Kəmaləddin Qafarovun “tender səltənəti”:“Azəri Med”ə üç ildə 100 milyon manat!



“Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri həcmli satınalmalarında ardıcıl qalib olması ilə bağlı suallar yenidən gündəmdədir

“Azəri Med” Qapalı Səhmdar Cəmiyyətinin cari ilin ilk 7 ayında dövlət tibb müəssisələrindən aldığı sifarişlərin həcmi diqqət çəkir.

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələrində istifadə olunacaq spesifik ləvazimat və sərfiyyat mallarının satın alınması üzrə tenderin nəticəsini açıqlayıb. Tenderin qalibi “Azəri Med” QSC seçilib və tərəflər arasında 422 min 26 manatlıq müqavilə imzalanıb.

Bu müqavilə ilə şirkətin 2026-cı il ərzində bağladığı satınalma müqavilələrinin sayı 11-ə çatıb. Həmin müqavilələrin ümumi maliyyə dəyəri isə 16 milyon 370 min 948,95 manat göstərilir.

Bu rəqəmlər “Azəri Med”in dövlət satınalmalarında aktivliyini bir daha gündəmə gətirir.

“Azəri Med” kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 255 min 510 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30F ünvanıdır. Hazırda qanuni təmsilçi Famil Vəli oğlu Rəhimlidir.

Şirkətin faktiki sahibinin Milli Məclisin deputatı Kəmaləddin Qafarov olması barədə isə illərdir mediada müxtəlif məlumatlar yayılır.

Bu iddiaların əsaslandırılması üçün bir sıra faktlar göstərilir. Belə ki, Famil Rəhimlidən əvvəl şirkətin qanuni təmsilçiləri arasında Qafarov Elman Cabbar oğlu və Qafarov Hüsaməddin Şəmsəddin oğlunun adları olub. Açıq mənbələrdə hər iki şəxsin deputat Kəmaləddin Qafarovla qohumluq əlaqələrinin olduğu sübut olunub.

Mediada daha əvvəl yayılan məlumatlarda “Azəri Med”in 2020-ci ilədək hüquqi ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 65A, mənzil 155 olması da diqqətə çatdırılıb. Həmin ünvanda Kəmaləddin Qafarov və ailə üzvlərinin qeydiyyatda olublar.

“Azəri Med”in deputata məxsus olması barədə bu iddialar uzun müddətdir mediada dövr edir. Kəmaləddin Qafarovun isə şirkətin ona aid olması ilə bağlı iddiaları təkzib etmədiyi müxtəlif nəşrlərdə yazılıb. AzadlıqRadiosu da 2026-cı ilin iyulunda apardığı araşdırmada bu məsələyə toxunaraq deputatla əlaqə yaratmaq cəhdinin nəticəsiz qaldığını bildirib.

Əsas suallar isə Milli Onkologiya Mərkəzinin tenderlərindən yaranır

Kəmaləddin Qafarovla bağlı mediada yayılan iddiaların ən çox müzakirə olunan tərəflərindən biri onun Milli Onkologiya Mərkəzi ilə keçmiş əlaqələri və “Azəri Med”in bu qurumun tenderlərindəki mövqeyidir.

Qafarov deputat seçilməzdən əvvəl Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə uzun müddət “Azəri Med”də fəaliyyət göstərdiyi barədə məlumatlar yayılıb.

Məhz bu səbəbdən “Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri həcmli tenderlərində ardıcıl qalib olması mediada suallar yaradıb.

Rəqəmlər də diqqətçəkəndir.

2024-cü ilin mayında Milli Onkologiya Mərkəzi “Azəri Med”i 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edib.

2025-ci ilin mayında isə eyni şirkətlə 35 milyon 849 min 901,34 manatlıq müqavilə bağlanıb. Tender kimyəvi dərman preparatları, laboratoriya reaktivləri, sarğı materialları və digər tibbi ləvazimatların satın alınmasını əhatə edib.

2026-cı ilin iyulunda isə daha bir böyük müqavilə ortaya çıxıb. Milli Onkologiya Mərkəzi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının alınması üçün “Azəri Med”lə 34 milyon 961 min 987 manatlıq müqavilə bağlayıb.

Beləliklə, yalnız 2024–2026-cı illərdə Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə bağladığı üç böyük müqavilənin ümumi məbləği təxminən 100,64 milyon manata çatır.

Üstəlik, tərəflər arasında 2-3 milyon manatlıq daha kiçik müqavilələr də var.

2026-cı ildə şirkətin hüquqi statusu da dəyişib

Bu ilin fevralında “Azəri Med”in təşkilati-hüquqi formasını dəyişdiyi açıqlanıb. Şirkət Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

Reyestr məlumatlarında şirkətin nizamnamə kapitalının 8 milyon 255 min 510 manat olduğu, qanuni təmsilçisinin isə Famil Rəhimli olaraq qaldığı göstərilir. Şirkətin əvvəlki təmsilçiləri arasında Qafarov soyadlı şəxslərin olması da mediada yenidən müzakirə mövzusuna çevrilib.

Kəmaləddin Qafarovun biznes fəaliyyəti ilə bağlı mediada yayılan iddialar yalnız “Azəri Med”lə məhdudlaşmır.

Müxtəlif illərdə yayılan yazılarda deputatla “Versal Palace” MTK, “Kanon” MMC, “Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” fərdi firması, “Helios Pharma” və “Salidont LTD” kimi şirkətlər arasında əlaqənin olduğu iddia edilib.

Mediada “Shafran” MMC-nin qanuni təmsilçisinin Qafarov Hüsaməddin Şəmsəddin oğlu olması da bu iddiaların əsas arqumentlərindən biri kimi təqdim olunub.

Bununla yanaşı, “Azəri Med”in “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”la əlaqəli olması barədə də əvvəlki illərdə müxtəlif məlumatlar yayılıb.

İddialar niyə yenidən gündəmə gəlib?

Məsələnin aktuallaşmasının əsas səbəbi “Azəri Med”in dövlət tibb müəssisələrinin satınalmalarında yüksək məbləğli müqavilələr əldə etməyə davam etməsidir.

Təkcə 2026-cı ilin ilk dörd ayında şirkətin 11 satınalma müqaviləsi üzrə 16,37 milyon manatlıq sifariş alması barədə məlumat yayılıb. Bunun ardınca isə Milli Onkologiya Mərkəzinin iyul ayında şirkətə 34,96 milyon manatlıq yeni müqavilə verməsi mövzuya əlavə diqqət çəkib.

Daha maraqlısı odur ki, “Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri tenderlərindəki üstünlüyü artıq bir neçə ildir davam edir. 2024-cü ildə 29,8 milyon, 2025-ci ildə 35,8 milyon, 2026-cı ildə isə 34a,96 milyon manatlıq müqavilələr eyni şirkətin qalib olduğu satınalmalar sırasındadır.

Bu mənzərə “Azəri Med”in tenderlərdə necə və hansı meyarlarla seçilməsi, şirkətin faktiki sahibinin kim olması və Kəmaləddin Qafarovun şirkətlə əlaqəsinin olub-olmaması barədə sualları yenidən gündəmə gətirir.

Mediada deputatın biznes fəaliyyəti ilə bağlı yayılan iddialar da məhz bu fonda diqqət çəkir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər nəzərdə tutulur. Buna görə də “Azəri Med”in faktiki sahibinin kimliyi ilə bağlı məsələ təkcə kommersiya deyil, həm də ictimai maraq doğuran hüquqi məsələdir…(aktualinfo.net)

“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”


“Rusiya tərəfi Ukrayna münaqişəsinin həlli mövzusunda Almaniya ilə heç bir rəsmi danışıqlar aparmayıb”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

“Almaniya ilə Ukrayna münaqişəsinin mövzusunda heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikasını və praktiki addımlarını nəzərə alsaq, bu cür təmaslar çətin ki, mümkün olsun”, - nazir müavini qeyd edib.

Bununla belə, Qaluzin ictimai qrupların nümayəndələrinin qeyri-rəsmi təmaslarının mövcud olduğunu vurğulayıb.

“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələrinin qeyri-rəsmi görüşlərinə gəldikdə isə, onlar olub və davam edir”, - rusiyalı diplomatı deyib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “The Times” nəşri Bakıda Almaniya ilə Rusiya arasında qeyri-rəsmi təmasların baş tutduğu barədə məlumat yayıb. Məlumata görə, Almaniya nümayəndə heyətinə sabiq kansler Angela Merkelin administrasiyasının keçmiş rəhbəri Ronald Pofala və Brandenburg bölgəsinin keçmiş rəhbəri Mattias Platsik, Rusiya nümayəndə heyətinə isə Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və “Qazprom”un direktorlar şurasının sədri Viktor Zubkov daxil olub.

"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR


Özünü David Seliverstov adı ilə təqdim edən, əslində isə Kazım Elşən oğlu Abbasov olan şəxsin ətrafında yaranan qalmaqallar səngimək bilmir. Azərbaycanda fəaliyyəti ilə bağlı müxtəlif mübahisələrin və ittihamların gündəmə gəlməsindən sonra əvvəlcə Gürcüstana, daha sonra isə İsrailə qaçan bu şəxs yenidən qalmaqalın mərkəzinə düşüb.
Yenixeberorg.com: Sosial şəbəkələrdə yayılan son görüntülər Gürcüstandakı kazinolardan birində çəkilib. Kadrlarda David Seliverstov kimi tanınan şəxs mühafizə əməkdaşları ilə sərt mübahisə edir, müəssisəyə buraxılmadığını bildirir və baş verənləri yəhudi kimliyinə qarşı münasibətlə əlaqələndirməyə çalışır. Lakin yayılan videolar və hadisə ilə bağlı məlumatlar göstərir ki, söhbət adi məişət xarakterli münaqişədən gedir və onun bunu antisemitizm kimi təqdim etməyə cəhd göstərir.
Kazım Abbasov son illər özünü David Seliverstov adı ilə beynəlxalq hüquq müdafiəçisi, xeyriyyəçi, eləcə də yəhudi icmasının nümayəndəsi kimi təqdim edirdi. O, müxtəlif tədbirlərdə iştirak edir, sosial şəbəkələrdə İsraildən və digər ölkələrdən videolar paylaşır, yüksək səviyyəli əlaqələrə malik olduğu görüntüsü yaratmağa çalışırdı.
Bununla yanaşı, Azərbaycan ictimaiyyətində onun fəaliyyəti ilə bağlı çoxsaylı suallar yaranmışdı. Özünü hansı hüquqi əsaslarla yəhudi təşkilatının rəhbəri kimi təqdim etdiyi, bu statusun hansı sənədlərlə təsdiqləndiyi, müxtəlif dövlət və ictimai qurumlarla əlaqələrinin hansı əsaslara söykəndiyi müzakirə mövzusu olmuşdu.

Kazım Abbasov əvvəllər dələduzluq, saxta sənədlərdən istifadə, vəzifə səlahiyyətlərini mənimsəmə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif cinayət işləri üzrə məhkum olunub. Həbsdən azad edildikdən sonra isə fərqli ad və ictimai imiclə fəaliyyət göstərməyə başlayıb. Gürcüstandakı kazino qalmaqalı təsadüfi hadisə deyil. Bu görüntülər son illər David Seliverstov adı altında qurulan ictimai obrazın yenidən ciddi müzakirə olunmasına səbəb olub.

Əsas suallar isə açıq qalır - Kazım Abbasov illərlə hansı əsaslarla fərqli kimlik altında fəaliyyət göstərə bilib? Özünü təmsilçisi kimi təqdim etdiyi təşkilatların bu barədə mövqeyi nədir? Gürcüstandakı insident hüquqi və beynəlxalq müstəvidə hansı nəticələrə səbəb olacaq?

Xatırladaq ki, David Seliverstov 2025-ci ilin oktyabrında MTV-yə verdiyi müsahibəsində bildirib ki, rəhbərlik etdiyi "Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti" 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı, Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb.

Onun sözlərinə görə, "Magen" sözü ivrit dilində "Davudun qalxanı" mənasını verir və təşkilatın əsas məqsədi yəhudi irsinin qorunması, xeyriyyəçilik fəaliyyəti, şəhid ailələrinə dəstək və sosial layihələrin həyata keçirilməsidir.

Bu açıqlama diqqətdən yayınmır. Çünki təşkilatın rəsmi internet səhifəsində də eyni məlumat yer alır. Saytda "Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti"nin məhz Anatoliy Rafailovun təşəbbüsü ilə yaradıldığı qeyd edilir, o, eyni zamanda təşkilatın fəxri sədri kimi təqdim olunur.

"Magen David Azərbaycan"ın fəaliyyəti son illər nəzərəçarpacaq dərəcədə genişlənib. Təşkilat müxtəlif konfranslar, forumlar, humanitar aksiyalar, media tədbirləri və Azərbaycan–İsrail münasibətlərinə həsr olunmuş layihələr keçirib.
Rəsmi saytda təşkilatın hüquq departamenti, yüksək texnologiyalar istiqaməti, "Azərbaycan–İsrail Ticarət Evi" layihəsi və digər platformaları haqqında da məlumat yerləşdirilib.

Eyni zamanda saytda David Seliverstov beynəlxalq hüquq müdafiəçisi, "Magen David Azərbaycan"ın direktoru, Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri və digər ictimai statuslarla təqdim olunur.

Araşdırma zamanı diqqəti çəkən əsas məqam təşkilatın mövcudluğu deyil. Əsas məsələ David Seliverstov adı altında formalaşdırılan ictimai nüfuzun hansı mexanizmlərlə yaranmasıdır. Təşkilatın rəhbərinin bioqrafiyası, beynəlxalq statusları və müxtəlif platformalarda təqdim olunan vəzifələri təşkilatın öz resurslarında göstərilir. Bu məlumatların hansı sənədlərlə təsdiqləndiyi isə ayrıca araşdırma mövzusudur. David Seliverstovun öz müsahibəsində və təşkilatın rəsmi məlumatlarında Anatoliy Rafailovun təşəbbüskar kimi göstərilməsi ictimai maraq doğuran faktdır. Bunun özü hər hansı qanun pozuntusu anlamına gəlmir. Lakin təşkilatın yaradılması, idarə olunması və ictimai fəaliyyətində deputatın rolunun hüquqi çərçivəsinin aydın izah olunması ictimai baxımdan əhəmiyyətlidir.

Rəsmi internet səhifəsində 2025–2026-cı illərdə təşkilatın fəaliyyətinin daha da genişləndiyi görünür. Burada müxtəlif dövlət qurumları ilə əməkdaşlıq, beynəlxalq tədbirlər, iqtisadi layihələr və səhiyyə sahəsində memorandumlar barədə xəbərlər dərc olunub.

Araşdırma nəticəsində aşağıdakı suallar ortaya çıxır:

-Deputat Anatoliy Rafailov bu təşkilatın əsasını qoyarkən və ona himayədarlıq edərkən rəhbər təyin olunan şəxsin keçmişindən və real simasından xəbərdar olubmu?

-Məhkum olunmuş və hüquqi problemi olan bir şəxsin "beynəlxalq hüquq müdafiəçisi" adı altında müxtəlif dövlət qurumları və beynəlxalq platformalarla əlaqə qurmasına necə şərait yaradılıb?

-Ölkəni tərk etmiş bu şəxsin idarə etdiyi və ya adından istifadə etdiyi layihələrin hüquqi aqibəti necə olacaq?

Magen David Azərbaycan"ın təsis sənədlərində təsisçilər kimlərdir?

-Anatoliy Rafailovun təşkilatdakı hüquqi statusu konkret nədən ibarətdir?

-David Seliverstov adı hüquqi ad dəyişikliyi, təxəllüs, yoxsa başqa əsasla istifadə olunur?

-Təşkilatın beynəlxalq tərəfdaşlıqları və təqdim olunan statusları hansı rəsmi sənədlərlə təsdiqlənir?

-Maliyyə mənbələri və fəaliyyət hesabatları ictimaiyyət üçün hansı həcmdə açıqlanıb?

​Bütün bu suallar cavab gözləyir və "Magen David" pərdəsi arxasında gizlənən maraqların tam şəkildə araşdırılmasını zəruri edir.

​Xatırladaq ki, David Seliverstov - Kazım Abbasovun saxta vəsiqələrdən və qanunsuz statuslardan istifadə etməsi ilk dəfə deyil. Əldə olunan məlumatlara əsasən, illər əvvəl – 2011–2012-ci illərdə Xəzər rayonunda baş verən həbslərin arxasında da məhz saxta Dövlət Təhlükəsizliyi Xidmətinin (və ya o dövrün qurumlarının) vəsiqələrindən istifadə halları dayanır.
Həmin dövrə aid məhkəmə hökmləri və sənədlər də təsdiqləyir ki, bu şəxs hələ illər əvvəl də eyni üsulla – güc strukturlarının adından və saxta sənədlərdən sui-istifadə etməklə vətəndaşları aldadıb. İllər sonra yenidən səhnəyə çıxaraq özünə "David Seliverstov" kimi yeni beynəlxalq imic qazandıran həmin şəxs köhnə vərdişlərindən əl çəkməyib və eyni üsulla fəaliyyətini davam etdirib.

Hüquq müdafiəçilərinin (Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə) Musavat.com-a təqdim etdikləri məlumatlara görə, Azərbaycanda rəsmi olaraq "David Seliverstov" adında vətəndaş mövcud deyil. Bu ad altında fəaliyyət göstərən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu müəyyənləşdirilib.

Onun kifayət qədər zəngin və qaranlıq kriminal keçmişi olub:

-2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılaraq məhkum edilib.

- Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə məsuliyyətə cəlb olunub.

- 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. 2022-ci ildə azadlığa çıxdıqdan sonra isə o, Azərbaycan cəmiyyətinə "beynəlxalq hüquq müdafiəçisi" kimi təqdim olunub.

Musavat.com-da bu barədə silsilə ifşaedici materiallar yayımlandıqdan dərhal sonra Kazım Abbasov - David Seliverstov gecə saatlarında Azərbaycanı tərk edib. İlkin olaraq Gürcüstana üz tutduğu bildirilən bu şəxs sonradan sosial şəbəkələrdə İsraildən görüntülər yayaraq guya işgüzar səfərdə olduğunu və ölkəyə investisiya cəlb etdiyini iddia etməyə çalışıb. Lakin mütəxəssislər və media nümayəndələri həmin videoların saxta statusu ört-basdır etmək üçün növbəti bir şou olduğunu vurğulayırlar.

Hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləri zərərçəkən vətəndaşları və bu şəxsdən hər hansı formada təzyiq və ya təhdid görənləri çəkinmədən müvafiq qurumlara – Daxili İşlər Nazirliyinə müraciət etməyə çağırırlar. Araşdırmalar davam edir.(musavat.com)

E.Məmmədəliyev

Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır –rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır


İctimai maraq doğuran məsələlərin araşdırılması medianın əsas vəzifələrindən biridir. Xüsusilə insanların sağlamlığı ilə birbaşa əlaqəli olan tibb sahəsində fəaliyyət göstərən şəxslərin ixtisası, sertifikasiyası və peşə fəaliyyəti barədə yaranan sualların cavablandırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən redaksiyamız bir müddət əvvəl həkim Pərvaz Kişiyevin ixtisası üzrə fəaliyyət göstərib-göstərməməsi ilə bağlı araşdırma materialı dərc etmişdi.

Həmin araşdırmada redaksiyamıza daxil olmuş məlumatlar əsasında Pərvaz Kişiyevin hazırda “VIP Milan Hospital”da LOR (otorinolarinqoloq) həkimi kimi fəaliyyət göstərdiyi, halbuki əvvəllər anestezioloq kimi çalışdığı barədə iddiaların mövcud olduğu qeyd edilmişdi. Bu məlumatların dəqiqləşdirilməsi məqsədilə jurnalist etikasına və “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qarşı tərəfə rəsmi sorğu ünvanlanmışdı.
Sorğumuz əvvəlcə Pərvaz Kişiyevin köməkçisinə göndərildi. Lakin təqdim olunan cavab redaksiyamızın ünvanladığı konkret sualları cavablandırmadı. Əksinə, yalnız ümumi məzmunlu açıqlama verildi və bildirildi ki, məlumatlar yalnız hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında təqdim olunur. Halbuki redaksiyamız pasiyentlərə aid şəxsi məlumat deyil, ictimai maraq doğuran peşə fəaliyyəti ilə bağlı rəsmi məlumatların açıqlanmasını xahiş etmişdi.
Bununla kifayətlənməyən redaksiyamız məsələni daha obyektiv araşdırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə və “VIP Milan Hospital”a rəsmi elektron sorğular göndərdi. Sorğularda Pərvaz Kişiyevin hansı ixtisas üzrə sertifikasiya olunduğu, hazırda hansı ixtisas üzrə fəaliyyət göstərdiyi və LOR həkimi kimi çalışmasının hüquqi əsasları barədə izahat istənildi.
Lakin sorğuların göndərilməsindən artıq 12 gün keçməsinə baxmayaraq, redaksiyamıza heç bir rəsmi cavab təqdim olunmayıb. Bu müddət ərzində TƏBİB-in mətbuat xidməti ilə “WhatsApp” vasitəsilə də əlaqə saxlanılıb, sorğu yenidən göndərilib. Təəssüf ki, bu müraciət də cavabsız qalıb.
Belə yanaşma istər media nümayəndələri, istərsə də ictimaiyyət üçün haqlı suallar yaradır. Dövlət qurumlarının və tibb müəssisələrinin ictimai maraq doğuran məsələlərdə şəffaf mövqe nümayiş etdirməsi, qanunvericiliyin imkan verdiyi çərçivədə mediaya məlumat verməsi cəmiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Susqunluq isə mövcud sualların aradan qalxmasına deyil, əksinə, yeni sualların yaranmasına səbəb olur.
Əgər ortada hər hansı qanun pozuntusu yoxdursa və bütün fəaliyyət qanunvericiliyin tələblərinə uyğundursa, bu barədə qısa və aydın rəsmi açıqlamanın verilməsi həm tibb müəssisəsinin, həm də həkimin nüfuzunun qorunmasına xidmət edərdi. Təəssüf ki, indiyədək belə bir mövqe nümayiş etdirilməyib.
Redaksiyamız bir daha vurğulayır ki, məqsədimiz hər hansı şəxs və ya tibb müəssisəsini ittiham etmək deyil. Məqsəd yalnız ictimai maraq doğuran məsələlərin rəsmi sənədlər və səlahiyyətli qurumların açıqlamaları əsasında araşdırılmasıdır. Məhz buna görə də suallarımıza cavab almaq üçün bütün qanuni vasitələrdən istifadə olunur.
Hazırda cavab gözləyən əsas suallar dəyişməz olaraq qalır: Pərvaz Kişiyev hazırda hansı ixtisas üzrə fəaliyyət göstərir? Onun qüvvədə olan sertifikasiya şəhadətnaməsi hansı ixtisasa aiddir? Əgər LOR həkimi kimi fəaliyyət göstərirsə, bunun hüquqi və peşəkar əsasları nədən ibarətdir? Bu sualların cavabı həm pasiyentlər, həm də cəmiyyət üçün əhəmiyyətlidir.
Redaksiyamız araşdırmanı davam etdirəcək və məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından daxil olacaq bütün rəsmi məlumatları olduğu kimi ictimaiyyətə çatdıracaq.
Qeyd: Redaksiyamız jurnalist etikasına və “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə sadiqdir. Yazıda adı çəkilən Pərvaz Kişiyevin, “VIP Milan Hospital”ın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in də mövqeyini işıqlandırmağa hazırıq./kəskinmedia.tv/

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31