“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb


Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “Citomed”in bağlı olduğu “Citomed” MMC-nin (VÖEN – 4401388761) dövlət büdcəsinə vergi borcu son 5 ayda 3 dəfəyə yaxın artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Citomed” MMC-nin 8 aprel 2026-cı il tarixinə olan vergi borcu 12 min 286 manat 81 qəpik olduğu halda, bu günə (2 sentyabr 2026) olan məlumata görə, bu göstərici artıq 32 min 177 manat 96 qəpiyə çatıb.
Məlumat üçün bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan “Citomed” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Quliyeva Elnarə Nəbi qızıdır.
MMC qeydiyyata alınan zaman hüquqi ünvanı Qəbələ rayonunun Tüntül kəndində yerləşib və ilk qanuni təmsiçisi də Xitilov Babək Mehman oğlu olub. Hal-hazırda MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, m. 55-də yerləşir.

Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

“19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Nazim Eynallı,

“7 №-li Yol İstismarı” MMC – direktoru Məzahir Əliyev,
“16 №-li Yol İstismarı” MMC – direktoru Aqil Niftalıyev,
“18 №-li Yol İstismarı” MMC – direktoru Ərrəhman Əhmədov,
“19 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Həsənov,
“21 №-li Yol İstismarı” MMC – direktoru İlham Əzizli,
“22 №-li Yol İstismarı” MMC – direktoru Pünhan Ağamalıyev,
“39 №-li Yol İstismarı” MMC – direktoru Aydın Cəfərov,
“5 №-li Magistral Yolların İstismarı” MMC – direktoru Arif Abbasov.
Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib. Həmçinin 10, 11, 12, 13, 15, 20, 33, 45, 50 nömrəli Yol İstismarı MMC-lər, eləcə də “6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC də ləğv olunub.

Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...


Masazır qəsəbəsi, Nizami küçəsində qanunsuz tikinti işləri aparılır.

Mediaxeberleri.Az-a daxil olan məlumata görə, ərazidə təxminən 20-yə yaxın işçinin heç bir təhlükəsizlik geyimi və qoruyucu vasitə olmadan təhlükəli şəraitdə işləyir. Ərazidə aparılan video çəkilişdən tikinti texnikalarının yol örtüyünə zərər vurduğu da görünür. Üstəlik, ərazidə tikintinin kimə məxsus olduğunu və hansı əsasla aparıldığını göstərən məlumat lövhəsi də yox idi. Cavabdeh şəxsi soruşduqda əvvəlcə onun ərazidə olmadığı bildirildi. Bir qədər sonra özünü məsul şəxs kimi təqdim edən bir nəfər gəldi.

İşçilərin təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşduqda isə “Heç nə olmaz, guya nə qanunidir ki?” cavabını verdi.

Suallarımıza cavab vermək əvəzinə əraziyə gəlməyimizin qanunsuz olduğunu iddia edən şəxs daha sonra telefonunu uzadaraq dedi:

“Götür, İsrail bəylə danış”. Biz isə onun kim olduğunu soruşduqda “Siz İsrail bəyi niyə tanımırsınız?” cavabını aldıq. İsrail bəyin əraziyə gəlib suallara cavab verməsini istədikdə isə “Gələ bilməz” deyildi.

Burada suallar yaranır:

İsrail bəy kimdir?

Hansı vəzifəni tutur?

Nəyə görə biz onu tanımalıyıq?

İsrail adlı iş adamı Bakını Qəzza zolağına çevirən bir sahibkardır. Onun Bakı Şəhər İcra Hakimiyyətindən Riad Qasımov, Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” adlı şəxslə yaxın münasibətləri olduğu deyilir. Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik. Onu da bildirək ki Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitextura Komitəsi ilə dil tapan bu şəxsin qanunsuz obyektlərinin taleyi qaranlıqdır.

Çünki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin bu günlərdə mediaya verdiyi açıqlamada qəti mesaj var idi:

“Təhlükəli özbaşına tikililərin rəsmiləşdirilməsi hətta məhkəmə yolu ilə də mümkün deyil”

Azərbaycanda vəkil cərimələndi


Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.

Bundan başqa, “Vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən kargüzarlığın aparılmasına dair” Təlimat müzakirə olunub. Həmçinin vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2026-cı ildə hüquqi yardım göstərilməsi ilə bağlı yarımillik statistik hesabat təhlil edilib.

Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?


Azərbaycanda iri həcmli dövlət satınalmalarının aktiv qaliblərindən biri də «Hovers Group» MMC-dir (VÖEN: 1501843641).

Şirkət 2011-ci ildə yaradılsa da, 2024-cü ildən etibarən tenderlərin qalibi olur.

Beləliklə, «Hovers Group» MMC bu il 2 dövlət qurumu ilə 50 milyon 553,8 min manatlıq satınalma müqaviləsi imzalayıb. “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərini bu şirkətə tapşırıb və 9 milyon 287,3 min manatlıq satınalma müqaviləsi imzalayıb.

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ də Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili ilə bağlı şirkətə 41 milyon 266,4 min manatlıq sifariş verib.

Ümumiyyətlə, «Hovers Group» MMC "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ-nin sevimli şirkətidir. Qurum 2025-ci ildə bu şirkətə 53 milyon 956,1 min manatlıq işlər gördürüb.

Bundan başqa, şirkət 2025-ci ildə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən 230,4 min manatlıq, "Su Meliorasiya Xidməti" PHŞ-dən 28 milyon 740 min manatlıq sifariş alıb.

2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi ilə şirkət arasında 12 milyon 430 min manatlıq, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə şirkət arasında 13 milyon 818,8 min manatlıq satınalma müqavilələri imzalanıb.

Ümumi olaraq, «Hovers Group» MMC 8 müxtəlif dövlət qurumundan 159 milyon 689,1 min manatlıq sifariş alıb.

Şirkətin qalibi olduğu tenderlər daha ətraflı:

Bizimesr.media

167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA


Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbdə təmir işləri adı altında valideynlərdən pul toplanması ilə bağlı məlumat yayılıb.

Bizimesr.media bildirir ki, yayılan məlumatda iddia olunur ki, məktəbdə bütün valideynlərdən təmir üçün pul vermələri tələb edilib. Bildirilir ki, hər sinif üzrə toplanan məbləğ təxminən 200 manat təşkil edir.

Məlumatın nə dərəcədə doğru olduğu və vəsaitin hansı məqsədlə toplandığı açıqlanmır. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, 167 saylı orta məktəbin direktoru Taleh Quliyevdir. O 2023-cü ildə bu posta təyin olunub.

Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”




Bir neçə gün əvvəl DİM rəhbərliyinin dəyişdiriləcəyi və Məleykə Abbaszadənin yerinə ADNSU-nun rektoru Rüfət Əzizovun gətiriləcəyi barədə xəbər yayılmışdı.
Həmin xəbərdə Abbaszadənin yaşı nəzərə alınaraq pensiyaya göndəriləcəyi qeyd edilmişdi. Təyinatın yaxın günlərdə reallaşacağı vurğulanırdı.
Qeyd edək ki, bu məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə fəallarından olan və vaxtilə Təhsil İnstitutunda çalışmış Könül Aydın Rüfət Əzizov haqqında iddialar səsləndirib.
Onun iddiasına görə, DİM-in rəhbərliyinə gətirilməsi gözlənilən Əzizovun Fətullah Gülənlə əlaqəsi var: “Amandır, etməyin. Bir ölkəyə zərrəcə hörmətiniz varsa, etməyin. Bu gəlsə, ölkəni Fətullah Gülənin şəbəkəsi tamamilə idarə edəcək. Mətaha da döndərməyin, adi bir korrupsionerdir”.
Könül Aydın özünün sosial şəbəkə hesabında yazıb ki, Əzizov Təhsil İnstitutunda direktor olduğu müddətdə MİQ imtahanları tamamilə hazırlıq kursları idarəçilərinin əlinə keçdi: “Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin ediləndə mən həmin institutda Əlavə təhsilin məzmunu şöbəsinin müdiri idim. MİQ imtahanının aparılmasında iştirak edirdim. Həmin il gördüm ki, çöldə nə qədər tanınmış kurs var, hamısının məsul işçiləri bunkerdədirlər, imtahan testlərini hazırlayırlar. İmtahandan sonra Şamaxıya dincəlməyə getdik. Onda elə o kurs adamlarının önündə Rüfət Əzizova dedim ki, bu bazar adamları niyə imtahan suallarını yazırlar? Mən bu instituta gələndə məni inandırmışdılar ki, biz təhsili korrupsiyadan təmizləmək üçün gəlmişik, mən də burada şöbə müdiri olmağa razılıq vermişdim. Fəaliyyətim müddətində köhnə korrupsionerlərə qarşı sərt idim, onlar tələblərimə dözməyib ya işdən gedir, ya da yaramazları özüm işdən çıxarırdım. Belə çıxır ki, mən o köhnə korrupsionerlərin günahına batmışam. Nə fərqi vardı – o korrupsionerlər, yoxsa bu bazar adamları?”
Təhsil İnstitutunun keçmiş əməkdaşı daha sonra bildirib ki, bu çıxışı zamanı Rüfət Əzizov “lal və kar” kimi susub, bir kəlmə də cavab verə bilməyib: “Nəzakət Mehtiyeva oturduğu yerdə ölmüş, Nurlan İsmayılbəyli başı ilə sözlərimi təsdiq edirdi. Bu hadisəni burada çox adam xatırlayar. Böyük kollektiv qarşısında çıxış etmişdim. Nəzakət Mehtiyeva Şamaxıdakı bu toplantıdan öncə – Bakıda öz iş otağında mənə kurs rəhbərlərinin MİQ imtahanında iştiraklarını belə əsaslandırmışdı: “Onlar çöldə qalanda müəllimləri üstümüzə qaldırıb ETN qarşısında aksiya keçirir, “Facebook”-da paylaşmalar edərək ajiotaj yaradırlar”. Hətta demişdi ki, iki kurs rəhbərini bu təxribata görə otağına çağırmışdı, onlar da onun gözü önündə bir-birlərini pis söyüşlərlə təhqir edərək bir-birlərinin üzlərinə tüpürmüşdülər. Ona görə də ikisi də indi bunkerdə idilər”.
Könül Aydın daha sonra yazıb ki, həmin dönəmdən bəri imtahandan sonra səs çıxmır: “Diqqət edin, artıq neçə ildir, görün imtahandan sonra səs çıxırmı?! Demək, elə o vaxtdan MİQ kurslar arasında bölüşdürülüb. Bütün kurslar böyük güclərə məxsusdur. Allah qorusun, onlar mənə bir daha nəsə etmək istəyərlər. Biləsiniz. Baxın da”.
O, yekunda Əzizov haqqında başqa məlumatlar da paylaşıb. Könül Aydın yazıb: “AGMA Rüfət Əzizovun idarəçiliyindən niyə alındı? Rüfət Əsədzadə niyə ölkədən qaçdı? Dövlət qurumları araşdırsınlar. Rüfət Əsədzadə bir trol qrupunu da idarə edirdi. Bu axmaqlar məni də oraya daxil edib vəzifə və yüksək məbləğdə xidmət haqqı təklif edirdilər. Görün nə qədər səfeh və beyin yerində hörümçək toru – Fətullah Gülənin şəbəkə siyasəti olan adamdırlar ki, hamını özləri kimi zənn edirlər. Qrupdan çıxıb nümayəndələrinə dedim ki, get, mənim adımdan bunların üzünə tüpür.
Bu biabırçılıqlar gözümüzün önündə baş verdi. Ürəyimiz bulanır. Belə təbliğatlar aparmayın, xahiş edirik. Korrupsionerlərin, merkantil şəbəkənin, təriqət adamlarının bir qurumu lokal olaraq idarə etməsinə birtəhər dözürük, övladlarımızın gələcək dünyasını tamamilə verməyin bunların əlinə!
Bununla işləyib tanımışam, əminliklə yazıram”.
Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
NOCOMMENT.az

Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT


"Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var..." "DİA-AZ" xəbər verir ki, bu iddianı səsləndirən əslən Kəlbəcər rayonundan olan tanınmış şair Səxavət Kəlbəcərli eyni zamanda fotodəlil də təqdim edib.
Beləliklə aşağıdakı fotonu təqdim edən kəlbəcərli şair fikrini belə davam etdirir:

"Bu şəkil Kəlbəcərin Zar kəndində çəkilib. Yeni yaşayış məntəqəsinin tikintisində belə bir mənzərənin ortaya çıxması məni, bir kənd sakini kimi, ciddi narahat edir.
Cənab prezident İlham Əliyevin göstərişi ilə Zar kəndinin qurulmasına böyük vəsait ayrılıb. Lakin ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi və tikinti işlərinin keyfiyyəti ilə bağlı ciddi suallar yaranır.
Şəkildə divarın hörgüsünə diqqət yetirin: kubiklərin arasındakı bir çox hissəyə sement məhlulu belə düzgün vurulmayıb. Kubiklər arasında boşluqlar görünür və hörgünün keyfiyyəti ciddi şübhə doğurur. Dövlət vəsaiti hesabına tikilən yaşayış evində belə işin görülməsi yolverilməzdir.

Mənim iddiam ondan ibarətdir ki, “Amozon” şirkətinin həyata keçirdiyi işlərdə ayrılmış vəsaitlərin səmərəli xərclənməsi, qiymətlərin formalaşdırılması və tikinti keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Əgər dövlət büdcəsindən ayrılan vəsait mənimsənilibsə və ya işlərin həcmi və qiyməti süni şəkildə dəyişdirilibsə, bunun hüquqi qiyməti verilməlidir.
Digər tərəfdən, mən həmin kəndin sakini olduğum halda, tikinti zamanı qanunsuz şəkildə işdən çıxarılmağımı da diqqətə çatdırıram. İşçilərin əmək şəraiti və tikintidə gördüyüm problemlərlə bağlı etiraz etdiyim üçün işdən çıxarıldığımı düşünürəm və bunun da araşdırılmasını istəyirəm.
Mən heç kəsi məhkəmə qərarı olmadan günahkar elan etmirəm. Sadəcə olaraq Prezidentin ayırdığı dövlət vəsaitinin hara xərcləndiyini, tikilən evlərin hansı standartlarla qəbul edildiyini və “Amozon” şirkətinin fəaliyyətinin qanuniliyini araşdırmağı tələb edirəm.
Zar kəndi bizim doğma kəndimizdir. Dövlət vəsaiti hesabına tikilən evlər keyfiyyətli və təhlükəsiz olmalıdır. Bu məsələyə aidiyyəti qurumların ciddi münasibət göstərməsini və obyektiv araşdırma aparmasını xahiş edirəm..."
"DİA-AZ " qeyd edir ki, Zar kəndinin inşaası Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarəti altında həyata keçirilir.
Hətta kənddə fəaliyyət göstərəcək ticarət mərkəzi, habelə digər ticarət və iaşə obyektləri belə indidən Cavid Qurbanovun adamları arasında pay-püş edilməkdədir. Görünəni odur ki, cənab Qurbanovu Zar kəndinin sakinlərinin hansı evlərə köçəcəyi yox gələcəkdə sahib olacağı əlavə qazanc daha çox maraqlandırır...(DİA-AZ)

Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…



Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən keçirilmiş təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması” (Müsabiqə İN: 2026/AT/02733/V2) ilə bağlı müsabiqə yyekunlaşıb. “SİMPLEX” QAPALI SƏHMDAR CƏMİYYƏTİ , “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti, “RAMMA” QAPALI SƏHMDAR CƏMİYYƏTİ və “ROBOTZADE ROBOT TEKNOLOJİLERİ ELEKTRONİK SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci maddəsinə əsaslanaraq təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədiyi üçün müsabiqədən kənarlaşmışdır. “VIVA MEDICAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 7.014.392,79 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 01.09.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə keçirdiyi tenderlər son günlər medianın müzakirə mövzusuna çevrilib. Aktuallığını nəzərə alıb mövzu ətrafında daha ətraflı araşdırma apardıq.

STEAM əsaslı tədrisin təşkili üzrə xidmətlərin satınalınması üzrə 1.186.100 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi MMC ilə 12.12.2025-ci ildə bağlanılıb.

Tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə 9.950.083,95 manat dəyərində müqavilə “VIVA MEDICAL GROUP” MMC ilə 06.10.2025-ci ildə bağlanılıb.

Tədris laboratoriyaları və STEAM avadanlıqlarının satınalınması üzrə 7.970.094,74 manat dəyərində müqavilə “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.12.2024-cü ildə bağlanılıb.

STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə 3.563.854,46 manat dəyərində müqavilə “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.12.2024-cü ildə bağlanılıb.

Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması üzrə 13.647.698,72 manat dəyərində müqavilə “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ilə 28.12.2023-cü ildə bağlanılıb.

STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınması üzrə 1.982.400 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi MMC ilə 06.11.2023 -cü ildə bağlanılıb.

STEAM avadanlıqlarının satınalınması üzrə bir müqavilə də 09.12.2022-ci ildə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “EDUMEDİA-AZƏRBAYCAN” MMC ilə bağlanılıb. Bu müqacilənin dəyəri 1.822.043,9 manat olub.

Göründüyü kimi son 4 ildə Elm və Təhsil Nazirliyi STEAM avadanlıqlarının alınmasına 43 938 164 manat, STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınmasına isə 3 168 500 manat vəsait ayırıb.

Maraqlıdır, Elm və Təhsil Nazirliyinə tabeli qurumlardan milyonlarla manat dəyərində tenderlər udan şirkətlər kimə məxsusdur və barələrində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” (VÖEN: 1402405651 )Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.

STEAM avadanlıqlarının satınalınması üzrə qalib olan şirkətlərə gəlincə.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “JBA GROUP” (VÖEN: 1305276401 )Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏBDÜLVAHAB SALAMZADƏ, ev.112A, m.76, qanuni təmsilçisi kimi isə Süleymanov Süleyman Məmməd oğlu qeyd olunub. Şirkətin təsisçisi və qanuni təmsilçisi Bəxtiyar Əsədov Ağali oğlu olub.

Medianın son günlər yaydığı məlumatlara görə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynı Nihad Hənifəyevə aid olan “İSTEAM” MMC-nin STEAM avadanlıqlarının təchizatında “JBA GROUP” MMC-nin əsas rol oynadığı vurğulanır.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin qalib seçdiyi şirkətlər dolayısı ilə Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aiddir. Demək olar ki, sözügedən qurumun təşkil etdiyi satınalmalarda eyni şirkətlər gah qalib çıxır, gah da kənarlaşdırılır.

Elə Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması ilə bağlı müsabiqədə olduğu kimi. Müsabiqədən kənarlaşdırılan “SİMPLEX” Qapalı Səhmdar Cəmiyyəti, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti, “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti dəfələrlə Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin keçirdiyi satınalmaların qalibi olublar.

Göründüyü kimi, Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası təchizatçıların sayının üç olması, yetərsay olması üçün “SİMPLEX” QSC, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC, “RAMMA” QSC -ni formal olaraq satınalmaya cəlb etmiş, “uyğunluq göstəricilərinə” cavab vermədiyinə görə müsabiqədən kənarlaşdırmağı qərara almışlar. Halbuki Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi keçirdiyi satınalmalarda sözügedən şirkətləri dəfələrlə qalibi seçib, milyonlarla manat dövlət vəsaitini naməlum istiqamətə yönləndiriblər.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb.

Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin sinif yoldaşı olub. yaxın çevrəsinə aid olan şəxslərdəndir. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların alınması üzrə keçirilmiş satınalmalarda adları keçən Nihad Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır. Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxs Zamiq Əlövsət oğlu Məmmədov da nazir Emin Əmrullayevin sinif yoldaşı oldduğu barədə məlumatlar yayılıb.

Aktualinfo.net

Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...


Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə
Əliyevadan şikayətlənib.

Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.

K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb:

"Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!"

Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:" Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam".

Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: "Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi... Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?

Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır".

Anaxeberinfo.az

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25