşdirilir. Bu isə ciddi audit və araşdırma tələb edən məsələdir.

Vəziyyəti daha da qəribə edən məqam həmin qonaqların paralel şəkildə başqa tədbirlərə, o cümlədən Beynəlxalq Şəhərsalma Forumundakı QHT-lərə Dövlət Dəstəyi Agentliyi pavilyonuna yönləndirilməsidir. Yəni bir dəfə ölkəyə gətirilmiş iştirakçılar müxtəlif layihələrin “iştirakçısı” kimi göstərilir və müxtəlif büdcələr üzrə xərc kimi silinir. Bu artıq koordinasiyalı “tədbir iqtisadiyyatı” təsiri bağışlayır.

Bir məqamı da unutmadan qeyd etmək yerinə düşər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forum və tədbirlərin əksəriyyətinə QHT nümayəndəsi adı altında müxtəlif ali təhsil ocaqlarının tələbələri də gətirilir. Yaxın vaxtlarda həmin ali məktəblərin hansı maraqlar səbəbindən buna razılıq verdiyinə də ayrıca toxunacayıq...

Bütün bunların fonunda ən acınacaqlı nəticə isə odur ki, forumlarda ciddi və nüfuzlu xarici və beynəlxalq QHT nümayəndələri görünmür. İştirakçıların böyük hissəsi resursu və təsir imkanları zəif olan şəxslərdən ibarətdir. Yəni ortada nə real beynəlxalq şəbəkələşmə var, nə strateji əməkdaşlıq, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dayanıqlı nəticə.

Nəticədə isə dövlətə və cəmiyyətə təqdim olunan mənzərə budur: çoxlu forum, çoxlu banner, çoxlu şəkil, çoxlu çıxış və sıfıra yaxın nəticə.

Bu model artıq “QHT inkişafı” deyil. Bu, büdcə hesabına süni aktivlik istehsalıdır. Kağız üzərində beynəlxalq əməkdaşlıq görüntüsü yaradılır, reallıqda isə eyni tədbirlər fərqli adlarla dövr etdirilərək həm PR qurulur, həm də maliyyə axını təmin edilir.

Ən təhlükəli tərəf isə budur ki, bu cür imitasiya fəaliyyəti real vətəndaş cəmiyyətinin nüfuzunu da məhv edir. Çünki nəticədə ictimaiyyətdə belə təsəvvür yaranır: QHT sektoru inkişaf yox, tədbir biznesi ilə məşğuldur. Halbuki həqiqi vətəndaş cəmiyyəti nümayiş üçün yox, nəticə üçün işləməlidir.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edir.

Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir?

Prezident İlham Əliyev:
Əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır.

Müxbir: Aydındır ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhər" və yaşıl enerji layihələrini təqdim edib. Bunlar münaqişədənsonrakı dövrdə yenidən qurulan ərazilərdir. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər? Başqalarının təcrübəsindən faydalanmaqdan danışdınız, bəs, onlar sizdən nə öyrənə bilər?

Prezident İlham Əliyev:
Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.

İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Müxbir: Yəni dünyanın digər ölkələri üçün bir model rolunu oynaya bilər ki, bu da gözəl haldır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Avropa enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolunun necə inkişaf edəcəyini görürsünüz?

Prezident İlham Əliyev:
Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.

Müxbir: Təşəkkür edirəm. Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?

Prezident İlham Əliyev:
Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq.

Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.

Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.

Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək həmişə böyük məmnuniyyətdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi yenidən Azərbaycanda görməkdən məmnunam.

Müxbir: Geri qayıtmaq həmişə çox xoşdur. Müsahibəyə görə təşəkkür edirəm.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25