"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA


AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət rəhbərliyinin də adının hallandığı iddia olunur.

Yoxlamaların AZAL-ın nüfuzuna zərər vurmaması üçün ictimaiyyətdən gizli saxlanıldığı və işin geniş ictimaiyyətə açıqlanmadan daxildə həll olunmasına çalışıldığı bildirilir.

Hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, Naxçıvan istiqaməti üzrə bilet satışını həyata keçirən “Silk Row Travel” MMC-nin 2024-cü ildə satdığı biletlərdən əldə olunan təxminən 40 milyon manat vəsait Naxçıvan Hava Limanının yenidənqurma işlərinə və digər xərclərinə ayrılıb.

Mənbə iddia edir ki, həmin vəsaitin təxminən 25 milyon manatı real işlərə xərclənməyib, saxta sənədlərlə silinib. İddiaya görə, əvvəlki illərdə görülmüş işlər sonradan yeni iş kimi rəsmiləşdirilib, mövcud texnika və avadanlıqlar isə sənədlərdə yenidən alınmış kimi göstərilib.

Mənbə deyir ki, yoxlamalarda əsasən vəsaitin hara xərcləndiyi və kimlərin bu prosesdə iştirak etdiyi araşdırılır:

“Yoxlamalarda əsas məsələ həmin vəsaitin hara silindiyi və kimlər arasında bölündüyüdür. Pul guya Naxçıvan Hava Limanında yenidənqurma işlərinə ayrılıb. Amma realda ciddi iş görülməyib. Əvvəlki illərdə görülən işlər elə sənədləşdirilib ki, guya bu işlər 2024-cü ildə ayrılan vəsait hesabına görülüb. Mövcud texnika və avadanlıqlar da sənəd üzərində yenidən alınıb. Bu işdə hava limanının direktoru Salman Məmmədlinin və AZAL-ın digər vəzifəli şəxslərinin adı hallanır”.

Mənbənin sözlərinə görə, saxta sənədləşmə yalnız ümumi yenidənqurma işləri ilə məhdudlaşmayıb:

“Mühafizə çəpəri ilə bağlı da eyni üsuldan istifadə olunub. Çəpər standarta uyğun olmayıb, sadəcə hündürlüyü 60 santimetr artırılıb. Amma sənədlərdə guya 2 kilometr yeni çəpər çəkildiyi göstərilib. Şlaqbaum sistemi, yanacaq sərfiyyatı və işçilərin geyim formaları ilə bağlı da oxşar saxtalaşdırmalar var”.

Mənbə saxta sənədləşməyə nümunə kimi hava limanındakı masaj kreslolarını da göstərir:

“Hava limanının gözləmə zallarında olan masaj kresloları 2017-ci ildə alınmışdı. 2019-cu ildə üzlükləri cırıldığı və yararsız vəziyyətə düşdüyü üçün balansdan silinib zirzəmiyə qoyulmuşdu. Sonradan Salman Məmmədlinin köməkçisi Murad Hüseynov həmin kresloları təmir etdirib, guya yeni alınmış kimi sənədləşdiriblər. Hər bir kreslo 7 min 215 manatdan yenidən uçota alınıb.

Bu cür saxtalaşdırmalar təkcə masaj kresloları ilə bağlı deyil. Oturma divanları, stol-stullar və digər avadanlıqlar da sənədlərdə yenidən alınmış kimi göstərilib”.

Mənbə əlavə edir ki, yoxlamalar başlayandan sonra hava limanının direktoru Salman Məmmədlinin mənzilini satışa çıxardığı bildirilir:

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb. Maklerə də deyib ki, təmiri saxlayın, evi o vəziyyətdə satın. İşi rüşvətlə bağlamaq istəyir.”.

Bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Hava Limanında bilet satışı ilə bağlı yoxlamaların aparıldığı və bilet satışına məsul olan 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.

Həmin vaxt hava limanındakı mənbə bildirmişdi ki, bilet satışı ilə bağlı yoxlamalarda 2 milyon 135 min manat yeyinti aşkarlanıb.

Mənbə iddia etmişdi ki, bilet satışından yığılan pulların bir hissəsi hava limanının rəhbərliyinə çatdırılıb. Onun sözlərinə görə, təkcə aviakassadan hava limanının direktoru Salman Məmmədliyə aylıq 13 min manat pay verildiyi bildirilir.(Gündəlik Naxçıvan)


Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...


"Hər kəsə diqqətli olmağı məsləhət görürəm. Pullu abunəliyiniz olduğu halda, heç bir sübut olmadan sizi saxtakarlıqda ittiham edib hesabınızı bağlaya bilərlər..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Mələk Əzizova adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir:
"Mən "Push30" platformasının aktiv abunəçisiyəm, ödənişimi tam etmişəm. Keçən günlərdə hesabımı tamamilə əsassız şəkildə bloklayıblar. Səbəb kimi isə mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub.
Gülünc və absurd olan isə budur: Qızımın rəsmi olaraq öz adına aktiv Atilla fitness kartı var! Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını vurur həmişə mən isə push 30la keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir "şər-böhtan" ssenarisi uydurublar.
İndi isə: ❌ Nə hesabımı açırlar, ❌ Nə də istifadə edə bilmədiyim günlərin pulunu geri qaytarırlar.
Açıq-aşkar vətəndaşın pulunu mənimsəyirlər və müştəri xidmətləri standart robot cavablarından başqa heç bir köməklik göstərmir. Belə bir özbaşınalıq, belə bir yiyəsiz sistem ola bilməz! Ödəniş alanda hər şey əladır, problem düşəndə isə müştərini günahkar çıxarıb ortadan qaçırlar.
Məsələ ilə bağlı artıq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və bankıma (Chargeback prosesi üçün) rəsmi müraciətlər olunur. Kiminsə haqqını bu şəkildə tapdalamağınıza icazə verməyəcəm..."(Dia-az)



AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) binalarının yenilənməsi məqsədilə irihəcmli satınalma müsabiqəsinə start verib.

32gun.az yazır ki, Akademiyanın elan etdiyi cari təmir işlərinin satın alınması üzrə tenderin ümumi ehtimal olunan qiyməti düz 201.179,21 AZN təşkil edir. Ayrılan bu irihəcmli vəsait hesabına AMEA-nın Rəyasət Heyətinin binasında və Akademiya şəhərciyində yerləşən əsas binasında müxtəlif cari təmir və kosmetik işlərin aparılması planlaşdırılır. Tender prosedurları başa çatdıqdan sonra qalib şirkətlə rəsmi müqavilə imzalanacaq və binaların yenilənməsi prosesinə başlanılacaq.

Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...


Səhiyyə sistemi cəmiyyətin ən həssas sahələrindən biridir. Bu sistemdə çalışan hər bir tibb işçisi qanunvericiliyin və peşə etikasının tələblərinə uyğun fəaliyyət göstərməlidir. Əks halda, vətəndaşların sağlamlığı ilə yanaşı, dövlətin sosial təminat mexanizmlərinə də ciddi zərər dəyə bilər.
Gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Xətai rayonu 9 nömrəli uşaq poliklinikasının fəaliyyəti ilə bağlı narahatedici iddialar yer alıb. Müraciətdə poliklinikanın baş həkimi Hacıyeva Zərifə və sahə həkimi Bəşirova Mahirənin fəaliyyətinə dair araşdırılmalı olduğu bildirilən çoxsaylı iddialar irəli sürülür.
Müraciət müəllifinin iddiasına görə, Nəsrəddin Tusi küçəsi 14, mənzil 29 ünvanında yaşayan Tağızadə Şamildən həyat yoldaşının analıq məzuniyyətinin qanunsuz qaydada uzadılması məqsədilə 1000 manat alınıb. İddia olunur ki, 18 fevral 2023-cü il təvəllüdlü Tağızadə İnci Şamil qızı sağlam olduğu halda xəstə kimi sənədləşdirilib və bu əsasla analıq məzuniyyəti uzadılıb. Müraciətdə uşağın atasının hərbi pilot olduğu və hazırda Türkiyədə yaşadığı da qeyd edilir.
Şikayətdə daha bir ciddi iddia ondan ibarətdir ki, müxtəlif tibbi arayışlar – o cümlədən 026, 086 və 095 nömrəli tibbi formalar qanunsuz ödəniş müqabilində rəsmiləşdirilir. Müraciət müəllifi bildirir ki, xüsusilə buraxılış sinif şagirdlərinə xəstə olmadıqları halda xəstəlik arayışlarının verilməsi üçün həftəlik 50–100 manat məbləğində pul tələb olunur.
Müraciətdə həmçinin iddia edilir ki, poliklinikada çalışan işçilərdən hər ay 30–50 manat məcburi şəkildə pul yığılır, bayramlar ərəfəsində isə əlavə vəsait tələb edilir. Xüsusilə mart ayında işçilərdən bir neçə dəfə pul toplandığı bildirilir.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə etik pozuntulardan deyil, həm də dövlətin sosial ödəniş sisteminə zərər vurulması, saxta tibbi sənədlərin hazırlanması, korrupsiya və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə kimi hüquqi qiymət tələb edən hallardan gedə bilər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, o cümlədən müvafiq səhiyyə və hüquq-mühafizə orqanlarının göstərilən iddiaları hərtərəfli araşdırması, sənədlərin həqiqiliyini yoxlaması və qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görməsi ictimai maraq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar redaksiyaya təqdim olunmuş müraciətdə irəli sürülən iddialara əsaslanır. Adları çəkilən şəxslərin mövqeyi məlum deyil. Onların cavab və izah vermək hüququ qorunur və təqdim ediləcəyi təqdirdə dərc oluna bilər.
Gundemxeber.com

Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı


Qəbələdə şikayətlər bitmir: Rayon İcra Hakimiyyətində idarəetmə böhranı?

Azərbaycanın əsas turizm mərkəzlərindən olan Qəbələ rayonunda vətəndaşların bitmək bilməyən sosial-iqtisadi şikayətləri yenidən ölkə mediasının və ictimaiyyətinin diqqət mərkəzindədir. Yerli sakinlərin problemlərinin illərdir həllini tapmaması "Qəbələ Rayon İcra Hakimiyyətində idarəetmə böhranımı yaşanır?" sualını gündəmə gətirib.
1xeber.media sakinlərin narazılıqlarını və rayondakı mövcud vəziyyəti araşdırıb.
"Səyyar görüşlər" formal xarakter daşıyır – Sakinlər narazıdır
Yerli sakinlərin mətbuata və sosial şəbəkələrə etdiyi çoxsaylı müraciətlərə görə, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən kəndlərdə keçirilən rəsmi qəbul-görüşlər artıq sadəcə formal xarakter daşıyır. İcra başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi qurum vətəndaşların şikayətlərini dinləsə də, real problemlərin həlli istiqamətində kəsərli və əməli addımlar atılmır.(1xeber.media)

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48