Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO


Son illər Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, qanunsuz ağackəsmə, faydalı qazıntıların qanunsuz hasilatı, su hövzələrinin çirkləndirilməsi, tullantıların ətraf mühitə atılması, torpaq sahələrinin korlanması və biomüxtəlifliyə zərər vuran digər hüquqpozmalarla mübarizə də dövlətin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə hüquq-mühafizə orqanları, xüsusilə Azərbaycan Respublikasının Baş Prokurorluğu mühüm rol oynayır. Prokurorluq ekoloji cinayətlərin aşkar olunması, araşdırılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və dövlətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Ekoloji cinayətlərin araşdırılması zamanı Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Qanun pozuntusu barədə daxil olmuş müraciətlər, vətəndaş şikayətləri, media materialları və sosial şəbəkələrdə yayılan məlumatlar əsasında araşdırmalar başlanılır, hadisə yerlərinə baxış keçirilir, ekspertizalar təyin olunur və ətraf mühitə vurulan ziyanın məbləği hesablanır. Cinayət tərkibi müəyyən edildiyi halda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır.

Hazırda ölkədə ən çox rast gəlinən ekoloji cinayətlər sırasında meşə fonduna daxil olan ərazilərdə qanunsuz ağacların kəsilməsi, çay yataqlarından və digər ərazilərdən icazəsiz qum-çınqıl və digər faydalı qazıntıların çıxarılması, məişət və tikinti tullantılarının qanunsuz şəkildə təbiətə atılması, su hövzələrinin çirkləndirilməsi, torpaqların yararsız vəziyyətə salınması, qanunsuz ov və balıq ovu faktları üstünlük təşkil edir. Son illər xüsusilə sosial şəbəkələrdə yayılan görüntülər əsasında qanunsuz ağackəsmə və faydalı qazıntıların hasilatı ilə bağlı başlanılan araşdırmaların sayı artıb ki, bu da ictimai nəzarətin hüquq-mühafizə orqanlarının fəaliyyətinə mühüm dəstək verdiyini göstərir.

Baş Prokurorluğun fəaliyyəti yalnız cinayət işlərinin istintaqı ilə məhdudlaşmır. Qurum ekoloji qanunvericiliyin pozulmasına şərait yaradan səbəblərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına təqdimatlar göndərir, profilaktik tədbirlər həyata keçirir, dövlətə vurulmuş maddi ziyanın ödənilməsi üçün mülki iddialar qaldırır və qanun pozuntularının təkrarlanmaması istiqamətində nəzarət mexanizmlərini gücləndirir.

Rəsmi statistik göstəricilər prokurorluq orqanlarının fəaliyyətinin miqyasını da əks etdirir. Baş Prokurorluğun açıqladığı məlumatlara əsasən, 2025-ci ildə ölkə üzrə 31 mindən çox cinayət hadisəsi qeydə alınıb, minlərlə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Ekoloji cinayətlər ümumi statistika daxilində ayrıca göstərilməsə də, Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəmadi məlumatlarından görünür ki, hər il qanunsuz ağackəsmə, qanunsuz faydalı qazıntı hasilatı, su hövzələrinin çirkləndirilməsi və digər ekoloji hüquqpozmalar üzrə çoxsaylı cinayət işləri başlanılır, təqsirkar şəxslər barəsində hüquqi tədbirlər görülür və dövlətə vurulan ziyanın ödənilməsi təmin edilir.

Son illərdə prokurorluğun fəaliyyəti nəticəsində qanunsuz qum-çınqıl hasilatı, meşələrin məhv edilməsi, çay məcralarının dəyişdirilməsi və tullantılarla bağlı bir sıra rezonans doğuran faktlar üzrə cinayət işləri başlanılıb, məsul şəxslər barəsində prosessual qərarlar qəbul edilib. Bu, ekoloji cinayətlərlə mübarizədə cəzasızlıq mühitinin formalaşmasına imkan verilmədiyini göstərən mühüm göstəricilərdən hesab olunur.

Ekoloji cinayətlərlə mübarizənin effektivliyi yalnız hüquqi məsuliyyət tədbirləri ilə məhdudlaşmamalıdır. Müasir monitorinq sistemlərinin tətbiqi, pilotsuz uçuş aparatlarından istifadə, ictimai nəzarətin gücləndirilməsi, vətəndaş müraciətlərinə operativ baxılması və ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsi də bu istiqamətdə mühüm rol oynayır. Baş Prokurorluğun ekoloji hüquqpozmalarla bağlı fəaliyyəti ətraf mühitin mühafizəsinə, təbii sərvətlərin qorunmasına və ekoloji təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, ekoloji cinayətlərin qarşısının daha effektiv alınması üçün hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və cəmiyyət arasında əməkdaşlığın daha da gücləndirilməsi vacib hesab olunur.



Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı


Son illər Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində baş verən neqativ hallar, diplomsuz və ya müvafiq ixtisaslaşma keçmədən bıçaq altına girən şəxslərin əməlləri cəmiyyətdə haqlı narazılıq doğurur. Qanunvericiliyin tələblərinə kobud şəkildə məhəl qoyulmaması, vətəndaşların həyatı və sağlamlığı ilə açıq-aşkar qumar oynanılması halları diqqətdən kənarda qala bilməz. Bu qanunsuzluq dalğasının mərkəzində adları hallanan şəxslərdən biri də Natəvan Əmirovadır.

https://www.youtube.com/shorts/pAdndpTu6nU

Əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlamaları zamanı cərrah kimi fəaliyyət göstərmək üçün heç bir müvafiq ixtisası və hüquqi əsası olmadığı üzə çıxan Natəvan Əmirova indi də fəaliyyətini “Universal Hospital”da davam etdirir. Dövlət qurumlarının rəsmi olaraq haqqında pozuntular aşkar etdiyi, cərrahlıq ixtisasının olmadığını bəyan etdiyi bir şəxsin bu gün çoxprofilli xəstəgörəcək səviyyədə fəaliyyət göstərən “Universal Hospital” kimi tibb müəssisəsində qucaq açması nə deməkdir? Bu, xəstəxana rəhbərliyinin qanunlara açıq şəkildə saymaması və maddi qazanc naminə pasiyentlərin həyatını təhlükəyə atması deyilmi?

https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D

Azərbaycanda səhiyyə sisteminin şəffaflaşdırılması, vətəndaşların həyat və sağlamlığının qorunması istiqamətində son illər atılan ciddi addımlar bəzi tibb müəssisələrinin hələ də köhnə idarəçilik üsullarından əl çəkmədiyini göstərir. “Universal Hospital” qanunvericiliyin tələblərini açıq şəkildə pozaraq, heç bir ixtisası və rəsmi sertifikatı olmayan şəxsləri əməliyyat masasına buraxan klinikalardan biri olamağa nə vadar edir. Qanuna görə, plastik və…. estetik əməliyyatları həyata keçirmək üçün həkim yalnız müvafiq rezidentura təhsili almalı və Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən təsdiqlənmiş rəsmi sertifikata malik olmalıdır. Lakin “Laser Beauty Clinic”-də yoxlamalar zamanı məlum olub ki, Natəvan Əmirovanın sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olması rəsmi şəkildə qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müəssisə barəsində inzibati tənbeh tədbirləri seçilib.





İxtisası və hüquqi əsası olmadığı halda estetik əməliyyatlara əl atmaq – insan həyatına qarşı edilən ən böyük səhlənkarlıq və məsuliyyətsizlikdir. Sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edən, müxtəlif reklamlarla vətəndaşları aldadan belə şəxslərin fəaliyyəti cəmiyyət üçün bir katastrofadır. İnsanların estetik arzulardan istifadə edərək onların sağlamlığı ilə oynamaq, heç bir elmi və hüquqi əsası olmadan cərrahiyyə masasına oturtmaq yolverilməzdir. Məsununiyyətsiz şəkildə həyata keçirilən bu cür qanunsuz müdaxilələr sonradan ağır fəsadlara, dəhşətli ağırlaşmalara, hətta insan ömrünün sonlanmasına səbəb ola bilər. Hüquq-mühafizə və səhiyyə orqanlarının apardığı araşdırmalar göstərir ki, sahə nə qədər nəzarətsiz qalsa, bir o qədər saxtakar “həkimlər” Ümumilikdə səhiyyə sisteminə kölgə salacaqlar. Natəvan Əmirova kimi şəxslərin heç bir hüquqi əsas olmadan cərrahi əməliyyatlara cəhd göstərməsi dövlət qanunlarına açıq hörmətsizlikdir. Vətəndaşlarımızın sağlamlığı heç kimin şəxsi qazanc mənbəyinə və ya təcrübə poliqonuna çevrilməməlidir. Bu cür hallara qarşı mübarizə daha sərt olmalı, qanunsuz fəaliyyət göstərən şəxslər qanun qarşısında tam cavab verməlidirlər. Bir tibb müəssisəsinin baş direktoru və ya rəhbərliyi işə götürdüyü hər bir həkimin diplomunu, ixtisas sertifikatını və qanuni əsaslarını yoxlamağa borcludur. Lakin görünən odur ki, “Universal Hospital” rəhbərliyi üçün şəffaflıq və pasiyent təhlükəsizliyi deyil, yalnız daxil olan maliyyə axını əsas prinsipdir. İxtisassız bir şəxsin plastik və estetik əməliyyatlar adı altında insan bədənində “təcrübələr” aparmasına şərait yaratmaq birbaşa cinayətə ortaq olmaqdur. Vətəndaşların sağlamlığı üzərindən qurulan bu cür qaranlıq mexanizmlər cəmiyyətdə səhiyyə müəssisələrinə olan etimadı sarsıdır. “Universal Hospital” rəhbərliyi unutmamalıdır ki, qanunsuz fəaliyyətə qucaq açmaq gec-tez hüquqi müstəvidə ağır məsuliyyət və sərt cəzalar deməkdir. Aidiyyəti dövlət qurumları bu klinikanın fəaliyyətini, xüsusilə də ixtisassız şəxslərin hansı əsasla cərrahiyyə otaqlarına buraxılmasını ciddi nəzarətə götürməli və rəhbərlik barəsində ən sərt tədbirlər görülməlidir.(Vətəninfo.az)

Redaksiyadan: Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.
https://youtube.com/shorts/pAdndpTu6nU?si=Me_kr7PHZdzHBz7R

Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək


Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.

Emil Qurbanəliyevlə Asif Məmmədov qitə birinciliyinin hakimləri sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır



Sosial Xidmətlər Agentliyi (SXA) daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurum bu gün nəticələri açıqlayıb.
Məlum olub ki, Agentlik əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınmasını həyata keçirəcək. Bu məqsədlə fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoyla müqavilə imzalayıb.
Məlumatda qeyd edilir ki, Natiq Əlisoy SXA üçün 20 ədəd 3 otaqlı evi 1 milyon 444 min 840 manata satın alacaq. Bu isə bir mənzilin 72 min 242 manata başa gələcəyi deməkdir.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, SXA ilə Natiq Əlisoy arasında bu ilk tender razılaşması deyil. Belə ki, ötən ilin martında tərəflər Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması prosesini həyata keçiriblər. Həmin vaxt Agentlik sözügedən şəxsə bunun müqabilində 2 milyon 197 min 760 manat pul ödəyib.
Açıq mənbələrdə Natiq Hüseyn oğlu Əlisoy haqqında geniş məlumat olmasa da, bəlli olan odur ki, o, fərdi sahibkar, həmçinin yazıçı, şair və jurnalistdir. O, dövlət qurumlarının, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin şəhid ailələri və əlilliyi olan şəxslər üçün mənzillərin satın alınması ilə bağlı keçirdiyi iri miqyaslı tender və satınalma müsabiqələrinin qalibi kimi tanınır..Həmçinin o, “Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də fəaliyyət göstərib.
Həmçinin Natiq Əlisoy Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Qarşı tərəfi də dinləməyə hazırıq.

“Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto

08/1786362114_tia_459082abaa76adcf2c469e8fc293c497_vjyse29fmb4hogt78cu6-645x430.jpeg[/medium][/center]

“Olivia” mağazasında müştəriyə qoxusu və tərkibi dəyişmiş uşaq məhsulu satılıb.

Bu barədə sosial şəbəkələrdə yazan şikayətçi Günay Seyidova bildirib ki, məhsulu açdıqdan sonra ondan xoşagəlməz və istifadəyə uyğun olmayan qoxu gəlib.

“Qəbz və nəhsulla birgə mağazaya yaxınlaşdım. Orada eyni məhsulun başqa nümunəsi ilə müqayisə etdik və həmin məhsulda bu qoxunun olmadığı aydın şəkildə məlum oldu. Yəni aldığım məhsulun normal vəziyyətdə olmadığı faktiki olaraq ortada idi”, – deyə Günay Seyidova qeyd edib.

O bildirib ki, buna baxmayaraq, mağazada eyni məhsuldan olmasına rəğmən, nə aldığı məhsul geri qaytarılıb, nə də yenisi ilə dəyişdirilib.

Şikayətçi xüsusilə məhsulun uşaq üçün alınmasından narahat olduğunu vurğulayıb:

“Məni ən çox narahat edən məqam isə budur: bu məhsul uşaq üçün alınmışdı. Mən məhsulu əvvəlcədən yoxlamadan qızıma istifadə etdirsəydim, bunun nəticəsinə kim cavabdeh olacaqdı?”.

Günay Seyidova hesab edir ki, müştəri məhsulu alarkən onun hər birini açıb qoxusunu, tərkibini və vəziyyətini yoxlamaq məcburiyyətində deyil.

“Alıcı mağazaya və satılan məhsulun keyfiyyətinə güvənir. Problem aşkarlandıqda isə ən azından məsuliyyətli yanaşma, dəyişdirmə və ya geri qaytarma gözlənilir”, – deyə o bildirib.

Şikayətçi mağazaya şəxsən yaxınlaşmasının istənilməsinə baxmayaraq, sonda problemin həlli üçün real addım atılmadığını da qeyd edib.

“Mən alarkən bir neçə məhsul aldığım üçün arxa etiketinə diqqət etməmişdim. Bu paylaşımı başqa valideynlərin və müştərilərin də məhsul alarkən diqqətli olması üçün edirəm”, – deyə Günay Seyidova vurğulayıb.

O, xüsusilə uşaqlar üçün alınan məhsulların istifadədən əvvəl mütləq yoxlanılmasına çağırış edib.

Məsələ ilə bağlı “Olivia” ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı.(Tribuna.az)

Qarşı tərəfi dinləməyə hazırıq.



BAĞÇADIR, YOXSA “QARA KASSA”? –Uşaqları pəncərədən qaçıran “pedaqoji möcüzə”!


Təhsil sistemimizdə həmişə novatorluqlara imza atılıb, amma bu dəfəki “ixtira” bütün təsəvvürləri alt-üst edir.

Paytaxt bağçalarının birində baş verənlər nağıllardakı gizli keçidləri, döyüş filmlərindəki maxinasiyaları xatırladır. Demə, tərəqqipərvər bağça rəhbərliyi körpələri yalnız tərbiyələndirmir, həm də onları “pəncərə təxliyyəsi” sınaqlarından keçirirmiş!

​Söhbət nədən gedir? Bağçada açıq-aşkar qanunsuz biznes imperiyası qurulub. Rəsmi tabellərdə uşaqların sayı bir cür, reallıqda isə tam başqa cürdür. Yoxlama gələn kimi bağça rəhbərliyi operativ müharibə rejiminə keçir: “artıq” uşaqlar, yəni qeyri-rəsmi qəbul edilənlər texniki işçilərin köməyi ilə təcili şəkildə pəncərələrdən həyətə çıxarılır, yoxlamanın gözündən yayındırılır. Görəsən, bu körpələr bağçaya gəliblər, yoxsa kəşfiyyat məktəbinə? Pəncərədən uşaq “evakuasiya eləmək” hansı təlim-tərbiyə proqramına daxildir?

117 saylı bağçada “ölü canlar” şəbəkəsi – İDDİA
​Amma “mərifət” bununla da bitmir. Dövlətin təsisatında qanunsuz repetitorluq, dərnək adıyla pul yığım şəbəkəsi açılıb. Uşaqların qidasından, təmizlik vasitələrindən tutmuş aylıq “qara касса” ödənişlərinə kadar hər şey pulla ölçülür. Təhsil ocağı rəsmi olaraq bağça, qeyri-rəsmi olaraq isə pul kəsən dəzgaha çevrilib. Müəllimlər və tərbiyəçilər dərs keçmək əvəzinə, sanki gizli obyektin gözətçisi funksiyasını icra edirlər.

​Bu özbaşınalıq, uşaqların təhlükəsizliyini açıq-aşkar təhlükəyə atmaq və dövlət əmlakından sex kimi istifadə etmək deyilmi? Körpə uşağı pəncərədən bayıra düşürmək hansı vicdana, hansı pedaqogikaya sığır?

​Məsələnin cinayət tərkibli və hüquqi tərəflərini nəzərə alaraq bildiririk ki, Faktum.az olaraq aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Baş Prokurorluğa ünvanladığımız rəsmi sorğular hələ ki, cavabsız qalıb

​Səlahiyyətli qurumların bu “pəncərə əməliyyatına” nə vaxt hüquqi qiymət verəcəyini və susqunluğunu nə vaxt pozacağını səbirsizliklə gözləyirik.(faktum.az)

Sabah yağış yağacaq, güclü külək əsəcək

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti olacaq.

İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur



İran Prezidenti Məsud Pezeşkian bu ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edə bilər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.

Eyni zamanda, o qeyd edib ki, Pezeşkianın səfəri ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

"İran İslam Respublikasının nümayəndə heyəti adətən hər il prezident səviyyəsində Baş Assambleyanın sessiyasında iştirak edir. Bu, BMT-nin ən vacib illik tədbiridir və mövqeyimizi çatdırmaq üçün həmişə bu fürsətdən istifadə etmişik. Bu il də bu imkandan yararlanmağı planlaşdırırıq. Əlbəttə, hər şey vəziyyətdən asılıdır və bu məsələ ilə bağlı məlumat yaxın həftələrdə təqdim olunacaq", - İ.Bəqai qeyd edib.

Almaniyada Bundsverin ölkə daxilində yerləşdirilməsi təklif olunub


Almaniyanın Şlezviq-Holşteyn torpağının Baş naziri Daniel Günter dron təhlükəsi ilə əlaqədar Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ölkə ərazisində yerləşdirilməsinə icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

Bu barədə "ntv" məlumat yayıb.

Onun sözlərinə görə, bu məqsədlə hətta konstitusiyaya dəyişiklik edilməsi zəruri ola bilər.

"Çünki dronların yaratdığı təhlükənin beynəlxalq və ya daxili xarakter daşıdığını ayırd etmək demək olar ki, qeyri-mümkündür. Buna görə də hesab edirəm ki, biz Əsas qanuna (Almaniya konstitusiyasına) dəyişikliklərin edilməsini müzakirə etməliyik və ümid edirəm ki, müəyyən nəticələr əldə edə biləcəyik", - D.Günter qeyd edib.

O, xarici və daxili təhlükəsizlik məsələlərində federal hökumətlə federal torpaqların hökumətləri arasında səlahiyyət bölgüsünün artıq məqsədəuyğun olmadığını bildirib. Baş nazirin sözlərinə görə, müasir təhdidləri nəzərə alaraq, federal hökumətin və federal torpaqların hökumətlərinin səlahiyyətləri daha da birləşdirilməlidir.

Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO


Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır.

Təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır. Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlıq saraylarında artıq tarixlər əvvəlcədən müəyyən olunub. İnzibatçıların sözlərinə görə, hətta elə müştərilər var ki, 5 ay əvvəldən tarix təyin ediblər. Ötən illə müqayisədə tələbatın artıdığı da deyilir.

İnzibatçıların sözlərinə görə, qiymətlərdə təxminən 10 faiz artım var. Maksimal məbləğ müştərinin istəyindən asılı olaraq dəyişə bilir. Minimal qiymətlər isə şadlıq evlərinə, göstərilən xidmətə uyğun dəyişir.

İnzibatçılar menyularda bahalaşmaya səbəb kimi ətin qiymətinin artmasını göstərirlər.

Qeyd edək ki, iyun ayının 16-dan təxminən 2 ay müddətində, yəni avqustun 14-dək Məhərrəm və Səfər ayları ilə əlaqədar olaraq şadlıq məclislərinin keçirilməsində fasilələr yaranmışdı.(Xezerxeber.az)


Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31