Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...


"15 ildir Şəkidə hökmranlı qedən elxan Usubov rayonumuzun bəxtinə düşən ən qara günlərin memarıdır. Bu gün Şəki niyə geridə qalır, Azərbaycanın bu tarixi yurdu, qədim abidələri ilə zəngin olan Şəkimiz nədən turizm bölgəsinə çevrilə bilmədi... Bütün bunları analiz etdikdə, tək bir səbəb görürük: YARITMAZ İCRA BAŞÇISI..." "Dia.az" xəbər verir ki, bu ifadələr redaksiyamıza göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "15 ildir ki, Elxan Usubov Şəkiyə ayrılan büdcə pullarının qarşısını bir əjdaha kimi kəsib. Əgər cənab Prezidentin Şəki ilə bağlı sərəncamları icra olunsaydı, ayrılan pullar ünvanı üzrə xərclənsəydi, indi Şəkimiz cənnətə çevrilmişdi.

Amma indi biz Şəkiyə ürək ağrısı ilə baxırıq. Bütün küçələr qazılıb... Həm də 10 ildir... Deyirlər bizim icra başçısımız qızıl axtarandır. Olsun... axtarsın... Amma küçələrdən də qızıl axtarır? 10 ildir ki, Şəkinin küçələrini qazıb, son bir ildə bəzi küçələr təmir olunsa da, ümumilikdə ortadakı vəziyyət bir şeyi deyir: GÖRÜNÜR... ayrılan pullar yeyildiyindən Elxan Usubov dağıtdığı küçələri bərpa edə bilmir.

Biz Şəki camaatı artıq qonşu rayonlara həsrətlə baxmaqdan da yorulmuşuq. Deyirlər, Şəki turizm bölgəsidir. Amma ilboyu Şəkidə olan turistləri barmaqla saymaq olar... Onlar da yolüstü gələnlərdir... Adam qonşu Yevlaxa baxır, orda görülən işlərə baxır, həsəd aparır... Turist hətta təbiət baxımından, coğrafi quruluş baxımından Şəkidən qat-qat geri qalan Yevlaxa gedir, amma Şəkiyə gəlmir. Səbəbi isə yenə də birdir: TAMAHKAR İCRA BAŞÇISI..."

Məsələ diqqətimizdədir...

Dia.az

“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?



Azyaşlı övladının bağçada psixoloji təzyiqə məruz qaldığını iddia edən ana sosial şəbəkədə paylaşım edib.

Söhbət "Nağıllar dünyası" uşaq bağçasından gedir.

Paylaşımda ana son günlər övladının davranışlarında dəyişikliklər müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq bağçaya getmək istəmir, gecələr yuxudan qorxaraq oyanır və müəllimlərin adını çəkərək ağlayır:

Valideyn iddia edir ki, bağçada uşaqlara qışqırılır, sərt davranılır və bu vəziyyət övladında travma yaradıb:

"Son 5 gündə oğluma nə yaşadıblarsa, gözünün işığı sönüb. Nə haqla? Siz kimsiniz? Uşağa qışqırmaqla, əmrlər verməklə tabe etməyə çalışırlar. Belə pedeqoq olur? Travma yaradaraq övladımı bağçalarına "alışdırmağa" çalışırlar. Mənim uşağım bağçanın qapısından içəri girmək istəmir".

Şikayətçi bir müddətdir yaşananlardan şübhələr duyduğunu bildirib:

"Gecənin bir yarısında övladım yuxudan oyanıb müəllimlərin adını çəkir, qışqırır. "Ana getmirəm. Yoxdu bağça" deyir. Nədir bu? Nə deməkdir? Övladım evdə bütün gün "sus", "otur" kimi sözlər deyir. Bütün gün qucağımdan düşmür".

Ana həmçinin bildirib ki, məsələ ilə bağlı digər valideynlər və bəzi bağça əməkdaşları da ona yazaraq narahatlıqlarını ifadə ediblər. O, bağçada müəllim və dayələrin tez-tez dəyişdiyini də vurğulayıb.

Milli.az

Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT


“Finex Kredit” BOKT-un maliyyə vəziyyətində ciddi geriləmə qeydə alınıb.


Tribuna.az xəbər verir ki, bu barədə sözügedən BOKT 31 dekabr 2025-ci il Maliyyə Hesabatında bildirib. Şirkət 2025-ci ili 1 milyon 374 min manat zərərlə başa vurub. Halbuki, 2024-cü ildə cəmi 1260 manat mənfəət açıqlanmışdı. Beləliklə, BOKT-un maliyyə nəticəsi bir il ərzində təxminən 1 milyon 375 min manat pisləşib.


Şirkətin aktivləri də kəskin azalıb. 2024-cü ilin sonunda 3 milyon 789 min manat olan aktivlər 2025-ci ilin sonunda 1 milyon 860 min manata düşüb. Kredit portfeli isə 27,8 faiz azalaraq 1 milyon 960 min manat təşkil edib.


Gəlirlərdə də azalma müşahidə olunur. Faiz gəlirləri 17,8 faiz, xalis faiz gəlirləri isə 24 faiz geriləyib. Bununla yanaşı, komissiya və inzibati xərclər artıb.


Ən böyük zərbə isə problemli kreditlər və digər aktivlər üzrə yaradılan ehtiyatlardan gəlib. Şirkət vaxtı keçmiş kreditlər və digər riskli aktivlər üzrə ümumilikdə 1 milyon 112 min manat ehtiyat ayırıb. Məhz bu amil “Finex Kredit”in mənfəətdən iri həcmli zərərə keçməsinə səbəb olub.
Nağd vəsaitlər də bir il ərzində 90 faizdən çox azalaraq 392 min manatdan 38 min manata düşüb. Şirkətin kapitalı isə 11,8 faiz azalıb.
Beləliklə, “Finex Kredit” BOKT 2025-ci ildə zəifləyən aktiv bazası, daralan kredit portfeli və böyük zərərlə diqqət çəkib.


Qeyd edək ki, “Finex Kredit” BOKT-un direktoru Leyli Məmmədova Cəlal qızıdır. O, bu vəzifəyə 2025-ci ilin oktyabr ayında təyin edilmişdi.
Hazırda “Finex Kredit” BOKT-da qeydə alınan bu ciddi maliyyə geriləməsi şirkətin rəhbərliyində təmsil olunan Leyli Məmmədovanın fəaliyyəti fonunda da diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Elnur Allahverdiyevin “ABC-Telecom”u qanunları pozur - “Kontakt Home” cərimələndi


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkəti barədə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edib.

Cari ilin mart ayında tərtib edilmiş protokolda “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin pozulduğu öz əksini tapıb.

Qanunun 4.2-ci maddəsində deyilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Qanunun 7-ci maddəsi isə qeyri-dəqiq reklamı xarakterizə edir. 7.1.4-cü maddədə deyilir ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur.

Dövlət Agentliyi hüquq pozuntusunun əlamətlərini İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirib. Sözügedən maddəyə əsasən isə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.(Bizimesr.com)

Qeyd edək ki, "ABC-Telecom” MMC-nin sabiq millət vəkili Elnur Allahverdiyevin olduğu bildirilir.

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım,

Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində

Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.

Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan "Bir millət, iki dövlət" prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.

İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm.

“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...


Başında Azər Məmmədovun dayandığı SOCAR “Azəriqaz” İstehsalat Birliyində ağlasığmaz kadr islahatları həyata keçirilməkdədir. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında Kənan adlı "SOCAR işçisi iddia irəli sürüb.

Açıqlamada deyilir: ""Azəriqaz"da analoqu olmayan kadr siyasəti həyata keçirilir. Əvvəl 4-cü dərəcə ilə işləyən operatorları, yəni telefonçuları ləğv etdilər və bəhanə də gətirdilər ki, guya çox pul alıb, iş görmürmüşlər... Onların yerinə isə 10-cu dərəcə ilə usta götürdülər. Hərəsindən də bu işin müqabilində 4-5 min manat "şirinlik" aldılar. Gördülər ki, pul verən çoxdur... Bəzi rayonlarda hətta 4 əvəzinə, 8 nəfəri bu şərtlərlə işə götürdülər.

İndi biri izah etsin, görək... 4-cü dərəcə ilə işləyən operatorlarla indiki 10-cu dərəcəli ustalar arasında nə FƏRQ VAR? Təbii ki, "Azəriqaz"ın büdcəsinə və iş keyfiyyətinə vurulan zərəri nəzərə almırıq...

Görün bu yolla nə qədər adamı işə götürüblər, nə qədər qzanc götürüblər idarələrdə..."

Dia.az

Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT



Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tender elan edib.

Tribuna.az xəbər verir ki, agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi nəqliyyat vasitələri almağı planlaşdırır.
Bu məqsədlə tenderin məbləği 488 800 manatdır.

Qeyd edək ki, agentliyin yeni sədri Tağıyev Bəxtiyar İslam oğludur. Ondan əvvəl Xanlar Cəbrayılov olub və nazir müavini təyin edilib. Bəxtiyar Tağıyev bu təyinata qədər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin strukturunda fəaliyyət göstərən Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...


"Şikayətim "Rahat market"dəndir". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Şöbədə piştaxtada bir qiymət, kassada bir qiymət. Bildirəndə də deyilir ki tərəzilər yenilənməyib. O bizim problemimiz deyil, axı...

Mən bildirdim ki, asağı qiyməti ödəmək mənim haqqımdır. Kassir eşitməməzliyə vurdu özünü. Onsuz da bu marketdə belə problemlər hər zaman olur. Köhnə məhsullar, problemli qiymətlər.... Bir sözlə: bərbad..."

Dia-az

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq


Bakı Limanının sabiq direktor müavininin böyük maliyyə maxinasiyaları
Bu ilin 6 yanvar tarixində “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin sabiq direktor müavini Söhrab İsmayılovun işdən azad olunmasından sonra onun fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.
Musavat.com-a verilən məlumata görə, həmin dövrdən başlayaraq, Söhrab İsmayılovun ciddi maliyyə pozuntularına yol verməsi barədə şübhələr artdığı üçün onun maliyyə məsələləri üzrə müavin olduğu dövr üzrə yoxlama həyata keçirilib.

Bu günlərdə başa çatan araşdırma nəticəsində müəyyən olunub ki, Söhrab İsmayılov “Port Bonded Services” MMC-nin rəhbəri Məmməd Topalovla birlikdə dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin mənimsənilməsi üçün fırıldaqçı sxem qurub. Bildirilir ki, bu şəxslər Dubayda təsis etdikləri şirkət vasitəsilə Bakı Limanının xarici müştərilərini ödənişlərin birbaşa limanın rəsmi hesablarına deyil, həmin xarici şirkətin hesablarına köçürülməsinə inandıra biliblər.

Nəticədə dövlət büdcəsinə və Bakı Limanına daxil olması nəzərdə tutulan külli miqdarda vəsait xaricdə yaradılmış şirkətin hesablarına və “Port Bonded Services” MMC-nin hesablarına yönəldilib və sonradan həmin vəsaitlərin Söhrab İsmayılov və Məmməd Topalov tərəfindən mənimsənilməsi sübut olunub.

Bununla yanaşı, Bakı Limanı ilə “Port Bonded Services” MMC arasında bağlanmış eksklüziv müqavilə əsasında müəyyən yük əməliyyatlarının icrası üzrə bu şirkətə qanunvericilikdə nəzərdə tutulmayan üstünlüklər və qiymət güzəştləri verilib. İddialara görə, bu razılaşma rəqabət prinsiplərinin pozulmasına gətirib çıxarıb və Bakı Limanının müştərilərinə “Port Bonded Services” MMC ilə əməkdaşlıq etmələri tövsiyə olunub. Nəticədə həm yerli, həm də xarici müştərilər tərəfindən yüklərin aşırılması üzrə müqavilələr məhz həmin şirkətlə bağlanıb, Bakı Limanına çatmalı olan vəsaitlər isə “Port Bonded Services” MMC-nin hesablarına yönləndirilib və sonradan Söhrab İsmayılov və Məmməd Topalov tərəfindən mənimsənilməsi sübut olunub. Yalnız bir yük növü üzrə həyata keçirilən əməliyyatlar nəticəsində son beş il ərzində dövlət büdcəsinə təxminən 2 milyon manata yaxın ziyan dəydiyi müəyyən olunub.

Məlumata görə, qanunsuz varlanma nəticəsində Söhrab İsmayılov və Məmməd Topalov Ağ şəhərdə bahalı mənzillər alıblar və bahalı avtomobillər kolleksiyasına sahib olublar.

Eyni zamanda bildirilir ki, Söhrab İsmayılov 2021–2026-ci illər üzrə limanda maliyyə məsələləri üzrə müavin vəzifəsində çalışdığı dövrdə qanunsuzluqlarla bağlı sorğulanan zaman məsuliyyəti digər şəxslərin üzərinə atmağa çalışıb və istintaq qrupunu azdırmağa cəhd göstərib. Lakin ortaya qoyulan sənədlər və dəlillər qarşısında geri çəkilməyə məcbur olub və günahını boynuna alıb.

Ondan tələb olunub ki, dövlətdən oğurlanan vəsaitlər dövlət büdcəsinə qaytarılsın və artıq o, bu vəsaitin müəyyən hissəsinin qaytarılmasını təmin edib. Lakin istintaq tələb edib ki, məbləğ tam həcmdə qaytarılmalıdır, həm Məmməd Topalov, həm də Söhrab İsmayılov dövlətə dəyən ziyanı tam ödəməlidirlər. Əks halda, araşdırma nəticələri məhkəməyə yönləndiriləcək və bununla da onların həbs olunması məsələsi gündəmə gələcək.(Musavat.com)

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25