Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?


Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 ünvanında yerləşən “Möcüzə” marketin ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə, vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səki ərazisi zəbt edilərək faktiki olaraq şəxsi istifadəyə verilib.

Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır ki, bu da həm təhlükəsizlik, həm də şəhərsalma qaydalarının kobud şəkildə pozulması deməkdir.İddialara görə, zəbt edilmiş ərazidə meyvə-tərəvəz satışı həyata keçirilir və satış prosesində şəffaflıqla bağlı ciddi suallar mövcuddur.

Vətəndaşların bildirdiyinə görə, təqdim olunan çeklər formal xarakter daşıyır.Bu artıq təkcə səki zəbtindən deyil, həm də vergidən yayınma ehtimalından xəbər verir.Daha maraqlı və düşündürücü məqam isə market əməkdaşlarının müxtəlif söhbətlər zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmalarıdır. Əgər doğrudan da hansısa məmurun adı bu proseslərdə çəkilirsə, həmin şəxsin özü və aidiyyəti qurumlar məsələyə dərhal aydınlıq gətirməlidir.

Çünki dövlət məmurunun adından istifadə edilməsi ya ciddi qanun pozuntusunun gizlədilməsi cəhdi, ya da vətəndaşların və nəzarət orqanlarının susdurulmasına hesablanmış vasitə kimi qiymətləndirilə bilər.Ən vacib sual isə budur: vətəndaşların istifadəsində olan səki necə və hansı əsasla zəbt olunub? Bu ərazi kim tərəfindən və hansı sənədlə "özəlləşdirilib"? Əgər hər hansı qanuni sənəd mövcuddursa, ictimaiyyətə təqdim edilsin. Əks halda, dövlət torpağının və ya ümumi istifadədə olan ərazinin mənimsənilməsi ilə bağlı tədbirlər görülməlidir.

Vergi xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidirlər. Çünki qanun hamı üçün eynidir. Sadə vətəndaş bir metr torpaqda qanunsuz tikinti aparanda dərhal tədbir görülürsə, bəs niyə insanların gündəlik istifadə etdiyi səkinin zəbt olunmasına göz yumulur?Cəmiyyət haqlı olaraq soruşur: səkinin zəbtinə, mümkün vergi pozuntularına və məmur adlarından istifadə edilməsinə kim himayədarlıq edir? Yoxsa qanun yalnız imkansızlar üçün işləyir?Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların və adı çəkilən şəxslərin cavab hüququnu tanıyır və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Nyus.Az

AYNA-da yoxlama - Anar Rzayevi nələr gözləyir?


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yoxlama aparıldığı və yoxlama zamanı müxtəlif uyğunsuzluqların aşkarlandığı bildirilir.

Bizimesr.com-un əldə etdiyi məlumata görə, aparılan yoxlamaların nəticələri hələlik ictimaiyyətə açıqlanmır.

Mənbələrin iddiasına əsasən, müəyyən edilmiş nöqsan və uyğunsuzluqların qısa müddət ərzində aradan qaldırılması üçün AYNA rəhbərliyinə müvafiq tapşırıqlar verilib

Məlumatda qeyd olunur ki, qurumun fəaliyyətinin yenidən yoxlanılması da gündəmdədir. Bildirilir ki, yoxlamaların nəticələri və aşkar edilmiş problemlər aidiyyəti yuxarı instansiyalarda müzakirə edilir.

İddialara görə, AYNA İdarə Heyətinin sədri Anar Rzayevin fəaliyyəti ilə bağlı məsələlər də müvafiq dövlət qurumlarında diqqət mərkəzində saxlanılır və müxtəlif səviyyələrdə dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yarandığı gündən etibarən fəaliyyəti ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə paytaxtda nəqliyyatın təşkili, avtobus marşrutları, parklanma siyasəti, nəqliyyat sıxlığı və digər məsələlər üzrə qəbul edilən qərarlar zaman-zaman ictimai narazılıqlarla qarşılanıb.

Vətəndaşlar AYNA-nın həyata keçirdiyi bəzi layihələrin gözlənilən nəticəni vermədiyini, nəqliyyat sahəsində problemlərin isə tam həll olunmadığını bildirirlər. Digər tərəfdən, qurum tərəfindən son illərdə ictimai nəqliyyatın modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və yol hərəkətinin tənzimlənməsi istiqamətində müəyyən addımların atıldığı da qeyd olunur.

Hazırda yoxlama ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib. Məsələ ilə bağlı AYNA-nın və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.

Bizinesr.com

Əvəz Qocayevin fəaliyyəti araşdırılacaqmı? - Əmlaklar və bizneslər...


Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad edildilər.

Hər iki şəxs bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdu.

Əvəz Qocayevin vəzifədən uzaqlaşdırılması fonunda onun adı ilə bağlı illərdir müxtəlif media orqanlarında dərc olunan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Mətbuatda yayılan iddialarda bildirilir ki, uzun illər dövlət qurumlarında çalışan məmurun ölkə daxilində və xaricdə geniş biznes və əmlak şəbəkəsinə malik olduğu qeyd olunur.

Yayılan məlumatlara əsasən, Əvəz Qocayevə və ailə üzvlərinə aid olduğu iddia edilən əmlak və biznes obyektləri sırasında aşağıdakılar göstərilir:

Binəqədi rayonu, Digah yol kəsişməsində yerləşən “Ocaq” ailəvi restoranı;
Yasamal, Xətai və Səbail rayonlarında fəaliyyət göstərən “Ocaq” restoran, kafe və digər iaşə obyektləri şəbəkəsi;
Tovuz rayonunun Əyyublu kəndində iri ferma təsərrüfatı və artezian quyuları;
Port Baku yaşayış kompleksində 130 kvadratmetr sahəsi olan 3 otaqlı mənzil;
Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərdiyi bildirilən “NN” gözəllik salonları şəbəkəsi;
Həsən Əliyev küçəsində yerləşən “Real” MTK-da 380 kvadratmetrlik ofis sahəsi;
Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 155 kvadratmetrlik mənzil;
Müxtəlif banklarda ailə üzvlərinin adına rəsmiləşdirildiyi iddia olunan milyonlarla manatlıq depozitlər;
Köhnə “Varovski” adlanan ərazidə üçmərtəbəli villa;
Novxanıda üç ayrı villa;
“Star-M” MTK-da ümumi sahəsi 320 kvadratmetr olan iki mənzil;
“Real” MTK-da daha bir mənzil;
Port Baku-da əlavə mənzil;
Binəqədi rayonu ərazisində torpaq sahələri;
Moskva və İstanbulun Levent səmtində mənzillər;
Şüvəlanda villa;
Müxtəlif markalı bahalı avtomobillər;
Tovuz rayonu və Dərnəgül ərazisində tikinti materialları mağazaları;
Müxtəlif şirkətlərdə və tikinti sektorunda tərəfdaşlıqlar.

Bundan əlavə, bəzi materiallarında onun Türkiyə, Sloveniya və Çexiyada şirkətlərinin, eləcə də Çexiyanın Karlovı-Varı şəhərində əmlaklarının olduğu da iddia edilir.

Qeyd edilməlidir ki, sadalanan məlumatlar müxtəlif dövrlərdə mətbuatda yayılan iddialara əsaslanır və onların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi barədə açıq məlumat mövcud deyil. Əvəz Qocayev tərəfindən də bu iddialarla bağlı ictimaiyyətə geniş açıqlama verilməyib.

Bununla belə, uzun illər dövlət qulluğunda çalışmış bir şəxsin adı ətrafında bu qədər geniş əmlak və biznes şəbəkəsinin hallandırılması cəmiyyətdə müxtəlif suallar doğurur. Xüsusilə də dövlət vəsaitlərinin idarə olunması ilə bağlı mühüm vəzifələrdə çalışan şəxslərin gəlir mənbələri, əmlak vəziyyəti və biznes fəaliyyəti məsələləri ictimai maraq doğuran mövzulardan biri hesab olunur.

Xatırladaq ki, bundan əvvəl də AAYDA-nın sabiq sədri, adı müxtəlif biznes strukturları ilə əlaqələndirilən Saleh Məmmədov vəzifəsindən alınmışdı. İndi isə onun uzun illər birlikdə çalışdığı müavinlərdən biri olan Əvəz Qocayevin də vəzifədən uzaqlaşdırılması diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Əvəz Qocayevin adı ətrafında səslənən iddiaların hüquqi və maliyyə baxımından araşdırılıb-araşdırılmayacağı isə hələlik məlum deyil. Bu məsələyə rəsmi qurumların münasibəti maraqla gözlənilir.

Bizimesr.com

ABŞ onlara viza vermədi


ABŞ futbol üzrə dünya çempionatında İran milli komandasını müşayiət edəcək bəzi məsul şəxslərə viza verməyib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Məlumata görə, İran milli yığma komandasının meneceri Mehdi Məhəmmədnəbi, Futbol Federasiyasının baş katibi Hidayət Mömbini, milli komandanın icraçı direktoru Mehdi Xərati, media direktoru Möhsən Mötəmədkiya, milli komandanın media nümayəndələrindən Siyamək Qılıçxani və daha bir neçə nəfərə viza verilməyib. 

Bununla belə, bu şəxslərin İran milli komandası ilə birlikdə Meksikaya gedəcəyi bildirilir. Hazırda viza alınması üçün səylər davam etdirilir. 

Qeyd edək ki, İran milli komandası Meksikada məskunlaşacaq. Komanda qrup mərhələsindəki oyunlarını isə ABŞ-nin  Los-Anceles və Sietl şəhərlərində keçirəcək. Dünya çempionatının G qrupunda yer alan İran yığmasını Belçika, Misir və Yeni Zelandiya ilə oyunlar gözləyir.

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm".

ASAN Xidmətdə maliyyə böhranı – İŞÇİLƏRİN MAAŞI YARIMÇIQ ÖDƏNİLİR


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) uzun müddətdir ki, maliyyə problemləri yaranıb. 

Bildirir ki, bəlli olub ki, ASAN Xidmət mərkəzlərində çalışan digər dövlət qurumlarının əməkdaşlarına verilən əlavə ödənişlərin – “rüsum pulu”nun verilməsi prosesi dayandırılıb.

Buna səbəb kimi isə Maliyyə Nazirliyinin nəzərdə tutulan həmin vəsaitləri bloklaması olub.

Əldə etdiyimiz məlumata görə, yaranmış vəziyyətlə bağlı ASAN Xidmət rəhbərliyi ilə Maliyyə Nazirliyi arasında müzakirələr getsə də, ortada real nəticə yoxdur.
ASAN Xidmət rəhbərliyi hesab edir ki, bu vəsait qurumda çalışanlara ödənilməlidir.

Çünki ölkə prezidentinin fərmanına əsasən, 2026-cı ilin mart ayında qəbul olunmuş qərarlarla ASAN mərkəzlərində fəaliyyət göstərən həm ASAN əməkdaşlarının, həm də digər dövlət orqanlarının nümayəndələrinin mükafatlandırılması üçün dövlət büdcəsindən illik 26,6 milyon manat vəsait ayrılıb.

Ancaq Maliyyə Nazirliyi buna maneçilik törədir.

Məsələ ilə bağlı hər iki qurumun mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info

Sabiq nazir müavinin qudası çıxılmaz vəziyyətdə – “Caspian İnternational Hospital”a sanksiya tətbiq olunub


Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Caspian İnternational Hospital”a qarşı maliyyə sanksiyası tətbiq edib.

Şirkət vergi, icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunub.

Buna görə də vergi orqanı tərəfindən “Caspian İnternational Hospital”a 22.448.745,97 manat əlavə vergi hesablanıb və 11.289.514,93 manat maliyyə sanksiyasının tətbiq edilib.

Bundan sonra şirkət vergi orqanına qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib və iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək qəbul edilən qərarın icrasının dayandırılması üçün qərardad qəbul edilməsini xahiş edib.

Vergi orqanı isə iddia ərizəsinə etiraz edərək, “Caspian İnternational Hospital”ın mübahisələndirilən qərarın icrasını dayandırmağa nail olmaqla vergi qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliyinin icrasından yayınmaqda ittiham edib.

Ali Məhkəməyə qədər uzanan prosesdə “Caspitan İnternational Hospital” tərəfindən bildirilib ki, mübahisələndirilən qərarın icrası olaraq şirkətin bank hesablarını dondurmaqla bağlı sərəncam qoyulub. Bu səbəbdən məkanın kommunal xidmətlərə olan ödənişlərini rəsmi şəkildə həyata keçirmək mümkün olmur və həmin xidmətlərin verilməsi dayandırılır.

Maraq üçün onu da bildirək ki, birinci instansiya məhkəməsi zamanı təqdim olunan məlumata əsasən xəstəxananın balansında xeyli əmlakın olduğu üzə çıxıb. Bu isə borcun ödənilmədiyi təqdirdə həmin əmlakların gələcəkdə hərrac qaydasında satılması üçün nəzərdə tutulub.

Birinci intansiya və Apellyasiya Məhkəməsi “Caspian İnternational Hospital”ın iddasını təmin etməsə də, şirkət istəyinə Ali Məhkəmədə çatıb.

Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmayıb, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilib. Buna görə də, şikayət təmin olunmalıdır.

Ali Məhkəmə qərarını belə əsaslandırıb ki, təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır.

Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı 400 nəfərdən artıq işçi qüvvəsinə malik tibb müəssisəsi olduğundan hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin pozulmasına, tibbi ləvazimatın alınmasında çətinliklər törədəcəyinə, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə səbəb olacaq.

Qeyd edək ki, rəsmi məlumata görə, hazırda “Caspian İnternational Hospital”ın 29 154 912.6 AZN vergi borcu var.

Şirkətin qanuni təmsilçisi Cəbrayıl Abbasov qeyd olunsa da, səhiyyə müəssisəsinin real sahibinin Şamo Fərzəlibəyov olduğuna dair məlumatlar yayılıb.

Məlumata görə, o, əvvəllər səhiyyə nazirinin müavini olmuş Elsəvər Ağayevin qudasıdır. Şamo Fərzəlibəyov eyni zamanda, “Badam Medical Center” və “Arash Medical Company” tibb şirkətinin rəhbəri olaraq da göstərilir. /Xitab24.az/

AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.


Mia.az xəbər verir ki, sərəncama əsasən, bir qrup şəxs təltif olunub.


Onların arasında Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin, hətta sədr Zaur Mikayılovun xoşlanmadığı müşaviri Etibr Məmmədovun adı olsa da, nə Agentlik sədri Zaur Mkayılovun özü, nə qudaları - müşaviri Əsəd Şirinovla ADSEA-nın adı müxtəlif qalmaqallarda hallanan aparat rəhbəri Fuad Quliyevin adı siyahıda yoxdur.


Maraqlıdır, Prezident Agentliyin traybalzimə yuvarlanan rəhbər şəxslərini niyə kənarda qoyub?


Bu, bəlkə haqlarındakı saysız neqativ hallar və xəbərlər, o cümlədən yarıtmaz fəaliyyətlə bağlıdır?


Yeri gəlmişkən, sədr və qudaları ilə yanaşı, onların çox yaxın ətrafı da təltifdən uzaq qalıblar.


Məsələn, su təsərrüfatından bixəbər qaynı Ramil Abdurahmanovu Gəncə kimi böyük və strateji bir şəhərin Sukanal idarəsinə rəis müavini təyin etdirən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) sədr vəzifəsinin icraçısı Tahir Xəlilov da, Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin rəhbəri də, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tikinti idarəsinin rəisi Orxan Yasəf oğlu İmanlı və onun Şirvan Sukanal idarəsinə rəhbərlik edən bibisi oğlu və qudaların çevrəsinə yaxın Abşeron Sukanal İdarəsinin rəisi Etibar Nəbiyev və digərləri də təltif olunmayıblar.


Əlbəttə, bu, təsadüf ola bilməz. Görünür, cənab Prezidentin onları təltifdən kənarda saxlamasının çox ciddi səbəbləri var!


Mövzuya qayıdacağıq


Mia.az

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48